Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

Anar – 75  

 

53 



“Mən indi bilirdim ki, səadət var və insan onun uğrunda döyüş-

məlidir. Bilirdim ki, əgər səadət üfüqə bənzəyirsə, bu bənzəyiş 

ça

tılmazlıqda deyil, bu bənzəyiş ondadır ki, üfüq təki səadətə tə-



r

əf gedəndə də biz yeni-yeni aləmlər tapır, təzə-təzə həqiqətlər, 

doğrular kəşf edirik. Səadət uğrunda, doğru uğrunda çarpışdıqca 

biz vaxta qalib gəlirik”(5,57). 

Həyatının müdrik çağında da o, aşiq olmuşdur. Yenə də qəlbi 

in

tizar içindədir, yenə də tərəddüd edir, sevgisini etiraf edə bil-



mi

r. Lakin bu səfər real səbəblərdən. Çünki artıq sinli bir kişidir, 

am

ma dostunun gənc qızı Nərgizə aşiq olmuşdur. O, gəncliyində 



itir

diyi  qadını  Nərgizdə  tapmaq,  bununla  gənclik  məhəbbətini 

qay

tarmaq  istəyir.  “Mən  demək  istəyirdim  ki,  mən  vaxta  qalib 



gəlmişəm,  bu  yağışlı  axşam,  çox-çox  illər  bundan  qabaq  isti 

gündüz ça

ğı  itirdiyimi  tapmışam  və  tapdığımdan  elə  muğayat 

ola


cağam ki, bir də itirməyim, ömür gecəsinin sonuna kimi itir-

məyim”(5,64).  

Bu  dəfə  isə  ona  mənəvi  saflığı,  əxlaqi  təmizliyi  mane  olur. 

Çün


ki Nərgiz onun dostunun qızıdır və Asəf adlı bir gənclə ni-

şanlıdır. O, bir zamanlar əldən buraxdığı şansını, sevgisini, səa-

dətini  yenidən  əldə  etməyi  nə  qədər  ehtirasla,  nə  qədər  böyük 

həsrətlə əldə etmək istəsə də,  yüksək mənəviyyat sahibi olduğu 

üçün  vəziyyətdən  faydalanmaq,  əvəz  çıxmaq  istəmir.  Nərgizi 

sev


sə  də,  onun  gələcək  xoşbəxtliyi  naminə  yenidən  səadətini 

itir


məli olur. Və elə bu itki ilə də sanki özü-özünü anlayır, səa-

dətini tapır: “Birdən mən başa düşdüm ki, artıq mənə heç bir şey 

la

zım deyil. Artıq nə istəsəm bayağılıq olardı. Bu obraz, bu ni-



ga

ran duyğulardan başqa mənə heç nə lazım deyildi. Bu təsəv-

vür, bu xəyal yaddaşımın, xatirələrimin əbədi, vəfalı, həmdəmi 

ola


caqdı. Ayrı mənə heç nə, heç kim lazım deyildi”(5,67). 

Göründüyü kimi, “Taksi və vaxt” hekayəsinin qəhrəmanı ori-

ji

nal,  bənzərsiz,  zəngin  bir  mənəviyyat  sahibidir.  Biz  onunla 



bağlı hər bir hadisədə bunun şahidi oluruq. Vaxt məfhumunu və 

tak


sini də  hekayənin simvolik qəhrəmanları kimi götürmək olar. 

Çün


ki qəhrəman səadətini tapmaq, sevgisinə qovuşmaq, xoşbəxt 


Aytən Quliyeva

 

 



54 

ol

maq  üçün  sanki  əsər  boyu  ona  qarşı  olan  qüvvələr—vaxt  və 



tak

si ilə passiv mübarizə aparır. “Taksi burada bir simvoldur—

qəhrəmanın  qarşısına  çıxan  şansların,  təsadüflərin  simvoludur, 

bu təsadüflər və şanslar hər zaman insanın qarşısına çıxa bilər, 

la

kin zamanı, vaxtı heç cürə qaytarmaq olmaz, ona heç bir ma-



şınla, taksi ilə çata bilməzsən. Burada vaxt anlayışı səadət insan 

xoşbəxtliyi, uğuru ilə bağlanır”(32,15).  

Qəhrəman gənclik çağlarında yaşının, həyat təcrübəsinin azlı-

ğı ucbatından Vaxtın insan həyatında oynadığı rolu anlaya bil-

mir

. “Vaxt hər şeyə məlhəmdir” deyiminin əsl mahiyyətini başa 



düşmür və taksinin simvollaşdırdığı—həyatının anlamını, sevgi-

sini itirir.  

Ömrünün yetkin çağlarında isə real əxlaq qanunları, saf mə-

nəviyyatı, ictimai fikir onun son təsəlli olaraq gördüyü Nərgizi 

on

dan  ayırır.  İlk  məhəbbətini  vaxtsız  gəldiyi  üçün  itirmişdisə, 



ikin

ci məhəbbətini də gecikdiyi üçün itirir. Bununla belə həyat-

dan ümidlərini qırmır. İtirdiklərinin qarşılığı olaraq xəyallarını, 

xa

tirələrini vəfalı həmdəmi sayaraq səadətə can atır.  



Oxucuya lazım olan da məhz bu tipli yaradıcılıq nümunələri-

dir. Həqiqətən bu günümüzdə belə əsərlərə tələbat var. Bu  cür 

he

kayələr həm insanların ruhunu oxşayır, həm də onlara sözün 



əsl mənasında müsbət tərbiyəvi təsir göstərir. Oxucu zövqünün 

for


malaşmasında da bu hekayələrin rolu böyükdür. 

Hekayə yazıldığı dövrdə  təbii ki, ədəbi tənqid tərəfindən bə-

yənildiyi kimi, iradlarla da qarşılaşırdı. Ümumən Anar yaradıcı-

lığını  bəyəndiyini  söyləyən  görkəmli  yazıçımız  Mehdi  Hüseyn 

“Tak

si və vaxt” hekayəsi haqqında yazır: “Ən yeni ədəbi nəsli-



mi

zin nümayəndəsi Anar öz hekayələrini sadə, ifadəli bir dildə, 

yığcam və mənalı yazmağa çalışır. O, şübhəsiz ki, istedadlı bir 

gəncdir...  

Bütün bu məziyyətlərlə yanaşı, adlarını çəkdiyim gənc müəl-

lif


lərin hamısı üçün səciyyəvi bir qüsuru mütləq deməliyəm: on-

la

rın əsərlərində həyat müşahidəsinin zəifliyi və ədəbi əsərlərin 



təsirindən  doğan  bir  kitabçılıq  meyli  nəzərə  çarpır.  Məsələn, 


Anar – 75  

 

55 



Ana

rın “Asılqanda işləyən qadının söhbəti” nə qədər inandırıcı 

və təbiidirsə, “Taksi və vaxt” hekayəsi bir o qədər mühakimədən 

gəlir.  Mənə  belə  gəlir  ki,  gənc  yaşlarında  məhəbbəti  layiqincə 

qiy

mətləndirməmiş, qocalığında isə bunun peşmanlığını çəkmiş 



adam

lardan  yazmaq,  Anar  kimi  hələ  püxtələşməmiş  bir  gənc 

üçün çox tezdir”(44,23). 

1967-


ci ildə qələmə alınan “Gürcü familiyası” problematikası 

ba

xımından “Taksi və vaxt” hekayəsinə çox yaxındır. “Anar hər 



şeyi zaman müstəvisində, vaxt bölgüsünün mizanı ilə təsnif edir. 

Za

man ona etiraf, həqiqət və müdriklik sınağı, ən qənirsiz mün-



sif, Femidanın sinonimi kimi lazım olur. Sevincin ağırlığı, güna-

hın həcm, tövbənin çəki, yaddaşın həssalıq ölçüsü—hamısı vaxt-

dır. Söhbət məhəbbətdən və məhəbbət xatirələrindən gedir, fəqət 

sərlövhədə ayrı şey oxuyuruq: “Vaxt və taksi”. Vaxt yalnız sər-

löv

hədə yox, təsvirlərdə, bədii təhlilin süjetində də əsas ünsür-



dür... Müəllifin zamanı da taksi kimi saxlamaq, anı qaytarmaq, 

sax


lamaq arzusu və bunun qeyri-mümkünlüyü  hekayəyə sonra-

lar Anarın bütün yaradıcılığı boyu davam edəcək bir kədər işığı 

aşılayır...  

“Gürcü  familiyası”nda  isə  yenə  də  vaxtın  arxasınca  qaçan 

qəhrəman bu dəfə onu taksi ilə yox..., təyyarə ilə qovur... Lakin 

ar

xada qalan, itən vaxta nə taksi, nə də təyyarə ilə çatmaq müm-



kün olur... Özü də vaxt obrazına və konsepsiyasına işarə bu ikin-

ci hekayədə də yenə lap sərlövhədən başlayır. Şərti Gürcü fami-

liy

ası—Kamikadze—məhz zamansızlığa məhkumluq deməkdir: 



zaman kimi Kamikadze

nin də qolunda və taleyində saat yalnız 

bir istiqamətdə işləyir və geriyə axa bilmir”(57,151).  

Bu  mülahizə  hekayələrin  qayəsini  əsasən  düzgün  ifadə  etsə 

də, buradakı “bir kədər işığı aşılayır” fikrilə razılaşmaq olmur. 

Hər iki hekayədə qəhrəmanlar vaxtı dəyərləndirə bilməyib sev-

gi

lərinə  cismən  qovuşa  bilməsələr  də,  mənən  əsl  sevginin  ma-



hiy

yətini anlayıb daha xoşbəxt olur, bir anlamda istəklərini real-

laşdırırlar. 

“Gürcü fam

iliyası” hekayəsinin qəhrəmanlarından biri—Oq-



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə