Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə13/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   180

 

~ 38 ~ 


 

Avstraliyada  Ģərabçılıq  üçün  Ģərait  Avropadakından  fərqlənir. 

Ġqlimi demək olar ki,  hər  yerdə üzümün  yetiĢməsinə  imkan verir. 

Ġqlimin  isti  olması  və  yaz  Ģaxtaları  təhlükəsi  olmaması  qeyd 

olunmalıdır.  Torpağı  da  hər  yerdə  üzümün  yetiĢdirilməsi  üçün 

əlveriĢlidir.  Avstraliya  Ģərabçılığı  üçün  ən  real  təhlükə  bəzi 

rayonlarda  quraqlıq  və  çox  yüksək  rütubətlə  əlaqədardır  ki,  bu  da 

göbələk  xəstəliklərinin  sürətli  yayılma  riskini  artırır.  Avstraliya 

Ģərabçılığı tədricən daha soyuq rayonlara keçirilməkdədir. 

Qeyd  etmək  lazımdır  ki,  Avstraliya  Ģərabçılığının  fəlsəfəsi 

avropanınkından əsaslı Ģəkildə fərqlidir. Burada Ģərabın xarakterini 

torpaq  tipi,  yaxud  iqlim  Ģəraiti  müəyyən  etməyib,  yetiĢdirilmə 

Ģəraitindən asılı olmayaraq üzümün sortu müəyyən edir. Avstraliya 

Ģərablarının  çox  hissəsi  müxtəlif  rayonlarda  becərilən  ayrı-ayrı 

üzüm  sortları  qarıĢığından  hazırlanır.  Belə  üzümlüklər  arasında 

məsafə  10  bəzən  isə  3  min  mil  təĢkil  edir.  Müxtəlif  ĢərabĢılıq 

bölgələrindən  avtosterinlərlə  gətirilən  Ģərab  xüsusi  formulla  digər 

Ģərablarla kupaj edilir. Bazara daxil olan Ģərabların çoxu təmiz sort 

Ģərablarıdır.  Məsələn,  ġardone,  Semilyon,  ġiraz  (Sira)  yaxud 

Kaberne  Sovinyon.  Adətən  etiketdə  rayon  mənĢəyi  yazılmayıb, 

Ģərabın  cənubi  Avsraliyada  və  ya  sadəcə  olaraq  Avstraliyada 

hazırlandığı göstərilir.  

Avstraliya  Ģərabçıları  Avropalılara  bənzəmirlər.  Onlar  sadəcə 

Ģərab hazırlamayıb, həm 5 həm 10, həmdə premium sinifinə aid 50 

dollarlıq Ģərab hazırlamağı bacarmalıdırlar. ġərab istehsalının belə 

prinsipi Avstraliyalılar tərəfindən yüksək səviyyədə yerinə yetirilir. 

Demək  olar  ki,  bütün  iri  Ģərabçılıq  müəsisələri  müxtəlif  keyfiyyət 

standartlarında  çoxlu  sayda  -  milyonlarla  butulka  Ģərab  burax-

maqdadır. 

Avstraliya  Ģərab  istehsalına  görə  dünyada  11-ci  (450  min  dal), 

ağ Ģərab istehsalına görə isə 2-ci yerdə durur. Avstraliyada 140 min 

ha  üzümlük  vardır.  Adam  baĢına  illik  Ģərab  istehlakı  19,3  litrdir. 

Ən geniĢ yayılmıĢ sortları qirmizi ġiraz (20,8%), qirmizi Kaberne 

Sovinyon  (17,3%),  ağ  ġardone (13,7%),  qirmizi  Merlo  (5,2%),  ağ 

Semilyon  (4,9%),  ağ  Rislinq  (2,7%),  ağ  Muskat  (2,4%),  qirmizi 

Pino Nuar (2,4%), ağ Sovinyon (2%), qirmizi QrenaĢdır (1,8%).  




 

~ 39 ~ 


 

 Avstraliya  qanunlarına  görə  Ģərab  95%  etiketdə  göstərilən 

rayonun  üzümlüklərindən  hazırlamalıdır.  Əgər  etiketdə  bir  neçə 

sort  göstərilərsə,  onda  birinci  sort  əsas  olmalıdır.  TurĢu  əlavə 

olunmasına  icazə  verilsə  də  Ģaptalizasiya  qadağandır.  Keyfiyyətli 

Ģərab  istehsalında  məhsuldarlıq  hektardan  60-90  hl  təĢkil  edir. 

Məhsulun  çox  hissəsi  maĢınla  yığılır.  Qırmızı  Ģərablar  çox  vaxt 

barriklərdə  (Kaberne-Sovinyon 

fransız  barriklərində,  ġiraz 

Amerika barriklərində) saxlanılıb  yetiĢdirilir. Ən  yaxĢı ağ Ģərablar 

süd turĢu qıcqırmasına məruz qoyulur və həmçinin böyük olmayan 

barriklərdə formalaĢdırılır. Əldə edilən elmi nəticələrə əsasən bəzi 

Ģərabçılıq  təsərrüfatları  müəyyən  üzüm  sortlarının  tənəklərində 

budama  aparmırlar.  Bu  halda  üzüm  tənəyi  bir  neçə  il  yüksək 

məhsuldan  sonra  öz  məhsuldarlığını  tənzimləyir  və  məhsuldarlığı 

hektardan 80 hl səviyyəsində saxlayır. 



Yeni  Zenlandiya.  Əgər  Burqundiyada  yaĢı  20  ildən  az  olan 

üzümlüyə  rast  gəlinmirsə,  yaĢıl  adanın  əsas  Ģərabçılıq 

rayonlarından  olan  Marlborada  20  ildən  çox  yaĢı  olan  üzümlük 

tapmaq  çətindir  (Ģəkil  1.1).  Burada  məhsuldarlıq  yüksək  olub, 

hektardan  90  hl  təĢkil  edir  və  yığım  fevraldan-noyabradək  davam 

edir.  Əsas  üzüm  sortları  Sovinyon  Blan  (əkinlərin  41%-i)  olub, 

sonra  Pino  Nuar  (18%),  ġardone  (15%),  Merlo  (6%),  Pino  Qri 

(5%), Rislinq (3%), Kaberne Sovinyon (2%), Qevyrstraminer, Sira 

və  Semilyondur  (1%).  ġərab  zavodlarının  çox  hissəsi  texniki 

planda  yaxĢı  təchiz  olunmuĢlar.  Yeni  Zelandiya  Ģərabçılığına 

Avstraliyanın müəyyən təsiri hiss olunur. Belə ki, enoloqların çoxu 

Avstraliyada  Rozvort  kollecini  bitirmiĢdir.  Mühüm  istehsalçılar  – 

Montana  Wines,  Corbans,  Nobilo,  Villa  Maria,  Vidal  Wines,  Esk 

Valley  Estate,  Te  Mata,  Stonyridge,  Sacred  Hill,  Saint  Clair, 

Goldwater,  Matariki,  Babich,  Clearview,  Claudy  Bay,  Matua 

Valley, Wither Hills-dir.  




 

~ 40 ~ 


 

 

 



Şəkil 1.1. Dünyanın ən böyük üzümlüyü (Marlboronun bir 

təsərrüfatına aiddir) 

 

Yeni  Zenlandiya  ərazisində  istehsal  olunan  Ģərabları  sadəcə 



New  Zenland  adlandırmaq  olar.  MənĢəyinə  görə  nəzarət  olunan 

növbəti  səviyyə  iki  addadır  -  ġimal  (Northern)  və  cənub 

(Southern). 

Yeni  Zenlandiya  Ġsveçrə  qədər  və  Avstraliyadan  az  Ģərab 

istehsal  edir.  Ölkənin  ―böyük‖  Ģərabçılıq  tarixi  80-ci  illərin 

ortalalarından  baĢlanmıĢdır.  Bununla  belə  hazırda  burada  istehsal 

olunan  Ģərablar  dünyanın  Ģərab  xəritəsində  ən  yaxĢı  market  və 

restoranları  bəzəyir.  Bu  gün  yeni  Zenlandiyada  Ģərabçılıq  sahəsi 

çox  sürətlə  inkiĢaf  edir.  Əgər  1996-cı  ildə  ölkədə  238  Ģərabçılıq 

müəssisəsi var idisə, 2007-ci ildə bu göstərici 543-ə çatmıĢdı (indi 

643-dür).  Bu  illər  ərzində  üzümlüklərin  sahəsi  bir  neçə  dəfə 

artmıĢdır  –  661  hektardan  (1996)  25  min  355  hektaradək  (2007). 

Hazırda  29  min  hektar  təĢkil  edir.  Etiketdə  coğrafi  adın 

göstərilməsi  təsdiq  edir  ki,  həmin  Ģərab  bu  bölgədə  istehsal 

olunmuĢdur.  

Yeni  Zenlandiyanın  iqlimi  fərqlidir.  ġimali  adanın  ərazisində 

subtropikdir,  iyulda  orta  temperatur  12

0

C,  yanvarda  19



0

C-dir. 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə