Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

Aytən Quliyeva

 

 



68 

si

qi  məktəbinə  düzəltmək  üçün  qırx  adamlıq  qonaqlıq  verməli 



ol

du. Bağını satıb Rəhimi instituta, Kərimi aspiranturaya qəbul 

elətdirdi... Əvəzində kiməsə tapılmayan bir dərman boyun oldu, 

ki

məsə fəxri ad. Validi şaşki federasiyasının prezidentliyinə itə-



ləmək üçün bir yaxşı yoldaşla mərc çəkib bir oturuma 25-pors 

ma

rojna yeməli oldu. Ən qəliz Xalidi dəlixanaya düzəltmək mə-



sələsi idi. Amma buna da əlac tapıldı. Sən demə dəlixana direk-

to

runun müavini filatelist imiş. Quş şəkli çəkilmiş markaları top-



la

yırmış.  Bütün  quşları  yığıb  hacıleyləkdən  başqa,  Əvəz  yerin 

de

şiyindən hacıleylək markası tapıb Xalidi kəmali-səliqəylə də-



li

xanaya saldırdı” (5,469).  

İstəyinə  nail  olmaq  üçün  bu  qədər  səy  göstərdikdən  sonra 

belə Əvəz Əvəzov saatı öyrənə bilmir. Süründürməçiliyə, bürok-

ratiz

mə, yoxsul əxlaqa, mənəviyyata malik insanların tanışbaz-



lığa meyli hekayədə satirik dillə ifşa edilir və bu zaman bədii va-

sitə kimi qroteksdən daha çox istifadə olunur.  

Anarın  satirik  hekayələrində  cəmiyyətin  böyük  bir  antipod 



qru

pu, mənfi tiplər qalereyası bədii-ironik sözün və ifşanın hə-

dəfinə çevrilirlər... “Zəncir” hekayəsi bu silsilədəki mənfi tipləri, 

an

tipodları zəncir kimi bir-birinə bağlayır. QORXAQ, AXMAQ, 



AL

ÇAQ,  YALTAQ,  RÜŞVƏTXOR,  MÜFTƏXOR,  DƏSTƏ-

BAZ, DOSTBAZ,  QOHUMBAZ, 

YERLİBAZ,  ŞÖHRƏTPƏ-

RƏST,  RİYAKAR,  SAXTAKAR,  BÖHTANÇI,  QANMAZ, 

LA

QEYD… hamısı bu  zəncirin ayrı-ayrı həlqələridir və onları 



qırmaq, bir-birindən  ayırmaq  mənəvi  qəhrəmanlıq,  hünər  tələb 

edir


... Anarın çağırışı bizi əhatə edən mühitə ayıq və oyaq nəzər-

lərlə baxmağa, yuxarıda sadaladığımız zəncir silsiləsini görmə-

yə, tanımağa, kökünü kəsməyə səsləyir” (65,187).  Heç təsadüfi 

de

yil  ki,  sonralar  yazıçı  bu  hekayə  əsasında  kukla  teatrı  üçün 



“Qa

ravəlli” komediyasını yazır.  

“Rəng”, “Başımızın ağası”, “Bir stəkan su” kimi hekayələrdə 

öz yerində olmayan, tutduqları vəzifəyə təsadüf nəticəsində gəl-

miş insanların komik vəziyyətindən danışılır. 

“Rəng”  hekayəsində  yazıçı  bacarığına,  qabiliyyətinə, isteda-




Anar – 75  

 

69 



dına  görə  deyil,  müəyyən  zahiri  keyfiyyətlərinə  görə  sevilən, 

hör


mət  edilən  Gül  Yanaqovun  simasında  həmişə  təriflənən,  bu 

ya

lançı tərifdən xoşlanan insanları tənqid edir. Anadan olandan 



ya

naqları alma kimi qırmızı olan Gül Yanaqov bu xüsusiyyətinə 

rə  məktəbdə  sevilir.  “Yeddi  yaşına  çatanda  Gül  Yanaqov 



məktəbə getdi. Sinfə girəndə qıpqırmızı qızardı və müəllim onu 

bi

rinci partada əyləşdirdi. Müəllim Gül Yanaqovun valideynləri-



ni görəndə: 

Əhsən sizə,—deyirdi.—Yaxşı bala tərbiyə eləmisiz. 



Doğrudan da gül kimi uşaqdır. Adıyla böyüsün. Sinifdə, ba-

yırda ağzını açıb bir kəlmə söz danışmaz, dərsi soruşuram qıp-

qırmızı qızarır” (10,19).  

Gül  Yanaqov  bu  minvalla  məktəbi  qurtarır,  instituta  daxil 

olur, beş il nə bir seminara cavab verir, nə bir imtahana, ancaq 

pörtür, 


qızarır  və  müəllimlər  onun  bu  utancaqlığına  görə  onu 

qiy


mətləndirirlər.  

Gül  Yanaqov  yaxşı  bir  vəzifəyə  təyin  olunur,  ona  görə  ki, 

“Çox  məsum  uşaqdır.  Böyük-kiçik  yeri  biləndir.  Söz  deyirsən 

qıpqırmızı qızarır... Özü də fağır elə utancaqdır, çıxacaq kürsü-

yə,  utandığından  bir  kəlmə  artıq-əskik  danışa  bilməyəcək” 

(10,21). Buradan görünür ki, öz 

mənafeləri naminə vəzifəli şəxs-

lər Gül Yanaqova havadarlıq edir.  

Gül Yanaqov isə, əslində, iş bilməz, elmdən, savaddan xəbəri 

ol

mayan, qabiliyyətsizlikdən, bacarıqsızlıqdan həmişə qıpqırmı-



zı qızaran insandır. Hekayədə onun kimi səriştəsiz adamların hər 

yer


də irəli çəkilməsi, insanın qabiliyyətinə, istedad və bacarığına 

rə qiymətləndirilməməsi ifşa obyektinə çevrilir. Gül Yanaqov 



ki

mi təsadüfən irəli çəkilmiş adamların arxasında duran qüvvə-

lərin də mənəvi eybəcərliyi tənqid hədəfinə çevrilir. Yazıçı cə-

miy


yətimizdəki  belə  vəzifə  sahiblərinə  qarşı  çıxır.  Çünki  Gül 

Yana


qov kimilərin yersiz, utanıb-qızarmağı, bir kəlmə ilə öz fik-

ri

ni, düşüncəsini izah edə bilməməsi cəmiyyətə heç bir halda xe-



yir verə bilməz.  

“Əl əli yuyar və yaxud bozbaş dəsgahı”, “Maraqlı tədqiqat” 




Aytən Quliyeva

 

 



70 

elm,  ədəbiyyat  aləmində  olan  əxlaqi  cəhətdən  kasad  insanların 

tənqidinə yönəlib.  “Əl əli yuyar və yaxud bozbaş dəsgahı”nda 

“gənc nasir” Dərə Düzov yeni yazdığı “Əl əli yuyar, əl də üzü” 

ro

manı barədə “gənc tənqidçi alim” Qarın Quliyevdən rəy göz-



ləyir.  Və  onu  öz  evinə  qonaq  çağırır.  Bozbaş  dəsgahı  zamanı 

Dərə Düzov deyir: “...Bu axşama mənim romanımın müzakirəsi 

təyin olub. Ali məktəb müəllimləri və tələbələri, elmi institutun 

əməkdaşları, ümumən bütün ədəbi ictimaiyyət və maraqlananlar 

dəvət  edilir...  İndi  görürsən  də,  yaman  təkləyiblər  məni,  bibim 

oğlu Mərd Məzarov kurorta gedib, uşaqlıq dostum Heydərqulu 

xəstə  yatır,  eloğlum  Cızma  Qarayev  kəndə  toya  gedib,  məhlə 

qon


şumuz  Hətərən  Pətərənov  da  ki,  məndən  bir  balaca  inci-

yib”(10,30). Aydın olur ki, sabahkı müzakirədə havadarsız qala-

ca

ğını bilən Dərə Duzov ümidini qonaqlıq verdiyi Qarın Quliye-



və bağlayıb...  

Müzakirə zamanı Dərə Düzovun əsəri möhkəm tənqid edilir. 

Söz 

Qarın Quliyevə veriləndə, xarakterinə uyğun olaraq o, Dərə 



Düzovun qonaq

lığını yadına salır, onun arvadı Nənəm Nehrə xa-

nımın bişirdiyi bozbaşın keyfiyyəti barədə verdiyi sualların kö-

məyi ilə əsəri “təhlil” etməyə başlayır. Bu çıxışı ilə əsər haqqın-

da haqlı tənqidi fikir söyləyənləri mat qoyur.  

Hekayədə  Dərə  Düzov  kimi  istedadsız  qələm  sahiblərinin, 

Qa

rın Quliyev kimi mənəviyyatsız tənqidçilərin təriflərinin han-



sı məqsədlərə xidmət etdiyi oxucunun gözləri qarşısında öz dil-

l

əri ilə açılır. Bununla yazıçı əsl sənətkarın yüksək mənəviyyatla 



dəyərli amallara xidmət etməli olduğu göstərir.  

Qarın Quliyev və Dərə Düzov kimilər müxtəlif yollarla insan 

mənəviyyatına xidmət edən ədəbiyyat aləminə yol tapıb, saflaş-

dırmalı olduqları insan ruhunu, düşüncəsini eybəcər hala salırlar. 

Ya

zıçı bu hekayəsi ilə ədəbiyyat üçün vacib olan çox ciddi mə-



sələlərə toxunur.  Ədəbiyyat sözü özündə əxlaq, ədəb, mənəviy-

yat  məfhumlarını  birləşdirirsə,  onu  təmsil  edən  insanlar  da  ən 

azında öz fəaliyyətlərində bu dəyərləri qorumalıdırlar.  

“Sayların  sərgüzəşti”  hekayəsi  ehtiva  etdiyi  mənəvi-əxlaqi 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə