MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
1   ...   5   6   7   8   9   10   11   12   13

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

29 


gələcəksən,  o  zaman  Arməiti  sənin  mühakimə 

apardığını  bildirəcək  və  sinin  hikmətini  heç  kəs 

aldada bilməyəcəkdir. 

7.

 



Ey məzda Əhura, səni o zaman müqəddəs tanıdım 

ki,  Bəhmən  mənim  yanıma  gələrək  soruşdu:  ”Sən 

kimsən?  Hansı  ailədənsən,  səndən  və  sənin 

qohumlarından 

soruşsalar, 

özünüzü 


hansı 

əlamələrlə tanıtdıra biləcəksiniz?” 

8.

 

Bu  zaman  ona  dedim:”Birinci,  mən  Zərdüştəm. 



Bacardıqca  yalanpərəstin  əsil  düşməni  doğru 

tərəfdarının  güclü  himayəçisi  olacağam  ki, 

gələcəkdə  dilədiyim  əbədi  ölkəyə  nail  olan,  o 

zamanadək mən sitayiş edib nəğmə qoşaram”  

9.

 

Səni  pak  tanıdım,  ey  Məzda  Əhura,  o  zaman  ki, 



Bəhmən  mənim  yanıma  gəlib  soruşdu:”Özünü  nə 

ilə  tanıtdırmaq  istəyirsən?”  Cavabında  dedim:” 

Sənin  odun  qarşısında  dua  edib,  bacardıqca 

doğruluq haqqında düşünməklə” 

10.

 

 Məzda  dedi:  ”İndi  mənim  doğru  dinimə  fikir  ver. 



Çünki  mən  bir  dindarla  əlaqədə  olaraq  onu 

çağırıram ki, mənim yanıma gəlsin. İndi istədiyini 

məndən  soruş.  Əlbəttə,  sənin  sualın  qüdrətli  bir 

adamın sualı kimidir, o bacarıqlı şəxsə ki, sən tək 

güclünü arzusuna yetirə bilər. 

11.


 

 Səni  pak  tanıdım,  ey  Məzda  Əhura,  o  zaman  ki, 

Bəhmən mənim yanıma gəldi. Elə o zaman mən ilk 

olaraq  sizin  sözləriniz  haqqında  məlumat  əldə 

etdim.  Ən  uğurlu  adlandırdığımız  işi  yerinə 

yetirmək  üçün  ürəkdən  bağlı  olmağım  adamlar 

içərisində əzab-əziyyətlə nəticələnəcəkdirmi? 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

30 



12.

 

 Onda  ki,  fərman  verərək  mənə  dedin:”Öyrənib 



təcrübəli  olmaq  üçün  doğruluq  tərəfinə  gəl  və 

mənim  Səruşum  çox  varlı  Əşi  ilə  birlikdə  iki 

qrupun  əməllərinə  xeyir  və  şər  baxımından  əvəz 

verməzdən əvvəl ayağa durub işə başla” 

13.

 

 Ey  Məzda  Əhura,  o  zaman  ki,  mənim  arzularımı 



bilmək  üçün  Bəhmən  yanıma  gəldi,  mən  səni  pak 

tanıdım.  Arzularım  bunlar  idi:  Əbədi  yaşayışı,  o 

yaşayışı ki, onu vermək üçün heç kimi səni məcbur 

edə  bilməz,  sənin  ölkəndə  vəd  edilmiş  və  arzu 

olunmuş o əbədi yaşayışı mənə ver.  

14.


 

 Qüdrətli,  bilikli  bir  şəxsin  öz  dostundan 

əsirgəmədiyi  himayə  kimi  sənin  mehriban 

himayən,  ey  Məzda,  sənin  rəhbərliyin  və 

Ordubehişt  vasitəsilə  mənə  nəsib  olarsa  sənin 

dinini  alçaq  tutanlara  qarşı  verdiyin  təlimatı 

xatirində  saxlamayan  bütün  adamlarla  mübarizəni 

yerinə yetirərəm. 

15.

 

 Səni pak tanıdım, ey Məzda, o zaman ki, Bəhmən 



xəbərdarlıq etmək üçün yanıma gəldi, Turşnaməiti 

mənə  yaxşı  öyrətdi  ki,  həmişə  yalanpərəstlərin 

razılığına səbəb olamamalıdır. Çünki bu, doğruluq 

tərəfdarlarını acıqlandırar. 

16.

 

 İndi  ey  Əhura,  Zərdüşt  özü  üçün  sənin  o 



müqəddəs  ruhunu  seçdi.  Ey  Məzda,  doğruluq 

friştəsinin əndamı qoy bəzəkli olsun, Sipəndarmuz 

ölkədə  günəş  tək  həyatdan  və  qüdrətdən 

bəhrələnsin. Olsun ki, o, uğurlu davranışdan gələn 

əməllərə mükafat versin. 

                                      




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

31 


 

 

Yəsna, 44-cü Hat, “Uştəvəydqat” 

 

1.

 



Bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

ey  Əhura,  sənin  kimi    şəxslərə  namaz 

haqqında. Ey Məzda, mənin kimi adama sənin 

kimi dost bunu öyrətməli, böyük Ordubehişt də 

yardım  etməlidir  ki,uğurlu  davranış  bizim 

yanımıza gəlsin.  

2.

 

Bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



ey  Əhura,  o  biri  dünyanın  başlanğıcında 

mükafat  onu  əldə  edəcək  adama  necə  fayda 

verər.  Bəli,  ey  doğruluq,  o  pak  adam,  həyata 

sağlamlıq verən o dost,  ey  Əhura, işin sonunu 

gözləyir. 

3.

 



Bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

ey Əhura, yaranışdan bəri doğruluğun ilk atası 

kimdir?  Günəşə  ,  ulduzlara  yolunu  göstərən 

kimdir?  Ayın  qalınlaşması,  daha    sonra 

incələnməsi  kimdəndir?  Ey  Məzda,  bunu  və 

digər məsələləri bilmək istəyirəm. 

4.

 

Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 



düzgün  söylə,  kim  yeri  aşağıda  və  göyləri 

yuxarıda  saxlamışdır  ki,  düşmür,  kim  suyu  və 

otları  yaratdı,  kim  kölgə  və  buludlara  sürət 

verdi, ey Məzda, uğurlu davranış hakimi? 

5.

 

Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 



düzgün söylə, gözəl görkəmli işığı və qaranlığı 

kim  yaratdı,  ləzzətli  yuxunu  və  oyaqlığı  kim 

yaratdı?  Səhər  ,  günortanı,  gecəni  kim  yaratdı 



Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə