MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
1   ...   5   6   7   8   9   10   11   12   13

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

32 



ki, 

seçilmiş 

adamlarına 

əhd-peymanı 

xatırlatsın? 

6.

 



Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün  söylə,  doğrudan  da  mən  vəd  etdiyim 

kimi  olacaqmı?  Ordubehişt  yardım  edəcək  və 

Sipəndarmuz , Bəhmən sənin tərəfindən ölkəni 

bizə  nəsib  edəcəkdirmi?  Bəhrəli  və  şənlik 

gətirən heyvanları kimdən ötrü yaratdın? 

7.

 

Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 



düzgün 

söylə, 


hörmətli 

Sipəndarmuzu 

Şəhrvərlə birlikdə kim yaratdı? Oğulun ürəyinə 

müdrikliklə  ata  məhəbbətini  kim  saldı?  Ey 

Məzda, mən çalışıram ki, məhz səni pak ağlınla 

hər şeyin yaradanı kimi tanıyam. 

8.

 

Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 



düzgün  söylə,  sənin  təlimatını  xatirimdə 

saxlamaq  istəyirəm,  ey  Məzda.  Ordubehişt  və 

Bəhməndən  həyat  qanunlarını  soruşub  başa 

düşmək istəyirəm: ” Mənim ruhumu sevindirən 

nemətə o necə çatacaqdır?” 

9.

 



Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün  söylə,  mən  ki,  uğurlu  düşüncə  üçün 

dini  təbliğ  edirəm,  mənəvi  ölkənin  sahibi, 

doğruluq  və  uğurlu  düşüncə  ilə  doğruluq 

ölkəsində  birgə  olan  sənin  kimi  şəxsiyyət 

doğruluq ölkəsinə verilmiş vədləri necə bildirə 

bilər. 

10.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün söylə, hər şeydən yaxşı olan dinə, mən 

doğruluqla  bağladığım  və  dünyanı  genişliyə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

33 


çıxaracaq  dinə,  mənim  dinimə  onlar    mükafat 

arzusu  ilə  sözdə  və  əməldə  dindarlıqla 

baxacaqlarmı, ey Məzda? 

11.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün  söylə,  sənin  dininə  çağırılmış  adamlar 

dindarlıq  baxımından  ona  necə  yanaşacaqlar, 

ey  Məzda?  Bu  iş  üçün  sənin  tərəfindən  ilk 

seçilmiş  adam  mənəm.  Başqaları  isə  mənim 

gözümdə bədxah kimi görünür. 

12.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün  söylə,  mən  danışdığım  adamlar 

içərisində  kim  doğruluq  tərəfdarıdır,  kim 

yalan? Onlardan hansı düşməndir, bu və ya o? 

Səndən  mükafat  almaq  üstündə  mənimlə 

düşmənçilik  edən  o  yalanpərəst  nədir,  onu 

düşmən saymaq olmazmı? 

13.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 



düzgün  söylə,  yalanı  özümüzdən  necə 

uzaqlaşdıra  bilərik  və  itaətsizlik  edib  ,  nə 

doğruluğa  çalışan,  nə  də  uğurlu  davranış  əldə 

etmək  arzusunda  olanların  tərəfinə  qova 

bilərik? 

14.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün  söylə,  yalanı  necə  doğru  əlinə  verə 

bilərəm  ki,  sənin  dininin  göstərişi  ilə  onu 

aradan  aparsın,  o  yalanpərəstləri  məğlubiyyətə 

uğratsın,  onlara  möhnət  və  çətinliklər  gətirsin, 

ey Məzda. 

15.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün  söylə,  sən  buna  qadirsənmi  ,  doğruluq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

34 



vasitəsilə  mənə  pənah  verəsən.  İki  zidd  qoşun 

bir-birinə  rast  gəldikdə  yerinə  yetirməyi  vəd 

etdiyin  peyman  üzrə  bu  ikisindən  hansına 

qələbə verəcəksən, ey Məzda? 

16.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 



düzgün  söylə,  sənin  dinində  olan  adamlara 

hansı  qalib  pənah  verəcəkdir?  Ey  Məzda, 

həyata sağlamlıq verən şəxsin seçilməsi, uğurlu 

davranışa  itaət  edən  sənin  istədiyin  şəxs 

haqqında mənə aydıncasına xəbər ver. 

17.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün söylə, sizə qoşulmaqla, ey Məzda, ürək 

arzum  necə  yerinə  yetiriləcək  və  sözüm  necə 

təsirli  olacaqdır?  O  qanun  və  peyman  üzrə 

yetkinlik  və  əbədilik  doğruluqdan  bəhrələnən 

adama nəsib olacaqdırmı? 

18.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 

düzgün söylə, ey Ordubehişt , mənə vəd edilən 

mükafata  -  10  madiyan  erkəyi  ilə  birlikdə  bir 

dəvəyə,  necə  ki,  Məzda  mənə  yetkinliyi  və 

əbədiliyi bağışlamışdır, nail olacağammı? 

19.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə 



düzgün  söylə,  mükafat  vəd  edilmiş  yararlı 

adama  mükafat  verməyənin  ilk  cəzası  nə 

olacaqdır?  Son  gündə  ona  veriləcək  cəzadan 

mən agaham. 

20.

 

  Divlər 



bir 

zaman 


yaxşı 

hökmdarlar 

olmuşlarmı? Bunu da soruşuram, onlardırlar ki, 

Karapan  və  Usic  divlərin  xatirinə  zülm  əlinə 

tapşırırlar,  eləcə  də  Kuvi  onu  (inəyi)  həmişə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

35 


naləyə  gətirir?  Onlar  inəyin  kənd  təsərrüfatını, 

doğru din üzrə bəsləmirlər. 

                    

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə