Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə17/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   180

 

~ 50 ~ 


 

Ģərab  zavodunu,  Göygöl  Ģərab  zavodunu,  ġəmkir  konyak 

zavodunu, Qaraçanax Ģərab zavodunu, Çinarlı Ģərab zavodunu və s. 

göstərmək  olar.  Müasir  dövrün  tələblərinə  uyğun  yenidən 

qurulmuĢ  Gəncə  2  saylı  ASC,  ġərq  ulduzu  ATSC,  Göygöl  Ģərab 

zavodu  və  b.  göstərmək  olar.  Bölgədə  yüksək  keyfiyyətli  desert 

Ģərablar - Qaraçanax, Azərbaycan; portveynlər - AlabaĢlı, Ağstafa; 

süfrə Ģərabları – Sadıllı və s. istehsal olunur.  

Dağlıq  ġirvan  zonasında  geniĢ  becərilən  yerli  sortlardan 

Mədrəsə  və  ġamaxı  Mərəndisini;  gətirilmə  sortlardan  Rkasiteli, 

Aliqote,  Ağ  Muskat,  Kaberne  Sovinyon  və  s;  süfrə  sortlarından 

Təbrizi, Ağ Xəlili, Ağ KiĢmiĢi və s. göstərmək olar. Mədrəsə üzüm 

sortundan  ―ġamaxı‖  adı  ilə  Kaqor  tipli  desert  Ģərab  və  ―Mədrəsə‖ 

adlı turĢ süfrə Ģərabı hazırlanır.  

Aran  zonasında  tünd  və  desert  Ģərablar  istehsalı  üçün 

ġirvanĢahı,  Rkasiteli,  Ağ  Muskat,  Çəhrayı  Muskat,  Kaberne 

Sovinyon  və  s;  təbii  Ģərablar  və  üzüm  Ģirəsi  üçün  BayanĢirə, 

Rkasiteli üzüm sortları becərilir. Bölgənin əsas yerli üzüm sortları 

Ağ  Ģirə  və  ġirvanĢahıdır.  ġirvanĢahı  üzüm  sortundan  Kürdəmir 

üsulu ilə dünya Ģöhrətli ―Kürdəmir‖ kaqoru istehsal olunur.  

Yuxarı  Qarabağ  bölgəsində  yerli  üzüm  sortlarından  BayanĢirə, 

Xındoqnı,  ġirvanĢahı;  gətirilmə  sortlardan  Rkasiteli,  Ağ  Pino, 

Çəhrayı Muskat və s. becərilir. 

Qarabağın  Aran  hissəsində  becərilən  Rkasiteli  üzüm  sortundan 

―Mil‖ adlı yüksək keyfiyyətli desert Ģərab istehsal olunur.  

Son 25 ildə Azərbaycanda üzüm əkmələri altında olan sahələrdə 

20 dəfəyə yaxın azalma müĢahidə olunmuĢdur. 1985-ci ildə ölkədə 

üzümlüklərin  sahəsi  267,8  min  ha,  ümumi  üzüm  məhsulu  1789,6 

min ton olmuĢdursa, 2005-ci ildə bu göstəricilər uyğun olaraq 9,6 

min ha və 79,7 min ton təĢkil etmiĢdir. 2005-ci ildə azalma özünün 

ən son məqamına çatmıĢ və sonrakı illərdə stabil Ģəkildə yüksəlmə 

meyilləri  müĢahidə  olunmağa  baĢlanmıĢdır.  2009-cu  ildə 

üzümlüklərin  sahəsi  14,9  min  ha  və  ümumi  yığım  129,2  min  ton 

olmuĢdur (Ģəkil 1.2, 1.3). 1995-ci ildən indiyə qədər nəzərə çarpan 

mühüm göstəricilərdən biri hektardan məhsuldarlıq olmuĢdur. Son 

40 ildə bu göstəricidə 2 dəfədən çox artım olmuĢdur.  




 

~ 51 ~ 


 

 

 



Şəkil 1.2. Respublikada üzümlüklərin sahəsi (2005-2009-cu illər) 

 

Üzümçülüklə respublikanın 10 iqtisadi bölgəsi  məĢğul  olsa da, 



brendi  (konyak)  yalnız  5,  üzüm  Ģərabları  isə  7  iqtisadi  bölgədə 

istehsal  olunur.  Istər  brendi  istərsə  də  Ģərab  istehsalında  Gəncə-

Qazax iqtisadi rayonu öndədir.  

 

 



Şəkil 1.3. Respublikada üzüm istehsalı (2005-2009-cu illər) 

 

Yalnız  bir  faktı  qeyd  etmək  yerinə  düĢər  ki,  2009-cu  ildə 




 

~ 52 ~ 


 

Respublika üzrə istehsal olinan brendinin (konyakın) 80%-i, üzüm 

Ģərablarının  isə  50%-ə  yaxını  Gəncə-Qazax  iqtisadi  rayonunun 

payına düĢmüĢdür.  

Üzüm Ģərabları istehsalına gəldikdə 2005-ci ildən 2008-ci ilədək 

istehsalda  artım,  2009-cu  ildə  isə  bir  qədər  enmə  müĢahidə 

olunduğunu  qeyd  edə  bilərik  (Ģəkil  1.4).  Belə  tərəddüdləri 

üzümlüklərin sahəsinə və yığılan məhsula aid etmək olmur. 2005-

ci ildən üzümlüklər və üzüm istehsalının yüksələn xətt üzrə artımı 

müĢahidə olunmuĢdur. 

 

Şəkil 1.4. Respublikada şərab istehsalı (2005-2009-cu illər) 

 

 Respublika  üzrə  nəzər  salsaq  görərik  ki,  brendi  (konyak) 



istehsalı 2005-ci ildən 2007-ci ilə qədər artaraq özünün ən yüksək 

məqamına çatmıĢdır. 2007-ci ilə nəzərən 2008-2009-cu illərdə 50-

80%-ə  yaxın  azalma  müĢahidə  olunmuĢdur.  Bu  əvvəllər 

saxlanmaya  qoyulan  konyak  spirtinin  əsasən  realizə  olunması  və 

yeni  istehsal  olunanların  isə  saxlanmağa  qoyulması  ilə  bağlı  ola 

bilər (Ģəkil 1.5).  

 



 

~ 53 ~ 


 

 

Şəkil 1.5. Respublikada brendi  (konyak) istehsalı (2005-2009-cu illər) 

 

Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  istehsal  olunan  üzümün 



heçdə  hamısı  emala  verilməyib,  təzə  halda  istifadə  olunur.  Digər 

tərəfdən  isrehsal  olunan  Ģərab-konyak  məhsullarının  müəyyən 

hissəsi  gələcək  məhsullar  hazırlanması  məqsədilə  yetiĢdirilməyə 

qoyulur.    

Üzümlüklərin intensiv salınması Cəlilabad, Goranboy, Göygöl, 

Kürdəmir,  Lənkəran,  ġəmkir,  ġamaxı  rayonlarında,  həmçinin 

Gəncə-Qazax  bölgəsinin  digər  rayonlarında  müĢahidə  olunur. 

Burada  əsasən  Fransadan  gətirilən  üzüm  sortları  salınmaqdadır. 

Xüsusilə  də  Salyan  rayonunda  inkiĢaf  güclü  olmuĢ,  üzümlüklərin 

ümumi  sahəsi  3  min  hektara  çatdırılmıĢdır.  Üzümçülüyə  maraq 

ġirvanın  dağlıq  hissəsində  və  bir  sıra  cənub  rayonlarında  da 

müĢahidə  olunmaqdadır.  Saatlı  rayonunda  ilk  dəfə  üzüm 

becərilməsinə  baĢlanılmıĢdır.  Son  5  ildə  Respublika  üzrə 

bütünlükdə  5  min  hektar  üzümlük  salınmıĢ  və    2013-cü  ilə  qədər 

minumum 10 min ha əlavə üzümlüklər salınacağı gözlənilir. Bu isə 

180-200 min ton məhsul yığımına imkan verəcəkdir.  

Ekspertlər  belə  güman  edirlər  ki,  Ģərabçılıq  sahəsinin  dinamik 

inkiĢafı  daxili  alkoqol  bazarının  həcminin  yüksəlməsi,  həmçinin 

qonĢu  ölkələrdə  bizim  Ģərabçılıq  məhsullarına  artan  təlabatla 

əlaqədardır. Bu amillər Ģərabçılıq müəsissələrinin intensiv inkiĢafı 

və istehsalın müasir texnoloji xətlərlə yenidən qurulmasına stimulə 

edici təsir göstərir.  



 


Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə