MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə22/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

 
~ 65 ~ 
səviyyədə  tədqiq  edən,  dəyərli  faktlar  üzə  çıxaran  ilk  ədə-
biyyatĢünaslardan biridir.  
Nizami  Gəncəvi  xalq  kəlamlarından,  atalar  sözü  və  zərb 
məsəllərdən çox geniĢ Ģəkildə yaradıcılığında yararlanmıĢdır. ġair 
bəzən  atalar  sözlərini  olduğu  kimi  iĢlətmiĢ,  bəzən  məzmunun 
saxlamıĢ, fikrini ifadə etmək üçün həmin atalar sözündəki ideyanı 
əsas  götürərək  öz  bədii  fikrini  qüvvətli  ifadə  etməyə  nail 
olmuĢdur. H. Araslı «Nizami və Azərbaycan xalq ədəbiyyatı» adlı 
məqaləsində yazır: «Nizami yaradıcılığının qüdrətini Azərbaycan 
mədəniyyətinin  inkiĢafı  ilə  izah  edərkən,  bu  qüdrətin  əsas 
təməlini  təĢkil  edən  zəngin  və  qüdrətli  Ģifahi  xalq  yaradıcılığını 
xatırdan  çıxarmaq  olmaz.  Çünki  bütün  ġərq  Ģairlərindən,  xalq 
həyatına  və  xalq  məiĢətinə  yaxınlığı  və  bağlılığı  ilə  fərqlənib, 
Azərbaycan  xalqının  milli  xüsusiyyətlərilə  ayrılmaz  dərəcədə 
əlaqədar  olan  Nizami,  zəngin  Ģifahi  xalq  ədəbiyyatı  ilə  tərbiyə-
lənib,  öz  yaradıcılığını  da  ondan  bacarıqla  istifadə  yolu  ilə 
rövnəqləndirmiĢdir» (1, 9). 
 Milli köklərə, milli adət-ənənələrə bağlı sənətkar xalq düha-
sından su içib. Tədqiqatçılar fikirlərində haqlıdır ki,  «Uzaqgörən 
ağıllı nə  gözəl  demiĢdir:  «Dil  ətdən, qılınc dəmirdən», bu sözlər 
qızıl su ilə yazılmalıdır: «Dəvə sahibi nə əkibsə, dəvəçi də elə onu 
biçəcək», «Qeybdən mənə xəlvətcə bir səs gəldi: «Borcu o qədər 
al ki, onu verə biləsən», «Məgər o yolun xidmətçisindən eĢitmədi 
ki,  «Kim  quyu  qazsa,  özü  quyuya  düĢər»,  «Deyənlərin  Ģahı  belə 
məsəl  çəkdi  ki,  axtaranlar  taparlar»  və  s.  Bizcə,  «Uzaqgörən 
ağıllı»,  «Bu  sözlər  qızıl  su  ilə  yazılmalıdır»,  «Qeybdən  mənə 
xəlvətcə  bir  səs  gəldi»,  «O  yolun  xidmətçisi»  «Deyənlərin  Ģahı 
belə məsəl çəkdi» və s. bu və ya bunun kimi onlarca cümlələr tam 
mənası ilə xalqdan alındığına açıq-aydın iĢarədir» (2-284). 
C. Xəndan Nizaminin poemalarının dili, bədii xüsusiyyətləri 
haqqında  danıĢır,  nümunə  olaraq  «ġərəfnamə»nin  bədii  dəyərini 
araĢdırır, burada Ģairin xalq yaradıcılığından «geniĢ və səmərəli» 
istifadə  etməklə  bu  mövzunun  «ayrıca  tədqiqə  layiq»  olduğunu 
vurğulamaqla  yanaĢı,  Ģairin  xalq  poeziyasından  istifadə  etməklə 
yaratdığı  dəyərli  «aforizmlər,  dillərdə  əzbər  olası  ifadələr» 
üzərində xüsusi olaraq dayanır. «ġərəfnamə» bölməsinin əvvəlin-
də  «Xızırın  Nizamiyə  təlimi»  hissəsində  «səvab  etmək  üçün 
vasitəçi  olmalısan  ki,  nə  ĢiĢ  yansın,  nə  kabab»  misralarında 
insanın hər bir iĢə ehtiyatla, ədalətlə yanaĢma fikri təbliğ olunur. 
NüĢabənin tərifi zamanı Ģair onun cəsarətini, ağlını, qabiliyyətini, 
Ģücaətini  xalqdan  gəlmə  ifadələrlə  yüksəklərə  qaldırır,  «Aslanın 


 
~ 66 ~ 
erkəyi,  diĢisi  olmaz»  atalar  sözüylə  NüĢabənin  cəsurluğu,  qorx-
mazlığı, mərdliyi fikrini daha da qüvvətləndirmiĢ olur. 
 ġair «ġərəfnamə»də xalqın müdrik kəlamlarına arxalanaraq 
«səbir, qıfıllar açmaq üçün açardır// səbir edəni heç kəs peĢiman 
görməyib!»,  «Ovda  səbirsiz  olan  Ģəxsin,  oxu  niĢanədən  (hədəf-
dən) uzaq düĢər» və s. kimi səbirli olmağı tövsiyə edən nəsihətləri 
müasir  tədqiqatçıların,  nizamiĢünasların  tədqiqatlarında  geniĢ 
Ģərhini  və  təhlil-tədqiqini  tapıb.  C.Xəndan  hələ  keçən  əsrin  ilk 
onilliklərində  Nizaminin  yaradıcılığına  rövnəq  verən,  onun  əsər-
lərinin bədii təsir gücünü artıran bu keyfiyyətləri görür, tədqiqatçı 
kimi  dəyərli  fikirlərini  söyləyir.«Ortada  nə  kabab  yansın,  nə  də 
ĢiĢ»,  «hər  vaxtsız  banlayan  xoruzun  gərək,  durmadan  baĢını 
bıçaqla  kəsmək»,  «el  ilə  qara  gün  bayramdır,  toydur»,  «aslanın 
erkəyi,  diĢisi  olmaz»,  «hər  bir  yerin  dovĢanını,  yenə  də  o  yerin 
tazısı  tutar»  və  s.  Bu  aforizmlərdə  nəsihət,  xalq  hikməti,  dərin 
fəlsəfi,  ictimai  fikirlər,  həyati  təcrübədən  alınan  nəticələr  ifadə 
olunmuĢdur» (3, 150). 
 «Hər  vaxtsız  banlayan  xoruzun  gərək,  durmadan  baĢını 
bıçaqla kəsmək» ifadəsi «Vaxtsız banlayan xoruzun baĢını kəsər-
lər» atalar sözünə bənzəyir. Tədqiqatçılar bu ifadədən Ģairin dönə-
dönə yararlandığını bildirirlər. «ġərəfnamə»də: 
 
Vaxtsız (yersiz) banlayan xoruzun, 
BaĢını səhər tezdən kəsmək lazımdır! 
«Xosrov və ġirin» poemasında: 
Əgər vaxtsız sürsən, pusqunda durarlar, 
Vaxtsız banlasan, baĢını kəsərlər. 
 
«Göründüyü  kimi,  Ģair  çalıĢmıĢdır  ki,  xalqın  sınaqdan 
keçirmiĢ  olduğu  bu  atalar  sözünün  məzmunun  saxlasın  və  buna 
nail olmuĢdur» (2-273-274). 
C.Xəndanın qısa da olsa söylədiyi dəyərli tədqiqatlar sonra-
lar Nizami  yaradıcılığında folklor, xalq  yaradıcılığı məsələlərinin 
geniĢ  Ģəkildə  təhlil  və  tədqiqatına  yol  açmıĢ,  bu  sahədə  onlarla 
dəyərli  fikirləri  özündə  ehtiva  edən  namizədlik,  doktorluq  iĢləri 
yazılmıĢdır. 
Tədqiqatçı  T.Xalisbəyli  fikirlərində  haqlıdır  ki,  Nizami 
«əsərlərinin zinəti saydığımız atalar sözləri və zərb məsəllərə hər 
an rast gəlmək olur. ġair belə nümunələri gəliĢi gözəl olmaq üçün 
seçmir,  iĢlənmə  məqamına,  yerinə,  amalına,  məqsədinə  müvafiq 


 
~ 67 ~ 
yerdə iĢlədir» (2-275). ġairin «inci dənələri kimi» əsərin müxtəlif 
yerlərinə «səpələnmiĢ» aforizmlərinə diqqət yetirir: 
 
Qızıl öz vəznini versə arpaya, 
Qızıl qiymətiylə çıxar ortaya. 
Ümidin sönməsin dünya olsa dar
Hər qara buluddan ağ yağıĢ yağar. 
Kəhrəba olsa da əqrəb quyruğu
Yenə də əqrəbdir, zəhərlidir bu. 
Ġskəndər gülərək söylədi cavab: 
Gizlində qalmağı sevməz afitab! 
Dövran acizlərə olsa mehriban
QarıĢqa oxuyar ilana meydan. 
 
Nizaminin folklorla bağlılığı, əsərlərində xalq yaradıcılığın-
dan  yaradıcı  Ģəkildə  yararlanması,  mənsub  olduğu  xalqın  mədə-
niyyəti,  adət-ənənəsi,  etnoqrafiyası,  mifologiyası,  folkloru  haq-
qında tədqiqatçılar C.Xəndanın öz zamanında M.Əlizadə («Niza-
mi  yaradıcılığında  Azərbaycan  folklorunun  təsiri.  «Ədəbiyyat» 
qəzeti, 24 iyun, 1938, №29), M.Ələkbərov («Nizami Gəncəvi və 
Azərbaycan  xalq  yaradıcılığı»,  «Azərbaycan  məktəbi»  jurnalı, 
Bakı. 1938), H.Araslı («Nizamidə xalq sözləri və xalq ifadələri». 
SSRĠ EA Azərbaycan filialı xəbərləri, 1942, №8, H.Araslı. Niza-
mi Gəncəvi. AzərnəĢr. Bakı. 1947), Ə.Axundov (Nizami Gəncəvi 
və xalq  yaradıcılığı. Azərbaycan. SSR EA xəbərləri. Bakı, 1954, 
№2)  maraqlı,  dəyərli  araĢdırmalar  aparmıĢ,  müasir  dövrümüzdə 
nizamiĢünaslar bu tədqiqatların elmi-nəzəri dəyərlərinə əsaslana-
raq araĢdırmalarını, tədqiqatlarını daha da geniĢləndirir. 
Nizaminin xalq yaradıcılığı – folklorla bağlılığının sonralar 
bu  mövzuda  xüsusilə  R.Azadənin  «Nizami  Gəncəvi  (həyatı  və 
sənəti)»  monoqrafiyasında  geniĢ  təhlil  və  tədqiqatı  diqqətə-
layiqdir.  «Nizami  və  folklor»,  «Nizami  sənətinin  Ģifahi  qaynaq-
ları»,  «Xalq  Ģeirinə  Nizami  təsiri»  kimi  hissələrdə  Ģairin  yara-
dıcılıqla bəhrələndiyi türk-ġərq folklor qaynaqları araĢdırılır. Tağı 
Xalisbəylinin  «Nizami  Gəncəvi  və  Azərbaycan  qaynaqları» 
əsərində  Ģairin  yaradıcılığının  folklorla  bağlılığı  geniĢ  araĢ-
dırılmıĢdır. C.Xəndan bu zəngin mövzuların Ģairin yaradıcılığında 
geniĢ  Ģəkildə  olduğunu  görmüĢ,  ilk  tədqiqatçı  kimi  Nizami  və 
folklor məsələsinin araĢdırılmasını lazım olan problemlərdən biri 
kimi alimlərin qarĢısına qoymuĢdur. Hələ keçən əsrin ilk illərində 
«Nizami və folklor» məsələsi haqqında maraqlı faktlar C.Xəndan 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə