MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
1   ...   5   6   7   8   9   10   11   12   13

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

40 



5.

 

Doğru din qanunları üzrə yaşayan ağıllı 



adam yalan dinə inanan adamları da doğru 

din yolunan gətirməlidir. Düşüncəli adam 

əşrafı və başçıları başa salmalı, onlar yalan 

dinin ziyanından qurtarmalıdır. 

6.

 

Yardıma  çağrılan  adam  yardım  üçün 



gəlməzsə  o,  yalan  törədənərə  qoşulur. 

Çünki  onun  özü  belə  yalanpərəst  və 

yalanpərəstə xeyirxahdır. Ey Əhura, ilk dini 

göndərdiyin  vaxtda  bəri  doğruluq  tərəfdarı 

o  adamdır  ki,  doğruluq  tərəfdarının  dostu 

olsun. 


7.

 

Ey  Məzda,  yalanpərəst  mənə  əzab-əziyyət 



vermək  üçün  hazırlanmışdır,  sənin  doğru 

dini  öz  fəaliyyəti  ilə  çiçəkləndirəcək  odun 

və  uğurlu  davranış  firiştəsindən  başqa  kim 

mənə  yardım  göstərəcəkdir?  Ey  Əhura,  bu 

məsələdən məni agah et. 

8.

 



Olmasın  ki,  mənə  ziyan  vurmaq  fikrini 

başında  gəzdirən  adam  öz  işləri  ilə  mənə 

bir  ziyan  yetirsin.  Oniun  işləri  ilə  birlikdə 

bütün  əzab  əziyyət  onun  özünə  qayıdacaq, 

belə  ki,  o  ,  pis  həyatdan  yox  şən  həyatdan 

məhrum olacaqdır, ey Məzda. 

9.

 

Sənin  kimi  böyük  işgüzar  şəxsi,  pak, 



düzgün  haqq  tərəfdarını  yüksək  tutmağı 

mənə  ilk  dəfə  öyrədən  şəxsiyyət  kimdir? 

Ordubehiştin 

dediyini 

və 

heyvanlar 



yaradıcısnın  sözlərini  sənin  Bəhmənindən 

eşidmək istəyirlər.  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

41 


10.

 

 Ey  Əhura,  dünya  üçün  ən  yaxşı  hesab 



etdiyin  işləri  mənim  təlimatım  üzrə  yerinə 

yetirən kişi və ya qadına doğruluq tərəfdarı 

olduqlarına  görə  behişt  nəsib  edilsin.  Sizə 

sitayiş  etməyə  sövq  etdiyim  adamlarla 

birlikdə çinvət körpüsündən keçəcəyik. 

11.


 

 Karapanlar  və  kavilər  güclərindən  istifadə 

edərək  həyatı  puça  çıxarmaq  üçün  insanlar 

yaramaz işlərə məcbur edirlər. Onlar çinvət 

körpüsünə  çatdıqda  ürəkləri  və  vicdanları 

qorxuya  düşəcək  və  həmişə  yalanpərəstlər 

ailəsinin ayrılmaz  yoldaşları olacaqlar. 

12.


 

 Həyata  genişlik  verən    Sipəndarmuzun 

səyi nəticəsində  Ordubehişt turanlı Fryanın 

adlı  sanlı  qohum-qardaşlarına  və  nəvə 

nəticələrinə  nəzər  salacaq,  o  zaman 

Bəhmən  onları  qəbul  edəcək  və  son  gündə 

Məzda 

Əhura 


onlara 

dinclik 


bağışlayacaqdır 

13.


 

 İnsanlar içərisində öz hazırlığı ilə Zərdüştü 

sevindirən  kimdir,  o  adam  ki,  eşidilməsinə 

layiqdir  Məzda  Əhura  ona  əbədi  həyat 

verəcək, 

Bəhmən 


onun 

həyatını 

uzadacaqdır. Biz onu doğru dinimizin yaxşı 

dostu kimi tanıyırıq 

14.

 

 Ey Zərdüşt, ulu muğ dinində olan pak dinli 



adam  ,  ya  da  belə  olmaq  istəyən  adam 

kimdir?  Bu,  nəhayət  Geygəştasbdır  .  Ey 

Məzda Əhura, bir sarayda sən toplayacağın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

42 



adamları mən müqəddəs düşüncənin sözləri 

ilə çağıracağam. 

15.

 

 Sizə  ey  haeçətəsplər  sizə  ey  Spitmanlar 



deyirəm:” Düşüncəlini düşüncəsizdən ayırd 

edin...  bu,  sizin  öhdənizdədir  ki,  Əhuranın 

ilk  göndərdiyinə  uyğun  olaraq,  özünü 

doğruluğa qoşulmaq üçün yararlı edirsiniz. 

16.

 

 Ey  Fraşaoştra  hvoqva,  bu  böyük  şəxslərlə 



oraya  yollanın.  Bir  halda  ki,  doğruluqla 

dindarlıq birləşmiş, bir halda ki, əbədi ölkə 

uğurlu davranışın istəyi kimidir, biz ikimiz 

ümid  edirik  o  yerdə  ki,  Məzda  Əhura 

həyatın  firavanlığı  üçün  arxayındır,  onlar 

xoş-şən olacaqlar. 

17.

 

 Ey  Camasb,  o  yerdə  -  sizin  sitayişiə 



hazırlığınız, 

itaətkarlığınız 

haqqında 

təcrübəli,  öyüd  verən  doğruluq  köməyi  ilə 

alimi cahildən  ayırd edən Məzda Əhuranın 

yanında  sizinlə  dəlilsiz  yox,  sübutla 

danışacağam. 

18.


 

 Ürəkdən  inanan  adama  uğurlu  davranış 

friştəsi  vasitəsilə  ən  yaxşı  var-dövlətimi 

vermə  və  mənimlə  vuruşmaq  istəyənlərə 

vuruşmağı  vəd  edirəm.  Ey  Məzda  və  ey 

Ordubehişt  bununla  diləyimizi  yerinə 

yetirib 

sizi 


sevindirəcəyəm. 

Mənim 


düşüncəm və davranışım belədir. 

19.


 

 Doğru  din  üzrə  mən  Zərdüşt  üçün 

istədiyini  yernə  yetirən  adam  gələcək 

dünyada  bir  cüt  faydalı  heyvan  və  bütün 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

43 


istədiklərini  almağa  layiqdir.  Ey  Məzda, 

sən ey ən yaxşı tədbir görən kimsə, məndən 

ötrü bunu yerinə yetirəcəksən. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə