Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

Aytən Quliyeva

 

 



56 

tay qeyri-

adi bir teleqram alır. “Bu nə qəribə teleqram idi: "Mu-

ra

dov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla" (7,129). İmzasız 



gələn bu teleqram Oqtayı çox düşündürür, o, Moskvadakı bütün 

ta

nışlarını  yada  salır,  lakin  teleqramı  göndərənin  kimliyi  barə-



sin

də bir qənaətə gələ bilmir. Bütün bu çalpaşıq fikirlər arasında 

ağlına  bir  fikir  gəlir:  “Ağlıma  bir  fikir  də  gəldi.  Amma  bu  fi-

kir—


xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. 

Ola bilməzdi”(7,130). Lakin onun ağlından qovduğu fikir realla-

şır. Bu gələn onun gözlədiyi, bir zamanlar itirdiyi Əsmərdir. Əs-

mər onun sevdiyi, lakin utancaqlığına, təcrübəsizliyinə görə qo-

vu

şa bilmədiyi uşaqlıq sevgisi, həm də sinif yoldaşıdır.  



Süjetin axarında Əsmər və Oqtayın gözəl insani münasibətlə-

ri,  ilk  gəncliyinin  doğma  xatirələri  incələnir,  çözülən  xatirələr 

isə düşüncələri oyadır, duyğuları qanadlandırır. Oqtay ömrünün 

həmin bir günündə keçirdiyi hisslər, Əsmərlə gəzdiyi yerlər, et-

di

yi  söhbətlər  barədə  danışır.  “Həzin,  kövrək  duyğular,  uşaqlı-



ğın,  yeniyetməliyin,  səmimi  və  saf  arzuları  ilə  yaşlı  həyatın 

prob


lemləri, gündəlik qayğıları arasında qarşılaşdırma, ad günü 

bəhanəsi  ilə  gözlənilməz  görüş  və  bu  qəfil  görüşün  oyatdığı 

hiss

lər... Bütün bunlar— Əsmər və Oqtayın gözəl insani müna-



si

bəti, uşaqlığın birgə xatirələrinə sədaqəti oxucuda xoş düşün-

cələr oyadır...” (32,16).  

Oqtayın davranışlarından biz onun  qeyri-adi düşüncə tərzinin 

şahidi oluruq. “Deyirdim ki, Allah yoxdur, amma mən bir dəfə 

onu eşitdim: Açarların zəngindən eşitdim. Bu açarlarla o bizi—

in

sanları  təklik  kameralarında  bağlayıb,  indi  də  gəzir  özüyçün, 



açar

larını cingildədir. Amma bu təklik kameralarında insanların 

ha

mısı eyni şeyləri görür—ulduzları, ayı, buludları, çarmıxa çə-



kil

miş səmanın bir tikəsini, bir udumunu, yağışı—bizim ümumi 

ərazimizi. Hər adamın həqiqəti onun içində bağlıdır. Seyf kimi, 

şkaf  kimi.  Bu  seyfi,  bu  şkafı  başqası  aça  bilmir,  çünki  birinin 

aça

rı başqasına düşmür. Hər adam öləndə torpağa onun açarları-



nı da basdırırlar. Biz öləndə də torpağa bizi—heç bir vaxt açıl-

ma

mış  şkafları  basdıracaqlar”  (7,159).  Bəlkə  də  belə  düşündü-




Anar – 75  

 

57 



nə görə o, vaxtilə Əsmərə sevgisini etiraf edə bilməmiş, illər 

öt

məsinə baxmayaraq özünə bir həmdəm tapa bilməmişdir. “Oq-



ta

yın  hiss-həyəcanları  daha  mürəkkəb,  qarışıq  və  təzadlıdır. 

Onun mənəvi aləmində Bakının səhər peyzajı, İçəri şəhərin nağıl 

dünya


sı, Xəzər, Xan sarayı və “tənhalıq fəlsəfəsi” birgə yaşayır. 

Çün


ki Oqtay bizcə, hələ formalaşmamış, qeyri-yetkin bir şəxsiy-

yətdir. O, hələ əsl həqiqətin astanasındadır. Hələ o azır, büdrə-

yir” (25,112). 

Əsmər isə bir günlüyə də olsa Moskvadan Bakıya gəlir ki, ilk 

məhəbbəti ilə görüşsün, onun ad gününü təbrik etsin. Bu görüş 

va

sitəsilə ömrünün ən xoş günlərinə, uşaqlıq, yeniyetməlik çağ-



la

rına, İçəri şəhərə bir günlük də olsa qayıda bilsin.  

Biz onun söhbətlərindən anlayırıq ki, Camalla evlənməsi, bu 

ev

liliyin nəticəsi kimi ağır, ehtiyac içində keçən uşaqlıq illərin-



dən tamamilə başqa bir aləmə, firavan bir mühitə düşməsi onu 

xoşbəxt etməmişdir. Əsmər bu dəbdəbəli güzarana mənən alışa 

bil

məmiş, bu aləmin bir əşyası, həm də  öz yerini tapa bilməmiş



narah

atlıqla  bu  yeri  axtaran  əşyası  olaraq  qalmışdır.  Çünki  əri 

Ca

mal ilə onun mənəviyyatı, daxili aləmi heç cür bir-birinə uy-



ğun gəlməmişdir.  

Əsmər məktəbdən məzun olduğu il, ilk dəfə Oqtayın onu tak-

si ilə evlərinə ötürdüyü gecə Oqtaydan sevgi etirafı gözləmiş və 

hətta bunun üçün onu cəsarətləndirmişdir: “Qapılarının ağzında 

ay

rılanda  Əsmər  birdən  diqqətlə  (indiki  vaxtım  olsaydı  deyər-



dim  ki,  işvəylə)  mənə  baxıb  xəbər  aldı:–Bəs  sən  mənə  bir  şey 

de

mək istəmirsən?” (7,146). Oqtay isə bu həlledici məqamda sa-



dəcə susmuş həm özünün, həm də Əsmərin yarımçıq, kədərli hə-

yat sürməsinə səbəb olmuşdur. “Oqtay Əsmərin sifətinə süni ifa-

də vermək, maskalanmaq məharətini dönə-dönə qeyd edir. An-

caq  o,  görüş  günü  Əsmərin  sifətindəki,  gözlərindəki  yeni  bir 

mas

kanın  arxasında  gizlənmiş  həqiqi  ifadəyə  diqqət  yetirsəydi, 



ey

ni ilə kinoda gördüyü ölümə məhkum yapon pilotlarının—ka-

mi

kadzelərin  uçuşdan  qabaq  sifətlərinə  qonan  dəhşət  ifadəsini 



rərdi.  Beləliklə,  bu  qəribə  ad  əsərdə  dərin,  düşündürücü  bir 




Aytən Quliyeva

 

 



58 

məna kəsb edir və biz müəllifin daxilən narahat, yalnız məhəb-

bətli,  gözəl həyatı  qəbul  və  təsdiq  edən  yeni  bir  qəhrəmanı  ilə 

rastla


şırıq” (46, 202).  

Əsərdə bir çox hallarda cəmiyyətimiz üçün vacib olan mənə-

vi-

əxlaqi problemlər göz önünə gətirilir. İçəri şəhərin bəzi hissə-



lərinin sökülməsi, onların yerinə insanların öz qınlarına, hücrələ-

ri

nə  çəkiləcəkləri  yeni  konfiqurasiyalı  “şüşə  və  betondan mo-



dern  qutular” tikilməsi ilə qonşular, ailələr arasında yaranacaq 

mənəvi yadlaşma prosesinə toxunulur. Müasir şəhərdə adamla-

rın  laqeydliyi,  bir-birindən  uzaqlığı,  qəhrəmanları  narahat edir. 

On

lar düşünürlər ki, İçəri şəhərdə insanlar bir ailənin üzvləri ki-



mi yaşayırlar, doğrudur, müasir şəhərin rahatlığı ilə müqayisədə 

burada 


bir darısqallıq var. Amma insanların bir-birinə yaxınlığı 

İçəri  şəhər  həyatının  müasir  şəhər  həyatından misilsiz üstünlü-

yüdür. Burada 

hamı  bir-biri  haqqında  hər  şeyi  bilir,  bir-birinin 

hər dərdinə, sevincinə ortaq olur. Qəhrəmanlar üçün İçəri şəhə-

rin üstünlü

yü məhz bundadır.  

Digər bir problem isə insanın daxili dünyasına qapılıb, lazımi 

anda h

əyatının dönüm nöqtəsi olacaq qərarı verməyə gecikməsi 



və bütün ömrü boyu bunun peşmanlığı ilə yaşamasıdır. “Nəha-

yət, uzun ayrılıqdan sonra Əsmər Moskvadan Oqtayın ad günü-

nə  gəlir.  Onlar  Bakını  gəzirlər,  keçmişi  xatırlayırlar.  Nə  qədər 

qeyri-adi gör

üş olsa da, həmin günün özü belə onları yaxınlaş-

dırmaqda,  təəssüf ki,  acizdir.  Çünki  Oqtay  və  Əsmərin  sevgi 

nasibətlərindəki tarazlıq artıq çoxdan pozulub” (29).  



Qeyd olunduğu kimi, “Taksi və vaxt” hekayəsinin qəhrəmanı 

ilə Oqtayın, Əsmərin bir çox oxşar cəhətləri var. Hər iki hekayə-

nin  qəhrəmanları  vaxtı  dəyərləndirə  bilmirlər  və  bu  da  onların 

həyatda bir çox şeyləri itirmələrinə səbəb olur.  

“Taksi və vaxt”  hekayəsinin qəhrəmanı itirdiyi zamanın geri 

dön


məsini arzulayır: “Qaytarın mənə 20 yaşımı. Hardan qayta-

ra

caqlar? Kim qaytaracaq? 20 yaşımda 20 yaşımın qədrini bil-



mədim... Bir də iyirmi yaşında, o vaxt, o gün, saat üçə on beş 

dəqiqə qalanda qaytarmadığım, qaytarmağa cəhd etmədiyim tak-




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə