MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
1   2   3   4   5   6   7   8   9   ...   13

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 



Əhura  Məzda  tərəfindən  ona  tapşırılır  ki,  İranın  şərqinə, 

Gəştasbın  yanına  getsin.  O,  tapşırığı  yerinə  yetirir.  İki  il 

çalışdıqdan  sonra  Zərdüşt  Gəştasbı  öz  dininə  gətirir.  Bu  işdə 

Gəştasbın  vəziri  Camasbın  böyük  rolu  olur.  Daha  sonra 

Camasb Zərdüştün qızı Poruçista ilə evlənir. 

İranın  şərqində  hökmranlıq  edən  Gəştasb  Zərdüştün  dinini 

qəbul  etdikdən  sonra  bu  din  İran,  Hindistan  və  Kiçik  Asiya 

yayılmağa  başlamışdır.  Zərdüşt  ömrünün  axırında  öz  dinini 

yaymaq  uğrunda  müharibələrdə  iştirak  etmiş,  turani 

mənbələrinə  görə  hunlarla  müharibədə  öldürülmüşdür.  Hun 

qoşunlarının  başçısı  Ərcətspə  (Ərcasb)  və  turanlı  Tisrə 

Əmrvəxşə  Zərdüştü  qətlə  yetirmişlər.  Purdavud  Zərdüştün 

həyatı haqqında deyir: 

Zərdüştün İsadan 660 il əvvəl doğulmuş, 20 yaşında guşənişin 

olub, 30 yaşında peyğəmbərliyini elan etmişdir. O, Urmiyada 

gölünün  yaxınlığında,  Savalan  dağında,  Musanın  Tur  Sinada 

vəhy  aldığı  kimi  qeybdən  vəhy  almışdır.  Buna  görə  də 

Savalan  dağı  ən  qədim  zamanlardan  bu  günədək  müqəddəs 

sayılmış  və  ziyarətgah  olmuşdur.  Zərdüşt  40  yaşında  ikən 

Keygəştasbı öz dininə gətirmişdir. İsadan 585 il əvvəl 70 yaşı 

olarkən  Ərcasbın  qoşunları  hücum  etdikdə  Bəlxin 

atəşgədəsində, “Bundəhiş”də qeyd edildiyi kimi Brak Rukrəş 

adlı  bir  turanlının  əli  ilə  öldürülmüşdür.  Keygəştasb  Zərdüşt 

dinini  qəbul  etdiyi  üçün  Ərcasb  onun  əleyhinə  müharibəyə 

başlamışdır. 

Qatalardan  məlum  olduğuna  görə,  Zərdüşt  heyvandarlıqla 

məşğul olan bir ailədə doğulmuşdur. Bunu 46-cı Yəsnanın 2-

ci  bəndindən  bilmək  olar.  Orada  deyilir:  “Ey  Məzda,  mən 

bilirəm ki, nə üçün uğur əldə edə bilmirəm. Çünki  yoxsulam 

adamlarım (yəni tərəfdaşlarım) azdır...” Zərdüşt İranın şərqinə 

mühacirət etdikdə oğlanlarından biri (əvvəlki arvadından olan 

oğlu)  onunla  birlikdə  getmişdir.  Zərdüşt  54-cü  Yəsnada  öz 

yardımçılarından  danışarkən  oğlunu  da  onların  içərisində 

sayır.  Lakin  onun  adı  verilmir.  Tədqiqatçıların  dediklərinə 

görə,  pəhləvi  dilində  yazılmış  Zərdüşti  ədəbiyyatından 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 



məlumdur  ki,  Zərdüşt  onu  ən  böyük  oğlu  olaraq  İst-Vastra 



adlandırmışdır. 

Oğlundan 

savayı, 

Zərdüştün 

yaxın 

adamlarından  biri  də  onunla  mühacirət  etmişdir.  59-cu 



Yəsnanın  19-cu  bəndində  bu  şəxs  Maidiomanghə  (yaxud 

Medyumah)  adlanır  və  müasir  Zərdüşti  ədəbiyyatında 

Medyumah kimi verilir. Pəhləvi dilində yazılmış “Zatspərəm” 

əsərindən  məlum  olduğu  kimi,  Medyumah  Zərdüştün  əmisi 

oğludur.  Avestada  deyilir  ki,  Zərdüşt  dinini  ilk  qəbul  edən  o 

olmuşdur.  

10-cu əsr ərəb tarixçisi Məsudi Zərdüştün sülaləsini aşağıdakı 

kimi qeyd edir: 

 

1.

 



Mənuşəhr, 2. Durşirin, 3. Ərcə, 4. Hayəzm, 5. Vandəst, 

6.  Sbiman,  7.  Hərdar,  8.  Ərcədəs,  9.  Batir,  10.  Həxiş, 

11. Həcdəsəf, 12. Ərikdəsəf, 13. Fəzrasəf, 14. Burşəsf, 

15. Zəraduşt. 

“Bundəhiş” əsərində də Zərdüştün sülaləsi bu cür qeyd 

edilir. 


Zərdüşt  Qatalarda  qızı  Poruçistanı  ən  cavan  qızı 

adlandırır.  Bundan  məlum  olur  ki,  Zərdüştün  ondan 

başqa qızları da var imiş. Avestanın digər hissələrində 

və  pəhləvi  dilində  yazılmış  ədəbiyyatda  Zərdüştün  3 

oğlu  və  3  qızı  göstərilir.  Zərdüştün  oğlanları  İst-

Vastra, 


Urvatat-Nara, 

Hvare-Çitra 

adlandırılır. 

“Fərvərdin  yəştin”  98-ci  bəndində  İst-Vastra,  Ərvətə-

Nara  və  Xuvr-Çitra  kimi  verilir.  Müasir  Zərdüşti 

ədəbiyyatında isə: İsdvastr, Ərəvətədnər və Xorşidçehr 

kimi qeyd edilir.  

“Bundəşəhir”də  yazıldığına  görə  muğlar  Zərdüştün 

böyük  oğlu  İst-Vastra  sülaləsindəndirlər;  Urvatatnara 

kəndlilərin rəhbəri və Xorşidçehr döyüşçülərin başçısı 

kimi  tanınır.  Zərdüşt  dinində  cəmiyyətin  üç  sinfə 

bölünməsi fikri də buradan irəli gəlir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 



“Fərvərdin  yəşt”in  139-cu  bəndində  Zərdüştün 

qızlarının  adları  bu  cür  verilir:  Freni,  Triti  və 

Poruçista. 

Zərdüşt 


Yəsnalarda  İranın  şərqində  evləndiyi 

Fraşaoştranın  qızı  Hvaqvanın  adını  çəkir.  Fərvərdin 

yəştdə isə bu ad hvovi kimi verilir. 

 

 



 

                                  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 



 



Qatalar 

 

 



Yəsna, 28-ci Hat, “Əhnəvəydqat” 

 

1.



 

Ey Məzda, əllərimi duaya qaldıraraq birinci, varlıq 

nemətini 

almış 


bütün 

yaranmışlar 

üçün 

Sipəntəməinudan 



(müqəddəs 

ağıldan) 

rifah 

istəyirəm.  Həm  də,  ey  Ordibehişt,  Bəhməni  və 



Keuşurvəni sevindirəcəyimi (istəyirəm). 

2.

 



Ey  Məzda  Əhura,  uğurlu  düşüncə  ilə  üzümü  sizə 

çevirib  (istəyirəm)  Ordibehişt  vasitəsilə  maddi  və 

mənəvi  dünyanın  abadlığını  mənə  bağışlayasınız 

ki, dindarların həyatında genişlik yaransın. 

3.

 

Ey Ordibehişt, eləcə də Bəhmən, Məzda Əhura və 



o şəxslər ki, Sipəndarmuz əbədi ölkəni onlar üçün 

çiçəkləndirmişdir,  mən  (sizin  yardıma)  çağıranda 

mənim yardımıma gəlin. 

4.

 



Mən  dərk  etmişəm  ki,  ruhu  uğurlu  düşüncə  və 

davranışla  qorumalıyam.  Çünki  Məzda  Əhuranın 

əməllərə  mükafat  verəcəyindən  də  agaham.  Nə 

qədər 


gücüm, 

bacarığım 

var 

(insanları) 



öyrədəcəyəm ki, doğru din ardınca getsinlər. 

5.

 



Ey doğruluq (friştəsi), bilikli bir şəxs kimi səni və 

uğurlu düşüncəni, davranışı, eləcə də Əhuranın ən 

qüdrətli  sarayını  və  onun  izi  ilə  gedənləri  nə  vaxt 

görəcəyim? Ziyankarları da bu  yüksək sözlərimlə, 

dilimlə nə vaxt yola gətirəcəyim? 



Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə