Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   21   22   23   24   25   26   27   28   29

Anar – 75  

 

77 



 

 

 

 

 

ANARIN 

HEKAYƏLƏRİNDƏ İNSAN VƏ 

CƏMİYYƏT PROBLEMİNİN BƏDİİ ƏKSİ 

 

Tarixən olduğu kimi, müasir dövrümüzdə də fərdlə cəmiyyə-

tin  əlaqəsi  bədii  ədəbiyyatın  mühüm  mövzusuna  çevrilmişdir. 

Hər bir insan üzvü olduğu cəmiyyətə möhkəm tellərlə bağlıdır. 

Cəmiyyət isə daim inkişaf və tərəqqi edir. İnsanın mənəvi-əxlaqi 

si

masının  yetkinləşməsi  ilə  cəmiyyətin  inkişaf  prosesi  arasında  



har

moniya  həmişə  eyni    ölçüdə  ola  bilməz.  Bu  balans  bir  çox 

hallarda pozulur 

və təbii ki, bu hal şəxsiyyətin məişətinə, mənə-

viyya

tına, əxlaqına təsirsiz ötüşmür. 



Cəmiyyətin inkişafında hər bir yeni dövr özünün ictimai-siya-

si, mənəvi-əxlaqi mənzərəsini yaradır. Bu mənada 90-cı illər XX 

əsr tariximizdə önəmli yer tutur. Nəsrimizdə müstəqillik dövrü-

nün qəhrəman tipini əks etdirmək üçün maraqlı cəhdləri görür, 

bu  qəhrəmanların  timsalında  müasir  dövrümüzün  müxtəlif  dü-

şüncə tərzləri ilə qarşılaşırıq. Keçid dövrünün bütün məhrumiy-

yətlərinin  həmin  qəhrəmanların  həyatından  keçməsinin  şahidi 

oluruq. 


Yazıçılar öz dövrlərinə uyğun çağdaş qəhrəmanlar yara-

dırlar. 


Müsahibələrinin  birində  Anar  ədəbiyyatdakı  çağdaşlıq  haq-

qında deyir: “Fikirimcə,  ədəbiyyatda  çağdaşlıq  çox  geniş  bir 

məfhumdur,  yəni  bir  cümlə  ilə,  bir  abzas  ilə  demək  çətindir... 

Ça

ğdaşlığın bir cəhəti budur ki, doğrudan da çağın, yəni zama-



nın  tələblərinə  cavab  verəsən,  zamanın  problemləri  ilə  yaşaya-

san, zamanın ortaya çıxardığı çətin məsələlərə yazıçı kimi cavab 

ve

rəsən, bilinsin ki, sən bu əsrin, bu onilliyin yazarısan, bu döv-



rün və ümumiyyətlə, həyatın sorularına biganə qalmırsan”(17). 

90-


cı illərin əvvəllərində Anarın ədəbi yaradıcılığı artıq müd-


Aytən Quliyeva

 

 



78 

rik  bir  sənətkarın  yaradıcılığıdır.  Bu  dövrdə  bəzi  ədəbiyyatşü-

naslar 

onun yaradıcılığında ekzistensializm cərəyanının təzahür-



lərinin ön plana çıxdığını söyləyir.  

“Ekzistensializm (lat.exsistentia-

varlıq)—irrasionalist, sub-

yektiv ideali

st fəlsəfi cərəyanlardan biridir... Birinci dünya mü-

ha

ribəsidən  sonra  Almaniyada,  ikinci  dünya  müharibəsindən 



sonra Fransada meydana g

əlib”(16,585).  Ekzistensializm  əsas 

qəhrəman  kimi  emosional  coşqunluqdan  əzilən, ehtiraslardan 

parçalanan dün

yanın şəxsiyyətini irəli çəkir.  

Ekzi


stensialistlər  üçün  insan  cəmiyyəti  və  insanların  həyatı 

başdan-başa  anlaşılmazlıq  və  absolyut  absurddan  ibarətdir.  İn-

san

lar arasında sevgi, bağlılıq yoxdur, bütün insani münasibətlər 



qırılıb. Dünya ədəbiyyatında bu cərəyanın nümayəndələri azlıq 

təşkil edir.  

Keçən əsrin 50-ci illərinin  sonu, 60-cı illərdən Azərbaycan 



ədəbiyyatında da ekzistensializm ədəbi—estetik  cərəyanı əksini 

ta

pır...  



Azərbaycan  ədəbiyyatında  ekzistensializm  (o  cümlədən,  su-

fizm  və  zen-buddizm)  ədəbi-estetik  cərəyan  kimi  bütövlükdə 

Ana

rın yaradıcılığında öz ifadəsini tapır... Azərbaycan ədəbiyya-



tında  isə  bu  axının  ilk  və  ən  böyük  nümayəndəsi  Anar-

dır”(18,374).  

“Qırmızı limuzin”, “Vahimə” hekayələrində sənətkar öz ek-

zis


tensialist  görüşlərini  ortaya  qoyur.  Yazıçının  bu  cərəyana 

mey


linin yaranmasını son dövrlərdə dünyanın insana biganəliyi, 

cəmiyyətdə insanlar arasında xaosun güclənməsi kimi səbəblər-

də axtarmaq olar.  

Son dövrlərdə cəmiyyətdə baş verən təcridolunma, təkləşmə, 

in

sanlardan uzaqlaşma problemi və bununla da mənəvi dəyərlə-



rin  iflası,  şəxsiyyətin  acınacaqlı  aqibətinin  yaxınlaşması  Anarı 

bir vətəndaş, yazıçı olaraq narahat etməyə bilməzdi. N. Cəfərov 

ya

zır:  “Son  illərdə  Anarın  ekzistensializmə  kifayət  qədər  cəsa-



rətlə gəlişi, bir tərəfdən günümüzün insanının—şübhəsiz birinci 

növ


bədə  Azərbaycan  insanının  öz  taleyi  ilə  getdikcə  daha  çox 


Anar – 75  

 

79 



təkbətək  qalması,  digər  tərəfdən  yazıçının,  əgər  belə  demək 

müm


künsə, yaradıcılıq təkamülü, mövcud ictimai-mənəvi hadi-

sələrə reaksiyası, əhval-ruhiyyəsi ilə bağlıdır”(21,27).  

90-

cı illərdə cəmiyyətimizdə baş verən mürəkkəb ictimai-si-



ya

si, mənəvi-əxlaqi dəyişikliklər yazıçının yaradıcılığına da bö-

k  təsir  göstərmişdir.  O,  “Qırmızı  limuzin”,  “Vahimə”,  “Mu-



hak

kak görüşürüz” hekayələrində müstəqillik dövrü ərəfəsini və 

bu mərhələnin başlanğıc illərinin mürəkkəbliyinin özünəməxsus 

niga


rançılığını bədii cəhətdən əsaslandırmışdır. 

 

Bu hekayələrdə son illərdə cəmiyyətdə insan qarşısına çıxan 



rəkkəb ictima-siyasi, mənəvi-əxlaqi problemlərin insan təfək-

rünə, məişətinə, yaşam şəklinə təsiri ön plana çəkilir.  İnsan 



və cəmiyyət probleminə Anar yaradıcılığında verilən önəmi N. 

Cəfərov  belə  qiymətləndirir:  “Azərbaycan  insanını  Azərbaycan 

cəmiyyətinin  (ümumən  cəmiyyətin!)  total ictimai-siyasi psixo-

zun


dan  xilas  etmək  yazıçının  son  dövrdə  çapdan  çıxmış  “Otel 

ota


ğı” kitabı kimi, 60-cı illərdən (yaradıcılığa başlayandan) bəri 

yaz


dığı,  demək  olar  ki,  bütün  əsərlərinin  əsas  ideyasını  təşkil 

edir”(21,13).  

90-

cı  illərdə  xalqımızın  başına  gətirilən  müsibətlər,  çağdaş 



in

sanın daxili sarsıntıları, qarmaqarışıq hadisələr məngənəsində 

çal

xalanan  dünya  qarşısında  tənhalığı,  cəmiyyətə  yadlaşması, 



mənəvi-əxlaqi dəyərlərinin sarsılması, bunun nəticəsində şəxsiy-

yətin  öncə  mənən,  daha  sonra  isə  cismən  məhvi  kimi  önəmli 

amil

lər  Anarın  “Qırmızı  limuzin”  və  “Vahimə”  hekayələrinin 



əsasını  təşkil  edir.  “Anarın  90-cı  illər  yaradıcılığı  90-cı  illərin 

ov

qatını əslən əks etdirir. Doğrudur, burada on illiyin geniş epik 



plan

da inikası yoxdur. Ancaq epizodlarda, xatirə-düşüncə simp-

tom

ları ilə, zaman məkan dəyişmələri ilə, sözarası məqamlarda, 



lətifə  obrazlarında,  irili-xırdalı  lövhələr  şəklində,  parça-parça, 

qəlpə-qəlpə həyat qələmə alınır, ancaq hər bir şey həqiqətdir, hər 

qəlpə bir bütövün xislətini canlandırır. Bu qəlpələr seriya hadi-

sələr  kimi  bir-birinə  calanıb,  zamanın  hadisələr  silsiləsini  can-

lan

dırır,  həyatın  bütün  ziddiyyətləri  haqqında  təsəvvür  yaradır. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə