Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə20/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   180

 

~ 60 ~ 


 

tezləĢdirilimiĢ qaydada  yetiĢdirilməsi üçün xaricdə istehsal olunan 

palıd  qırıntılarından  istifadə  olunur.  Bu  məqsədlə  spirt 

doldurulmuĢ hər bir emallı rezervuara, içində 15 kq palıd qırıntısı 

olan  10  ədəd  kisə  salınır.  Kisələr  ipək  materialdan  olub,  spirtə 

kənar iy dad və rəng vermir. Kisələr rezervarın mərkəzi hissəsində 

yerləĢmək Ģərtilə saplardan asılır. Bu iĢdə məqsəd palıd qırıntısında 

olan  maddələrin  bərabər  səviyyədə  spirtə  keçməsini  təmin 

etməkdir. Palıd qırıntısı bu Ģəkildə 3 dəfə təkrar istifadə olunur.  

Zavodun  yeraltı  saxlayıcısının  uzunluğu  70  metr,  eni  15  metr, 

dərinliyi  isə  5  metrdir.  Burada  yerləĢdirilən  40,  50  və  60  dal 

tutumlu  palıd  çəlləklərdə  konyak  spirtninin  yetiĢdirilməsi  aparılır. 

Qrunt  sularının  üzdə  olması  ilə  əlaqədar  olaraq,  zirzəmidə  nisbi 

rütubətin  artıqlığı  konyak  spirtinin  yetiĢməsinə  və  keyfiyyətinə 

mənfi təsir göstərir.  

Göyçay konyak zavodu. Bakı – Qazax avtomobil yolunun 200 

kilometirliyində,  Göyçay  Ģəhərində  yerləĢir.  Əsası  1901-ci  ildə 

qoyulmuĢdur.    Sovet  dönəmində  Göyçay  konyak  zavodu  ən  iri 

müəssisələrdən olub, ildə 1mln dal  konyak istehsal  edirdi. Həmin 

dövrdə  istehsal  olunan  ―AbĢeron‖,  ―ġirvan‖,  ―Azərbaycan‖, 

―Bakı‖,  ―Gəncə‖,  ―Üç  ulduz‖,  ―BeĢ  ulduz‖  konyakları 

Azərbaycandan  kənarda  da  tanınırdı.  Hazırda  müəsisə  ―Stil-1‖, 

―Stil-2‖,  ―Stil-3‖,  ―ġirvan‖,  ―Azərbaycan”  markalı  konyaklar 

buraxır.  Bu  məhsullar  əsasən  MDB  ölkələrinə  -  Rusiya,  Belarus, 

Ukraynaya ixrac olunur və yüksək keyfiyyətinə görə onlara təlabat 

artmaqdadır.  

 Ölkədə  mövcud  olan  iĢlək  müəssisələrdən  ―Bakı  Şərab-1” 

ASC  və  Naxçıvan  “Gəmiqaya”  Ģirkəti  də  fərqlənir.  Sonuncu, 

həmçinin ―Badamlı‖ mineral suyu da buraxır. 

KeçmiĢ  emal  müəssisələrindən  biri  də    “İsmayıllı  şərab-1” 

ASC-dir.Onun ―Dörd ulduz‖ konyakı artıq bazarda tanınır. 

Azərbaycanın 

Moskva 

şəhərindəki 

şərab 

zavodu

Azərbaycan  Ģərablarını  Moskvada  butulkalara  dolduran  bu 

zavodun  tarixi  1925-ci  ilə  aiddir.  Sonralar  Moskva  Ģərab 

zavodunun  bazasında  Kazan  və  Ġrkutiskidə  də  Ģərabçılıq 

müəssisələri  yaradıldı.  Öz  məhsullarını  paytaxt  marketləri  zənciri 



 

~ 61 ~ 


 

ilə  yayır.  Burada  istehlakçı  qablarında  buraxılan  Ģərab,  butulka-

dakından  iki  dəfə  ucuzdur.  1985-ci  ildə  ,(Sovet  dönəmində)  emal 

olunan  Ģərab-  konyak  məhsulları  buraxılıĢı  üzrə  zavodun  gücü 

1400 min dal  təĢkil edirdi.  Müəssisə  bu illərdə 25 adda məhsul, o 

cümlədən  turĢ,  tünd  və  desert  üzüm  Ģərabları,  ordinar  və  markalı 

konyaklar istehsal edirdi. Onlardan Ağdam və  ―777‖ portveynləri, 

―ġamaxı  kaqoru‖,  Moskva,  ġirvan,  Göy-göl  və  Bakı  konyakları 

kimi  məĢhurlarını  göstərmək  olar.  Alkoqolizmlə  mübarizə 

dövründə Ģərab-konyak məhsulları istehsalı kəskin azaldıldı.  

Sovet ittifaqı dağıldıqdan sonra, 1991-ci ildə Azərbaycan Kənd 

Təsərrüfatı  Nazirliyi  və  Moskva  Ģərab  zavodunun  kollektivi 

arasında  bağlanan  müqaviləyə  əsasən  müəssisə  icarəyə  götürüldü. 

1995-ci  ildə  o,  Məhdud  Məsuliyyətli  Cəmiyyət  (MMC),  1999-cu 

ildə isə qapalı səhmdar cəmiyyəti (QSC)kimi təĢkil olunmuĢdur. 

Hazırda  Moskva  Ģərab  zavodu  27  adda  məhsul  istehsal  edir. 

Onların  arasında  ənənəvi  Ģərab  və  konyaklarla  yanaĢı  ―Nikita‖ 

arağı,  ―Konyakda  albalı‖  Ģərab  içkisi,  ―Ġmperial‖  adlı    brendi 

vardır. 

Moskva  Ģərab  zavodu  konyak  istehsalına  görə  hələ  sovet 

dönəmində ölkədə   öncül müəssisə kimi tanınırdı. Bu gün zavodun 

istehsal  gücü  günə  1500  min  dal  təĢkil  edir.  Zavodun  üç  sexi 

Moskvanın  müxtəlif  rayonlarında  yerləĢir.  Zavodun  məhsulları 

Kalininqraddan Moskvayadək bütün Rusiyada yayılmıĢdır. Zavoda 

konyak 

spirtini 



Azərbaycanın 

Göyçay,  ġəmkir,  Gəncə 

müəssisələrindən göndərirlər.  

“Viləş”  Ģirkətlər  qrupu  Azərbaycandan  kənarda  yerləĢən  

tanınmıĢ  müəssisələrdəndir.  1992-ci  ildə  MaĢkür  Qasımov 

tərəfindən  yaradılmıĢdır.  Zavod  Sankt-Peterburqda  yerləĢir.  Bu 

gün  zavodda  Ģampan  və  oynaq  Ģərablar  istehsalı  üzrə  sex,  təbii 

Ģərablarının  doldurulması  üzrə  sex,  boq-in-box  xətti  və  Ģərabların 

firma  butulkalarda  istehsalı  üzrə  suvenir  sexi  iĢləyir.  Zavodun 

çeĢidinə 80 addan çox Ģərab məhsulları daxildir. Həmin məhsullar 

12 növ butulkaya və 2 növ 2 və 3 litrlik bag-in-boxa doldurulur. 

2008-ci  ildə  açılmıĢ  ―ViləĢ‖  ticarət  evi  rusiya  bazarına  yeni 

Ģərab  kolleksiyası  çıxarır  ki,  bunlar  da  yeganə  ―Global‖  ticarət 




 

~ 62 ~ 


 

markası  ilə  təmsil  olunur.  ―ViləĢ‖  ticarət  markası  altında  litrlik 

tetrapaklarda Ģərablar buraxılıĢına baĢlanılmıĢdır. ―ViləĢ‖ Ģirkətlər 

qrupu  bütün  məhsul  çeĢidlərini  özündə  əks  etdirən  12  firma 

mağaza ilə təmsil olunur.  

2009-cu  ildə  Leninqrad  vilayətində  ġampan  və  oynaq  Ģərablar 

buraxılıĢı  üzrə  yeni  zavod  açılmıĢdır.  Yeni  müasir  doldurma 

xəttində aya 3 mln butulka buraxılır. 

Qeyd  olunmalıdır  ki,  azərbaycanlılar  tərəfindən  yaradılan 

Ģərabçılıq müəssisələri digər ölkələrdə də fəaliyyət göstərir. 



 

1.7. 

Dünya

 

şərabçılığının

 

müasir

 

vəziyyəti

 

Dünya  üzrə  üzüm  istehsalı  və  üzüm  sahələri  1950-1980-ci 

illərdə  sabit  Ģəkildə  artmıĢ,  1983-cü  ildən  isə  əksinə,  azalmağa 

baĢlamıĢdır.  Üzümlüklər  altında  olan  sahə  1976-1980-ci  illərdə 

maksimum olub, 10 milyon 213 min hektar təĢkil etmiĢdir. 1992-ci 

ildə  bu  göstərici  8,2  mln  hektara,  2005-ci  ildə  isə  8  mln  hektara 

düĢmüĢdür.  Lakin  bu  müddətdə  (1992-ci  ildən  sonra)  Ģərab 

istehsalı  demək  olar  ki,  dəyiĢməz  qalmaqla,  yüksək  keyfiyyətli 

Ģərabların payı sabit Ģəkildə yüksəlmiĢdir.  

2004-2009-cu  illərdə  dünyada  orta  illik  Ģərab  istehsalı  260-300 

mln  hl  (1  hektalitr=100  litr)  arasında  dəyiĢmiĢdir  ki,  onun  yarıya 

qədəri  ənənəvi  Ģərabçılıq  reqionları  olan  Ġtaliya,  Fransa  və 

Ġspaniyanın payına düĢür. Dünyada istehsal olunan üzümün 5-6%-i 

qurudulmuĢ  (mövüc  –  kiĢmiĢ),  10%-i  təzə  halda,  84-85%-i  isə 

Ģərab,  konyak  və  brendi  istehsalı  (texniki  sortlar)  üçün  istifadə 

edilir.  Ġstehlakın  isə  30%-dən  artığı  (ildə  75  mln  hl)  bu 

ölkələrdədir.  Eyni  zamanda  aparıcı  Ģərab  idxalçı  ölkələri  – 

Almaniya,  Böyük  Britaniya  və  ABġ  dünya  Ģərab  həcminin  1/4 

hissəsini (ilə 57 mln hl) istehlak edir. Dünya regionları üzrə Ģərab 

istehlakı  belə  paylanır  (2008-ci  ildə):  Avropa  66%,  Asiya  7%, 

Amerika 22%, Afrika 3%, Okeaniya və Avstraliya 2%.  

Dünya  Ģərabçılığının  mərkəzi  Avropa  ölkəsi  olan  Fransadır. 

Çünki burada hər il dünya Ģərab buraxılıĢının təqribən ¼ -i qədər 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə