MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
1   2   3   4   5   6   7   8   9   ...   13

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

21 


15.  Buna  görə  də  Karapanlar  və  Kavilər  həyatlarını 

qurmağa  imkan  vermədikləri  adamların  əli  ilə  məhv 

ediləcəklər.  O  adamları  bu  ikisi  uğurlu  davranış 

ailəsinə aparacaqlar.  

16.  Hər  şeydən  yaxşı  o  dindar  şəxsin  təlimatıdır  ki, 

ağıla  uyğun  verilir.  Ey  Məzda  Əhura  məni  əzab-

əziyyət  verməklə  hədələyənin  qarşısında  sən 

bacarıqlısan.  Beləliklə,  mən  də  yalanpərəst  tərəfindən 

dostlarıma  əziyyət  verilməsinin  qarşısını  ala  bilərəm. 

 

                                 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

22 



 

Yəsna, 33-cü Hat, “Əhnəvəydqat” 

 

 

1.  İlk  həyat  qanununda  göstərildiyi  kimi  yalanpərəst  və 



doğruluq  tərəddarı  haqqında,  eləcə  də  pis  və  ya  yaxşı  əməlli 

haqqında ən düzgün münasibətlə hökm ediləcəkdir. 

2.

 

Yalan  din  əleyhinə  öz  sözü,  düşüncəsi  və  əməli  ilə 



mübarizə  edənlər,  eləcə  də  öz  adamlarına  yaxşılıq 

öyrədənlər  Məzda  Əhuranın  istədiyini  yerinə  yetirmiş 

olurlar. 

3.

 



Doğruluq  tərəfdarının  xeyrini  istəyən  başçı,  kəndli  və 

ya  din  rəhbəri,  eləcə  də  heyvanları  qorumağa  səy 

göstərən adam doğruluq və uğurlu davranış çəmənində 

məskən salacaqdır. 

4.

 

Ey  Məzda,  itaətsizliyi  və  uğursuz  davranışı  aradan 



qaldıran,  başçılar  içərisində  lovğalığı  ləvğ  edən, 

əkinçidən  yalançı  qonşuları  uzaqlaşdıran,  eləcə  də 

yaramaz din rəhbərlərini və heyvanların pis gözətçisini 

öz sitayişimlə qovan mənəm. 

5.

 

Uğurlu  davranış  ölkəsində  həqiqi  doğruluq  yolunda, 



Məzda Əhura tərəfindən din, yaşayış verilmiş adamlar 

sırasında yerləşən əbədi həyata çatdıqda sənin hamıdan 

yüksək friştən olan Səruşu yanıma çağıran mənəm. 

6.

 



Ey  Əhura  Məzda,  doğru  dindən  düzgün  yolu  öyrənən 

rəhbər  mənəm.  İndi  isə  uğurlu  davranış  friştəsindən 

kəndçiliyi öyrənmək istəyirəm ki, bu yolla onu həyata 

keçirəm və bu ümidlə o friştəni görmək , ondan öyüd 

almaq istəyirəm. 

7.

 



Mənim  yanıma  gəlin,  özünüzü  göstərin,  ey  hamıdan 

uğurlu  şəxslər,  ey  Məzda,  ey  Ordubehişt,  ey  Bəhmən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

23 


ki,  muğlardan  savayı  da  mənim  sözümü  eşitsinlər. 

Bizim  içimizdə  namaz  qılanların  sıraları  gərək  aşkar 

və aydın olsun.  

8.

 



Ey  Bəhmən,  sizə  etdiyim  şikayətləri  nəzərə  alın,  Ey 

Məzda,  ey  Ordubehişt,  sizin  kimi  şəxsiyyətlərə 

etdiyim  dua  və  sitayişləri  qəbul  edin,  ey  Xordad  və 

Əmordad,  sitayişdə  dediyim  sözlər  üçün  əbədi 

bəxşişinizi əsirgəməyin. 

9.

 



Ey Məzda, öz müdrikliyinlə, doğruluğu inkişaf etdirən 

iki  mərhəmətli  dostunlar  birlikdə  yolunu  dəyişmiş  o 

adamdan  mənim  vasitəmlə  ən  yaxşı  davranışı 

əsirgəmə.  Bəli,  ruhları  bir  olan  o  iki  dostum 

yardımından bəhrələnəcəyik. 

10.


 

 Ey Məzda, öz istək və məşiyyətinlə özündə olan bütün 

həyat  xoşluqlarını  keçmiş,  indiki,  gələcək  insanlara, 

bizlərə bağışla, Bəhmən vasitəsilə onları artır, Şəhrivər 

və Ordubehişt vasitəsilə bədən sağlamlığı ver. 

11.


 

 Ey ən qüdrətli Əhura Məzda, ey həyata genişlik verən 

Sipəndarmuz  və  Ordubehişt  ey  Bəhmən  və  ey 

Şəhrivər,  mənim  sözümü  eşidin,  adamlara  mükafat 

verilən zaman mənə mərhəmətli olun. 

12.


 

 Ey  Əhura,  mənə  nəzər  sal,  Sipəndarmuz  vasitəsilə 

mənə dözüm ver, ey Məzda, ən müqəddəs ruhdan bol, 

yaxşı  mükafat,  Ordubehiştdən  güclü  bacarıq  və 

Bəhməndən mənə bəxşiş əta et. 

13.


 

 Ey  uzaqgörən  şəxs  ,  ey  Əhura  məni  qorumaq  üçün 

uğurlu  davranış  mükafatı  kimi  ölkənizin  misilsiz 

şeylərindən  mənə  əsirgəməyin.  Ey  Sipəndarmuz, 

insanların təbiətinə doğruluq aşıla. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

24 



14.

 

 Budur,  borcunu  ödəmək  üçün  Zərdüşt  öz  həyatını 



uğurlu düşüncə, uğurlu davranış və seçilmiş sözlərini, 

həm də doğru dinə itaət və bacarığını Məzdaya təqdim 

edir. 

                                   



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə