Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə21/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   180

 

~ 63 ~ 


 

Ģərab istehsal olunur. Dünyada ən iri Ģərab istehsalçısı yeri uğrunda 

mübarizədə  Fransanın  rəqibi  Ġtaliyadır.  Burada  istehsal  olunan 

Ģərabın miqdarı Fransadan yalnız bir qədər geri qalır. Lakin Ģərab 

ixracına görə Ġtaliya mübahisəsiz liderdir.  

Üçüncü iri istehsalçı ildə 34 milyon hektolitr Ģərab istehsalı ilə 

Ġspaniyadır.  Bu  ölkə  üzümlüklərinin  sahəsinə  görə  dünyanın  ən 

nəhəngidir (1,45 milyon hektar).  

Almaniyada  üzümlüklərin  sahəsi  100  min  hektardır.  Lakin 

burada  3000  ada  yaxın  Ģərab  qeydiyyatdan  keçmiĢdir  ki,  bu  da 

hətta dünya səviyyəsində iri göstəricidir.  

Portuqaliyada  üzümlüklər  altındakı  sahə  360  min  hektar,  illik 

Ģərab istehsalı isə 10 milyon hektalitrdir. Qeyd etmək lazımdır ki, 

bunun çox hissəsini Portuqaliyalılar özləri içirlər.  

Qədim  Ģərabçılıq  ənənəsi  olan  Avropanın  digər  ölkələrindən 

Yunanıstan  və  Kipr  (Ģərabın  vətəni  hesab  olunur),  Macarıstan 

(Tokay  Ģərabının  vətəni),  Rumıniya  (bir  vaxtlar  Ģərab  istehsalına 

görə Ģərqi Avropada ikinci yeri tuturdu) qeyd olunmalıdır. Son illər 

Bolqarıstan,  Ukrayna,  Moldova  və  Gürcüstanda  Ģərabçılığın 

inkiĢafına  xeyli  sərmayə  qoyulmaqdadır.  Az  miqdarda  Ģərab 

istehsal  edən  ölkələr  PolĢa,  Çexiya,  Sloveniya,  Yuqoslaviya, 

Avstriya, Ġsveçrə, Malta, Niderland, LextenĢteyn və Ġngiltərədir.  

Ġngiltərə  Ģərab  istehsal  edən  ən  Ģimal  ölkədir.  Burada  Ģərab 

istehsalı ilə əsasən fərdi təsərrüfatlar məĢğul olur (Üzümlüklərinin 

sahəsi 1000 hektara yaxındır). 

Avstraliya  və  Yeni  Zenlandiyada  Ģərabçılıq  keçən  əsrin  ikinci 

yarısından inkiĢafa baĢlamıĢdır.  

Aparıcı  Ģərab  istehsalçısı  olan  Afrika  ölkələrindən  Cənubi 

Afrika Respublikasını göstərmək olar. Burada üzümlüklərin sahəsi 

100 min hektar olub, hər il 9 milyon hektolitr Ģərab istehsal olunur 

və onun 1/10 hissəsi ixrac edilir.  

Əlcəzairdə Ģərab demək olar ki, iki dəfə az istehsal olunur, lakin 

dinlə əlaqədar məhdudiyyətlərlə bağlı hamısı ixrac edilir.  

Tunisdə və Misirdə də pis olmayan keyfiyyətdə Afrika Ģərabları 

istehsal olunur.  



 

~ 64 ~ 


 

Amerikanın  hər  iki  hissəsində  yerləĢən  ölkələrdə  Ģərab 

istehsalına görə birinci yeri 300 min hektar üzümlüyü ilə Argentina 

tutur.  Ġstehsal  olunan  Ģərabın  miqdarına  görə  ikinci  yeri  –  13 

milyon  hektolitrlə  ABġ  tutur.  Keyfiyyətə  görə  Çili  Ģərabları 

tanınır.  ġərab  həmçinin  Braziliya,  Kanada,  Meksika,  Ekvador, 

Venesuela, Peru, Kolumbiya və Uruqvayda istehsal olunur.  

Yaxın  Ģərq  üzüm  üçün  yaxĢı  iqlim  Ģəraitinə  baxmayaraq,  din 

amilinə görə burada Ģərab hazırlanmır. Yalnız bəzi istisnalar vardır. 

Belə  ki,  Ġsrail  Ģərabları  beynəlxalq  sərgilərdə  tanınır,  Suriya  və 

Livanın  ən  yaxĢı  üzümlükləri  isə  hərbi  əməliyyatlar  gedən  Beka 

vadisində yerləĢir.  

Asiya  ölkələrindən  Ģərabçılığı  fəal  inkiĢaf  edən  Türkiyədir. 

Burada  dinlə  bağlı  qadağan    keçən  əsrin  əvvəllərindən 

götürülmüĢdür. Digər ölkə Çindir ki, burada üzümün aqrotexnikası 

və  Ģərab  hazırlanmasının  təkmilləĢdirilməsi  üzərində  xarici 

mütəxəssislər iĢləməkdədir.  

Yaponiyada  Ģərabçılıqla  bir  neçə  məĢhur  Ģirkətlər  məĢğuldur. 

Onların  Avropa  və  Amerikada  üzümlükləri  vardır.  Hindistan  və 

Cənubi Koreyada da az miqdarda Ģərab hazırlanması məlumdur.  

Son  illər  Ģərab  istehsal  və  istehlakı  coğrafiyasında  struktur 

dəyiĢilkikləri  baĢ  verir.  Belə  ki,  ənənəvi  istehsal  reqionlarında 

istehlakın  azalması  və  ―yeni‖  reqionlarda  istehlak  və  istehsalın 

artımı  müĢahidə  olunmaqdadır.  Qeyd  etmək  lazımdır  ki,  ―yeni‖ 

reqionlarda  (Almaniya,  ABġ,  Yaponiya)  əvvəllər  baĢqa  içkilər 

(pivə, yerli xammaldan tünd içkilər və s.) ənənəvi idi. Son vaxtlar 

Ģərab istehsalının artım səviyyəsi Çində xüsusilə yüksək olmuĢdur. 

Belə  ki,  2009-cu  ildə  bu  ölkədə  12  mln  hl  Ģərab  istehsal 

olunmuĢdur  (son  10  ildə  istehsalın  artım  həcmi  110%  təĢkil 

etmiĢdir). ġərab istehsal və istehlakı balansının təhlili 3 əsas qrup 

ölkələr ayırmağa imkan verir. 

 



ġərab istehsalı səviyyəsi istehlakdan aĢağı olan ölkələr, onlar 

eyni zamanda Ģərab    idxalçılarıdır (ABġ, Almaniya, Çin); 

 

Üzüm  Ģərablarının  ixracatçıları  olan  ölkələr  (Fransa, 



Ġspaniya, Ġtaliya və yaxın vaxtlardan Argentina); 

 



Əsasən ixracatçı ölkələr (CAR, Avstraliya, Çili). 


 

~ 65 ~ 


 

Hələ bir neçə il bundan əvvəl belə məlum olmuĢdur ki, Avropa 

Ģərabçıları  «həddindən  artıq  Ģərab  istehsal  edirlər  ki,  onun  da 

təchizat  bazarı»  yoxdur.  Həmin  vaxt  artıq  Ģərab  istehsalına  son 

qoymaq  və  AB-yə  məxsus  400  min  hektar  (3,4  mln  ha-dan) 

üzümlükləri  kökləmək  təklif  olunmuĢdur.  Lakin  Avropa 

komissiyasına Ģərab istehsalçı ölkələrin təsiri altında həmin rəqəm 

2 dəfəyə qədər azaldılaraq 175 min hektara salındı.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  AB  ölkələrində  adambaĢına 

illik  Ģərab  istehlakı  da  azalmaqdadır.  Bu,  avropalıların  son  illər 

ayıq  həyat  tərzinə  üstünlük  vermələri  ilə  də  əlaqələndirilə  bilər. 

Lakin  bununla  belə  burada  yeni  dünya  ölkələrinin  iĢlərinin  pis 

getməməsi  də  qeyd  olunmalıdır.  Belə  ki,  Beynəlxalq  Üzümçülük-

ġərabçılıq  TəĢkilatının  (OĠV)  məlumatına  görə  dünya  Ģərab 

satıĢında  yeni  dünya  ölkələrinin  payı  3%-dən  (1990-ci  il)  30%-ə 

(2008-ci  il)  yüksəlmiĢdir.  Son  18  ildə  (1990-2008)  Avstraliya  və 

Çilidən Avropaya Ģərab ixracı 2000% artmıĢdır.  

Yeni  Dünya  ölkələri  adlandırılan  Latın  Amerikası  ölkələri  və 

Avstraliya iri Ģərabçılıq Ģirkətlərinin yüksələn rolu fonunda Avropa 

istehsalçıları  ənənəvi  qaydada,  çoxlu  sayda  xırda  Ģərabçılıq 

müəsisələri  ilə  təmsil  olunur  və  birincilərlə  rəqabət  qabiliyyətinə 

malik olmurlar. Nəticədə tarixi nailiyyəti Ģərabçılıq olan Avropa, o 

cümlədən  Fransa  ciddi  itkilərə  məruz  qalır.  Beləliklə  Avropa 

Ģərabları aparıcı bazarlarda öz mövqeyini itirir. 

Böhrandan  sonrakı  Ģəraitdə  Avropa  Ģərabçılıq  Ģirkətləri  öz 

rəqabət  stratageyasını  dəyiĢməlidir.  Bu,  Ģərabçılıq  bazarında  yeni 

iĢtirakçıların  meydana  çıxması  ilə  əlaqədardır.  Bu  Ģirkətlər  yeni 

dünya  ölkələri,  Bolqarıstan,  Rumıniya,  Gürcüstan,  Türkiyə, 

Hindistan  və  Çinə  aiddir.  Bu  ölkələrin  Ģərabçıları  ənənəvi 

Ģərabçılıq  ölkələrinin  texnoloji  təcrübəsindən  bəhrələnərək  Kali-

forniya,  Çili,  Avstraliya,  Argentina  və  CAR-dan  innovasiyyaları 

tətbiq etməklə yüksək nəticələr əldə edə bilərlər. Bununla əlaqədar 

olaraq,  Avropa  Birliyində  (AB)  digər  dəyiĢikliklərlə  birgə  isla-

hatlara  baxılmıĢ,yuxarıda  qeyd  olunduğu  kimi  üzümlüklərin 

sahəsinin  azaldılması,  Ģirəyə  Ģəkər  əlavə  olunma  normasının 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə