MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə20/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

 
~ 59 ~ 
pisliklərdən  çəkindirməyə  çalıĢmıĢ,  humanizmi,  xeyirxahlığı, 
mənəvi təmizliyi və kamilliyi təbliğ etmiĢdir. Bu baxımdan aĢığın 
―Ruh  və  nəfs  dastanı‖  insanın  daxili  aləmindəki  dualizmin  – 
xeyirlə  Ģərin  mübarizəsinin  bədii  ifadəsi  kimi  dolğun  məzmuna 
malikdir.  Bu  dastan  Azərbaycan  və  türk  xalqlarının  aĢıq  mü-
hitlərində geniĢ yayılmıĢ deyiĢmə Ģəklində qələmə alınmıĢdır. 
Məlumdur  ki,  aĢıq  ədəbiyyatında  deyiĢmə  xüsusi  bir 
mərasimdir.  FolklorĢünas  M.Həkimovun  qeyd  etdiyi  kimi  ―həm 
Ģifahi,  həm  də  yazılı  ədəbiyyatda  geniĢ  yayılmıĢ  bir  formadır. 
DeyiĢmədən klassik aĢıqlarımız öz rəqiblərinə qarĢı ən tutarlı bir 
vasitə kimi istifadə etmiĢdir‖ (2, 454). Ağbaba-Çıldır aĢıq mühi-
tində  bir  janrın  həm  lirik,  həm  də  epik  örnəkləri  ayrı-ayrı 
dövrlərdə  fəaliyyət  göstərən  saz-söz  ustalarının  sənətkarlıq 
məharətini nümayiĢ etdirir. 
―Ruh  ilə  nəfs  dastanı‖nda  AĢıq  Sümmani  adları  çəkilən  bu 
iki  mücərrəd  məfhumu  qarĢılaĢdırmıĢ,  onlara  rəmzi-ürfani  məna 
verməklə özünün humanist fikirlərini ifadə etmiĢdir. ―Biri namərd 
olur,  biri  mərdanə‖  –  deyən  aĢıq  nəfsin  ədəb-ərkan  bilmədiyini, 
qızıl  qanlar  axıtdığını,  bir  qılıncla  yüz  minlərlə  insani  məhv 
etmək‖  istəyini  obrazlı  ifadələrlə  dilə  gətirərək  onun  qeyri-
humanist keyfiyyətlərini açıb göstərmiĢdir: 
 
Nəfs der yoluma məhbubdur cahan
Aldanır bu yolda çox axmaq insan
Haram yeməyincə olmam Ģadiman, 
Ġstər fələk etsin, istər ziyana. (1, 412) 
 
Ruh  nəfsin  bu  əməllərinə  qarĢı  çıxır.  Ruh  bir  sıra  bədii-
fəlsəfi  əsərlərdə  olduğu  kimi,  yaxĢılığı,  mənəvi  kamilliyi  təmsil 
edir.  Bu  baxımdan  ruhla  nəfsin  dialoqu  dini-ürfani  səciyyə 
daĢıyır.  Ruh  nəfsin  tam  əksinə  olaraq  ―insanların  axirətdə  ulu 
divana  üzü  ağ  yürümələrini‖  arzulayır.  Bu  arzu  ilə  onun  nəfsi 
insanın  mənəvi  aləmindən  qovmağa  çalıĢması  sufi  yolçunun 
müqəddəs  məramını  əks  etdirir.  Sufi  fəlsəfəsinə  görə,  ―ruh  ilə 
nəfs eyni Ģeydir. Ancaq insan yaxĢı Ģeylərə yönəlincə ruh, dünya 
iĢlərinə və pisliklərə yönəlincə nəfs adını alır. ... Təsəvvüfdə nəfsə 
qalib gəlmək böyük cihaddır. Bu da yaxĢı əməl və Allahın rizası 
ilə mümkündür‖ (4, 387). AĢıq Sümmani də bu dini-ürfani düĢün-
cəni  ifadə  etməklə  mənəvi  kamilliyin  baĢlıca  Ģərtlərini  poe-
tikləĢdirmiĢ,  daha  dəqiq  desək,  bir  sənətkar  kimi  özünün  dini-
fəlsəfi görüĢlərini əks etdirmiĢdir. 


 
~ 60 ~ 
Ruhla  nəfsin  mübarizəsində  ruhun  qələbəsinə  olan  inam 
AĢıq  Sümmanini  insanın  nəfsdən  təmizlənməsi,  mənəvi  saflaĢ-
ması təsəvvüf təlimi ilə eyni məqamda birləĢdirir. Ustad sənətkar 
üçüncü  bir  surətin  –  Əzrail  obrazının  vasitəsi  ilə  bu  məqamın 
dini-ürfani  semantikasını  gerçəkləĢdirir.  Ruh  kimi  Əzrail  də 
burada  nəfsə-Ģərə  qarĢı  barıĢmaz  mövqedə  dayanaraq  humani-
zmin  təntənəsini  nümayiĢ  etdirir.  Əzrailin  gəliĢi  ilə  nəfsin 
gözlərini tutan maddi dünyanın pərdəsi qalxır, o uca Yaradandan 
imdad diləyərək ilahi həqiqətin qaçınılmazlığını dərk edir: 
 
Nəfs der aldandım özüm özümə
Daim yürü idim kəndi sözümə 
Ağlı olan ayaq basmaz izimə
Axır peĢimanlıq verir insana. (1, 414) 
 
Əxlaqi-didaktik  fikirlərlə,  ―ağlı  idrak  edib  nəfsdən  islah 
olmaq‖  nəsihətamiz  çağırıĢı  ilə  yekunlaĢan  dastan  AĢıq  Sümma-
ninin  geniĢ  fəlsəfi-humanist  dünyagörüĢlü  bir  sənətkar  olduğunu 
təsdiqləyir. 
Ustad sənətkarın sufi məzmunlu dastanları sırasında ―Xəlib 
Ġbrahim  dastanı‖,  ―Ay  ilə  günün  dastanı‖,  ―Namaz  dastanı‖  və 
digərləri  təsəvvüf  simvolikası,  türkün  əski  düĢüncə  sisteminin 
mifoloji  motivləri  ilə  zəngindir.  Hətta  AĢıq  Sümmaninin  qəhrə-
manlıqdan, müharibə səhnələrindən bəhs edən dastanlarında belə, 
qeyd olunan keyfiyyətlər güclüdür. 
―Ġbrahim Xəlil  dastanı‖  türk-islam  zehniyyətində çox geniĢ 
yayılmıĢ  bir  əhvalata  –  Ġbrahim  peyğəmbərin  öz  oğlu  Ġsmayılı 
haqqın əmri ilə qurban kəsmək əhvalatına həsr olunmuĢdur. AĢıq 
Sümmani çox qədim dini-mifoloji köklərə bağlı olan bu rəvayəti 
olduğu  kimi  nəzmə  çəkməmiĢ,  vəfa  və  sədaqəti,  əqidə  bütöv-
lüyünü  və  bir  sıra  mənəvi  keyfiyyətləri  obrazlı  Ģəkildə  ifadə 
edərək  özünün  dini-ürfani  düĢüncələrini  əks  etdirmiĢdir.  BaĢqa 
sözlə, bu rəvayət nə qədər qədim olsa da, aĢıq ona müasirlik ruhu 
vermiĢ,  idey-məzmun  xüsusiyyətləri  ilə  insanın  kamilləĢməsinə 
güclü təsir edən bir əsər yaratmıĢdır. 
AĢığın  digər  mənzum  dastanlarında  olduğu  kimi,  bu 
dastanda  da  dünya  malının  hərisi  olmamaq,  kamil  məqama 
çatmaq  üçün  mənəvi  təmizlənməyə  can  atmaq  ideyası  dini-etnik 
yaddaĢın  bədii  təcəssümü  kimi  diqqəti  çəkir.  Sümmani  bu 
dünyaya  ürfani  nəzərlə  baxmaq  üçün  Qarun,  Süleyman  kimi 
əfsanəvi-tarixi  Ģəxsiyyətlərin  aqibətindən  ibrət  almağı  tövsiyə 


 
~ 61 ~ 
edir.  Bu  cür  əxlaqi-ürfani  tövsiyələri  ilə  AĢıq  Sümmani  dini  və 
dünyəvi  elmləri  dərk  edən  və  dərk  etdiklərini  ümumiləĢdirməyi 
bacaran  bir  sənətkar  məqamına  ucalır.  Bu  məqamın  ucalığı 
Əhməd  Yəsəvidən,  Yunis  Ġmrədən,  Hacı  BəktaĢidən...  və  daha 
neçə-neçə  sufi  filosofların  düĢüncə  sistemindən  süzülüb  gələn 
kamilliyi bizə xatırladır: 
 
Dağılan dövləti bilmək istəsən
Havayı həvəsə getmək istəsən. 
Dünyanın əslinə yetmək istəsən, 
Qafdan Qafa hökm edən bax Süleymana. (1, 405) 
 
Dastanda  Ġbrahim  peyğəmbərin  oğlu  Ġsmayılı  qurban  kəs-
məyə apararkən bir ata kimi çəkdiyi iztirab və həyəcanlar, verdiyi 
sözə  əməl  etmək  üçün  göstərdiyi  fədakarlıq,  daxili  əzm  və 
dəyanət təsirli bir dillə qələmə alınmıĢdır. Obrazlı ifadələr, silsilə 
epitet  və  təĢbehlər,  metafora  və  mübaliğələr  bu  səhnəni  əlvan 
çalarlarla zənginləĢdirir, emosionallığı daha da gücləndirərək ona 
yeni effektlər əlavə edir. 
Türkiyə  folklorĢünaslarının  (X.Rayman,  N.Yağmurdərəli, 
A.Erkal və b.) araĢdırmalarından bəlli olur ki, atası Həsən ağanın 
savadlı bir Ģəxs olmasına baxmayaraq, Sümmani oxuyub yazmaq 
bilməmiĢdir. Lakin bir çox saz-söz sənətkarı kimi, AĢıq Sümmani 
də  Ģifahi  yolla  dünyagörüĢünü  zənginləĢdirmiĢ,  xüsusilə  dini 
biliklərə  dərindən  yiyələnmiĢdir.  Bu  cəhəti  aĢığın  sufi  poe-
ziyasından daha aydın görmək olar. 
Məlumdur  ki,  müqəddəs  kitabımız  ―Quran‖ın  ―Əs-Saffat‖ 
surəsinin 99-107-ci ayələrində Ġbrahimin öz oğlu Ġsmayılı qurban 
kəsmək istəməsi və əhdinə sədaqətli  olduğuna  görə ulu  Tanrının 
onun  qurbanlığını  bir  qoçla  əvəz  etdiyi  bütün  təfərrüatları  ilə 
təsvir olunmuĢdur. ―Xəlil  Ġbrahim dastanı‖nın  məzmunu  göstərir 
ki,  Açıq  Sümmani  nəinki  bunları  dərindən  bilmiĢ,  həm  də  bu 
ibrətli  dini  hadisə  ilə  bağlı  bir  sıra  qissə  və  hədislərdən  də 
xəbərdar  olmuĢdur.  Dastanın  süjetinə  Ģeytan  obrazının  daxil 
edilməsi, müəllifin özünün fərdi düĢüncələri fikrimizi təsdiqləyir. 
ġeytan  Ġsmayılı  və  onun  anası  Həcəri  haqq  yolundan 
azdırmaq istəsə də, buna nail ola bilmir. Hətta Ġsmayıl Ģeytanın bu 
fitnəsinə çox darılır və daĢ parçası ataraq onun bir gözünü tökür. 
―Lənət  sənə,  kor  Ģeytan‖  ifadəsi  də,  görünür  ki,  həmin  əhvalatla 
bağlı  yaranmıĢdır.  ―Ərəfat  dağına  yetiĢmədən  ərənlərin  pir 
otağına  daxil  olan‖  Ġsmayılın  haqqın  əmrinə  itaət  etməsi,  hətta 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə