MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə24/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   20   21   22   23   24   25   26   27   ...   113

 
~ 71 ~ 
son  iki  yüzillikdə  Nizami  ənənələri  sayəsində  yaranan  bədii 
əsərlərin  dəyərini,  məzmun,  ideya  gözəlliklərini  üzə  çıxarır. 
C.Xəndan  xüsusilə  XIX-XX  əsrin  ilk  illərində  Nizami  irsindən 
bəhrələnən  sənətkarların  yaradıcılığını  araĢdırmaqla,  tədqiqatçı, 
ədəbiyyatĢünas  kimi  maraqlı  fikirlərini,  mülahizələrini  müqa-
yisələrlə, təhlil və tədqiqatlarda zənginləĢdirmiĢ, Nizaminin Azər-
baycan  eləcə  də  dünya  ədəbi  prosesində  tutduğu  layiqli  yeri 
faktlarla  isbatlamağa  çalıĢmıĢdır.  «Nizami  Gəncəvi»,  «ġərəfna-
mə»nin  bədii  xüsusiyyətləri  haqqında»,  «Nizami  və  Seyid  Əzim 
ġirvani»,  «XIX-XX  əsr  Azərbaycan  ədəbiyyatında  Nizami  möv-
zuları»  və  s.  məqalələrin  həcmi  kiçik  olsa  da,  Nizami  poemaları 
geniĢ təhlil edilməsə də, «amma buna baxmayaraq onun poemalar 
haqqında  verdiyi  məlumat  o  dövr  üçün  Nizami  yaradıcılığını 
öyrənmək baxımından əhəmiyyətli olmuĢdur» (6, 51). 
 
Ədəbiyyat: 
 
1. N.Gəncəvi. «Yeddi gözəl». Filoloji tərcümə. Bakı: Elm, 1983 
2.  T.Xalisbəyli.  N.Gəncəvi  və  Azərbaycan  qaynaqları.  Bakı: 
AzərnəĢr, 1991 296 s. 
3. C.Xəndan. SeçilmiĢ əsərləri. Üç cilddə. I cild. Bakı: ÇaĢıoğlu, 
2010, 352 s. 
4.  Azərbaycan  ədəbiyyatı  tarixi.  Üç  cilddə.  I  cild.  Bakı:  Az  SSR 
EA NəĢriyyatı, 1960, 592 s. 
5. N.Araslı.N.Gəncəvi və türk ədəbiyyatı. Bakı: Elm, 1980, 206 s. 
6.  Azərbaycan  filologiyasının  aktual  problemləri.  (C.Xəndan 
Hacıyevin 100 illik yubileyinə həsr olunmuĢ elmi-nəzəri konfran-
sın  materialları),  XII  kitab,  Bakı:  Bakı  Universiteti  NəĢriyyatı, 
2010, 532 s. 
 
 
 


 
~ 72 ~ 
ШУКЮРОВА ГЮЛЬХАНИ 
 
ДЖАФАР ХАНДАН О ФОЛЬКЛОРНЫХ ИСТОЧНИКАХ 
В ТВОРЧЕСТВЕ НИЗАМИ 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: Джафар Хандан, фольклор, 
 пословицы Низами, поэма  
 
В статье «Джафар Хандан о фольклорных источниках в 
творчестве Низами» автор отмечает, что Низами пользовался 
фольклорными источниками. Исследователь пишет о богатом 
национальном  колорите  произведений  Низами  и  делает  ана-
лиз идейно-содержательных особенностей произведений Ни-
зами, рожденных благодаря фольклору. 
 
 
SHUKUROVA GULKHANI  
 
 
JAFAR KHANDAN DEALS ABOUT THE FOLKLORE 
SOURCES  OF NIZAMI’S CREATIVE ACTIVITY 
 
SUММАRY 
 
Key words: Jafar Khandan, folklore, proverbs, Nizami, 
 poem 
 
 
In  the  article  of  ―Jafar  Khandan  deals  about  the  folklore 
sources of Nizami’s creative activity‖ researcher was investigated 
about Nizami’s using chances of folklore, the richness of people’s 
spirit in his works, the content, idea qualities of his works benefit-
ting from folklore. 


 
~ 73 ~ 
       ETĠBAR TALIBLI 
 
 
BDU, dosent    
 
BƏHLUL DANƏNDƏ LƏTĠFƏLƏRĠ VƏ TƏSƏVVÜF 
MƏSƏLƏSĠNƏ DAĠR 
 
Açar sözlər: Bəhlul Danəndə, lətifə, Quran, təsəvvüf, xalq 
 sufizmi, dünya, axirət, qiyamət 
 
Azərbaycan  xalq  lətifələri  arasında  Bəhlul  Danəndə  lətifə-
ləri  xüsusi  yer  tutur.  Bəhlul  Danəndə  obrazının  və  onun  adı  ilə 
baglı  lətifələrin  janr  poetikasının  özünəməxsusluğu,  fərqliliyi 
haqqında tədqiqatçıların müĢahidə və fikirləri belə ümumiləĢdirilə 
bilər: 
Bəhlul Danəndə obrazı genezis baxımından ərəb folkloru ilə 
bağlıdır (13,3-6; 11,303-304; 2,62; 13,80-81); 
Bəhlul  Danəndə  lətifələri  Yaxın  ġərq  xalqlarının  –  ərəb, 
fars,  türk  xalqlarının  folklorunda  yayılmıĢdır,  əsas  qəhrəman  bu 
xalqların müĢtərək folklor obrazıdır (15,291; 2,62; 13,80); 
Bəhlul  Danəndə  divanə  (dəli,  axmaq)  görünüĢlü  müdrik 
(aqil, ağıllı) xalq fılosofu obrazıdır (2,62; 14,6); 
 
Bəhlul  Danəndə  lətifələri  həcmcə  nisbətən  geniĢdir, 
rəvayətə  yaxın  biçimdədir,  burada  tərbiyəvilik,  didaktika  qabarıq 
Ģəkildə təzahür edir (11,304; 15,290; 13, 4). 
Bəhlul  Danəndə  lətifələrinin  özünəməxsusluğu  bəzən  onun 
janrı  ilə  bağlı  mübahisəli  fıkirlərə  də  yol  açmıĢdır.  Sovet  dönə-
mində  bu lətifələrin toplanıb  nəĢr edilməsində xüsusi  əməyi  olan 
N.Seyidov  onları  ―ictimai-tərbiyəvi  əhəmiyyəti  olan  lətifəvari 
kiçik  hekayələr‖  (kursiv  bizimdir:  E.T.)  (11,4)  adlandırır.  Fikri-
mizcə,  özünün  ―Bəhlul  Danəndə  lətifələri‖  adı  ilə  çap  etdirdiyi 
kitaba  yazdığı  ön  sözdə  kitaba  daxil  edilən  mətnlərin  janrının 
lətifə olmasına Ģübhə və ehtiyatla yanaĢmasının səbəbi lətifə janrı 
nümunəsi  olaraq  Molla  Nəsrəddin  lətifələrinin  etalon,  dəyiĢməz 
və  yeganə lətifə forması  kimi götürülməsidir. Bunu N.Seyidovun 
aĢağıdakı  sözlərindən  də  görürük:  ―Bəhlul  lətifələri  dedikdə, 
―lətifə‖ sözünün Ģərtiliyi nəzərə alınmalıdır. Həm forma, həm də 
məzmun  cəhətdən  Molla  Nəsrəddin  lətifələrindən  tamamilə  fərq-
lənən  Bəhlul  lətifələri  ...  çox  vaxt  hekayə  xarakteri  daĢıyır‖  (14, 
4). Halbuki Molla Nəsrəddin lətifələri ən məĢhur, ən zəngin lətifə 
örnəkləri  olsa  da,  janrın  yeganə  modeli,  tipi  deyildir.  Burada 
Azərbaycan  lətifələrinin  janr  struktur  müxtəlifliyini,  ayrı-ayrı 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə