Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   21   22   23   24   25   26   27   28   29

Anar – 75  

 

71 



prob

lemləri  ilə  seçilir.  Hekayənin  əvvəlində  biz  bir  rəqəmi  ilə 

iki

nin sövdələşdiyini görürük. Bir İkiyə təklif edir ki, gəl birlə-



şib On İki olaq. İki Birin özündən əvvəl dayanması ilə razılaş-

mır: “Yox, ay Bir, sən gəl dur mənim yanımda olaq İyirmi Bir, 

İyirmi Bir On İkidən çoxdur” (10,32). Bu mübahisə digər sayla-

rın arasında da gedir. Onlar öz qiymətlərini, çəkilərini artırmaq, 

yük

səltmək üçün müxtəlif formalara düşürlər. Doqquz rəqəmlə-



rinin  

arasında mübahisə daha kəskin olur. 

Birinci  Doqquz  sağ  tərəfinə  sıfır  qoyub  doxsan  olur,  ikinci 

Doq


quz  isə  qaranlıqda  sağ-solu  qarışıq  salıb,  sıfırı  sol  yanına 

qo

yur elə doqquz olaraq da qalır. Və elə hekayənin kulminasiya-



sı da buradan başlayır. “Yerin doqquz qatındakı 09 göyün doq-

quz qatındakı 90-a qışqırdı ki, məni burda qoyma, çək yanına. 

Axı, vaxtilə sən də doqquz olmusan, mən də. Amma Doxsan Sı-

fır Doqquza istehza ilə baxıb cavab verdi: Düzdü, vaxtilə mən 

də Doqquz olmuşam, sən də. Amma indi sənin kimi "Doqquzu" 

mənim yanımda görsələr mənə dəli deyərlər” (10,33). Bu hadisə 

ilə  yazıçı  vəzifəcə  bir  qədər  böyüyən,  mənəvi-əxlaqi  cəhətdən 

ka

sıb  insanların  o  dəqiqə  şöhrət  xəstəliyinə  tutulub  ətrafındakı 



in

sanları bəyənməməsini tənqid edir. Bu tipli səbəblərdən insan-

lar arasındakı mənəvi bağların incəldiyini, qırılma həddinə çat-

dığını göstərir. Və bu təhlükəli hal hekayədə böyük miqyaslı qa-

rışıqlığa səbəb olduğu kimi, insan mənəviyyatı, cəmiyyət üçün 

təhlükə törədə bilər.   

Hekayədə qoyulan digər bir problem isə insanlar arasında so-

si

al  fərqlər  artdıqca  bunun  nəticəsi  kimi  azalan  ünsiyyətin  cə-



miy

yət  üçün  yaratdığı  təhlükədir.  İnsanların  yalqız  qalmaması, 

cəmiyyət yarada bilmələri üçün ünsiyyət vacibdir. Yazıçı  bu ki-

mi halları ifşa etməklə insanlar arasında yaranan mənəvi uzaqlı-

ğı aradan qaldırmaq istəyir. Demək olar ki, rəqəmlər kimi insan-

lar da 


ayrı-ayrılıqda  heç  bir  əhəmiyyətə  malik  deyillər.  Lakin 

birlik


də  onlar  çox  böyük  qiymətə  sahib  olurlar.  “Əziz  dostlar, 

bu

nu bilin ki, hər sayın öz yeri var. Bir olmasa, On da olmaz



yüz də, min də, milyon da. Doqquz Sıfra uyub çox yüksəklərə 


Aytən Quliyeva

 

 



72 

qalx


dı, amma yalqız qalıb başa düşdü ki, sizsiz o heç nə eləyə 

bil


məz. Odur ki, hərəniz öz yerinizi tutun, öz işinizi görün. Meh-

riban olun. Tez-

tez görüşün. Cihazlarda, məktəb taxtalarında, ki-

tab


larda,  layihələrdə.  Üstə  gəlin,  çıxılın,  vurulun,  bölünün!”-

(10,35).  

“Molla Nəsrəddin-66” ya daxil olan “Bizim müsahibə” heka-

yəsində bacarıqsız qələm sahiblərinin lazımsız, şişirtmə müsahi-

bələri, məqalələri və bu hekayə ilə problematika cəhətdən yaxın 

olan “Yeni il planları”nda müxbirlərin yalan məlumat vermələri, 

da

nosçuluq tənqid edilir. 



 

“Xəbərlərdə” cəmiyyətin müxtəlif sahələrində–tikiş fabriklə-

rin

də, restoran, nəşriyyat sistemində olan kəsrlər göstərilir. “Biz 



tənqid edəndən sonra”, “Hikmətli sözlər”, “Elanlar”, “Bildiriş”, 

“Dü


zəliş” kimi başlıqlarla verilən kiçik həcmli yazılarda cəmiy-

yət üçün vacib olan bir çox problemlərə toxunulur. 

Silsilənin  ən  maraqlı  hekayələrindən  biri  “Marallarım”dır. 

Bu

rada ədəbiyyat aləmində olan insanların mənəvi dünyası, əx-



la

qi düşüncəsi ön plandadır. Nəşriyyata yeni hekayələrini aparan 

ya

zıçı yolda çoxdan görmədiyi bir dostu ilə qarşılaşır, onlar hal-



əhval tutub görüşürlər.  “Dostum:  

–Dostum,—dedi,—

hara belə? O qoltuğundakı nədir?  

Dedim  ki,  nəşriyyata  gedirəm,  təzə  hekayələrimi  aparıram. 

Dos

tum dərindən bir ah çəkib: 



–Sizi

n çörəyiniz də bir çörək deyil,—dedi.—Sizin sahədə elə 

ma

rallar var ki, onların içində baş çıxarmaq hünərdir”(10,52). 



Məlum  olur  ki,  yazıçının  dostu    upravdomun,  avtoinspekto-

run,  zavmaqın  əsər  yazdığını  görüb,  “yazıb-yaratmağa”  həvəs-

lənmişdir. Üç gənc arasında baş verən məhəbbətdən “Birovuz” 

ad

lı bir hekayə yazmışdır.  O, bu hekayəni ilk dəfə həyat yolda-



şına oxuyur, qadın hekayədəki “qara gözlü qızı” qısqanaraq evi 

tərk etmək istəyir. Hekayənin müəllifi bu qalmaqala son qoymaq 

üçün obrazında bir qədər dəyişiklik edir. O, ikinci bir problemi 

ma

kinaçı ilə yaşayır. Hekayənin süjetini bəyənməyən makinaçı 



jetin dəyişməyəcəyi təqdirdə hekayəni yazmaqdan imtina edir. 




Anar – 75  

 

73 



əllif uzun axtarışdan sonra başqa bir makinaçı tapıb əsərini 

yaz

dırır.   



Onun  növbəti  problemi  isə  nəşriyyatdakı  redaktorlarla  olur. 

On

lar əsərə düzgün olmayan iradlar tutur, əsassız dəlillər göstə-



rir

lər.  Bütün  bu  hadisələrin  axarında  oxucu  ədəbiyyat  aləminə 

so

xulmuş əqidəsiz, mənəviyyatsız, savadsız insanların yaratdıq-



la

rı  çətinliklərin,  ədəbiyyatda  olan  əsassız  senzuranın  şahidi 

olur. 

Özləri  kəmsavad  olduqları  halda  əsərə  müxtəlif  gülməli 



iradlar tuturlar. 

Nəşriyyatdakı bir-birindən yaltaq redaktorlar öz-

lərindən vəzifəcə üstün redaktorun ağılsız fikrinə şərik çıxaraq, 

“M

ən  hələ  1913-cü  ildə  demişəm  ki,  siz  dahisiniz, yoldaş  lap 



böyük  redaktor”  deyirlər.  “Kölgəsindən  qorxanlara,  milçəyi  fil 

edənlərə,  olmayanı  “yaradanlara”,  nadanlara,  söyüd  kölgəsində 

kölgə axtaranlara Anar son zərbəni vurur… Burada yaltaqlığın 

orijinal nüm

ayəndəsinin  fikri  ilə  adamı  güldürən,  düşündürən, 

qəzəbləndirən, göynədən bir fakt yada salınır. 1913-cü ildən bəri 

belə  “dahilər”  gör  neçə  dəfələrlə  söyüd  kölgəsində  kölgə 

axtarıblar, neçə-neçə istedadın kökünə balta çalıblar, neçə-neçə 

istedadı məhv ediblər” (19,73). 

Hekayənin əsasını da bu tip mənəvi-əxlaqi cəhətdən naqis in-

san

ların ifşası təşkil edir. Əsərin sonunda dostuna ürək-dirək ve-



rən yazıçı deyir: “Xoşbəxtlikdən belə arvadlar, belə makinəçilər, 

be

lə  redaktorlar  tək-tükdürlər,  müvəqqətidirlər,  təsadüfidirlər. 



Ar

vadlarımızın, makinəçilərimizin, redaktorlarımızın əksəriyyəti 

na

muslu, mədəni, ağıllı, cəsarətli, mərifətli insanlardır. Məsələn, 



mən özüm yazımı həyat yoldaşıma oxuyanda mənə dəyərli məs-

ləhətlər  verir.  Makinaçı  xanım  özgə  işinə  qarışmadan,  öz  işini 

səliqəli,  savadlı  görür”  (10,59).  Sənətkarımız  insanların  mənə-

viyya


tında, əxlaqında olan çatışmazlıqlara baxmayaraq yenə də 

on

lardan əlini üzmür, gələcəyə, insanlara ümidlə yanaşır.  



Bu  hekayələr  silsiləsi  göstərir  ki,  Anar  satirik  qələmi  güclü 

olan sənətkardır.  O, hekayələrində  xasiyyət, düşüncə, məişət və 

ic

timai  həyatdakı  eyiblərə  gülmək,  komik situasiya yaratmaq



hər gülüşdən bir əxlaqi nəticə çıxarmaqla oxucu mənəviyyatının 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə