Малик башга бир јердә дејир


ON İKİNCİ FƏSİL ZAMANIN TƏLƏBLƏRİ (1)



Yüklə 1,54 Mb.
səhifə12/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

ON İKİNCİ FƏSİL

ZAMANIN TƏLƏBLƏRİ (1)


«Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir kötüyü alıb apardı»27.

Bura qədər haqqında söhbət açdığımız mövzular? İslam tarixində meydana gəlmiş, bir-biri ilə tam ziddiyyət təşkil edən iki ideyalara, cərəyanlara aid idi. Biz onların hər biri haqda misallar çəkib birinin adını cəhalət ya ifratcılıq, digərini isə qeyri-fəal donuq təfritçilik adlandırdıq.

Bunu da qeyd etdik ki, bu iki cərəyandan mütəəssir olaraq, İslam dünyasında digər cərəyanlarda meydana gəlmiş və daim öz mənfi təsirini göstərmişlər. Lakin bütün bunlar keçmişə aiddir. Biz hər şeydən əvvəl, üzərimizə düşən vəzifələri bilməli və unutmamalıyıq ki, haqqında söhbət açdığımız məsələ, zamanın tələbatı ilə əlaqəlidir. Hər iki cərəyanı (yəni ifrat və təfritçiliyi) nəzərə alaraq, Qurana etiqad bəsləyən bir müsəlman kimi orta yolu seçib, nə ifrata varmalıyıq, nə də təfritə. Bəs hansı miqdarı əsas tutaraq nə ifrata, nə də təfritə vadmadığımızı necə müəyyən etməliyik?

«ZAMANIN TƏLƏBLƏRİ» İFADƏSİNİN MƏNASI


Zamanın tələbləri dedikdə nə nəzərdə tutulur? Zaman daim dəyişilməkdə və yeni-yeni hadisələr baş verməkdədir. Zaman dəyişdikcə, zamanın tələbləri də dəyişir, istək və ehtiyaclar da əvəz olur. Zamanın tələbləri yerinə zamanın ehtiyacları desək, mətləbi daha yaxşı başa düşmüş olarıq.

Hər dövrün və hər ilin özünəməxsus tələb və ehtiyacları vardır. Götürək on dördüncü və ya iyirminci əsrin ikinci yarısını.

Bu dövrün ehtiyacları əsrin əvvəli ilə olduqca fərqlidir. Zamanın tələbləri və ya ehtiyacları dedikdə, biz adətən müxtəlif şeylər başa düşür və onu müxtəlif mənalara təfsir edirik. Bəzən biz bunu meydana gələn şeylərlə əlaqələndirir və belə hesab edirik ki, zaman həmin şeyə ehtiyac duymuş və həmin şey meydana gəlmişdir. Zaman həmin şeyə ehtiyac duyduğu üçün də biz onunla ayaqlaşmalı və qəbul etməliyik. {«şey» sözünü müvafiq sözlə əvəz et}

Bəzən də, biz bunu insanların zövqü ilə əlaqələndirir və haqlı olaraq belə hesab edirik ki, müxtəlif dövrlərdə yaşayan insanların zövqü müxtəlif olduğu üçün hər bir zamanın tələbləri fərqli və müxtəlif olur. Məsələn, insanlar zaman dəyişdikcə, geyim tərzlərini dəyişir, yeni-yeni dəblər ixtira edirlər. Belə bir anlama əsasən, zaman tələbləri ilə ayaqlaşmaq o deməkdir ki, insan ümumi kütlənin geyim tərzi ilə ayaqlaşıb, onlara tabe olmalıdır. Necə deyərlər, palaza, bürün elnən sürün.

Əgər zamanın tələb və ehtiyaclarını bu iki mənada təfsir edəriksə, böyük səhvə yol vermiş olarıq. Əgər müxtəlif dövrlərdə meydana gələn müxtəlif şeyləri zamanın ehtiyac və tələbi hesab edəriksə, belə bir sual meydana gəlir: Bütün dövrlərdə meydana gələn şeylər (ixtira olunan alət və cihazlar və s.) hər zaman cəmiyyətin xeyrinə olmuş və ya bəşər meydana gələn şeylərdən həmişə bəhrələnə bilmişdirmi? Bəşər belə yaradılmışdırmı ki, meydana gələn hər bir şey onun irəlləyişinə səbəb olsun? Bu yeniliklər heç vaxt bəşərin ziyana uğramasına səbəb olmayıbmı?

Bəli bu təbii bir haldır. Bəzən onun xeyrindən bəhrələnmiş, bəzən də ziyanından xəsarət çəkmişdir. Bunun dəlili, onların mürtəci adlanan islahatçılarımızın olmasıdır. Həm islahatçı, həm də mürtəci zamanın əleyhinə qiyam edir. Fərq yalnız burasındadır ki, mürtəci irəliləyiş və inkişafa qarşı, islahatçı isə ictimai pozğuntuluğa qarşı çıxır.

Bütün dünya seyyid Cəmələddin Əsədabadini islahatçı hesab edir. O, zəmanəsinin razılaşa bilmədiyi mövcud şəraitə qarşı çıxırdı. Bəs nə üçün biz onu islahatçı adlandırırıq. Çünki meydana gələn şeylər və əksəriyyətə tabeolma prinsipini müsbət qiymətləndirmişik. Biz belə hesab edirik ki, o dövrdə bəzi ictimai pozğuntuçular mövcud olmuş və seyyid Cəmaləddin onlara qarşı çıxmışdır. Əvvəlki söhbətlərimizdə haqqında söhbət açdığımız əxbarilərin tarixini mütaliə etdikdə, onların nə qədər mürtəci, yəni inkişafın qarşısını aldıqlarının şahidi olacağıq.

ZAMANIN DOĞURDUĞU HADİSƏLƏR İKİ NÖVDÜR


Demək, bütün dövrlərdə həm islahatçılar ola bilər, həm də mürtəcilər. O ki, qaldı zamana, biz burada da həm irəliləyiş müşahidə edə bilərik, həm də tənəzzül.

Demək «zamanın tələbləri ilə ayaqlaşmaq» heç də düzgün deyildir. Bunun səbəblərini də əvvəlki fəsillərimizdə açıqladıq.

Qeyd etdik ki, Allah-təala bu baxımdan insanla heyvanı fərqli olaraq xəlq etmişdir. O, insanı tam azad və muxtar bir varlıq olaraq yaratmışdır. Heyvanat aləminin görməli olduğu bütün işlər qərizə olaraq onların fitrətində əvvəlcədən müəyyən edilmişdir. O, azad olmadığı üçün öz ixtiyarlı ilə nə bir yenilik əldə bilir, nə də nəyəsə nail ola bilir. Bunun üçün də nə inkişafa doğru gedir, nə də geriləyib, tənəzzülə uğrayır. Dünyaya gəldikləri ilk gündən hansı xüsusiyyətlərə malik olurlarsa, ömürlərini həmin xüsusiyyətlərlə başa vururlar. Tarix göstərir ki, bəşər bal arısı ilə tanış olduğu ilk gündən bu günədək onların yaşayış tərzində, məhsul əldə etməsində heç bir dəyişiklik baş verməmişdir. İbtidai icma quruluşunda olduğu zaman bal arıları necə yaşamışlarsa, bəşər min illər arxada qoyaraq saysız-hesabsız nailiyyətlər əldə etməsinə baxmayaraq, onlar eyni yaşayış tərzini sürməyə davam edirlər. Onlar bir addım da olsun nə irəli getmiş, nə də geri getmişlər. Dünyada baş verən cərəyanlar nə onları düz yola yönəldir, nə də düz yoladan uzaqlaşdıra bilir. Lakin bəşər, istedadı və özünəməxsus yaradıcı xüsusiyyəti ilə yaradılmışdır.

«Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam»28.

Göründüyü kimi, ayədə insan Allahın xəlifəsi adlandırılır. Nə üçün bal arısı, digər heyvanlar yox, məhz insan Allahın xəlifəsi (canişini) müəyyən edilmişdir? Bunun ən başlıca səbəbi, qeyd etdiyimiz kimi, Allahın insana istedadla xəlq etməsidir.

Baxın görün, həyatını sıfırdan başlayan bu varlıq nə kimi ixtiralar edib, böyük nailiyyətlər əldə etmişdir. O, Allahın izni ilə qurur, yaradır və yeni-yeni ixtiralar edir. Bəşər Allahın yer üzündəki xəlifəsi olduğu üçün müqəddəratı özü həll etməli və necə yaşayacağını özü təyin etməlidir.

Hər il yeni-yeni nəqliyat vasitələri və texnologiyanın ixtira olduğunun canlı şahidi olursunuz. Bütün bunlar bəşərin istedad və ya bacarıcığından irəli gəlir. Onun irəli getməsi və inkişaf etməsinə səbəb olan da məhz budur. Çünki o azad və muxtar (ixtiyar sahibi) olaraq yaradılmışdır. İrəli getdiyi kimi, o geriliyə də bilər və bu heç də belə deyildir ki, geriliyə aparan yol, insanın üzünə bağlanmış və o yalnız irəli getməlidir. Əli (ə) Nəhcul-bəlağənin 16-cı xütbəsində buyurur: «Sağa və sola yönəlmək, insanı azdırır və haqdan uzaq salır. Həqiqi yol, qabağa aparan düz yoldur».


ÜMUMBƏŞƏRİN AZĞINLIĞININ MÜMKÜNLÜYÜ


Deməli, bəşər inkişaf etdiyi və irəli getdiyi kimi, inkişafdan qala da bilir. Bu isə o deməkdir ki, insan haqdan uzaq da düşə bilər. Bu səbəbdən də, bütün yenilikləri müsbət qiymətləndirib, «zamanın tələbi» adını verərək, onunla ayaqlaşmamalıyıq. Son dərəcədə ayıqsaylıq olmalı və yenilik adlandırdığımız şeyləri digər meyarlarla müqayisə edib yalnız müsbət nəticə verdikdə qəbul etməliyik. Bunun üçün də zamanın tələidir deyə əksəriyyətin istək və nəzərinə üstünlük verməməliyik. Qəzet və jurnalların başlığında “Əsrin nailiyyətləri” adlı məqalələrlə tez tez rast gəlmək olar Naliyyət dedikdə nəyi nəzərdə tutmalıyıq?! Əvvəllər adı belə kimliyə məlum olmayan hirayində yaşadığımız əsrdə kimya elminin inkişaf etməsi nəticəsində meydana gəlmişdir. Əsrin nailiyyət adlandırdıqları şeylərin mahiyyətinə diqqət yetirin və hər şeyi nailiyyət kimi qəbul etməyin.

Bir çox hallarda “camaat bunu bəyənmiş və qəbul etmişdir” deyirlər. Bunu necə başa düşək?!

Əksəriyyətin bir şeyin qəbul etməsini dəlili hesab etmək olarmı? Bu haqda söhbət açdıqda, bəzən oğruların cəzalandırılması yada düşür. “İslam oğruların əlinin kəsilməsini əmr edir” dedikdə, buna qarşı öz etirazlarını bildirərək, deyirlər: «Bu nə sözdür?! Dünya bu gün bu kimi işləri qəbul etmir. Oğurluq, ictimai pozğuntulardan biri hesab olunur». Onlardan bunun qarşısı alınmalıdır, ya yox? Soruşduqda, hamılıqla müsbət cavab verirlər. İslam oğurluğa qarşı belə bir cəza tədbiri müəyyən etmişdir. Əgər həyata keçirilərsə, demək olar ki, oğurluğa son qoyulmuş olar. Yaşlıların yəqinki, yadında olar. Əvvəllər piyada Məkkəyə Həcc ziyarətinə gedənlərin təhlükəsizlikləri qorunmayır və beş yüz nəfərlik karvanlar oğurlanır və onların malları qarət olunurdu. İndi baxın görün, həmin təhlükəli səhrada necə əmin amanlıq bərqərar olunmuşdur. Buna baxmayaraq, deyirsiniz dünya belə bir cəza tədbirini bəyənməyir. Bəs dünya necə, bundan yaxşı cəza tədbiri müəyyən edə bilmişdirmi? Əgər müəyyən etmiş və daha müsbət nəticə vermişsə, onu biz də qəbul edək. Belə bir fikir irəli sürürlər: «Əvvəl oğrunu tərbiyə etmək və tutduğu yoldan qaytarmaq lazımdır». Bununla biz də razıyıq. Bəs tərbiyə olunan, amma bundan heç bir nəticə çıxarmayan şəxslərlə nə etməli? Təlim-tərbiyə bütünlüklə dünyada baş verən cənayətlərin qarşısını ala bilmişdirmi? Əgər buna nail olsaydı, gərək dünyada kimsə cəzalandırılmalı idi. Bəs nə üçün bu iş baş verməmişdir? Deməli, təlim-tərbiyə təklikdə bunun qarşısını almağa qadir deyildir.

Bir neçə il əvvəl rəsmi məlumat {və ya statistika} orqanlarından biri belə bir məlumat verdi ki, bir il ərzində yalnız Qərbi Almaniya (Almaniya birləşməzdən əvvəl) banklarına üəştaddan çox silahlı basqın edilmişdir. Görün, Amrikada qanqsterlərin sayı nə qədər çoxalmışdır ki, onlar üçün ayrıca məktəb ayrılmışdır. Yəni oğurluq fənnlərini öyrənmək üçün müstəqil məktəblər açılıb, orada təlimlər verilir. {fəkt dəlillə əsaslandırılsa, yaxşı olar. Əks təqdirdə, çox zəif səslənir} Dediyimiz dünya oğurluğun qarşısını nə dərəcədə ala bilmişdir?

Ağır xəstəliyə düçar olmuş bir şəxs, bir neçə həkimin müayinəsindən keçir, neçə-neçə nüsxələr yazılıb əvəz olunur. Lakin xəstə özündə heç bir irəliləyiş hiss etməyir. Xəstənin yaxınlarından biri mahir bir həkim tanıdığını və onun başqalarından olduqca bacarıcıqlı olduğunu bildirir. Həkim xəstəni müayinə edib dərhal qətiyyətlə deyir: «Onu əvvəllər müayinə edən həkimlər səhv və başa düşmüşlər. Elə bu saat xəstəni xəstəxanaya aparın». Həkimin qətiyyətini görüb xəstə xəstəxanaya gətirilir və həmin gün onun üzərində cərrəhiyə əməliyyatı aparır. Üstündən bir saat keçmədən məlum olur ki, cərrahiyə əməliyyatı heç yir nəticə verməmiş və xəstə dünyasını dəyişmişdir. Xəstənin yaxınları həkimin qətiyyətini görüb bunun nə ilə nəticələnəciyini ağıllarına belə gətirmirlər. Lakin görün, bu ehtiyatsızlıq nə ilə nəticələnir.

Əgər dünya oğrunun əlinin kəsilməyini qəbul etməyirsə, bunun əvəzinə nə kimi işlər görmüşdür?!

Müsəlmanın başqalarının təsiri altına düşməməsi, onun müsbət xüsusiyyətlərindəndir. Əli (ə) Nəhcül-bəlağənin 199-cu xütbəsində buyurur: «Düz yolu tanıdığınz zaman, azlıqda olmadığınızdan qorxmayın. Öz şəxsiyyətinizi qoruyub saxlamağınızı bacarın».

Daim əksəriyyətin istək və nəzərinə üstünlük verilmiş və onların səhvə yol verəcələrini qeyri-mümkün hesab etmişlər. Haqq ədalətə arxalanan azlıqlara zərbə vuran da, məhz belə bir yalnış tərzi-təfəkkürə malik olmuşdur.


«ZAMANIN TƏLƏBLƏRİ» İFADƏSİNİN DÜZGÜN MƏNASI


Zəmanənin tələblərini biz bir qədər fərqli olaraq da təfsir edə bilərik. Belə ki, zamanın tələbləri dedikdə, biz zamanın daimi dəyişilməkdə olan ehtiyac və tələblərini nəzərdə tutur.

Bildiyimiz kimi, bəşəriyyətin gündəlik fəaliyyəti, onun ehtiyaclarından irəli gəlir. Allah-təala insanı ehtiyac duyan varlıq kimi yaratmışdır. O, geyimə, qida məhsullarına, nəqliyat vasitələrinə, elm öyrənməyə, zinət əşyalarına, əkinçiliyə, evə və s-ə zəruri həyat vasitələrinə ehtiyacı duyur. Bütün bunlar heç də əhəmiyyətsiz deyildir. Ehtiyac hissi onu fəaliyyət göstərməyə və ehtiyaclarını aradan qaldırmağa vadar edir. Aradan qaldırmadıqda isə, zaman öz işini görür və onu böyük çətinliklərə qarşılaşdırır. Bu kimi hallarda bəzən buna dövrü məcburiyyət deyirlər. Maddi ehtiyaclarla yanaşı, insanın bəzi sabit ehtiyacılarda olur. İnsan ruhuna, əxlaq və davranışlarına xüsusi diqqət yetirməli və nizama salmalıdır. O, yaşadığı cəmiyətdə ünsiyyətdə olduğu işlərlə necə rəftar etməsini, Allah-təala ilə daimi rabitəsini nəzmə salmalıdır. Heyvanat və bitkilər aləmi ilə də eyni qaydada olaraq, bu məsələyə diqqət yetirməlidir. Bütün bunlar insanın sabit və dəyişilməz ehtiyaclarıdır.

Lakin insan ehtiyaclarını aradan qaldırmaq üçün bəzi alətlərə ehtiyac duyur və bu alətlər, insanın özü tərəfindən ixtira olunduğu üçün daim dəyişilməkdədir. Alətlərin nədən ibarət olduğunun (əlbəttə, əkər qanuni olarsa) dinlə heç bir bağlılığı yoxdur. Din hədəfi və hədəfə çatmağı müəyyən edir, lakin ehtiyaclarının aradan qaldırılması üçün istifadə olunan alətləri əql təyin edir. Əql öz işini təkmilləşdirir və hər gün daha müasir alətlər seçir.

Bəşər (Əllamə Təbatəbainin dediyi kimi) «ikmal qanunu»na əsasən, hədəfə çatmaq üçün ən sadə və xərci az olan yolu seçir. İnsanın ehtiyacları alətlərin vasitəsilə dəyişildikdə, yəni bu günlər istifadə olunan alətlər təkmilləşdikdən sonra ehtiyacları zamanın tələblərinə uyğun dəyişilməlidir. Bunu həqiqətən zamanın tələbi adlandırmaq olar.

İslam həqiqətən ehtiyac duyulan şeylərin qarşısını almayır. İslam traktor ixtira olunduqdan sonra kotanla yer şumlayan şəxsin bu işini təbii olaraq, qiymətləndirilməlidir. Lakin moda dizdən yuxarı qalxdıqda, qarşısı alınmalıdır. Çılpaq qadınların kinoya çəkilmələrini biz heç nə ilə izah edə bilmərik. Hər hansı bir alət ixtira olunduqda, onu biz faydalı və qeyri-faydalı məqsədlər üçün istifadə edə bilərik. Götürək, mikrafon və digər səs gücləndirici aparatları. Onların vasitəsilə Quran, faydalı elmi verilişləri səsləndirmək mümkün olduğu kimi, qeyri-əxlaqi təranə və çıxışlar da səsləndirmək olar. Radio, televizor, maqnitafon və sair vasitələrlə də eyni qaydada.

Məqsədə çatmaq üçün lazımı vasitələrdən istifadə etməyən şəxs, haqlı olaraq başqalarının tənəsinə məruz qalmalıdır. Məsələn, yaşadığımız dövrdə, hal-hazırda düşmənlə mübarizə aparmaq istəyən hər hansı top-tüfəng əvəzinə qılınc-qalxana əl atsa və məqsədinə çatmasa, özündən başqa kimsəni müqəssir hesab etməməlidir.


SABİT VƏ DƏYİŞƏN EHTİYACLAR


Budur zamanın tələbləri. Biz onu insanların, daha dəqiq desək əksəriyyətin istəyi ilə səhv salmamalıyıq. İnsanın birinci dərəcəli ehtiyacları sabit və dəyişilməzdir. Onun ikinci dərəcəli, yəni birinci dərəcəli ehiyaclarına çatdıran ehtiyacları isə qeyri-sabit və dəyişgəndir. Zamanın ehtiyacları günü-gündən dəyişir, bu dəyişiyliklərlə lazımi qaydada ayaqlaşmayan şəxs quru və qeyri- məntiqi və təsübkələyənən qurbanına çevrilib, heç nə əldə edə bilməyəcəkdir.

Maqnitafon və digər səs ötürücü cihazları ixtira edən şəxslər belə bir böyük nailiyyət əldə etdikləri zaman, ağıllarına belə ki gətirməzdilər ki, onların ixtira etdikləri cihalarla qeyri-əxlaqi çıxış və təranələr səsləndiriləcəkdir. Lakin bu nə ixtiranın, nə də həmin cihazların günahıdır. Günah, onlardan düzgün istifadə etməyən şəxslərindir. Kino, özü-özündə pis sənət deyildir.

Lakin heraində təhlükəli olan qeyri-əxlaqi filimlər çəkilib televizor və kino-teatrlarda nümayiş etdirildikdə, cəmiyyətdə uzun müddət silinməz iz qoyur. Əgər bacarırsınızsa, qarşısını alın, yox əgər bacarmırsınızsa, heç olmasa rəqabət edin. Bütün bunlar olunmur və iş o yerə gəlib çıxır ki, Kəbə və sair müqəddəs yerlərə dair çəkilmiş filmlər qeyri-əxlaqi filimlər nümayiş etdirilən kino-teatrlarda səhnəyə qoyulur.

Bütün bunlar o şəxslərin təsiridir ki, əvvəlcədən bunu fikirləşməmiş və səhlənkarlığa yol vermişlər. Kino insanların dini həyatına daxil olmalı və qeyri-əxlaqi filimlərin yerini tutmalıdır. Əxlaqi filimlər dedikdə, tək dini kinolar nəzərdə tutulmur. İnsanın yaradılışına, qan dövranına, bitkilər aləminin inkişafına dair çəkilmiş elmi kinoları nümayiş etdirməklə, cavanların böyük bir hissəsini düz yola gətirmək olar.

«Zamanın tələbləri», «müasir həyat» deyənlər bilməlidirlər ki, zamanın tələbi odur ki, nümayiş etdirilən filimlər cəmiyyəti günahdan çəkindirib, elmi və tərbiyəvi xarakter daşısın.

Alimlərdən biri deyir: «Məclislərdən birində çıxış etməli oldum. Məndən əvvəl başqa birisi minbərə çıxıb, mikrafona işarə edərək dedi: «Götürün bu şeytan şeypurunu». Çıxış etdikdə, səsini kimsə eşitmədi. Sonra mən çıxış etməli oldum, xahiş etdim ki, «şeytan şeypuru»nu gətirsinlər. Görün, düşüncəsizlik nə yerə gəlib çatmışdır. Dini nüfuzdan salan da məhz bu kimi “alimlərin” qeyri-məntiqi çıxış və hərəkətləridir. Axı mikrafon nə vaxtdan şeytan şeypuru oldu?!



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə