MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə21/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

 
~ 62 ~ 
israrla  atasını  bu  əmri  yerinə  yetirməyə  çağırması  bu  hadisənin 
ürfani-fəlsəfi  semantikasnın  baĢlıca  görüntülərini  müəyyən-
ləĢdirir.  Əslində  bu  görüntülərdə  ürfani  həqiqətlərlə  dünyəvi 
gerçəkliklər  poetik  bir  harmoniya  yaradaraq  AĢıq  Sümmaninin 
həyata  baxıĢını,  onun  əhdə  sədaət,  əqidə  uğrunda  fədakarlıq 
barədə dünyagörüĢünü, yüksək əxlaqi-estetik meyarlarını nümayiĢ 
etdirir: 
Əmri tutmayanın çox olur suçu
Tanımayan aləmdə bir ilə üçü
Haqq əmriylə Cəbrayıl endirdi qoçu 
Allahü-Əkbər-deyə ulu divana. (1, 410) 
 
Diqqət  edilsə,  bu  bəndin  hər  misrası  sufi  terminləri  ilə 
iĢarələnmiĢdir.  Fikrimizi  aydınlaĢdırmaq  üçün  ―aləm‖  kəlməsinə 
nəzər  salaq.  Təsəvvüfdə  ―aləm‖  Allahın  təcəllisi,  bəlirtisi  olaraq 
anlaĢılır.  ―Qurani-Kərim‖in  ilk  surəsinin-  ―Fatihə‖  surəsinin 
birinci ayəsi ―aləmlərin Rəbbi olan Allaha həmd olsun‖ sözləri ilə 
baĢlayır.  ―Aləm  ibrət  alınacaq  bir  məkan,  allahın  nəqĢidir.  Ġnsan 
aləmə  baxarkən  hər  zaman  Yaradanı  yada  salmalı,  onu  xatır-
lamalıdır‖ (4, 29). 
Həmin  misrada  iĢlənmiĢ  ―bir  ilə  üç‖  ifadəsi  ilə  AĢıq 
Sümmani  bir  olan  Allahı  və  dünyanın  mənəvi  idarəsində  söz 
sahibi  olan  ərənləri  iĢarələyir.  Sufi  dünyagörüĢündə,  ―üçlər  tanrı 
ərənlərinin  ən  uluları,  kainatın  idarəediciləridir‖  (4,  507). 
Bunlardan xəbərsiz olan insan ağır günahlarla yüklənər, heç vaxt 
kamillik  dərəcəsinə  yüksələ  bilməz.  Göründüyü  kimi,  AĢıq 
Sümmani  müxtəlif  rəmz  və  simvolik  ifadələrdən  sənətkarlıqla 
yararlanaraq ürfani düĢüncələrini poetikləĢdirmiĢ, dastanın sakral 
mahiyyəti  fonunda  dünyəvi  fikir  və  duyğularını  da  ifadə  etməyə 
müvəffəq olmuĢdur. 
Ümumiyyətlə, ―Xəlil Ġbrahim dastanı‖ dini mövzuda qələmə 
alınsa  da,  ideyanın  müasirliyi,  əxlaqi-nəsihətamiz  ruhun  insanın 
mənəvi tərbiyəsinə istiqamətlənməsi AĢıq Sümmanini novator bir 
sənətkar kimi səciyyələndirməyə əsas verir.  
Qeyd  etdiyimiz  kimi,  maraqlı  cəhətlərdən  biri  də  AĢıq 
Sümmaninin  qəhrəmanlıq,  əxlaqi-didaktik,  ailə-məiĢət  və  sair 
mövzularda qələmə aldığı mənzum dastanlarda da onun sufi kod 
və iĢarələrindən, təsəvvüf terminologiyasından istifadə etməsidir. 
Bu  ədəbi  -  ürfani  müraciət  üsulu  ilə  üstad  sənətkar  xeyirxah  və 
humanist bir məqsəd izləmiĢdir: doğma millətini, öz soydaĢlarını 
mənəvi  naqislikdən  təmizlənməyə,  haqqa  və  ədalətə  qulluq 


 
~ 63 ~ 
etməyə, Ģərə, nəfsin qulu olmağa qarĢı dayanmaq üçün kamilliyə 
can  atmağa.  Bu  mənəvi  ucalıq  AĢıq  Sümmaninin  keĢməkeĢli 
həyatında,  zəngin  və  mənası  yaradıcılığında  bütün  cizgiləri  ilə 
özünü göstərir. 
Ədəbiyyat:  
 
1.
 
Erkal A. AĢıq Sümmani. Erzurum, Fenomen yayınları, 2007 
2.
 
Həkimov M. AĢıq sənətinin poetikası. Bakı, Səda, 2004 
3.
 
Qurani-Kərim (ərəb dilindən tərcümə edənlər  Z.Bünyadov və 
V. Məmmədəliyev). Bakı, AzərnəĢr, 1992 
4.
 
Pala Ġ. Ansiklopedik divan Ģiiri sözlügü. I-II c. Ankara, Akçağ 
Yayınları, 1990 
АВТАНДИЛ АГБАБА 
 
ДАСТАНЫ В ПРОЗЕ АШЫГА СЮММАНИ 
 
РЕЗЮМЕ 
   
Ключевые слова: Ашыг Сюммани, дастаны, 
 фольклористика,  ашыгская  литература,  религиозная 
тема 
В  статье  исследуется  богатое  литературное  наследие 
Ашыга Сюммани. Ашыг Сюммани в устной форме обогатил 
свое  мировоззрение,  в  особенности  он  постиг  глубокие  ду-
ховные познания. Эта черта наиболее ясно прослеживается в 
суфийской поэзии ашыга.  
 
AVTANDIL AGBABA 
 
ASHUG SUMMANI’S PROSAIC DASTANS 
 
SUMMARY 
 
Key words: Ashug Summani, dastans, Folkloristic, the 
 ashug’s literature, a religious theme 
 
In the article is investigated the Ashug Summani’s rich liter-
ary heritage. Ashug Summani has enriched his outlook in the oral 
form,  in  particular  he  has  comprehended  deep  spiritual 
knowledge.  This  line  is  most  clearly  traced  in  the  ashug’s  Sufi 
poetry. 


 
~ 64 ~ 
ġÜKÜROVA GÜLXANĠ  
fil. ü. f. dok. 
AMEA Folklor Ġnstitutu 
 
CƏFƏR XƏNDAN NĠZAMĠ YARADICILIĞINDAKI 
FOLKLOR QAYNAQLARI HAQQINDA 
 
Açar sözlər: Cəfər Xəndan, folklor, atalar sözləri, Nizami, 
poema 
 
Cəfər Xəndan Azərbaycan ədəbiyyatının keçmiĢini, dünəni-
ni, yaĢadığı dövrü tədqiq edən, onu yaradan xalqın, onun qüdrətli 
sənətkarlarının  ədəbi  irsini  diqqətlə  öyrənən,  hər  bir  dövr 
zəminində tarixi Ģəraiti əsas götürməklə ideya-məzmun keyfiyyət-
lərini  təhlil  və  tədqiq  edən,  qiymətləndirən,  ədəbi  hadisələrlə 
ictimai hadisələrin əlaqəsini müəyyənləĢdirmək və bütün bunların 
nəticəsində  ədəbi  prosesin  inkiĢafını  dövrlər  üzrə  tədqiq  etmək, 
müntəzəm, ardıcıl, bir ədəbiyyat tarixi yaratmaq (3, s.VI) yolunda 
əzmlə çalıĢan dəyərli ədəbiyyatĢünaslarımızdandır. 
Cəfər  Xəndan  ədəbiyyatımızın  tarixini  yaratmaq  yolunda 
aparılan iĢlərdə yaxından iĢtirak etmiĢ, tarixi faktları araĢdırmaqla 
Azərbaycan  ədəbiyyatının  tarixi  inkiĢafı  prosesini  diqqətlə  izlə-
miĢ, elmi surətdə tədqiq etmiĢ, onları tarixi inkiĢaf prosesində də 
öyrənməyə çalıĢmıĢdır. O, çox gözəl bilirdi ki, «hər bir ədəbiyyat 
tarixinin  mükəmməlliyi,  birinci  növbədə,  orada  istifadə  olunan 
ictimai-tarixi,  elmi-ədəbi  materialın  zənginliyindən  və  yaxĢı 
öyrənilməsindən asılıdır. 
Əgər  tədqiq  edilən  tarixi  dövrün  ictimai-siyasi  vəziyyəti 
yaxĢı öyrənilməmiĢsə, bu və ya digər ədəbi hadisə və sənətkarlar 
haqqında  lazımi  monoqrafiyalar  yaradılmamıĢsa,  həmin  dövrün 
ədəbiyyatını  hərtərəfli  öyrənmək,  elmi  tarixini  yazmaq  da  çətin 
olar» (3, s.VI).  
Cəfər Xəndan fitri istedada, yaradıcılıq qabiliyyətinə malik, 
mifologiya,  folklor  mənbələrindən  faydalanmaqla  dərin  mənalı 
beytlər yaradan, bədii dilimizi zənginləĢdirən, xalq ruhuna uyğun, 
orijinal  bir  formada  əsərlər  yaradan,  «xalqın  yaratdığı  nə  varsa, 
onu  əldə  edib,  məqsəd  və  amalına  uyğun  Ģəklə  salaraq  yenidən 
xalqa  qaytaran»  (3,  8)  Nizami  Gəncəvinin  həyat  və  yaradıcılığı, 
əsərləri  haqqında  dəyərli  məlumatlar  verən,  onun  yaradıcılığını 
qısa  Ģəkildə  olsa  da,  amma  geniĢ  təhlil  və  tədqiqlərə  malik  bir 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə