Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

Aytən Quliyeva

 

 



50 

Anar ilk hekayələrinin özünəməxsus yazı manerası, yaradıcı-

lıq üslubu ilə seçilən qələmi, təsvir etdiyi hadisələr, yaratdığı ob-

raz


larilə    oxucularının  daim  hörmət  və  rəğbətini  qazanmışdır. 

Onun  əsərlərində  əsasən  insan  taleyindən—ağlı-qaralı,  bəzən 

dərdli, əziyyətli, bəzən şad və firavan həyat sürən, fəqət heç za-

man vüqarını, mənliyini itirməyən, ləyaqətli, mənəvi saflığı, tə-

miz

liyi ilə seçilən insanlardan danışılır. 



“Keçən əsrin  60-cı illərindən ədəbi mühitə qədəm qoyan gör-

məkli yazıçı Anar ədəbiyyatımıza yeni ab-hava gətirmiş, Azər-

bay

can milli ədəbi yaddaşının təbliğatçısı və tədqiqatçısı missi-



ya

sını üzərinə götürməklə yanaşı, müasirlərimizin zəngin daxili 

aləmini yüksək bədii formada qələmə almış, yaratdığı çoxsaylı 

əsərləri vasitəsilə milli və bəşəri ideyaların təbliğatçısına çevril-

mişdir...  

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Anar Azərbaycan 

ədəbiyyatının milli-mənəvi sərvətidir. Anar xalqımızın intellek-

tu

al səviyyəli, geniş dünyagörüşə malik ədəbiyyat, incəsənət və 



mədəniyyətin müxtəlif sahələrində mükəmməl biliyə malik olan 

xalq ziyalısıdır. Anar “60-cılar nəslinin” görkəmli nümayəndəsi-

dir”(33,181). 

Anarın ilk hekayələri altımışıncı illər Azərbaycan ədəbiyyatı-

nın  aktual  problemləri,  ideya  və  mövzu  istiqamətləri  haqqında 

ümu


miləşdirici  fikir  söyləmək,  obrazların  iç  dünyalarına  nüfuz 

et

mək, aydınlaşdırmaq, “yeni nəsr” anlayışının mahiyyətinə ay-



dınlıq  gətirmək  baxımından  xüsusi  əhəmiyyət  kəsb  edir.  Onun  

heka


yə janrının imkanları dairəsində maraqlı kompozisiya qur-

ma

ğı, surətlərin xarakterini, psixologiyasını, səciyyəvi xüsusiy-



yətlərini rəvan ifadə bacarığı heyrətləndirici səviyyədədir. Bütün 

bun


lar onun əsərlərinin istedadlı nasir qələminin bariz nümunəsi 

oldu


ğunu təsdiqləyir. 

 

 

                                         



Anar – 75  

 

51 



 

 

 



 

 

MƏHƏBBƏT MOTİVLİ HEKAYƏLƏR 

  

Anarın  bütün  bədii  yaradıcılığı,  demək  olar  ki,  məhəbbət 



məfhumu üzərində qurulub. Onu ədəbiyyat tariximizdə məşhur-

laşdıran, sevdirən də məhz məhəbbət motivinin əfsunlayıcı gücü 

ol

muşdur.  İstər Anarın hekayələrində, istərsə də, roman və po-



vest

lərində  biz  müxtəlif  tipli,  məhəbbət,  sevgi  təzahürləri  ilə 

qar

şılaşırıq. Burada hələ yetkinlik yaşına təzəcə qədəm qoymuş 



bir qızın qəlbinin ilk sevgi qığılcımlarını, sevgi bayramı həsrəti-

ni, gənc ikən kövrək, formalaşmamış duyğuları, tərəddüdləri uc-

ba

tından ilk məhəbbətini taksi ilə əbədiyyən yola salmış qəhrə-



ma

nın  mənəvi  əzablarını,  məhəbbətin  əsl  mahiyyətindən  agah 

olan  

beşmərtəbəli  binanın  altıncı  mərtəbəsindəki  Təhminəni, 



tün səylərinə baxmayaraq bu mərtəbəyə  çatmağı bacarmayan, 

məhəbbəti uğrunda sona qədər mübarizə aparmağa qadir olma-

y

an Zauru, təsadüfi telefon əlaqəsi ilə həyatının qadınını tapmış 



Sey

muru,  itirdiyi  sevgi  hisslərini  yenidən  yaşamaq,  xatırlamaq 

üçün bir günlüyə də olsa ətrafındakı hər şeydən ayrılıb “ilk eş-

qi

nin vüsalına gələn” Əsməri görürük. 



Nasirin 

əvvəldən sona qədər qəhrəmanın keçirdiyi duyğuların 

ifa

dəsindən ibarət olan “Taksi və vaxt” hekayəsi dörd kiçik his-



sədən ibarətdir. Bu hissələrin hər birində biz qəhrəmanı müxtəlif 

si

tuasiyalarda,  müxtəlif  vəziyyətlərdə  görürük.  Yazıçı  hekayə 



bo

yu qəhrəmanının müxtəlif zaman kəsimlərində daxili dünyası-

nı, hiss və həyəcanlarını, fikir və düşüncələrini insan sərrafı kimi 

iz

ləyir. 



 Birinci his

sədə qəhrəman gəncdir, onun cəmi-cümlətanı iyir-

mi  yaşı  var.  Qəlbi  ilk  eşqin  həyəcanı  ilə  döyünür,  lakin  buna 

baxmayar


aq  tərəddüd  edir:  “Mən  tərəddüd  içindəydim: deyim, 


Aytən Quliyeva

 

 



52 

de

məyim? O, bu gün başqa şəhərə gedirdi...  



Hələ  vaxt  vardı.  Evin  tinindən  sıçrayacaq,  yaşıl  işığını  qara 

rəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon al-



tında  xəbərsiz,  biganə,  başqa  həvəslə,  özgə  intizarla  çırpınan 

ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi?”(5,50). 

Bu  çağda  qəhrəmanın  düşüncəsinə  laqeydlik  duyğusu  hökm 

edir və ya o, qəlbinə hakim kəsilən hisslərin mənasını tam anla-

mıyla dərk edə bilmir.  O, ehtiyat edir ki, indi alacağı mənfi və 

ya  müsbət  cavab  bir  müddət  keçdikdən  sonra  artıq  onun  üçün 

mənasızlaşacaq, ona səadət gətirməyəcək. “Mənə elə gəlirdi ki, 

in

sana səadət verilməmişdir; ona yalnız səadət arzulamaq, xoş-



bəxtlik ümidində, bəxtiyarlıq gümanında yaşamaq, sevincin köl-

gəsində daldalanmaq haqqı verilmişdir. Səadətə çatdığın an o öz 

təravətini, ətrini, gözəlliyini, cazibəsini itirir. Səadət üfüq kimi-

dir: görünən və çatılmaz, yaxınlaşdıqca uzaqlaşan.  

Ya  da  bəlkə  səadət,  sevinc  ümidiylə,  xoşbəxtlik  intizarında, 

gələcək həsrətində yaşamaq və nəyisə hey gözləmək, gözləmək, 

göz

ləməkdir”(5,51). Və özünün uydurduğu bu “fəlsəfəyə” görə 



o, həyatının mənasını itirir.  Sevgisini taksi ilə əbədi olaraq yola 

sa

lır.  



Hekayənin ikinci hissəsində isə biz qəhrəmanı yetkin bir in-

san kimi görürük. O, yaşa dolmuş, müdrikləşmiş, “fəlsəfə”sinin 

yan

lış olduğunu anlamış, səadət, sevgi haqqında düşüncələri ta-



ma

milə dəyişmişdir. “Mən vaxtilə sevdiyimi taksiylə göndərən, 

ağrıyan, amma eşqimə də, həsrətimə də biganəliklə baxan adam 

deyi


ləm. Onsuz da vaxt hər yaraya məlhəmdir,–deyən adam de-

yi

ləm.  Vaxt  özü  mənə  isbat  etdi  ki,  hər  yara  sağalan  deyil.  O 



mənə  anlatdı  ki,  əbədi  gedən  taksiləri  saxlamaqçün  bəlkə  bir 

ömür  boyu  piyada  qaçmalı  olsan  belə,  qaçmalısan,  heykəl  təki 

du

rub "dərin" fəlsəfə yürütmək bir peşə deyil”(5,57). 



Vaxt ona çox baha başa gələn həyat dərsi verir, onun gəncli-

yin


də xoşbəxtliyini itirməsinə səbəb olan, “dayazı dərin görünən 

fəlsəfə”sini alt-üst edir. Həm əvvəlki aldanış, həm də indiki dö-

nüş qəhrəmanın daxili dünyasında müxtəlif hiss-həyəcan oyadır. 



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə