MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə18/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

 
~ 53 ~ 
sonrakı  tarixi  mərhələlərdəki  epik  transformasiyası  olması» 
qənaətinə gəlmiĢdir (9, 57). Digər koroğluĢünas alim X.BəĢirova 
«Kitabi-Dədə Qorqud» və «Koroğlu» eposlarını ov və toy səhnə-
ləri  baxımından  müqayisə  edərək  bunların  eyni  epik  ənənə  ilə 
bağlı  olduğunu  aĢkarlamıĢdır  (10,  68-69).  Ümumiyyətlə,  öz 
yaradıcılığında  «Kitabi-Dədə  Qorqud»  ənənələrinin  xalqımızın 
bədii  yaradıcılığına  təsirini  daim  diqqətdə  saxlamıĢ  prof. 
ġ.CəmĢidovun  fikrinə  görə  isə,  «Dədə  Qorqud»  boylarının  bədii 
ideyasını,  məzmununu  və  ədəbi  quruluĢunu  məhz  bu  cəhətdən 
mənimsəyib, özündə saxlayan ən böyük abidə «Koroğlu» dastanı-
dır» (11, 85).  
«Kitabi-Dədə  Qorqud»,  ümumən,  bütün  göstəriciləri  üzrə 
türk epik ənənəsini inikas edir. Türk eposunun genetik baxımdan 
üç  tipini  (Altay-Mərkəzi  Asiya  eposu,  Qıpçaq  eposu  və  Oğuz 
eposu)  müəyyənləĢdirən  prof.  N.Cəfərov  (12,  16-17)  göstərir  ki, 
Dədə  Qorqud  dastanı  ilk  orta  əsrlərin  oğuz  eposudur  –  bu  isə  o 
deməkdir ki,  birincisi, Dədə Qorqud dastanında  qədim türk epos 
təfəkkürünün müəyyən əlamətləri mühafizə edilir; ikincisi, həmin 
dastanda  son  orta  əsrlər  Azərbaycan  türk  eposunun  ideya-estetik 
əsasları müəyyənləĢir (13, 84). 
Bu cəhət eposu, əslində, çox qədim dövrlərdən Azərbaycan 
folklor  sisteminin  qaynağına  çevirmiĢdir.  Ü.Nəbiyevanın  qəna-
ətincə,  «Kitabi-Dədə  Qorqud»  milli  folklorun  çox  müxtəlif 
dövrlərini  bəzən  bütöv  mərasimlər  sistemi  halında  («Bamsı 
Beyrək» boyunda toy modeli Ģəklində), bəzən baĢ vermiĢ faciələr-
dən  mütəəssir  olan,  sınaqlardan  çıxmıĢ  həyat  həqiqətlərini 
təsdiqləmiĢ  bədii  hökmlər  Ģəklində  (müqəddimədəki  paremik 
vahidlər  toplusu  halında),  ayrı-ayrı  boylarda  hiss  və  həyəcanı 
daha  təsirli  etmək  məqsədilə  iĢlədilən  alqıĢ-qarğıĢ,  inanc  və  s. 
janrlardan istifadə yolu ilə, nəhayət, qədim folklor süjetlərindən – 
övladsızlıq,  Təpəgöz,  can  əvəzinə  can  istəmə  və  s.  Ģəklində  əks 
etdirə bilmiĢdir (14, 79). 
«Kitabi-Dədə  Qorqud»  dastanları  özünəqədərki  folklor 
yaradıcılığı  ilə  özündən  sonrakı  folklor  yaradıcılığının  arasında 
durmaqla bir körpü rolunu oynayır. «Dədə Qorqud» körpüsündən 
keçən Azərbaycan Ģifahi xalq  ədəbiyyatı  – milli  folkloru eposun 
tükənməz  enerjisi  ilə  qidalanıb  coĢqun  inkiĢaf  yoluna  qədəm 
qoymuĢdur.  Eposun  bu  körpü  rolunu  prof.  M.H.Təhmasib  sələf-
xələf  münasibətləri  kimi  səciyyələndirib  göstərir  ki,  «Dədə 
Qorqud» boylarının bu gün əksər rayonlarımızda tam coĢqun bir 
həyatla  yaĢayan  və  yeni  məzmunlu,  yeni  ideyalı  müasir  əsərlər 


 
~ 54 ~ 
hesabına  getdikcə  daha  da  zənginləĢən  xalq  dastanlarımızın  qə-
dim  nümunələri  olduğu  Ģəksizdir.  Doğrudur,  «Dədə  Qorqud» 
boyları  ilə  bugünkü  dastanlarımız  arasında  fərqli  cəhətlər  də 
vardır. Lakin bu fərq sələflə xələf arasındakı fərqdən artıq deyil-
dir. Bu fərq, əgər belə demək mümkünsə, bütün ömrünü dağlarda 
keçirmiĢ, əsasən, köçəri həyat sürmüĢ ağ saqqallı baba ilə az-çox 
mədrəsə  təhsili  görmüĢ,  Ģəhərlərdə  yaĢamıĢ,  hətta  sufilik, 
hürufilik  kimi  dini  təriqətlərin,  zahiri  də  olsa,  təsirinə  məruz 
qalmıĢ bir nəvə arasındakı fərqdən qüvvətli deyildir» (15, 4). 
Prof. ġ.CəmĢidov «Kitabi-Dədə Qorqud»un Ģifahi ədəbiyya-
tın  inkiĢafındakı  rolunu  izləyərək  «Təpəgöz»,  «Övlad  həsrəti», 
«Qəhrəmanın  öz  sevgilisinin  sorağı  ilə  uzaq  ellərə  getməsi», 
«AĢiqin  sınaqdan  keçirilməsi»,  «Qəhrəmanın  yolda  rast  gəldiyi 
Ģeylərə  müraciəti  və  evə  dönərkən  qarĢılanması»,  «Qəhrəmanın 
səfər  zamanı  yatıb  yuxuya  qalması»  motivlərinin  sonrakı 
məhəbbət  dastanlarında  qüvvətli  Ģəkildə  iĢləndiyini  göstərmiĢdir 
(16,  145-150).  Alim  «Dədə  Qorqud»  eposunun  «Koroğlu»ya 
təsirini son dərəcə qüvvətli olduğunu xüsusi vurğulayaraq göstərir 
ki, «Koroğlu» eposu Azərbaycan xalq dastanları içərisində yeganə 
nümunədir  ki,  özünün  bütün  bədii  Ģəkli,  ədəbi  forması  –  kom-
pozisiyası, ümumi məzmun və ideyası ilə «Kitabi-Dədə Qorqud»a 
tam uyğun gəlir. Uzun əsrlərin fasiləsi ilə ayrılan bu iki dastanın 
biri-birinə  belə  yaxın  olması,  bəzi  cəhətdən  hətta  eyniyyət  təĢkil 
etməsi  son  dərəcə  maraqlıdır.  Bu,  hər  Ģeydən  əvvəl  yeni  dastan 
yaradıcılarının qədim dastan ənənələrindən istifadəsi ilə izah edilə 
bilər. Adətən, yazılı ədəbiyyatda bu ənənə bizə çoxdan məlumdur. 
Əvvəllər yaranmıĢ hər hansı böyük bir abidə çox-çox sonra özünə 
bənzər  onlarla  əsərin  yaranıb  meydana  gəlməsində  böyük  rol 
oynayır.  AĢıq  yaradıcılığında  da  yeni  yaranan  dastanlar  əvvəlki 
dastanlardan  istifadə  edilərək  meydana  çıxır.  «Koroğlu»  dastanı 
da özündən əvvəl yaranmıĢ və bütün boyları ilə, heç Ģübhəsiz ki, 
xalq  içərisində  dildə-dilə  gəzən  «Dədə  Qorqud»  dastanlarından 
bilavasitə qüvvət almıĢdır (16, 151).  
Qeyd  edək  ki,  bu  iki  epos  arasındakı  epik  ənənə  bağlılığı 
vaxtilə görkəmli alimlər H.Araslı və M.H.Təhmasib tərəfindən də 
göstərilmiĢdir.  Akad.  H.Araslı  bu  bağlılığı  daha  çox  qəhrəman 
xarakterlərinin  oxĢarlığı,  prof.  M.H.Təhmasib  isə  süjet,  motiv, 
epizod aspektlərində vurğulamıĢlar (17, 15; 18, 248). 
Ümumiyyətlə,  «Kitabi-Dədə  Qorqud»  dastanlarının  qədim 
və orta əsrlər Ģifahi xalq  yaradıcılığına təsiri son dərəcə qüvvətli 
olub,  çox  geniĢ  və  zəngin  ədəbi  nümunələrlə  təmsil  olunur. 


 
~ 55 ~ 
Əslində,  istər  «Qorqud»  eposu,  istərsə  də  ümumən  Ģifahi  xalq 
yaradıcılığı  vahid  poetik  ənənəni  təĢkil  edir.  «Kitabi-Dədə 
Qorqud»un  bu  ənənə  daxilindəki  rolu  unikaldır.  Belə  ki,  o, 
özünəqədərki  folklor  ənənələrini  əxz  etmiĢ,  uzun  əsrlər  boyu 
özündə  yaĢadaraq  inkiĢaf  etdirmiĢ,  daha  sonra  cilalanmıĢ,  sabit-
ləĢmiĢ  ənənə  kimi  özündən  sonrakı  folklor  yaradıcılığının  tarixi 
dövriyyəsinə  daxil  etmiĢdir.  Qeyd  edək  ki,  ayrı-ayrı  tərəfləri 
müxtəlif  tədqiqatçılar  tərəfindən  qeyd  olunmuĢ,  eləcə  də  burada 
müxtəlif  tərəflərinə  toxunulmuĢ  bu  proses  çox  böyük  elmi 
problemdir. Bu baxımdan,  «Kitabi-Dədə Qorqud»un Ģifahi  ədəbi 
düĢüncə  tarixinə  təsiri  bizim  üçün  onun  müasir  Azərbaycan 
ədəbiyyatındakı  təsirinin  epik  ənənə  əsaslarını  öyrənmək  baxı-
mından  diqqətçəkici  idi.  Əvvəldə  vurğulandığı  kimi,  eposun 
müasir  Azərbaycan  ədəbiyyatına  təsiri  heç  də  XX  əsrin  birinci 
yarısından  –  dastanın  Azərbaycanda  çap  olunub  yayılmasından 
baĢlanmır. Əslində, «Dədə Qorqud» dastanı epik ənənə, milli epik 
ruh kimi əsrlər boyu ədəbiyyat tariximizdə olmuĢ, qədim və orta 
əsrlər  ədəbi  düĢüncəmizdən  keçərək  müasir  ədəbiyyatımızın 
ruhuna daxil olmuĢdur. Bu istiqamətdə nəzərdən keçirilməsi vacib 
xətlərdən  biri  «Kitabi-Dədə  Qorqud»  eposunun  qədim  və  orta 
əsrlər yazılı ədəbiyyatına təsiri məsələsidir. 
 
Ədəbiyyat: 
 
1.  Məmmədli  (Məmmədov)  H.  Tarixi  və  ədəbi  qaynaqlarda 
«Kitabi-Dədə  Qorqud»  motivləri  /  Azərbaycan  Ģifahi  xalq  ədə-
biyyatına dair tədqiqlər. X kitab. Bakı: Səda, 2001, s. 182-197 
2.Жирмунский В.М. Тюркский героический эпос. Ленинград: 
Наука, 1974, 727 с. 
3. Mahmudlu Y. «Kitabi-Dədə Qorqud» tarixi mənbədir / / Dədə 
Qorqud – 1300. Bakı: BDU, 1999, s. 11-27. 
4.  Vəliyev  Ġ.  Dastan  Bilqamısdan  baĢlanır  /  «Kitabi-Dədə  Qor-
qud» (məqalələr toplusu). Bakı: Elm, 1999, s. 30-37. 
5. Sultanlı Ə. «Kitabi-Dədə Qorqud» və qədim yunan dastanları. 
Bakı: Elm, 1999, 84 s. 
6. Abdulla K. Sirr içində dastan və yaxud gizli Dədə Qorqud – 2. 
Bakı: Elm, 1999, 288 s.  
7.  Kazımov  Q.  Homerin  poemaları  və  «Kitabi-Dədə  Qorqud». 
Bakı: «Təhsil», 2006, 80 s. 
8. Nəbiyev A. «Kitabi-Dədə Qorqud» və Azərbaycan dastançılığı 
/  «Kitabi-Dədə  Qorqud  –  1300»  respublika  elmi  konfransının 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə