Малик башга бир јердә дејир


ON BİRİNCİ FƏSİL PEYĞƏMBƏRİN VƏZİFƏLƏRİ: RİSALƏT-QƏZAVƏT-HÖKUMƏT



Yüklə 1,54 Mb.
səhifə11/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

ON BİRİNCİ FƏSİL

PEYĞƏMBƏRİN VƏZİFƏLƏRİ: RİSALƏT-QƏZAVƏT-HÖKUMƏT


«Peyğəmbər sizə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin»23.

Peyğəmbər (s), Allah-təala tərəfindən üç müqəddəs vəzifəyə təyin olunmuşdur. O da öz növbəsində özündən sonra üzərinə düşən vəzifəni öz davamçılarına çatdırmalı idi. Necə kə, bunu da layiqincə yerinə yetirir.

Üzərinə düşən ən mühüm vəzifələrdən biri “risalət”, yəni Peyğəmbərlik idi. O, Allah tərəfindən nazil olan vəhyləri qəbul edir və onu insanlara çatdırırdı. Demək, Peyğəmbərlərin ən başlıca vəzifəsi, dinin təbliği və başqalarına çatdırmaq olmuşdur. Maidə surəsinin 99-cu ayəsində bu haqda deyilir: «Peyğəmbərin üzərinə vəzifə isə, ancaq Allahın əmrlərini insanlara təbliğ etməkdir».

O, ilahi hökmləri müəyyən şəxs və qəbilələrə deyil, yəni namazı necə qılmağı, orucu necə tutmağı, xums və zəkatın necə və hansı şəraitdə verməyi, Həcc mərasiminə necə getməyi və oranın əməllərini və s.-i izah edir və icra etməyə sövq edirdi.

Müqəddəs risalət vəzifəsi ilə yanaşı («müqəddəs» dedikdə, bu vəzifənin Allah tərəfindən verildi nəzərdə tutulur), Peyğəmbər (s)-ın üzərinə başqa bir məsuliyyət də düşür. O da qəzavət və hakimlik vəzifəsidir.

Camaat arasında ədalətli hökm çıxarmaq üçün bu vəzifə də Peyğəmbərlik kimi Allah tərəfindən verilməlidir. Cəmiyyətdə ictimai hüquq pozuntuluğuna yol verildikdə, hakim qanuna əsasən heç kimin hüququnun taptalanmasına yol verməməlidir. Həzrət Məhəmməd (s) yalnız peyğəmbər deyil, həm də hakim idi və o, bu vəzifəyə Allah tərəfindən təyin olunmuşdu. Nisa surəsinin 65-ci ayəsində bu haqda deyilir: «Amma xeyr! (Ya Məhəmməd) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (munsif) təyin etməyincə verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə itaətdə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar».

Göründüyü kimi, ayə peyğəmbərlik məqamına deyil, qazilik (munsiflik, hakimlik) məqamına dəlalət edir. Ayənin mənası budur ki, kimliyindən asılı olmayaraq, hər bir şəxs Peyğəmbər (s)-ın çıxardığı hökmün qarşısında tabe olmalı və ondan heç bir təmannada olmamalıdır. Məsələn, din uğrunda böyük çətinliklərə üzləşmiş, el-obasını, ailəsini, var dövlətini tərk etmiş mühacir ilə İslamı təzə qəbul etmiş adi bir şəxs arasında və ya müsəlman və qeyri-müsəlman ixtilaf meydana gətirsə, mühacir çəkdiyi əzab-əziyyətə görə və müsəlman İslamı qəbul etdiyi üçün Peyğəmbər (s)-ın onun tərəfini saxlayacağını ummamalıdır. Peyğəmbər (s)-ın çıxartdığı hökmə tabe olub, artıq heç bir şey gözləməməlidir. Həqiqi iman da buna deyildir.

Bunlarla yanaşı, Peyğəmbər (s)-ın üzərinə başqa bir müqəddəs vəzifədə düşür. O da hakimiyyət və rəhbərlik vəzifəsidir. Peyğəmbər (s) cəmiyyətə rəhbərlik edir, yaranmış şəraitlərdə lazımı göstərişlər verirdi. Təhlükə ilə üzləşdikdə, ümumi səfərbərlik elan edir, əkin biçin məsələlərində müsəlmanlara dəyərli tövsiyələr verir və bir rəhbər kimi cəmiyyətin idarə olunmasına nəzarət edirdi. Demək, həzrət Məhəmməd (s) bir peyğəmbər kimi Allah tərəfindən nazil olan ayələri müsəlmanlara çatdırır, bir qazi kimi onların ixtilaflı məsələlərini həll edir və bir rəhbər kimi onlara rəhbərlik edir və onların siyasi məsələlərini həll edirdi. Nisa surəsinin 59-cu ayəsində Peyğəmbər (s)-ın siyasi rəhbərliyi haqda deyilir: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə özünüzdən olan ixtiyar sahiblərinə ehsan edin!».

Demək, camaat hakim qanuna tabe və məhkum inzibatı qanunlar əsasında mühakimə olunmalıdır.

Göründüyü kimi, ayədə Allah onun peyğəmbərinə və ixtiyar sahiblərinə tabe olmaq əmri verilir. Şiə alimləri ayədəki ixtiyar sahiblərini xilafətə əlaqələndirir, bu məqama da Allah tərəfindən təyin olunmağı hesab edirlər.


BU ÜÇ VƏZİFƏNİN İMAMA ÖTÜRÜLMƏSİ


Burada başqa bir məsələ meydana gəlir. O da, budur ki, görəsən, Peyğəmbər (s) özündən sonra bu məqamlara kimisə təyin etməlidir. Cavabında deyirik: «Bəli!». Lakin burada incə bir məsələyə diqqət yetirmək lazımdır. O da, Peyğəmbərlik məsələsidir. Məlum məsələdir ki, Həzrət Məhəmməd (s) peyğəmbərlərin sonuncusu və ən şərəflisidir. Belə olan bir halda təbii ki, özündən sonra təyin etdiyi canişinilə onun peyğəmbərliyi deyil, peyğəmbərlik vəzifələri keçəcəkdir. Şəri məsələlərin izahı, rəhbərlik, qəzavət və s.

Fərq yalnız bundan ibarətdir ki, Peyğəmbər (s) hökmləri vəhy yolu ilə Allahdan, canişininə onun özündən əxz ediyi olur. Peyğəmbər (s)-ın canişini, başqa sözlə desək, imam da bu məqama Allah tərəfindən təyin olunur. Qəzavət və rəhbərlik də eyni qaydada.

Peyğəmbər (s) özündən sonra ictimaiyyətə rəhbərlik və onların şikayətlərinə baxılması üçün kimisə bu vəzifəyə təyin etməli idi. Çünki cəmiyyət bu iki şeyə də daim ehtiyac duyur. Lakin bu barədə bəzi ixtilaflar nəzərə çarpır. Əhli-təsənnün belə hesab edir ki, xəlifənin özü həm qazi olması ya kimisə bu vəzifəyə təyin etməlidir. Şiələr isə belə bir əqidədədirlər ki, Peyğəmbər (s) vəfat etdikdən sonra hakimiyyət və rəhbərlik öz qüvvəsində olaraq qalır və bu məsuliyyət imamların üzərinə düşür. Çünki Peyğəmbərdən sonra cəmiyyət yenə də rəhbərlik və qanun vericiliyə ehtiyac duyur. Demək, hər üç məqam Peyğəmbər (s)-dan sonra onun canişinlərinə keçir. Fərq yalnız burasındadır ki, o peyğəmbər deyil. Həm də dini hökmləri vəhy yolu ilə deyil, Peyğəmbər (s)-dan əks etmiş olur.

O ki qaldı Peyğəmbərliyə, bu məqama yalnız Allahın seçdiyi müəyyən şəxslər təyin olunur və həzrət Məhəmməd (s)-dan sonra bu məqama kimsə təyin olunmamışdır. Qəzavət və rəhbərlik ilə müəyyən şəxslər aid deyildir və bunu başqaları da öz üzərinə götürə bilər. Yəni peyğəmbərin səlahiyyəti, yalnız özündən sonra bəzi müsbət xüsusiyyətlərə yiyələnən şəxsləri rəhbərlik və qəzavətə təyin etməyə çatır. Məsələn, Peyğəmbər (s) deyə bilər ki, Quran maarifi, Peyğəmbərlik və dini məsələlərlə yaxından tanış olan, ədalətli və təqvalı şəxslərin qəzavət etməsi, daha məqsədə uyğundur. Belə olduqda, bu vəzifəyə yiyələnən hər hansı şəxs deyə bilər ki, məni bu məqama, vəzifəyə Allah təyin etmişdir və Peyğəmbər (s)-ın dedikləri xüsusiyyətlər özünü məndə əks etdirir. Demək, mən qazilik etməliyəm.

Şiə məzhəbinin davamçıları belə bir əqidədədirlər ki, qazinin ən başlıca şərti, onun dini məsələlələrdə ictihad etməsi və bu sahədə mütəxəssis olmasıdır. Başqa bir şərti isə, adil və əhli-nəcabəti pak ailədən olmalıdır. Qazi rüşvət almamalı, tək qəzavət məsələlərində deyil, gündəlik yaşayışında da xoşa gəlməz işlərə yol verməməlidir. Lakin bəzən belə hesab edirlər ki, qazi yalnız qəzavət məsələlərində qanun pozğuntularına yol verməməli, rüşvət almamalı və başqalarının təsiri altına düşməməlidir. İşinə aid olmayan məsələlərdə isə tam azaddır. Şərab içmək, qeyri-əxlaqi səhnələrə baxmaq və s. Xeyr! Bu heç də belə deyildir. İslam nöqteyi-nəzərindən qəzavət o qədər müqəddəs bir məqamdır ki, belə bir ağır məsuliyyəti üzərinə götürmüş hər hansı bir şəxs tək qəzavət məsələlərində deyil, gündəlik həyatında da təqvalı, pak və saf niyyətli olmalıdır. Əgər insan qeyd olunan xüsusiyyətlərə yiyələnərsə, deyə bilərik ki, həqiqətən o bu məqama Allah tərifindən təyin olunmuşdur.

Peyğəmbər (s)-dan sonra ilahi hökmləri camaata çatdırmaq imamların üzərinə düşmüşdür. İmamət qurtardıqda necə?

İmamlardan nəql olunmuş hədislərdən birində bunun çıxış yolu belə açıqlanır: «Hədislərimizi nəql və onu dərindən dərk edən, halal-harama diqqət yetirən, adil və düz danışan şəxsləri sizə rəhbər və hakim təyin edirəm»24.

Şəri hökmlərin insanlara çatdırılması, qəzavət və rəhbərliyin hər üçü müqəddəs vəzifədir və bu müqəddəslik Allah tərəfindən müəyyən edilmişdir. Nəyisə müqəddəsləşdirmək yalnız Allaha xoş olan bir xüsusiyyətdir. Əgər kimsə müftilik iddiası edirsə, hər şeydən əvvəl biz bu məqamın müqəddəs olduğunu nəzərə almalıyıq.

Əgər həmin şəxs fitva verirsə, ilk növbədə Peyğəmbər (s) və ondan sonra imamlar tərəfindən qeyd olunan ilahi hökmləri bəyan etməyə səlahiyyəti çatdığını və onun müctehidə xoş olan xüsusiyyətlərə yiyələndiyinə dəqqət yetirməyi lazımdır.

Əgər bu ibarətlərin misdaqı olarsa, “Fəqih o kəsdir ki, özünü idarə edib, nəfsini ələ ala bisin. Fəqih o kəsdir ki, nəfsinə tabe olmayıb, dinin keşiyində dursun”25 bu halda bilin ki, fitva verməyə layiqdir və səlahiyyəti çatır. Bilin ki o müqəddəslik nəqamına nail olmuşdur. Lakin imamət və elmi mərcəiyyət özünə məxsus yer tutur.


AYƏTULLAH BİRUCƏRDİNİN SÖZLƏRİ


Yadımdadır, ayətullah Burucərdi deyərdi: «İmamət və rəhbərlik məsələsini bir birindən ayırmaqla, aramızdakı ixtilaflara aradan qalxacaqdır. Xilafət və rəhbərlik məsələsində biz (şiə məzhəbini nəzərdə tutur) belə bir əqiddədəyik ki, Peyğəmbər (s)-dan sonra xilafət Əli (ə)-a çatmalı idi. Əhli-təsənnün isə, Əbu Bəkrin xilafətini qanuni hesab edir. İxtilafa səbəb olan başqa bir məsələ imamət məsələsidir. Yəni biz yalnız Peyğəmbər (s)-ın rəhbərliyi və hakimiyyəti barədə deyil, onun ilahi hökmləri insanlara çatdırmaq vəzifəsi barədə də söhbət açmaq istəyirik. Bizi maraqlandıran sual budur ki, müsəlmanlar Peyğəmbər (s) vəfat etdikdən sonra dini məsələlərdə kimə müraciət etməli və öz çətinliklərini hansı yolla aradan qaldırmalı idilər? Kimin sözü bizim üçün dəlil olmalıdır?». Ayətullah Brucerdi sonra deyərdi: «Rəvayətlərdən bəzilərində deyilir: Peyğəmbər (s) buyurmuşdur: “Əli məndən sonra sizin xəlifəniz və rəhbəriniz olacaqdır». Başqa bir yerdə hədisə bunu da əlavə etmişlər - «Məndən sonra dini məsələlərdə Əliyə müraciət edin”. Əhli-sünnətə deyirik: «Aramızdakı ixtilaf, yalnız Peyğəmbər (s)-dan sonrakı rəhbərlik ətrafındadır. Lakin bu barədə söhbət açmağa belə dəyməz, çünki indi nə Əli (ə) var, nə də Əbu Bəkr. Lakin başqa bir məsələ sual olaraq qalır. Peyğəmbər (s)-dan sonra kimin sözü bizim üçün dəlil olmalıdır? Səqəleyn hədisi bütün dini məsələlərdə Əhli-Beytə müraciət etməyi əmr etmirmi? Orada deyilir: «Mən sizün üçün iki ağır şeyi qoyuram: Allahın kitabı (Quranı) və Əhli-Beytimi...»26.

Yəni dini məsələləri öyrəndiyimiz zaman Əhli-Beyt (ə)-ın buyurduqlarına nəzər salmalıyıqmı? Peyğəmbər (s) demişdirmi ki, mənim dediklərim dəlil olduğu kimi Əhli-Beytin də buyurduqları sizün üçün dəlildir? Bəli, demişdir. Xilafət barədə bir birimizlə bəhs edirik. Lakin hər şeydən əvvəl bu məsələyə diqqət yetirməli və həll etməyə çalışmalıyıq. Nə üçün xilafət mövzusu ətrafında özümüzü yoruruq? Əlbəttə, biz öz əqidəmizi qoruyub saxlamalıyıq ki, əgər Əli (ə) o zaman xilafətə təyin olunsaydı, İslam dünyası bu günlər belə fəlakətlərə qarşılaşmazdı. Lakin bu yalnız nəzəri bir məsələdir və biz bu barədə bir daha söhbət açmaq istəmirik.

Qəzavət məsələsində Əli (ə) Peyğəmbər (s)-dan sonra qazilik vəzifəsini icra edirdi. Lakin xəlifələr rəhbərlik edir və çətin olduğu üçün qəzavət məsələlərinə girişmirdilər. Qəzavət etmək üçün insan xüsusi elmə və istedada yiyələnməlidir. Bunun üçün də Əbu Bəkrin, xüsusilə Ömərin xilafət dövründə bir çox qəzavət məsələləri Əli İbni Əbu Talib (ə) tərəfindən həll olunurdu. Getdikcə müsəlmanlar yaşayan mənəqələr genişlənirdi. Hər məntəqə və hər şəhər qaziyə ehtiyac duymağa başladı. Yaranmış belə bir şəraitdə qəzavət xilafətdən ayrılıb, ayrıca vəzifəyə çevrildi. Dövrün xəlifəsi yalnız siyasi və dövləti idarəetmə məsələlərinə baxırdı. Xilafət mərkəzinə və ayrı-ayrı məntəqələrdə qazilər təyin olunurdu və onlar hər şeydə ədalətə riayət etməli idilər. Sonralar qazilik İslam dünyasınd daha çox əhəmiyyət kəsb etməyə başladı və Əbu Hənifənin şagirdi Əbu Yusuf İslam tarixində ilk dəfə olaraq «Qazilər qazisi» (qaziyul-quzzab) vəzifəsinə təyin olunur.

Kitabın əvvəlki fəsillərində qeyd etdik ki, Əbu Hənifə Bəni-Abbas xəlifələrinin siyasəti ilə heç cür razılaşa bilmirdi. Lakin onun ən mübariz şagirdlərindən olan Əbu Yusif isə onlarla həmkərlıq etməyə razı olurdu. Ətraf məntəqələrə qazi göndərilməsinə ehtiyac duyduqda, qazilər qazisi seçilməli və bu işi yerinə yetirməli idi. Bu vəzifəyə də ilk dəfə Əbu yusif təyin olunur. Qazilər üçün bir qədər fərqli paltarlar təyin edən şəxs də, məhz əbu Yusif oldu. O qazilər qazisi olduğu müddət ərzində bütün qazilər başqalarından fərqlənsin deyə, onlar üçün təyin olunmuş paltarlar geyirdilər. Bilmirəm, İslamdan əvvəldi qazilər başqalarından fərqli paltarlar geyirdilər, ya yox, ya bu adət Harun-ər-Rəşidin xilafət dövründən həyata keçirilməyə başladı? Elə həmin vaxtdan ruhanilərlə qeyri-ruhanilərin geyimləri bir birindən fərqlənməyə başladı.

Bir qədər əvvəl məşrutiyyət barədə söhbət açdıq. Burada həmin mövzunun bəzi çatışmamazlıqlarını aradan qaldırmaq üçün iki mətləbə işarə etmək istəyirik. Onlardan biri qanun tətbiq etmək barədədir. Sual: Allahdan başqa kimsə qanun tətbiq edə bilərmi?

Qeyd etdik ki, əgər tətbiq olunan qanun ilahi qanunların əksinə olarsa, kimsənin buna ixtiyarı çatmır. Lakin gündəlik məsələlərdə ilahi qanunlardan istifadə etməyin heç bir nöqsanı yoxdur. Qarşıya çıxan başqa bir sual budur. Məgər hakimiyyət müqəddəs bir vəzifə deyilmi? Allah tərəfindən təyin olunmamalıdırmı? Cavabında deyirik. Bəli belədir. Belə olduğu bir halda, bəs nə üçün hökumət və hakimiyyət Allahın deyildir? Xəvaric səhv olaraq deyirdi: «İnsanlar arasında gərək Allahın özü hökmranlıq etsin». Lakin bir tərəfdən onların sözündə həqiqət vardır. Yəni camaata rəhbərlik edən hakimiyyət müəyyən şəraitlərə yiyənməlidir və bütün bunlar müqəddəs İslam dinində müəyyən edilmişdir və buna əsasən, həm müctehid fitva verə, həm də Allah kimisə müəyyən etmədən camaat arasında hökmranlıq edə bilər.

Qanunun təyin və tətbiq olunmasına diqqət etməliyik ki, görəsən, İslam biz insanlara qanun tətbiq etmək ixtiyarı vermişdir, ya yox? Misal çəkdik ki, əgər İslam ailə üzvləri üçün qanun müəyyən etməmişsə, demək ailə üzvdərindən hər biri nə istəyirsə, onu da edə bilərmi? Məsələn, uşaq özü üçün qanun tətbiq edib atanın ona tabe olmasını, qadın özü üçün qanun tətbiq edib, ərin ona tabe olmasını tələb etsin? Xeyr! Bu heçdə belə deyildir. Düzdür, bu kimi cüzi məsələlərdə heç bir qanun müəyyən olunmamışdır. Lakin müəyyən olunmuş ümumi qanun bundan ibarətdir ki, ata bir ev sahibi kimi ailədə müəyyən qanun və qaydalar tətbiq etməli və ailə üzvləri də öz növbələrində ona tabe olmalıdırlar. Hər hansı bir müəssisə və təşkilatda da eyni qaydada olarsa, müəssəyə rəhbərlik edən şəxs orada müəyyən qanun və qaydalar tətbiq etmək ixtiyarındadır.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə