MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
1   2   3   4   5   6   7   8   9   ...   13

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

10 



6.

 

Uğurlu düşüncə, davranışla öz düzgün sözlərindən 



Zərdüştə  əbədi  doğruluq  bağışla,  ey  Məzda,  bizə 

güclü  himayəni  göstər,  ey  Əhura,  biz  düşmənlə 

mübarizədə qələbə çalaq. 

7.

 



Ey Ordubehişt, sən ey Sipəndarmuz, Gəstaspa (vəd 

etdiyin)  o  mükafatı-uğurlu  düşüncəni,  davranışı, 

onun  diləyini  ver,  ey  Məzda,  ey  padişah,  mənə  o 

qüvvəni  (  şəraiti)  ver  ki,  sizin  peyğəmbəriniz 

sitayiş üçün nəğmələr qoşsun.  

8.

 



Ey  hamıdan  yüksək,  ey  uğurlu  doğruluqla  birgə 

olan  Əhura,  Fraşaoştra  üçün,  özüm  üçün  və  sən 

bağışlayacağım  hər  adam  üçün  səndən  ən  yaxşı- 

əbədi uğurlu düşüncə və davranış istəyirəm. 

9.

 

Et  Əhura  Məzda,  Ey  Ordubehişt  və  ey  uğurlu 



düşüncə,  davranış,  bu  yaxşılıq  üçün  sizi 

incitməməli.  Sizə  sitayiş  etməyə  çalışmalıyıq. 

Diləyi  xeyirli  ölkəyə  (behiştə)  getmək  arzusunu 

tezliklə yerinə yetirən sizsiniz. 

10.

 

 Ey  Məzda  Əhura,  doğruluq,  uğurlu  davranış  və 



düşüncədə  yararlı  bildiyin  bilikli  adamlara  öz 

arzularına çatmaq üçün müvəffəqiyyət əta et. Mən 

bilirəm ki, nicat tapmaq üçün iltimas edən sözlərin 

sizə təsiri vardır. 

11.

 

 Doğruluğu və uğurlu düşüncəni, davranışı oruyub 



əbədi olaraq saxlayacağım üçün, sən ey Məzda, öz 

müdrikliyinlə  ulu  dünyanın  necə  olacağını  dilinlə 

xəbər ver. 

                                   

 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

11 


 

 

Yəsna, 29-cu Hat, “Əhnəvəydqat” 

 

1.

 



Geuşurvən  gileylənərək  sizə  demişdir:  “Məni 

kimdən  ötrü  yaratmısınız?  Kim  mənə  varlıq 

vermişdir?  Açıq-  aydın  zülm,  etinasızlıq, 

kobudluq  və  zorakılıq  məni  bezikdirmişdir. 

Sizdən  başqa  məni  qoruyan  yoxdur.  İndi 

kəndlinin  rifahını  və  yaxşı  yaşamasını  mənə 

bağışla (tapşır)”. 

2.

 



Bu  zaman  heyvanları  yaradan  Ordubehiştdən 

soruşdu:  “  Sən  heyvanlara  hansı  başçını 

vermisən ki, onların yeməyini təmin edə bilsin, 

onları  layiqincə  qorusun?  Onlara  kimi  rəhbər 

seçmisən  ki,  yalançını  və  kinlə  düşmənçilik 

edəni onlardan uzaqlaşdırsın?” 

3.

 

Ordbehişt  ona  (heyvanları  yaradana)  cavab 



verdi:”  Heyvanlar  üçün  onlara  əzab-əziyyət 

verməyən bir başçı yoxdur. Orada (kənddə) bir 

rəhbər  tapa  bilmirlər  ki,  onlarla  düzgün  rəftar 

etsin. İnsanlar içərisində məni ardımına çağıran 

ən güclü adam bir nəfərdir ki, mən ona yardım 

göstərəcəyəm”. 

4.

 

(Ordubehişt  dedi):”  Məzda  yaxşı  xatırlayır  ki, 



bundan  əvvəl  divlər  və  insanlar  nələr  etmişlər 

və  bundan  sonra  da  nələr  edəcəklər”.  İndidən 

sonra  mühakimə  aparmaq  onun,  Əhuranın 

öhdəsindədir,  o  nə  istərsə  bizim  də  istəyimiz 

odur.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

12 



5.

 

İndi  bu  fikrə  gəlmişik  ki,  mən  və  xeyirli 



heyvanların 

ruhu 


əlllərimizi 

qaldıraraq 

Məzdadan  tələb  edək  ki.  Nə  doğruluqla 

yaşayanlara , nə də çobanlara yalanpərəstlərdən 

ziyan dəyməsin”. 

6.

 



Bu  zaman  pak  din  alimi  Əhura  Məzda  öz 

müdrikliyi ilə dedi: Sənin üçün nə bir başçı, nə 

də doğruluqla rəftar edən bir rəhbər tapılmışdır. 

Buna görə də yaradan səni çobana və kəndliyə 

qayğıkeşlik üçün yaratmışdır. 

7.

 



Çoxlu  danışıqdan  sonra  iradəsi  doğruluqla  bir 

olan  Məzda  Əhura  fərmanı  ilə  heyvanlar  üçün 

bolluq yaratdı və ehtiyacları olan yeməyi verdi. 

Ey 


Bəhmən, 

sənin 


tərəfindən 

insanlar 

içərisində bizi qoruyan kimdir? 

8.

 



Bəhmən  dedi:  “Ey  Məzda,  burada  mənim 

tanıdığım  və  bizim  doğru  dinimizi  qəbul  edən 

yeganə 

şəxs 


Zərdüşt 

Spitmandır 

ki, 

düşüncələrmizi  və doğru dinin fikirərini  yayır. 



Buna  görə  də  biz  ona  ürəyə  yatan  gözəl  nitq 

vermişik.” 

9.

 

Bu  halda  Geuşurvən  şikayətlənərək  səsləndi:” 



Arzu  etdiyim  bacarıqlı  bir  hökümdar  əvəzinə 

zəif  səsli,  natəvan  bir  adam  məni  sevindirə 

bilərmi? 

Ona 


nə 

vaxt  güclü  yardım 

göstəriləcəkdir?”. 

10.


 

 Zərdüşt dedi:” Ey Əhura, yaranmışların ruhuna 

elə  bir  güc  və  bacarıq  əta  et,  doğruluqdan  və 

pak  davranışdan  elə  bir  qüdrət  yarat  ki,  onun 

gücüylə  sülh  və  aramlıq  bərpa  edilsin. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

13 


Doğrudur,  ey  Məzda,  mən  dərk  etdim  ki,  sən 

özün onu yaradacaqsan”. 

11.

 

 Haradadır  doğruluq,  uğurlu  düşüncə,  davranış 



və  hökmdarlıq?  Belə  isə,  ey  insanlar,  yüksək 

muğ  dinini  tanıtdırmaq  üçün  məni  qəbul  edin, 

ey Məzda. Ey Əhura, indi bizə yardım vaxtıdır. 

Sizin  kimi  şəxslərə  xidmət  etmək  üçün  biz 

hazırıq. 

                                  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə