Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

Anar – 75  

 

41 



ilk əvvəl Əyyubun “aya, ulduza, yağışa, küləyə, günəşə öz dilin-

də ay, ulduz, yağış, külək, günəş demək haqqı üçün, ömrü boyu 

bel

lərini büküb qara torpaqdan başqa heç bir şey görməyən in-



san

ların başını qaldırıb günəşə, aya, baxa bilmələriyçün mübari-

zə etmək lazımdır”(5,238) kimi fikirləri ilə Kazımı mübarizəyə 

ça

ğırdığını  görürük.  Lakin  Kazım  həbsdən  çıxdıqda  Əyyubla 



rüşü zamanı Əyyubun tamamilə dəyişdiyinin, satıldığının şa-

hi

di  oluruq.  “Əyyub  indi  fars  dilində  ruznamə  buraxır.  Günəş 



əvəzinə "şəms", yağış əvəzinə "baran" yazır və isbat eləməyə ça-

lışır  ki, gec-tez  hamı  belə  deyəcək.  ...Arvadı  Şəmsiyyə  xanım 

fars idi, özü də yüksək rütbəli Tehran məmurlarından birinin qı-

zı idi. Əyyubun gənclik büdrəmələrindən sonra onun taleyi üçün 

bu nigahın əhəmiyyəti çox böyük idi. Xoşbəxtlikdən Şəmsiyyə 

xa

nım  məhdud  milli  hisslərdən  çox  yüksəkdə  dururdu.  Onun 



üçün azəri və fars anlayışları yox idi və məhz buna görə də o, 

uşaqlarını fars dilində tərbiyələndirirdi”(5,247).  

Kazımın  prinsiplərində  möhkəm  olan,  vətənin  azadlığı,  dili 

uğrunda sonuna qədər mübarizə aparan yoldaşları isə Əyyub ki-

mi  yalnız  pafoslu  sözlərlə  danışan,  yalançı  millət  təəssübkeşi 

olan insanla

rın əksinə son gülləyə qədər vuruşmuş, son gülləni 

isə ələ keçməmək üçün öz gicgahlarına sıxmışlar. Mihindən isə 

heç kəsin xəbəri olmamışdır.  

Bütün bunlardan sonra tamamilə bədbinləşən Kazımın həya-

tında dönüş baş verir. O, Mihinin radioda doğma dilində oxudu-

ğu “Qaragilə” mahnısını eşidir. Bu səs onun bütün mənəviyyatı-

na, hisslərinə hakim kəsilir. Kazımın qəlbi yenidən ümidlə do-

lur.  O  düşünür  ki,  bu  mahnını  Mihin  məhz  onunçün  oxuyur: 

“Vəsiqəsiz,  vizasız  radio  dalğaların  diliylə  intizarlı  Mihin  sər-

hədsiz fəzalardan itkin sevgilisini haraylayırdı, təsəlli axtarır, tə-

səlli verirdi... Bədbin olma, kimsəsizləşmə, Kazım. Bax eşidir-

sənmi,  mən  oxuyuram,  günəşə  günəş,  torpağa  torpaq,  sevgiyə 

sev

gi, ayrılığa ayrılıq deyən bir dildə oxuyuram. Sən yaşamalı-



san, Kazım” (5,255). 

Baş verənlər Kazımı yenidən həyata qaytarır. Onun yaşama-




Aytən Quliyeva

 

 



42 

ğa, məqsədləri uğrunda mübarizə aparmağa vadar edir. Bu məq-

sədlər  çox  adi,  sadə  olsalar  belə.  “İndi  Kazım  işləmək,  gecə-

gün


düz tər töküb işləmək, bir qədər pul yığmaq və bu pula bir 

ra

diocihaz almaq məqsədiylə yaşayırdı” (5,256). Hekayənin belə 



sonluqla  bitməsi  oxucuda  həyata  məhəbbət  hissini  gücləndirir, 

şündürür, onu mənən yüksəlməyə, inkişafa çağırır.  



Yazıçı obrazın hiss və həyəcanlarını, daxili əzab və iztirabla-

rını olduqca təbii şəkildə təsvir etmişdir. Bu da hekayənin oxu-

naq

lığını təmin etmiş, onun təsir və təlqin qüvvəsini artırmışdır. 



He

kayədə  vətənpərvərlik,  vətənə  sədaqət  hisslərinin  aşılanması 

onun tərbiyəvi mahiyyətini, əxlaqi dəyərini artırır. Əsər mühüm 

tərbiyə vasitəsi kimi diqqəti cəlb edir. 

Anarın ilk mətbu əsərlərindən biri “Asılqanda işləyən qadının 

söh


bəti” adlanır. Həcmcə çox kiçik olan bu hekayə öz emosional 

t

əsir qüvvəsi, orijinal üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir. 



Əsər qəribə təhkiyə üsuluna, formasına malikdir. Bu hekayə ilə 

Anar ilk baxışda adi bir əhvalat təsiri bağışlayan hadisələri çox 

yük ustalıqla sənət səviyyəsinə qaldırmaq məharətini göstərir. 



Anarın “Adamın adamı” kitabına yazdığı ön sözdə Y. Səmə-

doğlu “Asılqanda işləyən qadının söhbəti”ni belə dəyərləndirir: 

“Məhz bu hekayə sonralar yazılacaq və çoxlarımızın müasir nəsr 

haq


qında təsəvvürlərini yaxşı mənada alt-üst edəcək bir sıra gö-

zəl povest və hekayələrin meydana çıxması üçün zəmin olmuş-

dur.  Bəzən  bir  cümlə  ilə  xarakter  yaratmaq,  kiçik  bir  abzasla 

güc


lü emosional təsir oyatmaq, ənənəvi yazı manerasının yeknə-

səq axarını cəsarətlə pozub yeni güclü bənzətmələrə, metaforala-

ra, üslub və kompozisiya elementlərinə geniş yer vermək bacarı-

ğı bu zəmindən başlayıb, yazıçının sonrakı illərdə yaratdığı əsər-

lərində daha da möhkəmlənmişdir” (7,5). 

Adından  göründüyü  kimi,  əsərdəki  hadisələr  asılqanda  işlə-

yən bir qadının dili ilə nəql edilir. Hekayənin qəhrəmanları kimi 

biz asılqanda işləyən qadını və sahiblərinin maddi, mənəvi dün-

ya

sından xəbər verən sarı, qara və mixəyi paltonu görürük. Bu 



qa

dın artıq yeddi ildir ki, beş yüzə yaxın işçisi olan bir idarənin 




Anar – 75  

 

43 



asılqanında çalışır. Onun sözlərindən bəlli olur ki, o, işini sevən, 

insanlara diq

qətlə yanaşmağı bacaran bir insandır. Yeddi illik iş 

həyatında onun nəzərini daha çox çəkən üç palto və bu paltola-

r

ın sahibləri olur. Paltoların simasında onların sahiblərinin mü-



na

sibətləri bu həssas qadına elə təsir edir ki, hadisədən bir neçə 

il  keçməsinə  baxmayaraq  əhvalat  onun  yaddaşından  silinmir. 

“İki-üç il bundan əvvəl, bax, bu yeri ki, görürsən, indi ora meşin 

pal

to asmışam ha, bax, həmişə o nömrəyə iki palto asırdım. Pal-



to

ların  rəngi  də  yadımdadı.  Arvad  paltosu  sarıydı,  özü  də  çox 

əntiqə şeydi. Kişi paltosu qaraydı. Özü də köhnə, nimdaş idi; qo-

lu-


zadı getmişdi. Mən burda işləyəndən bəri bu iki paltonu bir 

təhvil  almışam,  bir  qaytarmışam.  Görürsən,  ildə-ayda  bir  dəfə 

elə  düşürdü  ki,  işə  gəlmirlərdi.  Gəlməyəndə  ikisi  də  gəlmirdi. 

Elə bil azarlayanda da bir yerdə azarlayırlardı. Bilmirəm də, ay 

ba

la, ər-arvaddılar yainki yar-yoldaş. Hər nəysə, mən ki, o palto-



la

rı bir dəfə də ayrı asmadım” (7,103). Bu cümlələrdə biz asıl-

qan

da işləyən qadının daxili dünyasının saflığını, yüksək əxlaqi 



dəyərlər sahib olmasını aydın şəkildə hiss edirik.   

Əsərin çox hissəsində qadının incə, kövrək qəlbi, insana, in-

san müna

sibətlərinə olan həssas yanaşma  tərzi oxucunu riqqətə 

gətirir, onun düşünməyə vadar edir. “İstəyir işə tez gəlsinlər, is-

təyir gec, həmişə mən bax bu yeri onlarçün saxlayırdım. Görür-

sən bəzi günlər heç paltoların çoxuna yer olmurdu, onlar da heç 

rürsən, o gün işə çıxmayıblar. Amma mən bu yeri boş qoyur-



dum, bilmirəm, ay bala, nəyə görəsə o yerdən ayrı palto asmağa 

ürəyim gəlmirdi, qıymırdım” (7,103).  

Hekayədə yazıçı palto sahiblərinin xarici görünüşü, xarakteri 

haq


qında heç bir məlumat vermir. Oxucu yalnız onların əşyala-

rından  bu  şəxslər  arasında  münasibəti,  onların  xarakterlərini, 

mad

di və mənəvi vəziyyətlərini öyrənir. Sarı paltolu qadının ge-



yi

mindən  onun  gözəl,  baxımlı,  maddi  vəziyyəti  yaxşı  olan  bir 

xa

nım  olduğunu  anlayırıq.  Bu qadının  işə  daim  birlikdə  gəlib-



get

diyi kişinin “qara”, “nimdaş”, “qolu-zadı getmiş” paltosu var-

dır. Yazıçı bir neçə kiçik epizod vasitəsilə bizə qara paltolu kişi-



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə