MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə23/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

 
~ 68 ~ 
kimi  ilk  tədqiqatçı  alimlərimizin  tədqiqatlarında  öz  əksini  tapır. 
Sonralar  elm  inkiĢaf  etdikcə,  zəngin  araĢdırmalar  bu  mövzunun 
dərinliyini,  zənginliyini  üzə  çıxardı.  Nizaminin  xalq  arasında 
dinlədiyi  nağıl,  əfsanə,  rəvayətlərin  əsasında  maraqlı,  yığcam 
süjetli  yüksək  bədii  dəyərə  malik  əsərlər  yaratdığı,  qidalandığı 
mənbənin  əsasən  Azərbaycan-türk Ģifahi  xalq  ədəbiyyatı olduğu, 
xalqa yaxın Ģairin onların istək və arzularını bədii Ģəkildə qələmə 
aldığı,  qədim  adət-ənənələrin  bu  nümunələrdə  yaĢadıldığı,  «öz 
fikir  və  ideyalarını,  arzu  və  istəklərini,  elmi  və  tarixi  düĢün-
cələrini  bədii  Ģəkildə  müxtəlif  yollarla»  oxucuya  çatdırdığı, 
«rəngarəng  boyalı  bu  ədəbiyyatın  N.Gəncəvinin  «Ģeir  və  sənət 
dünyasının  örnək  mənbəyi»  olduğu  araĢdırmalarında  geniĢ  təhlil 
və tədqiq edilmiĢdir.  
Nizaminin  yaradıcılığındakı  bədii  təsvir  və  ifadə  vasitələ-
rindəki «ümumiləĢdirici qüvvə» Cəfər Xəndanın diqqətindədir və 
bunun sayəsində Ģairin ən adi misralarının da bəzən aforizm kimi 
səsləndiyini qeyd edən tədqiqatçı bildirir ki, «onun bədii təsvir və 
ifadə  vasitələrinin  üstünlüyü  onların  sadəliyindədir»  (3-151). 
Nümunələrə  istinad  edir:  «Məsələn,  gecə  ilə  gündüz  haqqında 
danıĢdıqda: 
«Bu fələk səninlə deyildir can bir
Tikdiyi libaslar iki rənglidir», 
 
Yaxud,  özünü  günəĢ  adlandıran  Ġskəndərə  Daranın  yazdığı 
məktubda aĢağıdakı sözləri oxuyuruq: 
 
Əgər Rum elinə çəksəm ordular, 
Tozundan günəĢin gözü kor olar. 
 
Burada günəĢ sözü həm günəĢə, həm də Ġskəndərə iĢarədir. 
 
Əsgər hər tərəfdən bürüdü düzü, 
Qatdı bir-birinə gecə-gündüzü. 
 
Burada  gecə  qara zəncilərə,  gündüz isə ağ  rumlulara  təĢbih 
tutulmuĢdur» (3,151). 
ġairin  məcazi  mənada  olan  ifadələrini  «bəzən  müĢabihət 
Ģəklində» verilməsi məsələsinə diqqəti yönəldir. 
 
Nalbəndlə palançı, eĢĢəyə bir gün, 
Nal, palan pulunu ver,-dedi, -bütün! 


 
~ 69 ~ 
Topal ayağından, yağır dalından, 
Nalını, palanı atdı o heyvan. 
EĢĢək öz borcundan olurkən azad, 
Olduqja dincəldi qəlbi oldu Ģad. 
 
Nizami bu yerdə də belə bir nəticəyə gəlir: 
 
Sən də ey tozlara bulaĢmıĢ insan, 
Borcunu ver qurtar bu toz-torpaqdan (3-151). 
 
 Tədqiqatçı  burada  təsvir  olunan  hadisənin  çox  yığcam  və 
təsirli olduğunu göstərir: «oxucu min əzaba dözüb minnət altında 
yaĢayanların köləlik vəziyyətini dərk edir. Bir az diqqətlə yanaĢ-
dıqda:  «Səni  incidərək  boynuna  minnət  qoyan  dövranın  borcunu 
ver, rahat ol» ideyasını irəli sürdüyü aydın olur,» - deyir (3, 151-
152). 
 C.Xəndan  Nizaminin  yaradıcılığında  təĢbih  və  istiarələrin 
«qüvvətli» olduğuna diqqəti yönəldir: 
 
Küləyə minmiĢdi yeriyən dağ tək, 
Dağ külək belində durarmıĢ demək 
 
misralarında - «bu mübaliğəli və istiraəli təĢbihdə qəhrəman dağa, 
mindiyi at isə küləyə bənzədilmiĢdir, bəllidir ki, dağ küləyə minə 
bilməz, ona görə də «dağ külək belində durarmıĢ demək,» - deyə 
oxucunu Ģübhədən çıxardır,» - deyir (3,152). 
«Ġskəndərnamə»də Ġskəndərin hücumlarını təsvir edən Ģairin 
döyüĢ meydanını təsvir edərkən iĢlətdiyi təĢbih və istiarələri: 
 
Yer xəstə düĢmüĢdü at nallarından, 
Qılıncın dəhĢətli çalhaçalından, 
Buludun qəlbində su olurdu qan 
 
kimi misralarda verdiyini bildirir. 
«Ġskəndərnamə»ni «ġahnamə»dəki Ġskəndər dastanın müva-
fiq epizodları ilə müqayisə edən məĢhur hind alimi ġibli Nemani 
yazır:  «Siz  hər  Ģeydən  əvvəl  bunu  nəzərdə  tutun  ki,  eyni  fikri, 
eyni hadisəni və eyni mövzunu bu iki Ģairin (Firdovsi və Nizami) 
hər  ikisi  nəzmə  çəkmiĢdir.  Bununla  belə,  tərkiblərin  qurulması, 
ifadələrin iĢlənməsi, sözlərin seçilməsi cəhətdən bunların arasında 
böyük  fərq  var.  Tərkiblərin,  cümlələrin  yığcamlıq  və  təsirində, 


 
~ 70 ~ 
qafiyələrin  bakirlik  və  möhkəmliyində,  ifadələrin  dəbdəbəli  çıx-
masında  Nizaminin  göstərdiyi  qüdrətdən  Firdövsidə  əsər  belə 
yoxdur  və  bu  cəhətdən  o,  Nizamiyə  tay  ola  bilməz»  (bax.  ġibli 
Nemani. ġe rül-əcəm. Tehran, 1936, s. 263) (4, 184). 
 C.Xəndan böyük Ģairin ədəbi irsini, onun yazılı ədəbiyyata 
gətirdiyi  yeni  ənənələri,  ġərq  ictimai-bədii  fikrinin  inkiĢafında 
oynadığı böyük rolu düzgün təhlini verən bir ədəbiyyatĢünas kimi 
yadda  qalandır.  Onun  Nizami  irsinə  dair  apardığı  araĢdırmalar 
nizamiĢünaslığı zənginləĢdirməklə  yanaĢı, Nizami sənətini bu və 
ya digər aspektdən araĢdırmaq üçün alimlərə mövzu verib. Bunun 
nəticəsidir  ki,  bu  gün  keçən  əsrin  ilk  illərində  Mir  Cəlal, 
C.Xəndan, H.Araslı  və  s. kimi  yüksək  elmi təfəkkürə  malik ədə-
biyyatĢünasların  əməyi  nəticəsində  Nizaminin  Azərbaycan,  türk, 
ġərq, ümumilikdə dünya ədəbi prosesinin inkiĢafına təsiri, dünya 
ədəbiyyatında  tutduğu  yeri  müəyyənləĢdirən  onlarla  namizədlik, 
doktorluq iĢi yazılmıĢdır. NizamiĢünaslıq elmi inkiĢaf etməkdədir. 
Bu  böyük  ədəbiyyatĢünasların  sayəsində  Ģairin  ədəbi  irsi  küll 
halında  təhlil  və  tədqiqatını  tapmıĢ,  tutduğu  mövqe  müəyyən-
ləĢdirilmiĢdir. N. Araslı fikirlərində haqlıdır ki, «Böyük Ģair öz öl-
məz ideallarını həm də yüksək sənət dili ilə ifadə etmiĢ, humanist 
həyati görüĢlərini bədii sözün ecazlarından istifadə yolu ilə, eləcə 
də  xalq  ədəbiyyatından  aldığı  hikmətli  hekayələrlə  təsdiqə 
çalıĢmıĢ,  tarixi  vaqiələri,  ötən  hadisələri  öz  bədii  məqsədinə 
uyğun  Ģəklə  salaraq  oxucuya  təqdim  etmiĢdir.  O,  əfsanə  və  el 
rəvayətlərindən  bol-bol  faydalanmıĢ,  xalq  hikmətinə,  xalqın  iti 
zəkasını  əks  edən  ibrətamiz  məsəllərə,  dərin  mənalı  atalar 
sözlərinə tez-tez müraciət etmiĢdir. Bütün bunlar Nizami Ģeirinin 
öyrədici  məzmunu  və  ictimai  mənasını  oxucuya  daha  aydın 
çatdıran, Ģair tərəfindən gətirilən  yüksək idealların həyati qüvvə-
sinə  inamı  möhkəmləndirən  baĢlıca  yaradıcılıq  üslubu  olub, 
Nizami sənətinin amal və məqsədinə – xalqın səadəti naminə irəli 
sürülən  ülvi,  bəĢəri  idealların  daha  aydın  ifadəsinə  xidmət  edir. 
Nizaminin  ġərq  Ģeirində  əsaslandırdığı  bu  poetik  üslub  əsrlər 
boyu  Ģairin  xələfləri  tərəfindən  davam  etdirilərək  məsnəvi 
ədəbiyyatının  ictimai-siyasi  ideallarla  zənginləĢməsi,  burada 
xəlqilik  və  qabaqcıl  fikirlərin  geniĢ  yer  almasında  böyük  rol 
oynamıĢdır  ki,  bu  da  öz  növbəsində  Ģairin  adı  ilə  bağlı  yeni  bir 
ədəbi məktəbin yaranmasıyla nəticələnmiĢdir» (5, 6).  
C.Xəndan klassik irsimizin qüdrətli nümayəndəsi Nizaminin 
yaradıcılığının  özündən  sonra  gələn  sənətkarların  yaradıcılığına 
təsirini  düzgün  təhlil  edir,  tədqiqatında  faktlara  əsasən  xüsusilə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə