Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

Aytən Quliyeva

 

 



44 

nin xarakterini açır: “Hə, bir dənə də şərfləri vardı, belə ağ yun 

şərflər olur e, kişi şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmi-

şə  onu  kişi  paltosunun  cibində  təhvil  alardım.  Amma  soyuq 

olan

da o şərf arvad paltosunun üstündə gələrdi”(7,103). Buradan 



qara paltolu 

kişinin qayğıkeşliyi, alicənablığı duyulur. Bir müd-

dət  sonra  isə  paltoların  sırasına  mixəyi  rəngli  palto  daxil  olur. 

Mi

xəyi paltolu kişinin geyimi də qadınınkı kimi təzə və bahalı 



parça

dandır.  “Hə,  bir  dənə  də  ayrı,  mixəyi  kişi  paltosu  vardı. 

Onu da həmişə tək asardım. Həmişə paltonu tək verərdi, bilirdim 

ki,  adama  yovuşmazdı.  Bu  idarədə  bir  tanışı,  bir  dostu,  aşnası 

yox

du ki, onunla bir yerdə gəlsin ya bir yerdə getsin. Bu mixəyi 



pal

to nədən belə yaxşı yadımda qalıb: bu palto çox təzəydi, özü 

də bahalı parçadandı” (7,104). Asılqanda işləyən qadının söhbə-

tin


dən aydın olur ki, mixəyi paltolu kişi insanlara saymazyana, 

bi

ganə münasibət bəsləyən bir insandır. 



Bir müddətdən sonra  mixəyi palto ilə sarı palto bir yerdə ve-

ri

lib bir yerdə də təhvil alınır. “Üç–dörd gün elə belə keçdi, bir 



gün  gördüm,  qara  paltolu  da  gəlib  öz  paltosunu  uzatdı.    ...Bir 

müd


dət keçdi. Bir aya kimi. Bir gün qara paltolu mənə yanaşdı, 

qızın paltosunu istədi. Bilirsən, bala, bizdə belə qayda var: kim 

ki,  hansı  nömrəni  verir  elə  həmin  paltonu  da  alır.  Lap  istəyir 

atam oğlu, qardaşım olsun, nömrəsiz ona palto vermərəm. Həm 

də  ki,  özgəsininkini.  Amma  buna  ürəyim  gəlmədi.  Qıymadım. 

Din


məz-söyləməz qızın sarı paltosunu ona uzatdım. Aldı, baxdı, 

bax


dı...  Sonra  qaytardı.  Çıxdı  getdi.  Bundan  sonra  bir  də  onu 

gör


mədim”(7,104). 

Bu  sətirlərdən  asılqanda  işləyən  qadının  qara  paltolu  kişiyə 

olan  həssas  münasibətinin,  onun  kədərəni  bölüşməsinin  şahidi 

olu


ruq. Elə buna görə də, o, sərt rəsmi qaydaları pozaraq ürəyi-

nin səsinə qulaq asıb sarı paltonu kişiyə uzadır. Qadın bu davra-

nışı ilə daxili dünyasının zənginliyini, yüksək psixoloji duyumu-

nu, mənəvi-əxlaqi aləminin  saflığını bir daha təsdiq edir.  

Oxucu  asılqanda  işləyən  qadının  nağılvari  anlatım  tərzi  ilə 

sanki qeyri-

adi  bir  eşq  hekayəsini  dinləyir.  “Sarı  paltolu  qa-



Anar – 75  

 

45 



dın”ın bir günün içərisində tərk etdiyi “qara paltolu” kişi uzun 

zaman öz sevgisini unu

da bilmir. Bunu isə yalnız insanları də-

rin


dən hiss edən, əsl məhəbbətin qədrini bilən asılqanda işləyən 

qa

dın anlayır. Və əlindən gələn yardımı bütün qadağalara bax-



ma

yaraq  qara  paltolu  kişidən  əsirgəmir.  R.  Ulusel  yazır:  “Sən 

de

mə, heç nəyi ilə diqqəti cəlb etməyən, cəmiyyəti kənardan iz-



ləyən bu qadın insan münasibətlərinin kardioqrammasını hamı-

dan yaxşı çıxarırmış” (72,26). 

Oxucu qəlbini ovsunlayan bu hekayə haqqında N.Əliyeva ya-

zır: “Anar bir sənətkar kimi başqa cür yazmaq iddiasını və arzu-

su

nu  elə  ilk  əsərindəcə  həyata  keçirməyə  nail  olmuşdur...  Kişi 



və  qadın  paltosunun  hər  gün  idarədəki  asılqanda  necə,  hansı 

tərzdə görünməsini söyləməklə, sən demə, bu paltoların sahiblə-

rinin h

əyatı və münasibətləri haqqında çox şey bilmək olarmış… 



Anarın  bu  hekayədə  işlətdiyi  ədəbi  priyom,  bədii  ifadə  üsulu 

açıqdan-açığa  nəsrimiz  üçün  tamam  yeni  və  gözlənilməz  idi” 

(32,14). 

Bu hekayə öz dil-üslub xüsusiyyətləri ilə yazıçının gənc yaş-

la

rında ədəbi dilimizin mahir bilicisi olduğunu, daim dilin saflı-



ğını  qorumağa  çalışdığını    göstərir.  “Anarın  bədii  yaradıcılığa 

at

dığı ilk addımlardan bəlli olur ki, bu addımlardan çıxan səs ta-



ma

milə başqadır, yenidir və yeni olduğu üçün də maraqlıdır. Bu 

ye

nilik gənc sənətkarın dilə bədii yaradıcılıq vasitəsi kimi xüsusi 



diq

qət  yetirməsi  ilə  bağlıdır...  Professional  həssaslığa  görəmi, 

nəyə görəsə mənə elə gəlir ki, həmin hekayənin müvəffəqiyyəti 

bi

rinci növbədə onun dili ilə bağlıdır. Müəllif minimum miqdar-



da sözlə maksimum dərəcədə fikir ifadə etmişdir ki, bu da müa-

sir hekayə dili üçün böyük məziyyətdir. “Asılqanda işləyən qa-

dının söhbəti”ndə müəllif ümmumxalq danışıq dilinə böyük mə-

həbbəti və ondan bacardıqca geniş sürətdə istifadə etməyə səmi-

mi səyi hiss olunur. “Heç vaxt” əvəzinə “heç vədə”, “nədənsə” 

əvəzinə “niyə görəsən”, “qəhvəyi” əvəzinə “mixəyi” işlədilməsi 

məhz bu səyin nəticəsidir” (3).  

“Ağ limanlar və Qırmızı gəmilər” məqaləsində Məmməd Arif 




Aytən Quliyeva

 

 



46 

ori


jinal  bir  ifadə  tərzi  ilə  hekayənin  daşıdığı  məna  yükünü  ay-

dınlaşdırır: “Teatra, iclasa gedəndə qış günlərində nə qədər pal-

tar 

asan qadına və kişiyə palto verib-almışıq. Çox vaxt kiminlə 



nasibətdə  olduğumuzun  fərqinə  belə  varmamışıq.  Halbuki, 

“Asılqanda işləyən qadın” bizi nəinki yaxşı tanıyır, hətta bizimlə 

ma

raqlanır və dərdimizi də çəkir. Sarı, mixəyi və qara paltoların 



al

tında  döyünən  insan  qəlbini,  onun  sevinc  və  iztirablarını  du-

yur, düşünür. Bu hekayə Anarın ilk əsərlərindəndir. Bahar müj-

dəsi gətirən bir hekayədir”(61). 

Anarın ilk hekayələrindən olan “Keçən ilin son gecəsi” üç in-

ki

şaf  mərhələsindən,  üç  janr  mərhələsindən  keçmiş  əsərlərdən 



biridir. 1960-

cı ilin yanvarında qələmə alınan bu hekayə, 1966-

67-

ci illərdə pyes şəklində işlənmiş, yazıldığından 23 il sonra isə 



M

oskva  Mərkəzi  Televiziyasının  sifarişi  ilə  həmin  hekayə  və 

pyes əsasında tam metrajlı film çəkilmişdir.  

“Keçən  ilin  son  gecəsi”  ilk  dəfə  hekayə  formasında  qələmə 

alınmış, sonrakı inkişaf mərhələlərində isə süjetə bəzi obrazlar, 

ye

ni inkişaf xətləri də əlavə olunmuşdur. Hekayə Anarın oxucu-



lar arasında ən çox sevilən əsərlərindəndir.  

Hekayədəki  hadisələr  yeni  il  axşamı  cərəyan  edir.  Süjetin 

mərkəzində övladlarını, ailəsini dərin məhəbbətlə sevən, qayğı-

keş bir ana obrazı dayanır.  

Həmidə  xala  artıq  yeddi  ildi  ki,  həyat  yoldaşını  itirmiş  və 

bun


dan sonra heç vaxt yeni il axşamı övladlarını bir süfrə arxa-

sına toplayıb bayramı onlarla birlikdə qeyd edə bilməmişdir. Biz 

bu

nu  Həmidə  xalanın  tez-tez  xəyalında  canlandırdığı  xatirələr-



dən görürük: “Qəzənfər sağ olanda onların evlərində yeni il hay-

küylə qarşılanardı. Çoxlu adam olardı. Qəzənfər öləndən sonra 

ailə iki il yeni ili qeyd eləmədi. Ailə deyəndə, Gülarə ilə Rüstəm 

dost


ları,  yoldaşlarıgilə  gedərdi.  Həmidə  xala,  balaca  Dilarə  və 

To

fiq isə axşamdan yıxılıb yatardılar. Sonralar yeni il axşamları 



Di

larə də getməyə başladı. İndi də Tofiqin növbəsi çatmışdı. La-

kin bu gecə hamı evdə idi. Gülarədən başqa. Gülarəgil yəqin ki, 

qay


natasıgildə olacaqdılar. Bir də Qəzənfər yox idi. O, yeddi ildi 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə