MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə17/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

 
~ 50 ~ 
YEGANƏ ĠSMAYILOVA 
BDU, fil.ü.f.dok.  
 
«KĠTABĠ-DƏDƏ QORQUD» MÖVZULARI 
AZƏRBAYCAN  ġIFAHĠ XALQ ƏDƏBĠYYATINDA 
 
Açar sözlər: “Kitabi-Dədə Qorqud” eposu, ədəbi düşüncə
 Azərbaycan şifahi xalq ədəbiyyatı 
 
«Kitabi-Dədə  Qorqud»  eposunun  milli  ədəbi  düĢüncənin 
inkiĢaf  tarixinə  təsiri  barəsində  aparılmıĢ  tədqiqatların  ümumi 
məzmunu  göstərir  ki,  «Dədə  Qorqud»  epik  ənənələrinin  milli 
ədəbi düĢüncəyə təsiri, əsasən, iki istiqamətdə olmuĢdur: 
1. Eposun Ģifahi xalq yaradıcılığına – folklora təsiri 
2. Eposun qədim və orta əsrlər yazılı ədəbiyyatına təsiri. 
Dastanın folklora təsirindən danıĢarkən bir cəhət diqqətdən 
qaçırılmamalıdır.  «Kitabi-Dədə  Qorqud»  qədim  türk-oğuz 
dastançılıq ənənəsinin məhsuludur və özünəqədərki epik ənənələr 
bu  dastanda  parlaq  Ģəkildə  təcəssüm  olunmuĢdur.  Ona  görə 
tədqiqatçılar  «Dədə  Qorqud»la  təkcə  ümumtürk,  yaxud  Azər-
baycan  dastanları  arasında  yox,  eyni  zamanda  dünya  dastanları 
arasında oxĢarlıqlar və paralellər aĢkarlamıĢlar. QorqudĢünas alim 
H.Məmmədli  yazır  ki,  «Dədə  Qorqud»  abidəsindəki  bir  sıra 
motivlər  dünya  xalqlarının  qədim  və  möhtəĢəm  dastanları  ilə 
səsləĢir,  hətta  burada  türk  dünyasının  zəngin,  çoxĢaxəli  tarixi  və 
mədəni  ənənələrini  özündə  əks  etdirən  qədim  və  orta  əsrlərdə 
yaranmıĢ  yazılı  dastanlarla  da  maraqlı  və  nəzərə  çarpacaq  qədər 
oxĢar,  paralel  məqamlar  vardır.  Belə  ənənəvi  oxĢarlıqlara 
«Bilqamıs»,  «Nart»,  «Mahabharata»,  «ġahnamə»,  «Əhməd  Ha-
rami»,  «Vərqa  və  GülĢa»,  «Mehr  və  MüĢtəri,  «AlpamıĢ»,  «Ma-
nas», «Rüstəmxan», «Qurbani», «AĢıq Qərib», «Tahir və Zöhrə», 
«Abbas və Gülgəz», «ġah Ġsmayıl və Güllüzar», «Koroğlu» kimi 
məhəbbət  və  qəhrəmanlıq  dastanlarında,  həmçinin  Füzulinin  və 
Nizaminin poemalarında rast gəlmək olar (1, 182). 
Müəllif  problemə  motivlər  əsasında  yanaĢaraq  «Dədə 
Qorqud» eposundakı  «ölüm xofu, ölümdən qaçma və ya ölümün 
əvəz  edilməsi,  bağıĢlanması»,  «oğlanla  qızın  qarĢılaĢması», 
«övladsızlıq», «xəyanət», «Allaha inam, Tanrı sevgisi» kimi mo-
tivlərlə  dünya  eposları,  qədim  və  orta  əsrlər  Azərbaycan  ədə-
biyyatına  aid  poemalar  və  Azərbaycan  məhəbbət  dastanları 
arasında  maraqlı  tipoloji  və  genetik-tipoloji  paralellər  apararaq, 


 
~ 51 ~ 
diqqəti  səsləĢmələrə,  oxĢarlıqlara  və  analogiyalara  (eyniyyətlərə) 
cəlb etmiĢdir (1, 182-197). 
«Kitabi-Dədə Qorqud» eposunun bu qədər geniĢ və müxtəlif 
etnik-mədəni  arealların  epos  mədəniyyəti  ilə  səsləĢməsi  eposun 
tarixi  inkiĢaf  xüsusiyyətləri  ilə  bağlıdır.  Qədim  dünyanın  epox-
alarına  «yoldaĢlıq»  etmiĢ  dastan  dünya  mədəniyyətinin  parlaq 
ənənələrini  öz  yaddaĢına  «yazmıĢdır».  Bu  məsələ  barəsində 
eposun  ən  məĢhur  tədqiqatçılarından  olan  görkəmli  alim 
V.M.Jirmunskinin gəldiyi nəticələr səciyyəvidir. O, «Kitabi-Dədə 
Qorqud»  eposunun  yarandığı  tarixi-mədəni  epoxa  və  areallara 
diqqət  edərək  yazır  ki,  «Qorqud  kitabı»  oğuz  söyləyiciləri  olan 
ozanların danıĢdıqları epik hekayət və nəğmələrin yazı nüsxəsini 
və yazılaĢmasını (yazılı abidəyə çevrilmə prosesini – Y.Ġ.) təqdim 
edir.  Bu  hekayətlər,  yaxud  Bartoldun  adlandırdığı  kimi  «bılin-
alar»  («Oğuznamə»)  müxtəlif  vaxtlarda  və  müxtəlif  söyləyicilər 
tərəfindən qismən Orta Asiya ərazisində, Sırdəryanın aĢağı ətraf-
larında  (IX-X  əsrlər),  qismən  oğuzların  yeni  vətənində,  Zaqaf-
qaziyada  (Azərbaycan)  və  Kiçik  Asiyanın  qonĢu  rayonlarında 
(XI-XV əsrlər) yaranmıĢdır (2, 629).  
Yeri  gəlmiĢkən,  eposun  tarixin  dərinliklərinə  uzanan  kök-
ləri,  müxtəlif  tarixi  epoxaları  öz  yaddaĢında  əks  etdirməsi 
tarixçilərə onu Ģifahi tarixi mənbə kimi götürməyə əsas vermiĢdir. 
Prof. Y.Mahmudlunun qənaətincə, bu dastan «oğuzların, xüsusilə 
Azərbaycan  türklərinin  qədim  və  orta  əsrlər  tarixini  araĢdırmaq 
baxımından  bir  tarixi  mənbə  kimi  əvəzsizdir»  (3,  12).  Prof. 
Ġ.Vəliyev  «Kitabi-Dədə  Qorqud»la  Ģumer  tarixinin  epik  izləri,  o 
cümlədən  Ģumer  eposu  «Bilqamıs»  arasında  süjet,  ideya,  fikir, 
poetik üslub, obraz paralelləri aĢkarlamıĢdır (4, 32). 
«Kitabi-Dədə Qorqud»un nəhəng tutuma və qlobal ölçülərə 
malik  poetik  yaddaĢı  onu  bir  abidə  kimi  lokal  zamanla,  məhəlli 
poetik  ənənə  ilə  məhdudlaĢdırmağa  imkan  vermir.  Bu  yaddaĢ  o 
qədər  geniĢdir  ki,  onun  qədim  yunan  eposu  ilə  bağlılığı 
tədqiqatçılara  ayrıca  monoqrafik  axtarıĢlar  aparmağa  imkan 
vermiĢdir.  Prof.  Ə.Sultanlı  «Dədə  Qorqud»u  qədim  yunan  epos-
ları  «Ġliada»  və  «Odisseya»  ilə  paralellərinin  7  ümumbəĢəri 
motivə  («Ata  ilə  oğulun  vuruĢu»,  «QardaĢ  ilə  qardaĢın  üz-üzə 
gəlməsi», «Ər öz niĢanlısının toyunda», «Qəhrəmanın Təpəgözlə 
vuruĢu», «Oğula ana haqqında Ģər atmaq», «Ölməli olan ərin ata-
anaya müraciəti, rədd cavab alması, arvadı ər üçün ölümə gedir», 
«Qəhrəmana  fövqəladə  güc  aĢılamaq»)  əsaslandığını  xüsusi 
vurğulamıĢdır (5, 41). Prof. K.Abdulla eposun poetikasının dərin 


 
~ 52 ~ 
qatlarına  dair  ardıcıl  Ģəkildə  apardığı  tədqiqatlarında,  xüsusilə 
«Sirr  içində  dastan  və  yaxud  gizli  Dədə  Qorqud  –  2»  monoq-
rafiyasında  qədim  yunan  eposunun  obrazlar  qalereyası  ilə 
«Qorqud»  eposunun  obrazları  arasında  bəzən  heyrət  doğuracaq 
qədər  oxĢar  olan  paralellər  aĢkarlamıĢdır  (6).  Prof.  Q.Kazımov 
yunan-oğuz epos paralellərini qədim oğuz tayfalarının axeylər və 
baĢqa  hindavropalılar  ilə  qonĢuluğu  kontekstində  nəzərdən 
keçirərək  tipoloji  oxĢarlıqların  genetik  köklərə  malik  olması 
qənaətinə gəlmiĢdir (7, 75).  
Prof.  A.Nəbiyev  eposun  Azərbaycan  dastançılıq  ənənəsinə 
təsirindən  danıĢarkən  göstərir  ki,  «Kitabi-Dədə  Qorqud»un 
formalaĢdırdığı  dastançılıq  ənənələri  özündən  sonrakı  dastan 
yaradıcılığına  təsir  etmiĢ,  Azərbaycan  dastançılığı  həmin  ənənə 
əsasında  inkiĢaf  edib  çiçəklənmiĢ  və  orta  əsrlərin  dastançılığı 
yaranmıĢdır.  Bu  ənənə  orta  əsr  dastanlarına  forma  və  məzmun 
gözəlliyi  bəxĢ  etdiyi  kimi,  türk  düĢüncəsi  üçün  yeni  impro-
vizatorçu  tipini  –  aĢığı  və  aĢıq  sənətini  yaratmıĢdır.  Həmin  das-
tançılıq  ənənəsi  ġərq  və  dünya  eposunun  bir  çox  füsunkar  süjet, 
motiv  və  obrazını  orta  əsrlər  Azərbaycan  dastançılığına  ötür-
müĢdür. «Kitabi-Dədə Qorqud»un təsiri kimi təqdir olunan bütün 
bu  rəngarəngliklər  isə  sadəcə  təsirlə  məhdudlaĢa  bilməzdi,  bu, 
vahid bir yaradıcılıq ənənəsi idi ki, oğuz eposundan sonrakı bütün 
orta  əsr  dastanlarına  –  «AĢıq  Qərib»ə,  «Novruz  və  Qəndab»a, 
«Səlim  Ģah»a,  «Alı  xan  və  Pəri  xanım»a  və  s.  cap  olmuĢdur. 
«Koroğlu» improvizəsində yenidən əzəli kökünə qayıtma meylini 
əks  etdirmiĢ,  qaçaqçılıq  dastanlarında  öz  ətri  və  rayihəsini 
qoruyub  saxlamıĢdır.  «Kitabi-Dədə  Qorqud»  ənənələri  bu  gün 
orta  əsr  məhəbbət  dastanlarında,  eləcə  də  sonrakı  mərhələlərdə 
yaranmıĢ qəhrəmanlıq süjetlərində yeni yaradıcılıq prosesi keçirir. 
Bu isə oğuz eposunun erkən qaynaqlar və yaradıcılıq nəhrləri ilə 
daha dərin köklərlə bağlılığını bir daha təsdiqləyir» (8, 12). 
Prof.  A.Nəbiyevin  «Kitabi-Dədə  Qorqud»un  Azərbaycan 
dastançılıq ənənəsinə təsirini «vahid bir yaradıcılıq ənənəsi», yəni 
ümumoğuz  eposunun  –  «Oğuznamə»nin  təsiri  kimi  izah  etməsi 
məsələnin  məntiqi  cəhətdən  düzgün  qoyuluĢudur.  «Kitabi-Dədə 
Qorqud»da  yaĢayan  və  onun  vasitəsilə  ötürülən  poetik  ənənələr 
ümumən  «oğuznamə»  epik  ənənəsidir.  Tədqiqatlarda  indi  bu 
aspekt daha dolğun və əhatəli hesab olunur. «Koroğlu» dastanını 
arxaik  oğuz  eposunun  transformativ  törəməsi  hesab  edən  koroğ-
luĢünas E.Abbasov Koroğlu obrazının dastanın müxtəlif «versiya 
və  variantlarında  yer  alan  keyfiyyətlərinin  onun  Oğuz  obrazının 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə