Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə15/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   180

 

~ 44 ~ 


 

torpaqlarda  dəyəri  3,5  mln  dollar  olan  Ģərab  zavodunun  tikintisi 

yeni baĢa çatmıĢdır. 

2003-cü  ildə  Türkiyədən  Ģərab  ixracının  həcmi  7,3  mln  dollar 

(müqayisə  üçün  2001-ci  ildə  5  mln  dollar  olmuĢdur)  təĢkil 

etmiĢdir.  Çox  hissəsi  Almaniya,  Belçika  və  Lüksemburqa  ixrac 

olunur. 

Ġstehsal  olunan  üzümün  25%-i  təzə  halda,  35%-i  qurutmaya, 

40%-i üzüm Ģirəsi və Ģərab hazırlanmasına verilir. Egey rayonunda 

Sultani (Ağ oval kiĢmiĢ) becərilir və qurudulmuĢ Ģəkildə tam ixrac 

olunur; Mərmərə dənizi bölgəsində yüksək keyfiyyətli üzüm Ģərabı 

istehsalı, həmçinin təzə halda istifadə üçün becərilir. Aralıq dənizi 

rayonu  tez  yetiĢən  süfrə  üzüm  sortları  üçün  ixtisaslaĢdırılmıĢdır. 

Mərkəzi,  Cənub-ġərqi  və  ġərqi  Anadolu,  Qara  dəniz  rayonunda 

Ģərab, üzüm Ģirəsi, mövuc istehsalı üçün üzüm becərilir.  

Daha  geniĢ  yayılmıĢ  sortlara  aiddir:  süfrə  -  ÇauĢ,  Hafızalı, 

Razaki,  Alfons, Lavalle, Kardinal, Bəyaz Tarsus, Müskülə, Bəsni, 

Bəyaz Kazak, Çiyah kazak, Gimra, Ġtaliya, Parlet, Mühəmmədiyyə, 

texniki  -  Semilyon,  Yapınak,  Papazqarası,  Adaqarası,  Qame, 

Vasilaki,  Cinsant,  Bornava  muskatı,  Çal  qarası,  Narıncı,  Öküz 

gözü,  Əmir,  Dimrit,  Ağ  Rumu,  və  b;  qurutmaq  üçün  –  Sultani, 

Yuvarlak, Dimrit, Ağ Rumi, DimiĢki. 

Üzümlükləri basdırılmır, çox hissəsi suvarılandır. Üzümlüklərin 

bir  hissəsi  dayaqsız  -  Ģpalersiz  becərilir.  Üzümlüklər  filloksera  ilə 

yoluxmuĢ rayonlarda calaqaltılar əsasında becərilir. Tətbiq olunan 

calaqaltılar:  Rupestris  dyu  Lo,  Berlandieri  x  Riparia  Kober  5BB, 

ġasla  x  Berlandieri  41B,  Berlandieri  x  Rupestris  Rexter  110,  140 

Ryuqjeri, Berlandieri x Riparia 420 A.  

Türkiyə  təzə  üzümü  (25  min  ton  ildə)  Almaniya,  Avstriya, 

Böyük  Britaniya,  Ġsveçrə,  Hollandiya,  Almaniya,  Ġtaliyaya  ixrac 

edir.  Türkiyənin  Ģərabçılıq  sahəsi  nisbətən  gəncdir.  ġərab  yalnız 

1927-ci ildən dövlət nəzarətində olmuĢdur.  

ġərabçılıq  müəsissələri  2  kateqoriyaya  aid  edilir:  müasir 

avadınlıqlarla  təchiz  olunmuĢ  dövlət  və  xırda  primitiv  Ģərab 

müəssisələrini əhatə edən xüsusi sektor. Ġri Ģərabçılıq müəssisələri 

Ankara, Ġzmir, NevĢəhər, Mürəftə və Tokantadır. 




 

~ 45 ~ 


 

Türkiyə  650  min  hl  (2004)  Ģərab,  o  cümlədən  süfrə  (turĢ, 

kəmturĢ,  kəmĢirin),  tündləĢdirilmiĢ  və  oynaq,  520  min  hl  üzüm 

arağı  (rakı),  az  miqdarda  konyak,  cin,  likor  istehsal  edir.  Texniki 

üzüm  sortlarının  qalan  hissəsi  üzüm  Ģirəsi,  bəhməz,  pastil,  sucuq 

hazırlanması  üçün  istifadə  olunur.  ġərabçılıq  məhsullarının  40%-i 

dövlət,  60%-i  xüsusi  sektorda;  üzüm  arağı  isə  bütövlükdə  dövlət 

sektorunda  istehsal  olunur.  Türkiyənin  daha  məĢhur  Ģərabları; 

Bəyaz,  Trakiya,  Qırmızı  Trakiya,  Xozbaq,  Buzbaq,  Bəyaz 

Kalebaq,  Qırmızı  Kalebaq,  Narbaq,  MiĢbaq  və  b.  Türkiyə  Ġsveç, 

Ġsveçrə,  Almaniya,  Böyük  Britaniya,  Danimarka,  Hollandiya  və 

Kanadaya  70  min  hl-ə  yaxın  Ģərab  ixrac  edir.  Üzümçülük  və 

Ģərabçılıqla  kənd  təsərrüfatı,  meĢə  təsərrüfatı  və  kənd  yerləri  ilə 

iĢlər  üzrə  nazirlikləri  məĢğul  olur.  Ölkə  səviyyəsində  tədqiqatlar, 

tədqiqat təĢkilatları, koordinasiya mərkəzi olan tədqiqat institutları, 

həmçinin  kənd  təsərrüfatı  fakültə  və  institutları  və  dövlət 

tabeçiliyində olan ―Tekel‖ idarəsinin institutları tərəfindən aparılır.  

Qara  dəniz  hövzəsi  ölkələrinə  daxil  olan  reqionlarda  Ģərab 

dequstasiya  turizmi  geniĢ  vüsət  alır.  Bu  baxımdan  ən  məĢhuru 

Krım  (Ukrayna)  olsa  da,  Türkiyə,  Ruminiya,  Gürcüstan, 

Bolqarıstan da bu istiqamətdə iĢlər görməkdədir. 

Özbəkistan.  Orta  Asiyanın  baĢqa  respublikaları  kimi  

kontinental iqlimə - isti, quru yaya və soyuq qıĢa (-28

0

C-yə qədər) 



malikdir. Yağıntıları azdır. Torpaqları boz və çəmən tiplidir.  

Üzümlüklərin  çox  hissəsi  basdırılan  və  suvarılandır. 

Özbəkistanda  əsas  yeri  süfrə  Ģərabları  və  həmçinin  qurudulmuĢ 

üzüm  istehsalı  (kiĢmiĢ  üzümü)  tutur.  ġərabçılığın  əsas  istiqaməti 

yüksək  keyfiyyətli  tünd  və  desert  Ģərablar  istehsalıdır.  Burada 

həmçinin  süfrə  Ģərabları,  konyak  və  oynaq  Ģərablar  üçün  Ģərab 

materialları hazırlanır. 

Üzümlükləri  Ģimal  və  cənub  rayonlarına  bölünür.  ġimala  - 

DaĢkənd,  Fərqanə,  Əndican,  Xarəzm  vilayətləri;  cənuba  – 

Səmərqənd  və  Surxandərya  vilayətləri  daxildir.  Desert  və  tünd 

Ģərablar  Rkasiteli,  Aleatiko,  Çəhrayı  və  Macar  muskatları,  Buaki, 

Yumalaq və b. sortlardan hazırlanır. 

Ən  yaxĢı  ağ  süfrə  Ģərabları  dağətəyi  rayonlarda,  yerli  üzüm 



 

~ 46 ~ 


 

sortları  Soyaki,  Obak  (DaĢkənd  vilayəti),  Baxtifi  (Səmərqənd 

vilayəti),  BiĢtidən  (Buxara  vilayəti)  hazırlanır.  Bundan  əlavə 

Sovinyon,  Tavkveri  sortlarından  da  yüksək  keyfiyyətli  ağ  və 

qırmızı  süfrə  Ģərabları  istehsal  olunur  və  sortun  adı  ilə  adlanır. 

BayanĢirə  və  Rislinq  sortlarının  kupajından  hazırlanmıĢ  Xosilot 

Ģərabı yüksək keyfiyyəti ilə seçilir. 

Qazaxıstan.  Ġqliminin  kəskin  kontinental  olması  ilə  əlaqədar 

üzümlükləri  basdırılandır.  Üzümlükləri  düzən  yerlərdə  suvarılan, 

dağətəyində  suvarılmayandır.  Əsas  üzümçülük  və  Ģərabçılıq 

rayonları cənub və cənub-Ģərqdə yerləĢməklə, iki zona yaradır.  

Ağ  süfrə  Ģərabları  və  oynaq  Ģərablar  üçün  Ģərab  materialları 

istehsal  edən  zona  -  Cambul,  Alma-Ata  və  Taldı-Kurqan 

vilayətlərinin 

aĢağı  dağlıq,  yaxud  dağətəyi  hissələrində 

yayılmıĢdır.  Üzümlüklərin  əsas  hissəsi  dəniz  səviyyəsindən  700-

900  m  yüksəklikdə,  açıq  və  tünd-Ģabalıdı,  xeyli  miqdar  cınqıl  və 

daĢlı  torpaqlarda  yayılmıĢdır.  Yağıntıların  miqdarı  200-600  mm, 

fəal  temperaturlarn  cəmi  2580-3300

0

C-dir.  Burada  becərilən  əsas 



texniki  üzüm  sortları  Qara  Pino,  Rislinq,  Kulcinski,  Rkasiteli, 

Kabarne Sovinyon, BayanĢirə və baĢqalarıdır. 

Desert, tünd Ģərablar və süfrə üzüm zonası Qazaxıstanın cənub 

və  qərb  hissələrində  -  Çimkend,  Alma-Ata  və  Taldı-Kurqan 

vilayətlərində  yayılmıĢdır.  Burada  üzümlüklər  düzən  yerlərdə, 

dəniz  səviyyəsindən  300-800  m  yüksəlikdə  yayılmıĢdır.  Torpağı 

lyoslu-gilli, açıq, müxtəlif dərəcədə karbonatlıdır. Ġllik yağıntıların 

miqdarı 136-230 mm-dir. Fəal temperaturların cəmi 3300-4400

O

C-

dir.  Becərilən  əsas  texniki  sortlar  -  Saperavi,  Cəhrayı  və  Macar 



muskatı,  Kabarne  Sovinyon,  Rkasteli,  Aleatiko,  Mədrəsə;  süfrə 

sortları  -  Nimrəng,  Cəhrayı  tayfi,  Katta-Kurqan,  Qara-Ağ  oval 

kiĢmiĢlər və baĢqalarıdır. 

Tacikistan. Bu respublikanın üzümlükləri dörd zonada yerləĢir. 

Leninabad zonası – Sır-Dərya çayının sol sahil düzənliyində, dəniz 

səviyyəsindən 350-600 m  yüksəklikdə  yerləĢir. Ġqlimi kəskin kon-

tenentaldır.  Yağıntıların  orta  illik  miqdarı  160  mm-dir.  Torpaqları 

açıq-boz,  qumluca  və  gillicəli  olub,  lyoslu  çöküntülərdən  yaran-

mıĢdır.  Üzümlükləri  suvarılandır,  basdırılmır.  Üzümçülük  və 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə