Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

Aytən Quliyeva

 

 



62 

mi tək bircə detalla—tranzistorla, oradan gələn təyyarə uğultu-

suyla da bi

zə aydınlaşır. Qarmaqarışıq qammalarda qəribə, psi-

xoloji bir assosia

siya  var  və  bunu  hər  kəs  öz  fərdi  dünyasının 

diq

təsi  ilə  başa  düşür.  Mədinədəki  bu  doğmalıq,  bu  istilik,  bu 



bir

gəlik obrazın şəffaflığıdır. Seymurun onunla telefon söhbətin-

də “telefon dəstəyindən bənövşə ətri duymasından şübhə etmi-

rik” (64,62). 

Təsadüf  onların  səslərini  telefonda  qovuşdurduğu  kimi,  hə-

yat


da da yollarını birləşdirir. Seymur artıq Mədinənin kim oldu-

ğunu,  harada  yaşadığını  bilir.  Mədinənin  isə  onunla telefonda 

da

nışan  Rüstəmin  Seymur  olduğundan  xəbəri  yoxdur.  Seymur 



sev

gisinə  qovuşduğu  anda  sanki  bu  münasibətin  mübhəmliyi 

onun

çün itir. Bu isə onda qeyri-adi bir nisgil oyadır. “Səni gör-



məyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kənd-

lərinin  sakinləri  dənizi  görməyəndə  belə  onu  duyduqları  kimi. 

İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı”(7,107).  

“Bu mənada “Mən, sən, o və telefon” hekayəsinin kolliziyası 

ma

raqlıdır. Hekayə yazıçının romantik idealı haqqında təsəvvü-



müzü dərinləşdirməyə imkan verir. Müəllif əsərin daxili zid-

diy

yətini gerçəklik və arzu üzərində qurmuşdur. Seymur tanıdığı 



və eyni zamanda naməlum qadınla telefonda danışarkən özünün 

icad etdiyi, bir növ,  romantik hadisənin iştirakçısı olur. Bu isə 

onun arzu

sunu müəyyən dərəcədə reallaşdırır. Lakin sanki arzu-

su

na çatdığı gün gəldikdə o, birdən kədərlənir, ona elə gəlir ki, 



“dəniz  qəfildən  yox  olmuşdur”  çünki  arzunun özü sönmüş-

dür”(59,45). 

Əsərdə qoyulan əsas mənəvi-əxlaqi problemlərdən biri insan-

la

rın mənəvi cəhətdən təkləşməsindədir. Qəhrəmanlar dərdlərini, 



qəlblərinin  gizli  sirlərini  bölüşə  biləcəkləri  bir  insan  axtarırlar. 

Bu  axtarış  onları  birləşdirir.  Mədinəni  real  həyatda  tapması ilə 

Sey

mur qəlbinin sirlərini açdığı mübhəm dostunu itirir. O, həmi-



şə  sevinc  və  həyacanla  zəng  vurduğu  nömrənin  artıq  əlçatmaz 

ol

duğunu  anlayır.  Bundan  xəbərsiz  olan  Mədinə  isə  Seymurla 



bir

likdə olduğu vaxtda belə Rüstəmin telefon zəngini gözləyir.  




Anar – 75  

 

63 



Məhəbbətdən yazmaq məhəbbət vasitəsilə dünyanı anlamaq-

dır. Anarın məhəbbət motivli hekayələri məhdud çərçivədə yal-

nız qadın və kişi münasibətlərini əhatə etmir. Bu məhəbbət daha 

bəşəri xarakterdədir. Onun “İki dəniz” adlı hekayəsində iki dəni-

zin  timsalında  orijinal  bənzətmə  ilə  Azadlığa  məhəbbət  ifadə 

olunu


r. Həm də bu azadlıq məhəbbətini Anar ölkəmizin müstə-

qillik il

lərində  yox,  Sovet  imperiyasının  əsarətində  olduğumuz 

il

lərdə qələmə alıb. 



Anarın “Bayram həsrətində”, “Hekayə”, “Könlümüzün gecə-

si”,  “Sabah  biz  ayıq  olacağıq”,  “Yağış  kəsdi”    hekayələrində  

müx

təlif tipli sevgi, məhəbbət hislərinin insan mənəviyyatına tə-



si

ri, onu daxilən saflaşdıran bir qüvvə olaraq əhəmiyyəti önəmli 

yer tutur. 

“Oxucular Anar

ı, əsasən, mənəvi problemlərə toxunan, insan 

psixologiy

asının  dərinliklərinə  enməyə  çalışan,  lirik  səciyyəli 

heka


yə  və  povestlərin  müəllifi  kimi  tanıyırlar...  Anar  öz  lirik 

nəsrində yalnız yaxşı duyduğu, hiss elədiyi, oxucu ilə təbii bir 

əlaqə  yaratdığı  başlıca  mövzusuna—sadə  insanların  mənəvi 

aləminin, onların qarşılıqlı münasibətlərinin öyrənilməsi mövzu-

suna sadiqdir” (10,3).  

 

Sənətkar  məhəbbət  motivli  hekayələrində  sanki  bir  səyyah 



ki

mi insan qəlbinin, psixologiyasının ən gizli hissələrini dolaşır. 

O

xucuya  qəlbinin  dərinliklərində  baş  qaldıran  duyğuların  ma-



hiy

yətini anlamaqda yardım edir. 



 

 

 


Aytən Quliyeva

 

 



64 

 

 

 

 

 

ANARIN HEKAYƏLƏRİNDƏ 

TƏNQİD HƏDƏFLƏRİ  

  

Cəmiyyətimizdə olan naqisliklərə, çatışmazlıqlara qarşı etiraz 

Anar  yaradıcılığının  önəmli  hissəsini  təşkil  edir.  Sələfləri  kimi 

Anar da dövrünün eybəcərliklərini göstərmək üçün satiraya, yu-

mora müra

ciət edir. Və bu hekayələr vasitəsilə biz onu çox gözəl 

və maraqlı yumoristik, satirik hekayələr ustası kimi tanıyırıq.  

Onun bu qəbildən olan hekayələri bayağı şit sözlərdən, zara-

fat

lardan  çox  uzaqdır.  Yazıçı  bu  hekayələrində  nəyin  bahasına 



olursa-

olsun oxucunu güldürməyi qarşısına məqsəd qoymamış-

dır. Bu hekayələri oxuyan oxucu öncə düşünür. Burada hadisələ-

rin özü yox, onların daşıdıqları məna, mahiyyət oxucuda gülüş 

do

ğurur.  



Anarın  “Molla  Nəsrəddin-66”  satirik  hekayələr  silsiləsi öz 

prob


lematikası, orijinal dəst-xətti ilə ədəbi ictimaiyyətin marağı-

na səbəb olmuşdur. Mirzə Cəlil sənəti ilə doğmalıq, əqidə və ruh 

bir

liyi, kəskin sarkazm və incə yumorun yüksək bədii ifadəsi bu 



əsəri səciyyələndirən əsas keyfiyyətlərdəndir.  

Bu 


haqda görkəmli ədəbiyyatşünas İsa Həbibbəyli “Ədəbiy-

ya

tımızda Anar zirvəsi” məqaləsində qeyd edir ki, “Fikrimizcə, 



Anar sənət aləmində “Ağ liman” povesti ilə özünü təsdiq etmiş, 

“Mol


la Nəsrəddin-66” ilə ədəbi mühitdə zəfər çalmışdır...  

“Molla Nəsrəddin-66” klassik satira ənənəsi ilə çağdaş ciddi 

ədəbiyyatın vəhdətindən  yoğrulmuş  yeni  tipli  satiradır,  ədəbiy-

yat nəzəriyyəsi dili ilə desək, sarkazm, qroteskdir. Bu, böyük us-

tad  Mirzə  Cəlil  sənət  ənənələrinin,  yaxud  “Molla  Nəsrəddin” 

jur


nalının yenidən dircəlməsi və ya çoxillik fasilədən sonra ol-

du

ğu kimi bərpası deyildi. Bu, möhkəm təməl və mövcud ənənə 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə