Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   21   22   23   24   25   26   27   28   29

Anar – 75  

 

83 



He

kayənin ekspozisiyası həkim Orucun firəvan həyatının təsviri 

ilə başlayır. O, 45 yaşında, fiziki cəhətdən sağlam, kariyerasında 

uğurlar əldə etmiş bir insandır.  Onun həyatında hər  şey öz axarı 

ilə gedir, özündən altı yaş böyük həyat yoldaşı Pakizə mülayim, 

ailəsinə  qarşı  diqqətcil  bir  qadındır.  Oğlu  isə  Moskvada  tibb 

institutunda təhsil alır. 

Hekayədə Orucun xarakteri hər tərəfli açılır. O, istedadlı bir 

həkim kimi  öz vəzifəsinin ona verdiyi rifahdan istifadə etməyi 

özü


nü  tamamilə  halal  haqqı  hesab  edir.  “Əlbəttə, məsələnin 

maddi t


ərəfi də vardı və həkim Oruc rifahını özgələrin bədbəxt-

çiliyi üz

ərində  qurduğundan  vicdan  əzabı  çəkəsi deyildi–bu 

onun s


ənəti idi” (9,20).  

Buradan bel

ə bir nəticəyə gəlmək olur ki,  Oruc bu düşüncə 

t

ərzinə görə yaşadığı cəmiyyətlə öz arasındakı harmoniyanı po-



zur, özü

nü insanlardan, onların problemlərindən təcrid edir. O, 

m

ənəviyyatca  yalnız  özünü,  rifahını  düşünən  adamdır.  Hər bir 



ictimai amaldan m

əhrumdur. Bu hal onun faciəsini şərtləndirir. 

Oruc da Anarın bir çox qəhrəmanları kimi standart həyat reji-

min


ə  malikdir. Lakin digər qəhrəmanlardan fərqli olaraq o, bu 

standart h

əyat cədvəlindən çox razıdır.  “Müayinə  və  müalicə, 

maddi imkanlar, ail

ə sakitliyi və sabitliyi, oğlunun gələcək yük-

s

əlişi, bağın açıq havası, bellə ağacların dibini işləməsi, Ofelyalı 



şənbələr, dost məclisləri, preferans, nərd, videofilmlər–dəqiq 

ömür c


ədvəli Orucu çəpər içinə salıb qoruyurdu və bu çəpərin, 

bu  divarın  dalında  qaynayan,  çalxalanan,  kükrəyən,  qan  axıdı-

lan,  göz  yaşı  tökülən  dünyanın  ona,  elə  bil, heç dəxli yoxdu” 

(9,23).  

Əvvəldə  qeyd  olunduğu  kimi,  90-cı  illərdə  dövlətimizin və 

xal


qımızın başına gətirilən faciələr ədəbiyyatdan da yan keçmə-

miş, bir çox yazarlarımız bu problemə öz əsərlərində müəyyən 

d

ərəcədə yer vermişlər. “Vahimə” hekayəsinin qəhərmanı Oruc 



müst

əqilliyini yeni bərpa  etmiş  bir  dövlətin vətəndaşı,  ictimai 

h

əyatında təlatümləri, hakimiyyət çəkişmələri, Qarabağ proble-



mi olan bir c

əmiyyətin üzvüdür. Bütün bu hallar cəmiyyətdə ru-




Aytən Quliyeva

 

 



84 

hi x


əstələrin  sayını  artırmış,  insanların  psixikasında    fobiyalar 

ya

ratmışdır.  Hər cəhətdən normal olan bu insanlar Qarabağ 



probleminin yegan

ə həllinə vaqif olduqları üçün, hətta kosmos-

dan bel

ə təqib edildiklərini düşünürlər. Yazıçı bütün bunları qə-



l

əmə almaqla müharibənin yalnız insanların həyatına deyil, on-

la

rın  mənəvi  dünyalarına,  psixikalarına  olan  öldürücü  təsirini 



orijinal bir dill

ə oxucuya çatdırır.  

Oruc bütün bun

ları  bildiyi  halda  cəmiyyətə,  insanlara  qarşı 

laqeyd v

ə biganədir. Onun özünə qurduğu bu “ideal” həyat axa-

rını Baləmi pozur. Oruc özü üçün yaratdığı, butün problemlər-

d

ən qoruduğu, Ofeliyadan, görüşüb yaxşı vaxt keçirdiyi bir-iki 



ya

xın dostundan ibarət kiçik cəmiyyətində rahat yaşaya bilmir. 

“Erm

əni  bağı”  ətrafında  baş  qaldıran  hadisə  ilk öncə  qurduğu 



tün rifahını əlindən alır, daha sonra isə ölümünə səbəb olur. 

Bu

rada  yazıçı  təsadüfi olaraq bağın  əvvəllər erməniyə  məxsus 



ol

masını göstərmir. Bu kiçik işarə ilə Qarabağ savaşının, erməni 

v

əhşiliyinin,  hətta bütün hisslərinə,  duyğularına  hökm  etməyi 



baca

ran Oruc kimi peşəkar bir psixatrı belə dərin ruhi sarsıntıla-

ra düçar etdiyni ifad

ə edir. Oruc özünü cəmiyyətdə olan qarma-

qarışıqlıqdan,  çaşqınlıqdan  qoruduğunu  zənn etsə  də, bütün bu 

hadis


ələr onun daxili dünyasını, şüurunu dərindən sarsıdır.  

 Bal


əminin peyda olması ilə Oruc anlayır ki, siyasi çəkişmə-

l

ərin, müharibənin cəngində  dəhşətlə  çalxalanan,  qan  axıdılan, 



göz yaşı tökülən dünyanın ona da yaxından təsiri var. Bir-birin-

d

ən bəd xəbərlər verən televizor verilişləri, səhifələri qan və nif-



r

ət saçan qəzet və  jurnallar bütün insanlara təsir etdiyi kimi, 

Orucu da psixoz v

əziyyətinə gətirmişdir. 

Oruc başına gələn hadisələrin, yəni sonda anladığı kimi onun 

bağ evinə haqsız şəkildə soxulan, evə sahib çıxmaq istəyən Ba-

l

əminin oğlunu öldürməsinin xəyalən baş verdiyini bilən də ta-



mamil

ə ümidsizləşir. “Anarın başqa bir əsərinin–“Vahimə” he-

kay

əsinin qəhrəmanı  da  dünyanın  anlaşılmaz  vahimələrindən 



qurtulma

ğın, həyatın bıqdırıcı, usandırıcı və cansıxıcı işlərindən, 

gerç

əkliklərindən xilas olmağın yeganə yolunu rahat və əziyyət-




Anar – 75  

 

85 



siz ölümd

ə görür” (31,29). 

Hekay

ənin sonunda narahat günlər, əsəbi saatlar keçirən Oruc 



baş verənləri aydınlaşdırmaq üçün gəldiyi bağının həyətinə dü-

şən yüksək gərginlikli elektrik xəttinə toxunaraq kösövə dönür. 

Bu hekay

ədə  “qırmızı  limuzin”i  “erməni  bağı”nın  tilsimi  əvəz 

edir. H

ər iki hekayənin qəhrəmanı ilə cəmiyyət arasında yaran-



mış uçurum onları sövq-təbii olaraq ölümə sürükləyir.  

“Mü


əllifə görə, insan ancaq öz fərdi dünyasında yaşa bilməz. 

V

ətəndaşlıq hissindən, ictimai amaldan məhrumluq mənəvi boş-



lu

ğa,  həyatın  beş  günlüyü  haqqında  çürük  fəlsəfəyə  aparır  və 

heç vaxt 

insanı sona qədər xoşbəxt edə bilməz. Əgər belə bir xa-

rakter v

ə düşüncə sahibi ziyalıdırsa, yüksək ziyalı titulları daşı-

yırsa, bu artıq mənəvi ölülükdür və cəmiyyətin sosial faciəsidir. 

Orucun faci

əli ölümü bu mənəvi ölülüyün rəmzi ifadəsidir” 

(70,327). 

Qaldırdığı problemlərdən tutmuş yaradıcılıq texnologiyasına, 

üslubunad

ək milli mədəniyyətimizin  ənənələrinə  sadiq olan 

Anar daim bir yazıçı fəhmi, yazıçı nəfəsi ilə qələmini dar məna-

da c

əmiyyət, geniş mənada dünya qayğıları ilə, mənəvi konteks-



t

ə  varmağa  səfərbər edir. “Vahimə” hekayəsində  məqamların 

b

ədii-fəlsəfi dəyərləndirilməsinin özünəməxsusluğu da bunu bir 



daha t

əsdiq edir. 

Ümumiyyətlə,  Anarın  90-cı  illər  yaradıcılığında  insanın  cə-

miy


yətdən, ətraf mühitdən, dünyadan təcridi, eyni zamanda et-

nos


daxili yadlaşma halları da özünü göstərir. “Qırmızı limuzin” 

və “Vahimə”də, əsas etibarilə, insanla materiya, insan cəmiyyət 

müs

təvisində qoyulan problemə “Muhakkak görüşürüz” hekayə-



sin

də eyni və qohum millətlər arasında yadlaşma mövqeyindən 

ya

naşılır.  



“Muhakkak gör

üşürüz”  əsərində  Azərbaycan-Türkiyə  dost-

luğunu  vulqarlaşdıran  insanların  daxili  aləmi  açılır.  Yazıçı  ko-

mik obrazlar vasitəsilə cəmiyyətin sosial psixologiyasına dərin-

dən nüfuz edir. O, hər kəsin yalnız öz mənafeyini düşündüyünü, 

bir-


birinə yalan vədlər verərək özlərini aldatdıqlarını göstərir.  


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə