MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
1   2   3   4   5   6   7   8   9   ...   13

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

18 



16. Ey Məzda Əhura, səndən soruşuram” Ailə, kənd və 

ölkənin  güclənməsi  üçün sədaqətlə  çalışan adam  sənə 

oxçayacaqdırmı?  O  nə  vaxt  və  hansı  əməllə  belə 

olacaqdır?” 

17.  Ey  Məzda  Əhura,  bunlardan  hansı  yüksək 

mərtəbəlidir:  Doğru  dini  qəbul  edən,  yoxsa  yalan  din 

tərəfdarı?  Bu  məsələni  müdrik  bir  şəxs  düşüncəli 

adama bildirməlidir. Elə olmasın ki, bundan belə cahil 

adam  başqasını  aldatsın.  Sən  bizə  uğurlu,  xeyirxah 

düşüncəni öyrət. 

18.  Elə  olmasın  ki,  sizlərdən  biri  yalan  dinə  qulluq 

edən  adamın  sözünə,  göstərişinə  inansın.  Çünki  o, 

ailəni,  kəndi  və  ölkəni  viran  edib  puça  çıxarar.  Buna 

görə də onlarl silahla qovmalısınız. 

19. Ey Əhura, sən iki qrupu mükafatlandıran zaman o 

adamın  sözünə  qulaq  asmaq  lazımdır  ki,  düzgün 

düşünsün,  o  ağıllı  adamın  sözünə  ki,  həyatın 

həkimidir.  Ey  Məzda,  o  adam  ki,  sənin  alovlu  odun 

qarşısında sarsılmadan danışır.  

20. Doğru din tərəfdarı tərəfə gələn kəsdən gələcəkdə 

bədbəxtlik, böyük fəlakət və zülmət, acınacaqlı yaşayış 

və ah-vay həmişəlik uzaq olacaqdır. Ey yalanpərəstlər, 

əməlləriniz  sizi  yalan  dinə  sövq  edərsə,  sizin 

rüzgarınız belə olacaqdır. 

21.  Bilikli  və  öz  düşüncəsiylə  dərdk  edən  adam 

aydındır ki, ey Məzda, sənin böyük yardımçın danışıq 

və  əməlində  doğruluğa    və  uğurlu  əbədilik  ölkəsinə 

arxalanan şəxsdir. 

22.  Ey  Məzda  Əhura,  xeyirxah  adama,  eləcə  də 

düşüncəsi  ilə  xeyirxahlığı  dərk  edən  adama  aydındır 

ki,  uğurlu  ölkədə  doğruluğu  öz  sözləri  və  əməli  ilə 

qoruyan  odur  və  sənin  də  ən  işgüzar  köməkçin  o 

olacaqdır. 

      


                         


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

19 


 

Yəsna, 32-ci Hat, “Əhnəvəydqat” 

 

1.  Başçılar,  kənd  təsərrüfatı  işçiləri,  din  rəhbərləri, 



eləcə  də,  ey  divlər,  siz  mənim  təlimatım  üzrə  Əhurə 

Məzdanın 

razılığını 

əldə 


etməlisiniz. 

Bizim 


məqsədimiz  budur  ki,  sənin  nümayəndələrin  kimi 

bədxah adamları uzaqlaşdıraq. 

2.  Uğurlu  davranışla  birgə  və  işıqlı  doğruluğun  dostu 

olan yaradan Məzda Əhura öz qüdrəti ilə cavab verdi: 

“  Pak  dindar  olduğunuz  üçün  sizi  seçdik  ki,  bizdən 

olasınız”. 

3.  Budur,  ey  divlər,  siz  hamınız  uğursuz  irqdənsiniz. 

Eləcə də sizə bir çox sitayiş edənlər  yalan və lovğalıq 

tərəfdarıdırlar.  Siz  yaramaz  işlərinizlə  yeddi  ölkədə 

tanınmışsınız. 

4.  Hakim  kəsilərək  ən  pis  ziyanlar  törətdiyiniz 

zamandan bəri sizə divlərin dostu, uğurlu davranışdan 

uzaqlaşan, 

Məzda 


Əhurann 

istəyindən 

və 

doğruluğundan üz çevirən adını vermək lazımdır. 



5.  Əhrimən  uğursuz  düşüncə  və  sözlərlə  öyrətdiyi 

davranış  vasitəsilə  siz  insanları  yaxşı  və  əbədi 

həyatdan  azdırırsınız.  O  xarabkarlıq  üçün  yalan 

tərəfdarlarının mürəbbisidir. 

6. O, bir çox günah işlər görməklə ad, şöhrət qazandı. 

Belə  olsa  da,  ey  Əhura,  sən  hər  kəsə  veriləcək  əvəzi 

bilirsən  və  öz  pak  ağlınla  ondan  xəbərdarsan.  Ey 

Məzda, sənin doğru dininin göstərişləri ölkəndə yerinə 

yetiriləcəkdir. 

7.  Bu  günahların  biri  də  düşüncəli  adamdan  baş 

verməməlidir.  Məlum  olduğu  kimi  hər  kəsin  diləyinə 

çatması  ərinmiş  dəmir  sınağı  vasitəsilə  xəbər 

veriləcəkdir.  Ey  Məzda  Əhura,  günahların  aqibətini 

sən bilirsən. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

20 



8.  Tanınmış  günahlardan  olan  Cəm  və    Vivənghai 

insanları özlərindən razı salmaq üçün onlara ət yeməyi 

öyrətdilər.  Bundan  sonra  onlardan  fərqlənib  şöhrət 

qazanacağam. 

9.  Pis  rəhbər  müqəddəs  kəlamı  puça  çıxarar  və  öz 

təlimatı  ilə  uğurlu  davranışın    yüksək  tutulmasında 

həyat  şüurunun  qabağını  alar.  Ey  Məzda  və  ey 

doğruluq, 

ürəkdən 

qopan 


bu 

sözlərlə 

sizə 

şikayətlənirəm. 



10.  Müqəddəs  kəlamı  heç  edərək  heyvanlar  və  günəş 

haqqında  açıq-açığına  yaramaz  danışan  məhz  odur. 

Düşüncəli adamları yalan tərəfdarları kimi göstərən də 

odur.  Əkin  yerlərini  çölə  çevirən,  doğruluq 

tərəfdarlarının üstünə silah qaldıran da odur. 

11.  Məhz  bu  adamlar  həyatı  puça  çıxarırlar.  O  yalan 

tərəfdarları  ki,  hamıdan  çox  ev-ailə  sahibi  olan 

qadınlar  və  kişilərin  bəxşişə  çatmalarının  qarşısını 

almaq  üçün  fikirləşirlər.  Ey  Məzda,  onlar  doğruluq 

dalınca gedənləri uğurlu davranışdan uzaqlaşdırırlar. 

12.  Çünki  onlar  öz  təlimatları  ilə  insanları  uğurlu, 

xeyirxah  işdən  uzaqlaşdırdıqca  onları,  o  adamları  ki, 

heyvanların  həyatını  məhv  etməklə  gurultulu  şənlik 

qururlar,  Məzda  qarğıyır.  Onların  fikrincə  Qrahma  və 

onun  adamları  üstün  tutulur.  Eləcə  də  Karzpan  və 

onların sarayı yalan tərəfdarıdırlar. 

13.  Çünki  axirət  ölkəsində  Qrahma  uğursuz  davranış 

ailəsində  yerləşəcək  və  ey  Məzda,  bu  zaman  sənin 

peyğəmbərin  dünyanı  puça  çıxaranlar  üçün  Əşanı 

görmək imkanı verməyəcək və onlar peyğəmbərin vəd 

etdiyi mükafata çatmaq üçün yalvarıb sızıldayacaqlar. 

14.  Uzun  müddətdən  bəridir  ki,  Qrahma  və  Kavilər 

bütün  fikir  və  bacarıqlarını  zülm  etmək  yolunda 

qoymuşlar.  Çünki  onlar  yalanpərəstə  yardım 

məqsədilə  demişlər:  “  Heyvan  qurbanlıq  üçündür  ki, 

ölümü uzaqlaşdıranı yardım göstərməyə təhrik etsin”. 




Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə