Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

Anar – 75  

 

47 



ki

, vəfat eləmişdi” (5,116). 

Bu bayram isə digərlərindən fərqlənir. Ailənin bütün üzvləri, 

de

mək olar ki, evdədir. Ana yeni il axşamı övladları ilə birlikdə 



ol

duğu üçün sevinclidir. İlin son gecəsidir. Həmidə xala mətbəx-

də plov hazırlayır.  

Əri Qəzənfərin ölümündən sonra ailə ilk dəfə idi ki, yeni ili  

bir  yerdə  keçirəcəkdi.  Ana  stol  açmışdı.  Tofiqin  yoldaşları  da 

onlar


la birlikdə olacaqdı. Amma axşam ailə üzvlərinin hərəsi bir 

ye

rə  dəvət  alır.  Məlum  olur  ki,  Rüstəm  nişanlısından  incidiyi, 



Leyla 

isə məktəbdə təşkil olunacaq tədbirin proqramına salınma-

dığı üçün evdədi.  

İlk öncə Tofiq evdən getməli olur. Onun sinif yoldaşları ata-

anası bütün gecəni evdə olmayacaq bir yoldaşlarıgildə yığışmağı 

qərara alırlar. Tofiq bundan məyus olur, utanıb-çəkinərək vəziy-

yəti anasına danışır. Həmidə xala oğlunu başa düşür, onun ürə-

yini qırmaq istəmir və icazə verir ki, Tofiq yeni ili yoldaşları ilə 

birlikdə ürəyincə qarşılasın. Tofiq gedəndən sonra Gülarə həyat 

yol


daşı Süleyman və yaşyarımlıq oğlu ilə anasını təbrikə gəlir. 

Ürəyi bütün övladlarını bayram axşamı birlikdə görmək arzusu 

ilə çırpınan ana düşünür: “Əgər Gülarəgil onca dəqiqə əvvəl gəl-

səydi, o elə xəyal edə bilərdi ki, bu yeni il gecəsi bütün ailə evdə 

ola

caqdır. Nə yaxşı olardı! Hətta, sonra Tofiq getsəydi də, onun 



ge

dəcəyi məlum olmamışdan bir neçə dəqiqə əvvəl, Həmidə xa-

la nə sevinərdi! Hayıf ki, Gülarəgil Tofiq gedəndən sonra gəldi” 

(5,118). Lakin ana

nın  ümidləri  boşa  çıxır,  Gülarə  oğlu  Vaqifi 

ona tap


şırıb həyat yoldaşı ilə dəvət aldığı qonaqlığa gedir.   

Həmidə xala bu dəfə Rüstəmin kefsiz olduğunu görür, mətlə-

bi anlayır, oğlunu nişanlısına zəng vurmağa təhrik edir. Telefon 

da

nışığından  aydın  olur  ki,  nişanlısı  onu  evlərinə  dəvət  edir. 



Rüs

təmin anasını evdə tək qoymağa ürəyi gəlmir, bunu başa dü-

şən ana oğlunu cəsarətləndirir, getməsini istəyir. Rüstəm də get-

dik


dən sonra Həmidə xala ilin son gecəsini tənha keçirməli olur.  

Burada yazıçı ananı televizor diktoru ilə, telefon şəbəkəsinin 

məlumat xidməti  ilə  danışdırmaqla  tənhalığın  dərinliyinə  enir, 



Aytən Quliyeva

 

 



48 

onun bütün mahiyyətini ortaya çıxarır. Anar tənhalığın faciəsini 

maq, onu yox etmək, özündən qovmaq üçün Həmidə xalanın 



mənəvi aləmini işıqlandırır. Psixoloji vəziyyətin ən son, gərgin 

məqamı Həmidə xalanın həyat yoldaşı Qəzənfərin səsinə qulaq 

as

ması olur. O, ilk əvvəl bu addımı atmaqdan qorxur. Lakin cə-



sa

rətini toplamağı bacarır, siyirməni açıb lenti çıxarır, maqnito-

fo

nu  işə salıb dinləməyə başlayır. “Bir gün olacaq mən olmaya-



ca

ğam. Bax sənə bircə əmanətim bu uşaqlardır. Ömür vəfa elə-

sə, hamısını özüm böyüdüb başa çatdıracağam. Yox, işdi... Onda 

bax, bunları sənə tapşırıram... Demirəm ki, hamısına ali təhsil 

ver. Demir

əm  ki,  hamısını  doktor  elə, injiner elə, amma adam 

olsunlar. Yax

şı adam olsunlar.  

Sonra,  Həmidə,  bir  gün  gələcək,  hamısı  böyüyəcək, boya-

başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir-bir uçub 

ge

dəcəklər. Bax, onda onlara vəfasız demə ha! 



Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə 

düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də 

bir-

birimizlə  görüşəndə  hərəmiz  öz  ata-babalarımızdan  nə  isə 



gətirmişdik... Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey ve-

rir


lər. O işi ki, biri başlayır, amma qurtara bilmir, o iş itmir, bat-

mır,  sonrakı  nəslə  qalır,  o  işi  sonra  gələnlər  tamamlayırlar. 

...Biz, Həmidə, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətiylə 

çö

rək  qazanmışıq.  Qoy  bizim  həyatımızda  yaxşı  nə  olubsa, 



uşaqlarımız  özləriynən  öz  təzə  həyatlarına,  təzə  nəsillərə  apar-

sınlar. Həyat da elə budur da”(5,127). Bu sözlər vasitəsilə Qə-

zənfərin aydın, sadə, nikbin həyat fəlsəfəsini görürük. Bu sözlər 

Həmidə xalanın həyata, övladlarına olan inamını qaytarır. 

Bu  epizod  bizə  C.  Məmmədquluzadənin    məşhur  “Anamın 

ki

tabı” dramından bir hissəni xatırladır. Bu əsərdə də yalnızlığa 



qa

pılan, övladları tərəfindən tərk edildiyini düşünən Zəhrabəyim 

ananın  təsəllisi  vəfat  etmiş  ərinin  yazdığı  bir  parça  kağız  olur. 

“Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə 

əvvəl axır günün başına dolanırlar; çünki bunlar hamısı qədim, 

əzəl gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, 




Anar – 75  

 

49 



mənim də balalarım dünyada hər yanı gəzib dolansalar da, genə 

əvvəl-axır  anaları  Zəhranın  ətrafına  gərək  dolanalar”(62,475). 

Hər iki əsər öz əxlaqi məzmunu ilə zirvədə dayanır. 

Həmidə xala ərinin səs yazısını eşidərək, elə bil ki, hər şeyi 

ye

nidən  öz  axarında  qəbul  edir,  mənən  rahatlıq  tapır,  tənhalıq 



va

himəsindən  qurtulub  adi  həyata  qayıdır.  Övladları  ayrı-ayrı 

məclislərdə olsalar da, aldıqları düzgün tərbiyə nəticəsində  zəng 

vuraraq  analarını  təbrik  edirlər.  Bütün  bu  situasiyalarda  oxucu 

mənən təmiz, zəngin əxlaqi düşüncəyə malik bir azəri ailəsi gö-

rür.  Hekayə  daşıdığı  tərbiyəvi  səciyyə  etibarilə  oxucu  qəlbinə 

yol tapır. 

Bu hekayə nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrin-

də, o cümlədən Türkiyə ədəbi mühitində maraqla qarşılanmışdır. 

Çağdaş Türk ədəbi tənqidinin görkəmli nümayəndələrindən biri 

Fatma  Özkan  “Türk  kültürü”  dərgisində  “Keçən  ilin  son  gecə-

si”ni türk dilinə çevirmişdir.  Ədib özü bu barədə yazır: “60–cı 

il

lərə qədər hekayələrimi heç bir mətbu orqana təqdim etməmiş-



dim. Atam da məsləhət görmürdü. Yalnız 60-cı ildə iki hekayə-

mi jurnala təqdim etməyə icazə verdi. “Azərbaycan” jurnalının 

60-

cı il dekabr nömrəsində jurnalın o vaxtkı redaktoru  Əbülhə-



sən iki hekayəmi dərc etdi: “Keçən ilin son gecəsi” və “Bayram 

həsrətində” hekayələrimi. Maraqlıdır ki, o zaman görkəmli yazı-

çımız Əbülhəsənin diqqətini çəkmiş bu iki hekayə məhz bu gün 

müa


sirimiz Türkiyənin elm adamlarından biri olan Fatma Özka-

nın da marağına səbəb olmuşdur”(33,186).  

Bu əsər üzrə yazılmış pyes uzun illər teatr səhnəmizin bəzəyi-

nə çevrilmişdir. “İstedadlı gənc nasir Anarın tamaşaya qoyulan 

“Ke

çən  ilin  son  gecəsi”  pyesi  diqqəti  cəlb  edir.  Dramaturgiya 



sa

həsində ilk dəfə qələmini sınayan Anarın həmin pyesi teatr ic-

ti

maiyyətimizdə  maraq  oyatmışdır.  Bu  hər  şeydən  əvvəl,  onun 



cəsarətli  və  maraqlı  axtarışlar  aparması,  dünya  dramaturgiyası 

ya

radıcılıq  ənənələrinə  qarşı  laqeyd  qalmaması  ilə  əlaqədardır. 



Onun dramatik üslubu 

bizdə  bədbinlik  yox,  həyata  məhəbbət 

his

si oyadır, düşündürür, mənən yüksəlməyə vadar edir”(4). 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə