Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə10/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   180

 

~ 29 ~ 


 

Ölkədə ordinar və  yüksək keyfiyyətli qırmızı və ağ süfrə, turĢ, 

desert,  tünd  Ģərablar,  konyak  materialı,  ağ  və  qırmızı  Ģampan 

Ģərabı və həmçinin milli içki olan üzüm arağı istehsal olunur. 



Yunanıstan.  YumĢaq  Aralıq  dənizi  iqlimi,  relyefi,  müxtəlif 

torpaq  tipləri  ölkədə  müxtəlif  üzüm  sortlarının  becərilməsinə  və 

Ģərablar  istehsalına  imkan  verir.  Üzümçülüyün  yayılması  və 

ixtisaslaĢması  əhəmiyyətli  dərəcədə  relyef  xüsusiyyətləri  ilə 

müəyyən olunur (60% əkinləri yamaclıqlarda yerləĢir). 

Əsas  üzümçülük  rayonları  Peloponnes,  Krit,  Attika  və  Egey 

adalarıdır.  Texniki  sortlardan  Sovatiano,  Roditis,  Mandilariya, 

Sideritis  və  b.  becərilir.  Emalın  əsas  növü  qurudulmuĢ  üzüm 

istehsalıdır.  Yunanıstan  kiĢmiĢ  istehsalına  görə  dünyada  baĢlıca 

mövqelərdən  birini  tutur.  Ölkənin  iqlim  Ģəraiti  turĢ,  təbii  Ģirin, 

oynaq,  qazlaĢdırılmıĢ,  likor,  ətirləĢdirilmiĢ,  tünd  Ģərablar,  brendi 

tipli  içki  və  ətirli  araq  istehsalına  imkan  verir.  ġərabçılığının  əsas 

xüsusiyyəti  istehsal  həcminin  sabitliyi  və  nisbətən  yüksək 

keyfiyyətli məhsul alınmasıdır. 



Rumıniya.  Üzüm  və  Ģərab  istehsalına  görə  dünyada  qabaqcıl 

ölkələr  sırasındadır.  ġərab  üçün  istifadə  olunan  əsas  sortlar: 

Fetyaska,  Rexale,  Fetyaska  alba,  Rislinq,  Sovinyon,  ġardone, 

Muskat,  Ottonel,  Boz  Pino,  Qrassa,  Kaberne  Sovinyon,  Merlo  və 

baĢqalarıdır.  Son  illərdə  demək  olar  ki,  bütün  Ģərabçılıq 

rayonlarında üzüm emal etmək, Ģərabı iĢləmək və doldurmaq üçün 

müasir texniki avadanlıqlarla təchiz olunmuĢ iri Ģərab kombinatları 

tikilir. Burada ağ və qırımız süfrə Ģərabları ilə  yanaĢı, Ģəkər qalığı 

olan ətirləĢdirilmiĢ Ģərablar və konyak istehsal etmək üçün hər cür 

imkan  vardır.  Həmçinin  üzüm  Ģirəsi  istehsalını  inkiĢaf  etdirmək 

üçün Ģərait yaradılmaqdadır. 

Keçmiş  Yuqoslaviya.  Burada  üzümçülük  və  Ģərabçılıqla  çox 

qədimdən  məĢğuldurlar.  Son  illərdə  milliləĢdirilmiĢ  üzümçülük 

təsərrüfatları  və  Ģərabçılıq  kombinatları  yaradılmıĢdır.  Filokseraya 

davamlı calaqaltılar əsasında salınmıĢ üzümlüklər 80%, öz kökünə 

məxsus  (qumlu  torpaqlarda)  8%,  birbaĢa  hasiledici  hibridlər  12% 

təĢkil  edir.  Üzümlüklər  əsasən  Serbiya,  Xorvatiya,  Sloveniya, 

Makedoniya,  Bosnya,  Çernoqoriyada  yayılmıĢdır.  Lakin  uzun 



 

~ 30 ~ 


 

müddət  davam  edən  müharibə  bütün  sahələrə  olduğu  kimi, 

üzümçülük və Ģərabçılığa da dağıdıcı təsir göstərmiĢdir. 

Çexiya  və  Slovakiya.  Üzümçülük  kənd  təsərrüfatının  əsas 

sahələrindəndir.  Üzümlüklər  torpaq-iqlim  Ģəraitinə  görə  fərqlənən 

12  vilayətdə  yerləĢir.  Daha  geniĢ  yayılmıĢ  üzüm  sortları  Ġtaliya 

Rislinqi,  Silvaner,  Veltliner,  Neyburqerdir.  Az  yayılmıĢlar  isə 

Muskat Ottonel, Muller Turqau, Bauvier, Ezeriodur. 

Ağ markalı Ģərablar hazırlamaq üçün Reyn Rislinqi, Boz Pino, 

Ağ  Fetyaska,  Traminer,  Ağ  Pino  və  Sovinyon  sortları  becərilir. 

Qırmızı Ģərablar – Qara Pino, Frankovka və Portugizer sortlarından 

hazırlanır.  

Oynaq  Ģərablar  ġato-Melnik  adı  ilə  buraxılır,  butulka  üsulu  ilə 

alınır.  Son  zamanlar  burada  keyfiyyətli,  az  oksidləĢən  ağ  turĢ  və 

kəmĢirin Ģərablar hazırlanır və əsasən ixrac olunur. 



Almaniya.  Almaniyada  ilk  üzümlüklərin  romalılar  tərəfindən 

Mozel  çayının  sahillərində  bizim  eranın  I  əsrində  salındığı 

bildirilir. 

Almaniyada  Ģərabçılıq  əsasən  ölkənin  cənub-qərbində  Reyn 

çayı ətrafında inkiĢaf etmiĢdir. Alman Ģərablarının təqribən 60%-i 

Reynland-Pfals federal torpaqları ərazisində hazırlanır. Ölkənin 13 

Ģərabçılıq vilayətinin 6-sı burada yerləĢir. Almaniyada üzümlüklər 

altında  olan  sahə  102  min  ha  olub,  Ġspaniya,  Ġtaliya  və  Fransa 

üzümlüklərinin təqribən onda birini təĢkil edir. Ümumi illik Ģərab 

istehsalı  9  mln  hektolitrə  yaxındır.  Bu  isə  1,2  mld  butulka  təĢkil 

edərək,  Almaniyanı  Ģərab  istehsalına  görə  dünyada  8-ci  edir. 

Ümumi  Ģərab  istehsalının  təqribən  2/3  hissəsini  ağ  Ģərablar  təĢkil 

edir.  

Bütün  Almaniyanın  iqlimi  üzüm  tənəyinin  təlabatına  uyğun 



gəlmir. Ona görə də burada üzümçülük və uyğun olaraq Ģərabçılıq 

üçün həddindən artıq çətinlik yaranır. Alman Ģərabları ölkənin bir 

sıra  cənub-Ģərq  rayonlarında  hazırlanır.  Alman  ġpisenveyn  Ģərabı 

çox  məĢhur  olub,  ağ  Fransız  Burqund  və  Sotern  Qran  Kryu 

Ģərabları kateqoriyası səviyyəsindədir.  

Bütün Alman Ģərabları nisbətən tünd olmayan qeyri-Ģirin, ətirli 

və səciyyəvi dadı ilə (çox vaxt çiçək) seçilir.  



 

~ 31 ~ 


 

Ən  xoĢagələn  alman  Ģərabları  Rislinqdən  hazırlanır.  Alman 

üzümlüklərinin  1/4  hissəsinə  yaxını  Rislinq  tiplidir.  Digər  geniĢ 

yayılan sortlar – Müller Turqau (30%) və Silvanerdir (15%). Xeyli 

az sahələrə Rulender (Pino Qri), Veysser Qutedel  (ġasla), Kerner, 

ġeyrebe,  Elblinq  və  daha  az  qırmızı  Ģərab  üçün  –  Blauer 

Portugizer,  Blauer  Trollinger  və  Blauer  ġpetburqunderdir  (Pino 

Nuar).  


Bütün  Ģərabçılıq  məhsullarını  qaydaya  salmaq  üçün  alman 

höküməti  Ģərabçılıq  vilayətlərini  11  regiona  bölür.  Onlardan  7-si 

Reyn Ģərabları, 1-i Mozel, 3-ü müxtəlif xarekterli Ģərablar buraxır. 

Almaniyada  butulkaya  doldurulan  məhsula  ciddi  tələblər  qoyulur 

və etiketdə onun haqqında maksimum informasiya verilir. 

Hələ  1879-cu  ildə  qəbul  olunmuĢ  qanuna  görə,  Alman  süfrə 

(təbii)  Ģərablarında  ən  azı  8,5%  spirt  olmalı  və  həmin  Ģərablar 

müəyyən  Ģərabçılıq  regionlarından  daxil  olmalıdır  (əks  halda  onu 

―süfrə Ģərabı‖ adlandırmırlar). 

Etiketdə  belə  yazılır:  ―Alman  süfrə  Ģərabı‖  +  Ģərabın 

hazırlandığı bölgənin adı. Belə bölgələr 5-dir: Reyn, Mozel, Mayn, 

Nekkar və Oberreyn. 

Ümumiyyətlə, süfrə Ģərabları Almaniyada az miqdarda (ümumi 

Ģərab istehsalının 5%-i) istehsal olunur. 

Almaniyanın  keyfiyyətli  Ģərablarından  –  Kabinet,  ġpetleze, 

Ausleze, Beerenausleze, Trokenbeerenauslezeni göstərmək olar.  

Bütün  Alman  Ģərabları  Reyn  çayı  vadisində  və  onun  qolları    - 

Nekkara,  Mayn  və  Mozel  ətrafında  yerləĢir.  Üzümlüklərin  çox 

hissəsini  ağ  üzüm  sortları  təĢkil  edir.  Qırmızı  Alman  Ģərabları 

aralıq  keyfiyyətə  malik  olsa  da,  ağ  Ģərablar  –  markalı  və  əla 

keyfiyyətli  markalı  ola  bilir.  Almaniyada  xeyli  oynaq  Ģərablar 

istehsal  olunur.  Demək  olar  ki,  bütün  üzümçülük  təsərrüfatları 

xırdadır və az sayda olan iri təsərrüfatlar isə kilsəyə məxsusdur.  

Almaniyada ümumi Ģərab istehsalı nisbətən çox olmayıb, idxal 

ixracı 5-6 dəfə üstələyir.  

Almaniyanın  ən  yaxĢı  üzümlükləri  Ģimalda  kənd  təsərrüfatı 

üçün  yararlı  olmayan  torpaqlarda  yerləĢir.  Əgər  burada  üzümlük 

olmasaydı ya meĢə, ya da çılpaq dağ olacaqdı. Burada dünyanın ən 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə