Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   21   22   23   24   25   26   27   28   29

Aytən Quliyeva

 

 



74 

saf


laşmasına çalışır. 

Yazısında ziyalı sənətkarımızın “Molla Nəsrəddin-66”  əsəri-

ni xatırlayan Ramiz Rövşən yazır: “...Ən birinci yadıma Anarın 

40 il bundan əvvəl yazdığı “Molla Nəsrəddin-66”sı düşdü. Çox 

sev

diyim o əsəri bir də vərəqlədim, oradakı bir çox hekayələri, 



hik

mətli sözləri, elanları, bildirişləri, həmçinin naməlum şair Çi-

nar Girdimani Beyləqaninin “şeirlərini” təzədən gülə-gülə oxu-

dum, bu gözəl əsərin öz bədii dəyərini və təsir gücünü zərrə qə-

dər də itirmədiyinə inandım. Eyni zamanda “Molla Nəsrəddin-

66”  dan  Anarın  indiki  yaradıcılığına,  üç  il  əvvəl  yazdığı  “Ağ 

qoç, qara qoç”a gələn apaydın qırılmaz yolunu gördüm”(54,67). 

“Bu silsilədə Anar “Molla Nəsrəddin”in onomastik yaradıcı-

lığını da davam etdirir. “Molla Nəsrəddin”də belə onomastik va-

hid–


kəşflər  var  idi:  Dəmdəməki,  Lağlağı,  Mozalan,  Hərdəm-

xəyal, Hophop; İtqapan kəndi, Təzəkli kəndi, Donuzyeyən kəndi 

və s. Anarın da həmin üsulla hazırladığı xüsusi isimlər (onomas-

ti

ka)  maraqlıdır,  yumoristik  məzmunu  ilə  diqqəti  çəkir:  Umu 



süyev, Qır Saqqızov, Naz Qəmzəyev, Tartan Partanov, Yalan 

Palanov, S

oobrazim Natraixov, Şaltay Baltayev, Atdıyatdı Bat-

dıqaldıyev, Azyazpoz idarəsi, Gülməşəkər kəndi və s.” (41,215).  

“Yaxşı padşahın nağılı” özünü rəiyyətpərəst və xeyirxah kimi 

tanıdıb, əslində bütün rəiyyəti bədbəxt edən şahların, hökmdar-

la

rın, onların hər sözü ilə razılaşan vəzir, vəkillərin yaltaqlığını, 



mənəvi dünyalarının çirkinliyini əks etdirən güzgüdür. Hekayə-

nin qəhrəmanı “yaxşı padşah” ilk baxışda “heç vədə rəiyyətinə 

gül

dən ağır söz deməyən”, “boyunlarını vurdurmamış” bir baş-



çıdır. Əslində isə o daxilən nadan, cahil bir padşahdır. Biz bunu 

onun  hər  gün  “xalqın  xoşbəxtliyi  naminə”  verdiyi  bir-birindən 

səfeh  qərarlarda  görürük.  Anar  onun  simasında  ölkəsini  idarə 

edə  bilməyən,  buna  qabiliyyəti  çatmayan,  öz  şəxsi  hisslərinin 

əsiri olan, xalqı öz iradəsinə tabe etmək istəyən nadan bir padşah 

obra


zı yaradır.  

Ölkədə  sual  cümlələri  qurmağı  qadağan  edən  padşah,  qara-

vul

çusundan saatı belə öyrənə bilmir, çünki qaravulçu qorxudan 




Anar – 75  

 

75 



pad

şahın hər dediyi saatı təsdiqləyir. Padşah mənəviyyatca xud-

bin, rəzil adamdır. Özü gecələr yata bilmədiyi üçün, rəiyyətinə 

də yatmağı, yuxu görməyi qadağan edir. Və yalnız bundan sonra 

ilk dəfə sakit və rahat yatır.  

“Yaxşı padşahın” simasında nasir bir çox mənəvi-əxlaqi mə-

sələrə toxunur, çatışmazlıqları tənqid edir. Bunlardan biri şeirə, 

şairə  olan münasibətdir.  Nadan  padşah  özündə  şairlik istedadı-

nın olduğunu sanır. Şeirlərini vicdanlı, mənəvi cəhətdən zəngin, 

əsl  şairə  oxuyur.  Bəyənilmədiyini  görüb  şairi  həbs  etdirir, zü-

lüm

lərə  düçar  edir.  Buna  dözməyib  intihar  edən  şairə  heykəl 



qoy

durur, qəzetlərdə şəkillərini çap etdirir. Bu epizodla əsl şai-

rin, yazıçının, sənətkarın belə bir nadan mühitdəki əzab dolu hə-

ya

tı göstərilir. 



Hekayənin sonunda padşah babasının qadağan etdiyi güzgüyə 

ba

xıb  özü-özünü  ifşa  edir.  “Əşi,  bunun  küt  sifətini  görmürsən, 



gör

mürsən ki, axmağın, rəzilin biridir, bütün dünyaya nifrət edir. 

Özünü xeyirxah göstərir, amma hamıya kin bəsləyir. Kin bəslə-

yir,  ona  görə  ki,  bədbəxtdir.  Bədbəxtdir,  ona  görə  də  hamını 

bədbəxt etmək istəyir, əşi bunun hay-hayı gedib, vay-vayı qalıb. 

Bu gün sabah gor-

bagor olacaq. Belə bir gorbagorun üstündə qa-

nını qaraltmağa dəyərmi?!” (10,94).  

Görkəmli ədəbiyyatşünas Pənah Xəlilov “Yaxşı padşahın na-

ğılı”  haqqında  yazır:  “Bu  əsərdə  Anar  eybəcərliyi  “bəzəmək”, 

şüurlu “böyütmək”, daha qabarıq verib onu hər səmtdən göstər-

mək üsulundan, xüsusən qroteks üçün vacib olan vasitələrdən is-

ti

fadə etmişdir” (52).    



Anarın “Dörd cahar”, “Dağ dağa rast gəlməz” hekayələrində  

na

dan, məsuliyyətsiz, çirkin mənəviyyatlı insanlar tənqid atəşinə 



tutulur.  

“Dörd cahar” hekayəsində yazıçı, iki müəllim obrazı yaradır. 

Onlardan biri—

Zəki müəllim nə qədər saf, təmiz mənəviyyatlı, 

əxlaqi cəhətdən yetkin insandırsa, Murtuz tamamilə onun əksi-

dir. Zəki müəllim ona təklif olunan maşına görə öz təmiz əqidə-

sin

dən dönmür. Kamil mənəviyyatlı bir insan kimi ədaləti qoru-




Aytən Quliyeva

 

 



76 

yur. Murtuz müəllim isə həm öz mənəviyyatına, həm də müəl-

lim kimi şərəfli bir ada ləkə gətirərək, Cahangirovun oğluna ali 

məktəbə qəbul imtahanında yüksək qiymət verərək, instituta qə-

bul etdirir. 

Hekayədə tənqid hədəfinə çevrilən Murtuz müəllim 

ya

zıçı qayəsini özündə əks etdirən Zəki müəllim tərəfindən ifşa 



edilir. 

“Dağ  dağa  rast  gəlməz”  hekayəsinin  qəhrəmanlarının  sima-

sında  sənətkarımız öz işlərinə ciddi yanaşmayan elmi müəssisə-

ləri, elmi işçiləri, onların öz peşələrinə olan qeyri-ciddi münasi-

bətini tənqid edir.  

“Anarın satirik əsərləri cəmiyyətimizdə hələ də yaşayan anti-

pod

lara qarşı sərrast atəşdir, bu əsərlər ibrətlidir, onlar bizi eyib-



lərə qarşı fəal mübarizəyə ruhlandırır” (54). 

Görkəmli sənətkarın satirik və yumoristik hekayələrində diq-

qəti cəlb edən xüsusiyyətlərdən biri komik dil məsələsidir. Mü-

əllif    burada  dilin  aydın,  ifadəli,  ən  əsası  isə  janrın  tələblərinə 

uy

ğun olmasına xüsusi diqqət yetirir.  



Anar  bu  hekayələrində  bir  təəssübkeş  kimi  yaratdığı  mənfi 

qəhrəmanlara  gülməklə,  onları  ifşa  etməklə  cəmiyyətdə  yaran-

mış  özbaşınalıqların  qarşısını  almağa,  insanların  mənəviyyatı-

nın, əxlaqının saflaşmasına çalışır. 



 

 

 

 

 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə