Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

Anar – 75  

 

65 



zəminində ədəbiyyatda yeni dövrün mollanəsrəddinçiliyinin ya-

ra

dılması demək idi. O vaxt cəmi otuz yaşında olan Anar parlaq 



is

tedadın  məhsulu  olan  bu  satirik  hekayələr  silsiləsinə  görə 

Azərbaycan ədəbiyyatı yeni dövrünün Molla Nəsrəddini olmaq 

səlahiyyətini qazana bilmişdir” (42). 

Bu hekayələr silsiləsini oxuduqca hiss edirsən ki, Anar milli 

və ictimai problemləri qüdrətli yazıçı Cəlil Məmmədquluzadəyə 

is

tinad  edərək,  ondan  öyrənərək,  orijinallıqla,  onu  təkrar  etmə-



dən yalnız özünəməxsus bir şəkildə ifadə edərək öz məharətini 

but  edir.  “Molla  Nəsrəddin-66”  əsəri  XX  əsrin  son  illərinin 



Mol

la Nəsrəddinidir. Anar elə Molla Nəsrəddinin layiqli  xələfi-

dir. 

Təbiətindəki incə yumor hissləri qələmində də var. O da öz 



döv

rünün  Molla  Nəsrəddini  kimi  oxucularına  “bir  para  ciddi 

söz”  demək  istəyir,  bir  para  mətləblərdən  agah  etmək  istəyir 

oxucusunu

. Elə ilk cümlələrindən gülüş doğurur onun demək is-

tədiyi sözlər” (67,171). 

Silsilənin sadəcə adında deyil, ruhunda, məğzində əsl vətən-

daş  yanğısından,  təbii  millət  sevgisindən  yoğrulmuş  mollanəs-

rəddinçilik ab-havası  duyulmaqdadır.  “Müəllif  bu  uyğunluğu, 

bənzərliyi gizlətməyə çalışmır, əksinə, hətta  “...Zarafatsız əziz 

oxu

cum,  sənə  bir  parça  ciddi  söz  demək  istəyirəm  və  bir  para 



mətləblərdən  agah  eləmək  istəyirəm  səni—deyə  müəlliminin 

çox  sevdiyi  və  işlətdiyi  müxtəlif  duzlu-məzəli,  mənalı-kəsərli 

fel

yetonlarının  ibarə  və  tərkiblərindən  yeri  gəldikcə,  “birdən, 



məsələn, tutalım”, “o vədə sən istəyəcəksən ki”, “əgər ki”, “aya” 

və s. kimi xarakterik söz və birləşmələrdən, təkrirlərdən istifadə 

edərək,  məqsədli  effektə  nail  olur,  ciddiliyin  önündə  dayanmış 

“za


rafatlarına” başlayır” (60,50). 

“Molla  Nəsrəddin-66”  silsiləsinə  daxil  olan  kiçik  hekayələr 

həm də  bir növ lətifəyə oxşayır. Bu da Anar yaradıcılığının şifa-

hi 


xalq ədəbiyyatından, folklor nümunələrindən qaynaqlandığını 

gös


tərir. Bu hekayələri oxunaqlı edən cəhətlərdən biri də məhz 

bu

dur. Çünki bu hekayələrdə xalq üçün yad olan heç nə yoxdur. 



İstər sadəliyi, istərsə də, hadisələrin reallığı baxımından bu he-


Aytən Quliyeva

 

 



66 

ka

yələr hər bir oxucunun qəlbinə yol tapıb, ruhunu oxşayır.  



Silsilənin müqəddiməsi bir növ Mirzə Cəlilə nəzirə üslubun-

da yazılmışdır. Burada məşhur mollanəsrəddinçilər ruhu, Mirzə 

Cəlil dəst-xətti aydın hiss edilir. “Bu baxımdan, iyirmi iki il ön-

cə  yazılmış  “Molla  Nəsrəddin-66”  Anar  qələminin  böyük  im-

kan

larını  göstərirdi,  ədəbiyyatımızın  qiymətli  ənənələrinə  yük-



sək məhəbbətlə bağlılıq nümunəsi idi. Və bu duzlu, satirik no-

vel


lalarda Cəlil Məmmədquluzadə ədəbi məktəbinin uğurlu da-

va

mı  ilə  yanaşı,  Anarın  özünəməxsus  üslub  xüsusiyyətləri  də 



görünür” (68).  

Cəmiyyətin inkişafına mane olan bəzi insanların tərbiyə olun-

ma

sı, əxlaqi keyfiyyətlərin yayılması prosesində meydana çıxan 



mənfiliyin müxtəlif təzahürlərinə qarşı mübarizə aparmaq, həqi-

qəti, gözəlliyi və mənəvi-əxlaqi təmizliyi yaymaq bu hekayələr 

sil

siləsinin mərkəzində dayanır.  Sənətkar “Molla Nəsrədin-66” 



ilə  kəsərli silah olan gülüşdən, cəmiyyətimizin sağlam inkişafı 

üçün  əngəl  yaradan  hadisə  və  insanlara  münasibət  bildirməyin 

hüm bir vasitəsi kimi bacarıqla istifadə etmişdir.   



Sənətkar məşhur “Danabaş kəndi”ndən “müxbir xəbərçi Xə-

di

cənin  məlumatı”  ilə  ciddi  zarafatına  başlayır.  Sərxoşluq,  içki 



alu

dəçiliyi  kimi  mənfi  halları  kəskin  tənqid  atəşinə  tutur. Lül 

Qəmbərov,  Soobrazim  Natroixov,  Şaltay  Baltayev,  Aldıyatdı 

Bat


dıqaldıyev, Hayıl Mayılov kimi mənəvi-əxlaqi cəhətdən na-

qis  insanların  həbs  cəzasına  məhkum  olmaqdan,  satirik  jurnal-

lar

da ifşa olunmaqdan, töhmət almaqdan belə xəcalət çəkməyə-



rək  zərərli  əməllər  törətməkdə  davam  etdikləri  göstərilir.  Belə 

ad

ları yazıçı obrazlara təsadüfi verməmişdir. Bu adlar obrazların 



mənəviyyatından xəbər verir, xarakterini açır. Onlar təkcə özlə-

ri

nə  yox,  ətraflarında  olan  insanlara  da  fiziki  və  mənəvi  ziyan 



vu

rur, pis vərdişlərə aludə edirlər. Hekayənin qayəsini cəmiyyət-

dəki bu tip insanları ifşa etmək, onlara gülməklə mənfi halların 

in

san  mənəviyyatına,  tərbiyəsinə  vurduğu  ziyanı  azaltmaq,  zə-



rərli yoldan yayındırmaq istəyi təşkil edir.  

“Gülməşəkər kəndinin sabahı” oçerkinin müəllifi şərti olaraq 




Anar – 75  

 

67 



Boşboğazovdur. Burada elə Boşboğazovun dili ilə onun kimi qə-

ləm əhli tənqid edilir. O, vəzifə şərəfini kolxoz sədrinin “kabab, 

qu

tab, şərab” məclisinə sataraq Dedi Qoduyevin “bura dağ yeri-



dir, burda pambıq bitməz” kimi haqlı iradının üstündən öz boş-

bo

ğazlığı ilə elə keçir ki, əsas məsələ unudulur. “–Haqlı tənqid-



dən  incimək  lazım  deyil,—dedim.  Tənqidin  xeyri  var.  Tənqid 

gələcək inkişafımızın rəhnidir. Xeyirxahlıqla edilən tənqidə qu-

laq  asmaq,  səmərəli  nəticələr  çıxarmaq  lazımdır”  (10,18) kimi 

şablon sözlərlə özünü haqlı çıxarır.  

 

Bütün bu hadisələr oxucuda Boşboğazovun simasında xalqın 



mənafeyini düşünməyən çürük mənəviyyatlı, qabiliyyətsiz, əqi-

dəsiz, məslək sahiblərinə qarşı dərin nifrət oyadır.  

Silsiləyə daxil olan “Zəncir” hekayəsi isə özündə cəmiyyəti-

miz


dəki bir necə mənəvi-əxlaqi problemi birləşdirir. Saatın neçə 

olduğunu öyrənmək istəyən Əvəz Əvəzovla başlayan hadisə get-

dik

cə mürəkkəbləşərək, əsər çap etdirməyə, maşın və ev almağa, 



te

lefon çəkdirməyə, instituta qanunsuz yollarla tələbə qəbul et-

dir

məyə çalışan müxtəlif tipli insanların əlaqəli, bir-biri ilə bağlı 



zəncirvari münasibət sisteminə çevrilir.  

Yazıçı  cəmiyyətdə  insani  münasibətlərin  zəiflədiyini, adam-

la

rın hər addımbaşı bir-birindən nəsə umduqlarını, təmiz, səmi-



mi-

qəlbdən  dostluq,  yoldaşlıq  etmədiklərini,  bununla  da  insanı 

in

san  edən  mənəvi-əxlaqi  dəyərlərin  itdiyini  göstərir.  Sadəcə 



saa

tı öyrənmək istədiyi üçün Əvəz Əvəzov bir çox insanın istə-

yini ye

rinə yetirməli, müxtəlif şəxslərə ağız açmalı olur. Və biz 



onun hər müraciət etdiyi idarədə müxtəlif qanun pozuntuları, öz-

ba

şınalıq,  özündənrazı,  lakin  heç  bir  qabiliyyəti  olmayan  idarə 



başçıları, hər insanda isə mənəviyyatsızlıqla qarşılaşırıq. 

Hek


ayədə insanlar arasında olan alver psixologiyasının, hətta 

ailə, sevgi məsələlərində də rol oynaması ifşa edilir. Rəhimə Rə-

hi

movanın  qaynı  Bəhram  Bəhramovla  evlənməsi  üçün    Əvəz 



Əvəzov  onun  bir  çox  şərtini  yerinə  yetirməli  olur.  “Rəhiləni 

bağçaya  düzəltmək  üçün  üç  yaponski  tranzistor,  iki  cüt  çex 

ayaq

qabısı, bir dəst Rumıniya mebeli boyun oldu. Mədinəni mu-




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə