Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   21   22   23   24   25   26   27   28   29

Aytən Quliyeva

 

 



80 

Bu da ustalıqdır”(40). 

Anarın 1991-ci ildə qələmə aldığı “Qırmızı limuzin” hekayəsi 

cəmiyyətdə baş verən dəyişikliklərin  müasir insana təsirini əks 

et

dirmək  baxımından  çox  səciyyəvidir.  Hekayənin  mərkəzində 



in

san və cəmiyyət problemi dayanır.  

“Qırmızı limuzin” maraqlı bir kompozisiya ilə başlayır. “O” 

ad

landırılan qəhrəman qəribə bir yuxu görürür. Bu yuxu vasitə-



si

lə Anar çağdaş insanın qorxularını, cəmiyyətdə yalqızlaşması-

nın dəhşətlərini açır. Əsərin fabulası sanki yuxu içində yuxunu 

xa

tırladır. 



“O” yuxusunda tanıdığı şəhərin sal divarlarına dirənən dala-

nında azdığını görür, dəhşətli hisslər, həyəcanlar keçirir. “O” kü-

ç

ənin bu dar labirintindən  canını  qurtamağa  çalışır,  bu  zaman 



qorxusunun 

əsl səbəbini anlayır. Bu, belə dar küçələrdən keçmə-

si qeyri-

mümkün  olan  “qırmızı  limuzinin”  uğultulu  motorunun 

s

əsidir. Və bu “qırmızı limuzin” əsər boyu qəhrəmanı durmadan 



t

əqib edir. 

“O”  Anarın  bir  çox  qəhrəmanları  kimi  “dəqiq ömür cədvə-

li”n


ə malik və bu cədvəldən bezən, lakin artıq bu yaşam tərzinə 

alışmış insandır. Artıq on səkkiz ildir ki, o, eyni qrafiklə yaşayır. 

Bu qrafikd

ə illər, aylar, günlər, saatlar, hətta dəqiqələr belə eyni-

likl

ə təkrarlanır.  



“O”  oyandıqda  hər  şeyin  yuxu  olduğuna  sevinir.  Lakin  işə 

ged


ərkən “qırmızı limuzin”i həyatda görməsi ilə hadisələrə dü-

yün vurulur. İçində sürücüsü olmayan “qırmızı limuzin” qəhrə-

ma

nı gün boyunca təqib edir. Bu təqiblə razılaşan  “O” sanki bu 



müdd

ət ərzində həyatının boşluğunu, mənasızlığını dərk edir.  

“O” el

ə bir cəmiyyətdə yaşayır ki, bu cəmiyyətin nümayəndə-



l

əri arasında mənəvi əlaqələr qırılmış, davranış qaydaları dəyiş-

miş,  insanlar  bir-birindən tamamilə  uzaqlaşmışdır.  Onların  hə-

yatında tənhalıq, özünə qapanma hökm sürür.  

Kuliminasiya m

əqamında “O” sövq-təbii olaraq  “qırmızı li-

muzin”d

ən canın qurtarmaq üçün unutduğu, illərlə qapısını aç-



ma

dığı Katibəyə pənah gətirir. Lakin “O” bu şəhərdə son ümidi, 




Anar – 75  

 

81 



ba

şına gələn qəribə əhvalatı danışa biləcəyi tək adam olan Kati-

b

ənin də şəhəri tərk edəcəyini öyrənir. Özünü toplayıb hər şeyi 



yenid

ən başlamaq, hətta Katibəyə evlilik təklif etmək istəsə də, 

bu

nun üçün çox gec olduğunu anlayır. Katibəni—həyatdakı ona 



m

əhrəm olan tək insanı itirdiyini anladığı andan “O” ölümə təs-

lim olur.  

Ayşe  Atay  bu hadisəni hekayənin  əvvəlində  Anarın  Nazim 

Hikm

ət  yaradıcılığından  sitat gətirdiyi    şeir  ilə  əlaqələndirir: 



“Hika

ye, Anarın hikaye ve romanlarında görmeye alışık olduğu-

muz  şekilde bir şiir dörtlüğüyle başlamaktadır. Sevdiğini kaybe-

den bir adamın ölüm korkusu duymasından bahsedən şiir, hika-

yenin te

masıyla da bir anlamda örtüşmektedir. Çünkü kendisin-

den “O” diye bahs

edilen şahıs sevgilisiyle ilişkilerinin tamir ol-

ma

yacak şekilde bittiğini anladıktan sonra kırmızı limuzinle ge-



len ölümüne tesl

im olmuştur” (14,182). 

Süjetin razvyazka m

ərhələsində “O” artıq hər şeyin sona yet-

diyini an

layır,  yuxusunda,  həyatında  rastlaşdığı  bu  “qırmızı  li-

muzinin” n

ə  ifadə  etdiyini  başa  düşür.  Finalda  “qırmızı  limu-

zin”

ə təslim olur.  



“Qırmızı limuzin” obrazı əsərdə ölüm məfhumunu simvolizə 

edir. İnsanların bir-birinə laqeyd olduğu bir cəmiyyətdə tək-tən-

ha ömür sür

ən, həyatında heç bir dəyişiklik  baş verməyən, mə-

n

ən iflas edən “O”nun cismani məhvini  “qırmızı  limuzin”  ta-



mam

layır.  


İnsanla insanın, insanla cəmiyyətin bir-birinə kəskin şəkildə 

yad


laşması “O”nun mənəviyyatına, psixologiyasına özü də hiss 

etm


ədən dərindən təsir edir, şüur altına yerləşir. Elə “O”nun qa-

rışıq yuxusu, vahiməsi, bu yaxında nəyinsə məşum bir şeyin—

baş verəcəyini fəhmlə duyması bunun sübutudur. “O” hər şeyin 

bit


diyini anlayanda artıq eymənib qorxmur. 

“Az


ərbaycan ədəbiyyatında, bir neçə nümunə istisna olmaqla, 

yad


laşma  problemi,  demək  olar  ki,  xamdır.  İstisnalar  dedikdə, 

m

ən  Anarın  “Qırmızı  limuzin”ini, Vaqif  Səmədoğlunun  “Yaşıl 



eyn

əkli adam” pyesini  və  cavan nasirlərdən  Yaşarın  “Dəfn”, 




Aytən Quliyeva

 

 



82 

“Divar” hekay

ələrini nəzərdə  tuturam. Vaqif Səmədoğluda  və 

Ya

şarda doğmaların yadlaşması, əlaqələrin itməsi kimi qoyulan 



prob

lem Anarın yaradıcılığında bəşəri anlamda, materiya ilə in-

sa

nın bir-birinə yadlaşması anlamındadır. Ümumiyyətlə, Anarın 



90-

cı illər yaradıcılığında insanın cəmiyyətdən, ətraf mühitdən, 

dünyadan t

əcridi, eyni zamanda, etnos daxili yadlaşma situasiya-

dan asılı olaraq gizli və açıq məzmunda təzahürü edir”(28,34). 

S

ənətkarın “Taksi və vaxt”, “Gürcü familiyası” hekayələrinin 



q

əhrəmanları  ilə  “O”nun  taleyi  arasında  bir  çox  oxşar  cəhətlər 

n

əzərə çarpmaqdadır. “O” da əbədiyyən itirdiyi, ötmüş günlərini 



qaytarmaq ist

əyir. “O” da təkdir, yalqızdır.  Eynən “Taksi və 

vax

tın” qəhrəmanı kimi, Oqtay kimi, lakin onlardan daha dəh-



şətli bir təkliyin, cəmiyyətə yadlaşmanın ağır nəticələrinə məh-

kumdur. “O”nun t

əkliyi daha qlobal bir xarakterə malikdir, on-

dan qurtuluşun heç bir yolu yoxdur. Oqtay öz “uşaqlıq ölkəsi”n-

d

ən uzaqlaşmış, ayrılmış “böyüklər diyarı”na düşmüş “mühacir-



dirs

ə” və bunun ağrısı ilə yaşamalı olmuşdursa, “O” doğma şə-

h

ərində yalnız yağan yağışdan, buludlardan, həm də adi yağış-



dan yox, “keçmişdən yağan yağışdan” başqa ona  heç bir məh-

r

əm insanın olmadığı cəmiyyətdə tək qalmışdır. “O”nun faciəsi 



m

ənəvi-əxlaqi harmoniyasi pozulmuş cəmiyyətdə və bu cəmiy-

y

ətin xaosunda mənəvi  azadlığını  itirmiş  insanların  mühitində 



ya

şamaq kimi daha dərin xarakter daşıyır.   

“Qırmızı limuzin” hekayəsi Anarın yaradıcılığının ən dəyərli 

munələrindəndir. Hekayənin qəhrəmanı özünəməxsus tipoloji 



xa

rakterinə görə “ömrü boyu tək yaşamağa alışmış”, “yalqızlıqla 

məhrəmləşmiş”,  tək-tənha  yaşadığı  mənzilində  kilidlənmiş, 

“Gür


cü  familiyası”,  “Mən,  sən,  o  və  telefon”  qəhrəmanlarının 

xa

rakterik xüsusiyyətləri ilə vahid kontekst təşkil edir” (36).  



Sevilən yazıçımız “Qırmızı limuzin”dən cəmi bir neçə il son-

ra “Vahimə” hekayəsini qələmə alır. Və bu hekayə ilə “Qırmızı 

li

muzin”də  qaldırdığı  insan  və  cəmiyyət  probleminə  daha  pro-



fes

sional bir şəkildə qayıdır.  

“Vahimə” hekayəsinin baş qəhrəmanı həkim-psixatr Orucdur. 



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə