Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

Anar – 75  

 

29 



oldu

ğu kimi ədəbiyyat tariximizdə də özünəməxsusluğu ilə se-

çildi, 

ədəbiyyatımızda  böyük  bir  nəslin—“altımışıncıların”  ya-



ranma

sına səbəb oldu. Və bütövlükdə ədəbiyyatımız kimi nəsri-

miz də ciddi inkişaf yoluna qədəm qoydu.  

60-70-


ci illər nəsri təravətli və orijinal keyfiyyətləri, yeni sə-

ciy


yəvi cəhətləri ilə seçilirdi. Bu dövrün yazıçıları bir qayda ola-

raq yaradıcılıqlarında mənəvi-əxlaqi mövzulara önəm verir, psi-

xo

loji təhlillərə maraq göstərir, fərdə, şəxsiyyətə, onun mənəvi 



aləminə dərindən nüfuz etməyə çalışırdılar. Onlar qəhrəmanları-

nı adi peşə sahiblərindən seçir, onların ictimai və şəxsi həyatla-

rındakı  problemləri,  keçirdikləri  mənəvi  böhranları,  psixoloji 

sar


sıntılarını göstərirdilər. Yaradılan əsərlərdə insan münasibət-

lərinin  dərinliyinə  önəm  verilir,  hadisələrə  psixoloji  aspektdən 

yana

şılırdı.  Əvvəlki  illərin  nəsrində  isə  mənəviyyat  məsələləri 



bu qədər genişliyi və dolğunluğu ilə nəzərə çarpmırdı. İndi isə 

in

san şəxsiyyəti məhz onun  mənəviyyatı ilə əlaqədar yazıçıları 



şündürürdü.  

Bu dövrdə bədii fikrin strukturunda insana və hayata münasi-

bətində əsaslı dönüş, irəliləyiş baş vermişdi. Bu keyfiyyət dəyi-

şikliklərini  qısaca  olaraq  nəsrdə  reallığın  artması,  şəxsiyyətə, 

onun  psixologiyasının  mürəkkəbliyinə  daha  həssas  münasibət 

bəslənməsi, humanizmin güclənməsi, problemlərin, münaqişələ-

rin,  konfliktlərin  bədii  təsvirdə  daha  çox  mənəvi-əxlaqi  aləmə 

keç

məsi və insanla cəmiyyət, mühit arasındakı qarşılıqlı əlaqələ-



rin nəzərə alınması kimi səciyyələndirmək olar. Yazıçılar hətta 

istehsa


lat, müharibə və digər mövzularda qələmə aldıqları əsər-

lərdə də məsələnin bu cəhətinə xüsusi diqqət yetirir, insanın mə-

nəvi aləmiylə bağlı məsələləri ön plana keçirirdilər. Əgər əvvəl-

ki onil


liklərin  nəsrində  insanın  cəmiyyətdə  mövqeyi  daha  çox 

onun əmək nailiyyətləri və zəhmət prosesində əldə etdiyi yüksə-

li

şi ilə ölçülürdüsə, 60-70-ci illərdə mənəvi yetkinlik, əxlaqi ka-



mil

lik  qəhrəmanların  həyatda,  cəmiyyətdə  mövqeyini  təmin 

edən meyara çevrilir. 

Bu da bir faktdır ki, yeni tipli ədəbiyyatın yaranmasında müa-




Aytən Quliyeva

 

 



30 

sir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Ana-

rın böyük rolu, əhəmiyyəti və mövqeyi olmuşdur. Anarın yara-

dıcılığa  gəldiyi  dövr  50-ci  illərin  sonu  60-cı  illərin  əvvəllərinə 

təsadüf  edir.  Onun  əsərlərində,  xüsusən,  hekayələrində  insan 

psixo


logiyasına, onun daxili dünyasına, düşüncələrinə nüfuz et-

mək qabiliyyəti hər bir zövqlü oxucunu heyran qoyur. Yazıçının 

da

xilindən  gələn  mənəvi  saflıq  onun  bir  çox  qəhrəmanının  da-



xili keyfiyyətinə çevrilir, sevilməsinə, uzun illər yaddaşlarda ya-

şamasına  səbəb  olur.  Anarın  hekayələrindən  həyatın  ətri  duyu-

lur, ayrı-ayrı fərdlərin, qrupların, zümrələrin cəmiyyətdəki yeri, 

möv


qeyi görünür. Mövzu rəngarəngliyinə baxmayaraq, sənətka-

rımızın,  demək  olar  ki,  bütün  əsərlərində  insanın  daxili  aləmi 

əsas diqqət mərkəzindədir. 

Sevilən sənətkarımız ədəbi fəaliyyətə hekayə ilə başlamışdır. 

O, ilk hekayələrini çox kiçik yaşlarında qələmə almışdır.  Lakin 

ya

zıçı bu hekayələrini yazdığı dövrdə yox, bundan çox illər son-



ra “58-

ci ilin üç sandıq hekayəsi” adı altında “Azərbaycan” jur-

na

lına çapa vermişdir. Buraya “Ürəyim ağrıyır”, “İztirabın vic-



da

nı”,  “Nisbət  nəzəriyyəsi”  daxildir.  Hekayələr  istedadlı  şairi-

miz Vaqif Cəbrayılzadəyə ithaf edilmişdir. Anar bu əsərlərin ya-

zılma  tarixi  haqqında  yazır:  “13-14  yaşlarımdan  yazı-pozuyla 

məşğul  olurdum,  amma  cızma-qaralarımı  üzə  çıxarmağa  həvəs 

gös


tərmirdim.  Anam  hərədən  zarafatla  mənə:  “Bəsdir,  sandıq 

ədəbiyyatı yaratdın”,- deyirdi... 

Bəzən bizim Azərbaycan yazıçılarını qınayırlar ki, necə olub 

ha

mınız  nə  yazıbsınızsa  hamısını  çap  etmisiniz?  Rus  yazıçıları 



ki

mi sizin də o dövrlər nəşr oluna bilməyəcək və yalnız indi üzə 

çıxarıla biləcək əsərləriniz yoxdurmu? Ədəbi “sandığımdan” çı-

xa

rıb çapa verdiyim bu üç hekayə həmin suala—irada cavab de-



yil

sə  də,  hər  halda  Stalin  dövründən  sonra  ədəbiyyata  gələn 

gənclərin o vaxtkı duyğu-düşüncələrini az, ya çox dərəcədə əks 

et

dirən sənəddir, zamanın sənədi və buna görə də bəlkə müəy-



yən marağa səbəb olar” (12,4). Bu fikirlərdən açıq-aşkar görü-

nür ki, müəllif ilk hekayələrinə çox təvazökar mövqedən yanaş-




Anar – 75  

 

31 



mışdır.  

Ədəbiyyata gəldiyi ilk zamanlardan mənəvi-əxlaqi mövzular 

Anar ya

radıcılığının, xüsusilə də onun hekayələrinin əsasını təş-



kil  etmişdir.  Hələ  özü  gənc  ikən  üzvü  olduğu  ziyalı  mühitində 

gör


düyü bəzi çatışmazlıqlar onu düşündürmüş, bu eybəcərlikləri 

gös


tərən əsərlər yaratmağa vadar etmişdir.  

Anar


ın 1958-ci ildə, cəmi 20 yaşında ikən Mirzə Cəlil üslu-

bun


da yazdığı “Ürəyim ağrıyır” hekayəsi bu fikirlərin bariz nü-

mu

nəsidir.  Bu  kiçik  hekayə  böyük  mətləblərdən  xəbər  verir. 



Əsərin əsas qəhrəmanı öz bircə oğlunu çox sevən bir atadır. Hə-

yat  yoldaşı  hələ  oğulları  körpə  olanda  dünyası  dəyişdiyində  o, 

oğlunu tək böyütmək məcburiyyətində qalmışdır. Ata bütün öm-

nü öz balasına həsr etmiş, ona təhsil vermişdir. Artıq institutu 



bi

tirib, mühəndis olan oğul evlənmək fikrinə düşür. Görüşdüyü 

qız və onun ailəsi ilə atasını tanış etmək istəyir. İlk baxışda nor-

mal axarla davam edən hadisələr ailələrin ilk tanışlıq mərasimin-

dən dəyişir: 

“Sözümü qurtarmamışdım ki, qapı açıldı, kök bir arvad, de-

yəsən qızın anası idi, qapıya çıxdı və bizi görcək çığırdı: 

–Oho, Farik, pirvet. Skolko let, skolko zim. Eta tvoya ates? 

Mən  əvvəl  duruxub  qaldım.  Gördüm  ki,  arvadın  qaş-gözü 

qapqaradır.  Dedim,  bəlkə  məni  ayrı  millət  bilib.  Azərbaycanlı 

ol

duğumu bildirməkçün dedim: 



Xoş gördük. 

Dedi: 

–Pirvet! Pirvet! Zaxadi! 



İçəri girdik. O biri otaqdan bir kişi gəldi. Deyəsən, kök arva-

dın əri idi. Arvad dedi: 

–Paznakomsa Mikael, eta ates Farik. 

Və Mikael deyilən mənə yanaşıb əl verdi:–Mı oçen rad–dedi, 

– Kak delo?  

Mən yaxşı başa düşmədim və odur ki, gülünc vəziyyətə düş-

məməkçün onun bu sualını cavabsız qoymağı daha münasib bil-

dim”(5,202). 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə