Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə22/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   180

 

~ 66 ~ 


 

(Ģaptalizasiya) aĢağı salınması, markalanmanın sadələĢdirilməsi və 

reklamın yaxĢılaĢdırılması nəzərdə tutulmuĢdur. 

Bu  gün  əsas  Ģərab  istehsalçıları  olan  Avropa  ölkələri  inkiĢaf 

etməkdə olan iri ölkələrin bazarlarında möhkəmlənməyə çalıĢırlar. 

Məsələn, Fransa, Almaniya və  Ġtaliya Ģirkətləri Çində üzümçülük-

Ģərabçılıq  sahəsinin  inkiĢafı  üçün  sərmayə  qoymaqdadırlar  (yeni 

avadanlıqlar  göndərirlər,  iĢləməyə  təcrübəli  məsləhətçi-  Ģərabçılar 

verirlər və s.). 

Təhlillər  göstərir  ki,  dünya  Ģərabçılıq  bölməsi  aqrar  kompleksi 

qarĢısında  müxtəlif  planlı  problemlər  durur.  Onlardan  biri  reklam 

və  digər  xidmətlər  tərəfindən  iĢlənən  Ģərab  istehlakının  artmasına 

dair  qeyri  dəqiq  məlumatdır.  Halbuki,  Ģərab  istehlakının  mövcud 

səviyyəsi demək olar ki, sabitdir. Dünyada Ģərab istehlakının artımı 

deyil,  ölkələr  və  reqionlar  arasında  yenidən  paylanması 

getməkdədir. Ümumən istehlakçılar mühitində yeni tendensiyaların 

meydana  gəlməsi  Ģərabçılıq  biznesinin  və  dövlətlərin  sosial-

iqtisadi siyasətinin qarĢılıqlı təsiri olmadan mümkün deyildir. 




 

~ 67 ~ 


 

İkinci fəsil

 

ÜZÜM

 

ŞƏRABÇILIQ

 

SƏNAYESİ

 

ÜÇÜN

 XAMMALDIR 

2.1. 

Salxımın

 

quruluşu

 



 

tərkibi

 

Üzüm  salxımı  saplaqdan,  daraq  və  gilədən  ibarətdir.  Üzümün 

sortundan  və  xarici  Ģəraitdən  asılı  olaraq,  salxımın  forma  və 

böyüklüyü  də  müxtəlif  ola  bilir.  Formasına  görə  salxım  silindr, 

konusvari,  silindr-konusvari,  yumurta  Ģəkilli,  qanadlı,  ĢaxələnmiĢ 

və s. olur. Salxımın uzunluğu adətən 60-300 mm arasında dəyiĢir. 

Uzunluğu 130-180 mm olan salxımlar orta hesab edilir. 

Texniki  məqsədlər  üçün  (Ģirə,  Ģərab  hazırlanmasında)  istifadə 

olunan üzüm sortlarında salxımın minimum eni 50 mm, maksimum 

190 mm olur. 

Salxımda  gilələrin  sıxlığı  darağın  Ģaxələnməsindən,  saplağın 

uzunluğundan və gilənin böyüklüyündən asılıdır. Salxımın sıxlığı – 

üzüm sortunun xarakterik göstəricisi olub, ona həmçinin çiçəkləmə 

və tozlama Ģəraitini müəyyən edən amillər də təsir edir. 

Üzümün  sortundan  və  ekoloji  amillərdən  asılı  olaraq,  salxımın 

kütləsi də geniĢ intervalda dəyiĢir. Adətən Ģirə, Ģərab üçün istifadə 

olunan  sortlarda  salxımın  orta  kütləsi  süfrə  sortlarına  nisbətən  az 

olur. Ümumiyyətlə, salxımın kütləsi 40-750 q arasında dəyiĢir. 

Salxımda  gilələrin  miqdarı  üzüm  sortunun  səciyyəvi 

göstəricilərindən  olub,  çiçəkləmə,  tozlama  Ģəraitindən  və  ekoloji 

amillərdən  asılıdır.  Salxımda  gilənin  minimum  miqdarı  30, 

maksimum 500 ədəddir. 

N.N.Prostoserdov Ģərab və digər məhsullar alınmasında istifadə 

olunan  üzümün  öyrənilməsinə  xüsusi  əhəmiyyət  verirdi.  O, 

üzümün  xammal  kimi  öyrənilməsini  uvalogiyanın  (UVA-üzüm) 

predmeti hesab edirdi. 

Uvalogiya  üzümün  mexaniki  tərkib  və  xassələrini,  kimyəvi 

tərkibini,  salxım  və  gilədə  maddələrin  paylanmasını;  yetiĢmə 

prosesində  üzümün  tərkibinin  dəyiĢməsini;  onun  qida  və 

orqanoleptiki  xassəsini;  üzümdən  alınan  məhsulun  növü  və  xarici 




 

~ 68 ~ 


 

amillərin üzümün keyfiyyətinə təsirini öyrənir. 

Üzümün  mexaniki  tərkibi  salxım  və  gilənin  ayrı-ayrı  quruluĢ 

elementlərinin  kütləsinin  bir-birinə  nisbəti  ilə  xarakterizə  olunur. 

Bu  elementlər  –  gilə,  daraq,  qabıq,  lət  və  toxumdur.  Professor 

Prostoserdov üzümün mexaniki tərkibinin analiz sxemini aĢağıdakı 

kimi vermiĢdir:  

 

A. Salxımın quruluşu 



B. Üzüm salxımının strukturu 

(salxımın kütləsinə görə, faizlə) 

Salxımın kütləsi (qramla) 

Daraq 

Gilələrin kütləsi (qramla) 



Qabıq 

Gilələrin sayı 

Toxum 

Darağın kütləsi (qramla) 



Lət 

Gilələrin (kütləyə görə) faizi 

Skelet (daraq və qabığın cəmi) 

Gilələrin kütləsi 

Darağın kütləsi 

Bərk qalıq (daraq, qabıq və 

toxumun cəmi) 

Gilə göstəricisi (100 q gilədə, 

gilələrin sayı) 

Struktur göstəricisi: 

Lətin kütləsi 

Skeletin kütləsi 



V. Gilələrin toplanması (yekunu) 

 

Salxımda qabığın kütləsi 



100 gilədə qabığın orta kütləsi 

Salxımda toxumun kütləsi 

100 gilədə toxumun orta kütləsi 

Salxımda toxumun sayı 

100 gilədə toxumun sayı 

100 toxumun kütləsi 

Yekun göstəricisi: 

100 gilənin orta kütləsi 



Lətin kütləsi 

Qabığın kütləsi 

 

Salxımın  göstərilən  tərkib  elementləri  quruluĢuna,  kimyəvi 



tərkibinə  və  fiziki-mexaniki  xassələrinə  görə  fərqlənir.  Emal 

məhsullarının  keyfiyyətinin  formalaĢmasında  onların  hər  birinin 

müəyyən rolu vardır. 

Salxımın  mexaniki  tərkibi  hər  bir  üzüm  sortunun  tipik  quruluĢ 

göstəricisi  olub,  onun  istifadə  və  texnoloji  vəzifəsini  böyük 

məqsədəuyğunluqla əvvəlcədən müəyyənləĢdirir. Mexaniki tərkibə 

əsasən  xammaldan  maksimum  Ģirə  çıxımını,  alınan  tullantıların 

miqdarını,  salxımın  ayrı-ayrı  hissələrinin  emal  prosesində  iĢtirak 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə