MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə25/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   21   22   23   24   25   26   27   28   ...   113
    Bu səhifədəki naviqasiya:
  • Haqqın

 
~ 74 ~ 
lətifə silsilələrində gülüĢü yaradan funksional, semantik amillərin 
çeĢidliliyini,  obrazlı  desək,  gülüĢ  spektrinin  əlvanlığını  nəzərə 
almamaq olmaz. 
Və  ya  yenə  eyni  səbəbdəndir  ki,  Azərbaycan  lətifələrinin, 
xüsusilə Molla Nəsrəddin lətifələrinin tanınmıĢ tədqiqatçısı T.Fər-
zəliyev ―Azərbaycan xalq lətifələri‖ monoqrafiyasında, ―Azərbay-
can ədəbiyyatı tarixi‖nin I cildində yer alan ―Lətifələr‖ oçerkində 
Bəhlul Danəndə lətifələrinə, ayrıca yer ayırmır, təsnifatında adını 
çəkməklə və ―Danəndə və ya Divanə Bəhlul lətifələri Azərbaycan 
xalqının  məiĢətində  özünə  möhkəm  yer  tuta  bilməmiĢ,  kütləvi-
ləĢməmiĢdir‖ (4, 243) kimi qeydlərlə kifayətlənir (Həmçinin bax: 
3, 114). 
Bəhlul  Danəndə  lətifələrinin  Molla  Nəsrəddin  lətifələri 
qədər kütləviləĢmədiyini bəlli həqiqət kimi qəbul etsək də, onun, 
ümumiyyətlə,  folklorumuzda  ―möhkəm  yer  tuta  bilməməsi‖, 
―kütləviləĢməməsi‖  fikri  ilə  qətiyyən  razılaĢmaq  olmaz.  Digər 
tərəfdən,  o  da  nəzərə  alınmalıdır  ki,  janrından  asılı  olmayaraq, 
istənilən  folklor  mətni  istənilən  söyləyici  qrupu  tərəfindən  söy-
lənə  bilməz,  bir  növ  hamının  repertuarında  ola  bilməz.  Söylə-
yicilərin sosial,  yaĢ, cins, təhsil, hətta bəzən regional  mənsubluq 
baxımından  fərqlilikləri  onların  folklor  janrlarına  olan  maraq-
larına, ―repertuarına‖ həmiĢə təsir göstərmiĢdir. Bu mənada Bəh-
lul  Danəndə  lətifələri,  əsasən,  həyatını  dini  müstəvidə  quran, 
inanclı,  dindar,  yaĢlı  təbəqənin  nümayəndələri  –  müdrik  qoca-
larımızın  yaddaĢında  və  dilində  yaĢamıĢ,  bu  qəbil  insanlar 
tərəfindən daha çox didaktik məqsədlə iĢlənmiĢdir.  
TanınmıĢ folklorĢünas M.Kazımoğlu milli folklorda təzahür 
edən xalq gülüĢünün, yaxud gülüĢlə bağlı olan folklor janrlarının 
poetikasının  genezis  baxımından  öyrənilməsinin  nəzəri  konsep-
siyasını  yaratmıĢdır  (6,  7).  Lətifə  janrına  gəldikdə  isə,  alim  bir 
məqaləsində  BəktaĢi  lətifələrinin  poetikasını  mifoloji  dərviĢ 
obrazı  və  təsəvvüf  təriqətlərindəki  dərviĢlik  kompleksi  ilə  bağlı 
Ģərh edərək janr poetikasının genezis baxımından öyrənilməsinin 
uğurlu metodoloji nümunəsini vermiĢdir (8, 88-96). Biz də hesab 
edirik ki, lətifə poetikasının Bəhlul Danəndə lətifələrində təzahür 
edən  spesifikliyini  məhz  genezis  baxımından  araĢdırmaqla  izah 
etmək olar. 
Bəhlul  Danəndə  lətifələrinin  mənĢəcə  ərəb  folkloru  ilə 
bağlılığı  qeyd olunsa da, islam  dini, islam  mədəniyyəti, didaktik 
təsəvvüf  ədəbiyyatı,  xalq  sufizmi  kontekstində  öyrənilməsi  daha 
zəruridir.  Lətifələrin  birində  Bəhlul  deyir:  ―Ürəyi  təmiz,  vücudu 


 
~ 75 ~ 
pak adamlara mənim qapım həmiĢə açıqdır‖ (1, 76). Bəhlul məhz 
―ürəyi  təmiz,  vücudu  pak‖  adamların  dostu,  havadarı,  məslə-
hətçisidir.  O,  həmiĢə  Haqqın  yanındadır  və  Nahaqqın  qar-
Ģısındadır,  məzlumun  müdafiəçisidir,  bəhlulanə  gülüĢlə  zülm 
edənləri,  dünya  malından  dördəlli  tutan  tamahkarları,  nəfsgirləri 
tənqid edən bir müdrikdir. Lakin o, dünya qayğılarından uzaqdır: 
yemək, geyim, ev, ailə, vəzifə, mal-mülk onu qətiyyən maraqlan-
dırmır. GörünüĢcə dəli təsiri bağıĢlayır: cın-cındır libası, qarğı atı, 
laübalı qəhqəhələri – bir sözlə, bütün qeyri-adilikləri onu hamıdan 
fərqləndirir,  onun  ―divanə‖  adlandırılmasına  səbəb  olur.  Bəhlul 
bəzi  lətifələrdə  dəlilərə  xas  əda  ilə  heç  nədən  (həqiqətənmi  heç 
nədən?) qəhqəhə çəkib gülür. Lakin Bəhlul Danəndə lətifələri özü 
heç  də  gülüĢ  baxımından  dinləyicinin  emosiyasını  ―qəhqəhə‖ 
mərtəbəsinə  yüksəldə  bilmir  (Bəhlul  Danəndə  lətifələrinin  funk-
sional-semantik  yükü  bu  da  deyil).  Bu  lətifələr  insanda  xəfif, 
mənalı təbəssüm yaradır, onu fəlsəfi düĢüncələrə sövq edir. Bura-
da  gülüĢ  sufiyanədir;  Fəridəddin  Əttarın,  Sədi  ġirazinin,  onlarla 
baĢqa  mütəsəvvifin  əxlaqi-didaktik  əsərlərində  müĢahidə  etdiyi-
miz, qəflət  yuxusundan oyandırıcı,  ayıldıcı, nəsihətverici müdrik 
gülüĢdür. 
―Türk  mifoloji  sözlüyü‖  əsərinin  müəllifi  C.Bəydilinin 
dəqiq müĢahidələrinə görə, ―müdrikliyi ilə seçilən Bəhlul obrazı, 
özlüyündə  ənənəvi  xalq  mədəniyyətinin  öz  təbiətindəki  mistik 
gücü  əks  etdirir;  ...  ―Divanə‖  adı  onu  xalq  sufiliyilə  –  dərviĢ 
kompleksilə  də  bağlayır‖  (2,  62).  ―Lətifələrdə  inanclar‖  adlı 
məqaləsində  folklorĢünas  Q.Sayılov,  movzusu  ilə  əlaqədar, 
Bəhlul  Danəndə  lətifələrinin  də  ―geniĢ  səviyyədə  islam  dünya-
görüĢünü  özündə  daĢıdığını‖  qeyd  etmiĢdir.  (13,  81).  Gördü-
yümüz  kimi,  Bəhlul  Danəndə  lətifələri  və  xalq  sufizmi,  islam 
arasında  genetik  bağların  olması  haqqında  müəyyən  fikirlər 
söylənmiĢdir.  Lakin  ―Ġslam,  təsəvvüf  və  Bəhlul  Danəndə  lətifə-
ləri‖  və  ya  ―Bəhlul  Danəndə  lətifələrinin  formalaĢmasında  islam 
və  təsəvvüfün,  xalq  sufizminin  rolu‖  Ģəklində  formulə  etdiyimiz 
problem  Azərbaycan  elmi-nəzəri  fikrində  ayrılıqda  tədqiqat 
obyekti  olmamıĢdır.  ÇağdaĢ  milli  müstəqillik  dövründə  milli-
mənəvi  dəyərlərə  xüsusi  diqqət  yetirilməsi;  din  və  mədəniyyətin 
qarĢılıqlı  təmas,  bağlantılarının  öyrənilməsinin  vacibliyi  qeyd 
edilən  problemin  araĢdırılmasının  kontekst  çərçivəsini  mü-
əyyənləĢdirir,  aktuallığını  əsaslandırırsa,  milli  folklorĢünaslığı-
mızın  nəzəri-metodoloji nailiyyətlərinin  yaratdığı  imkanlar prob-
lemin yeni gözlə obyektiv öyrənilməsini mümkün edir. 


 
~ 76 ~ 
Bu  məqalədə  Bəhlul  Danəndə  lətifələrinin  islam,  təsəvvüf, 
xalq  sufizmi  ilə  bağlılıq  məsələsini  bütövlükdə  Ģərh  etməyi 
qarĢımıza  məqsəd  qoymamıĢıq.  Biz  burada  bu  geniĢ  mövzunun 
tərkib  hissələrindən  birini  –  islami  təsəvvürlərin  Bəhlula  aid 
lətifələrdə  əks  olunması,  interpretasiyası  məsələsinə  toxunacaq, 
əyanilik üçün fikrimizi yalnız ―dünya – axirət‖ motivinin ―Qura-
ni-Kərim‖də  və  Bəhlul  Danəndə  lətifələrində  yeri,  rolu  haqqında 
söz açacağıq. 
Bəhlul Danəndənin tarixi Ģəxsiyyət olması barədə müəyyən 
fikirlər  də  vardır.  Bu  məsələyə  burada  toxunmadan,  onu  qeyd 
edək ki,  ―Bəhlul‖ təsəvvüfdə dərviĢliyin  və övliyalığın  müəyyən 
elementlərini öz davranıĢlarında sintez edən insanlara deyilmiĢdir. 
Orta  əsrlər  ġərq  mənbələri  əsasında  bu  barədə  məlumat  verən 
Türkiyə  alimi  S.Uludağa  istinadla  C.Bəydili  yazır:  ―Təsəvvüfə 
görə, Bəhlul – tanrı sevgisindən dəli-divanə olan sufi, məcnun və 
məczub  kimi  övliyalara  verilən  addır...  Bəhlul  deyilən  kəslər 
ilahidən  qəlblərinə  gələn  təsəllidən,  könüllərinə  doğan  iĢıqdan 
ağıllarını, huĢlarını itirərlər‖ (2, 62-63). Böyük Ģairimiz M.Füzuli 
mütəsəvvifanə fərzdə ―Öylə sərməstəm ki, idrak etməzəm dünya 
nədir‖  (5,  196)  sözlərini  sanki  Məcnunun  deyil,  Bəhlulların  və 
bizim  lətifə  qəhrəmanımızın  dilindən  demiĢdir.  Burada  obrazın 
genezisi və tipologiyası ilə bağlı daha bir həqiqət üzə çıxmıĢ olur. 
Bəhlul Danəndə lətifələri klassik divan ədəbiyyatı və ġərq  yazılı 
ədəbi ənənələri ilə də zərif Ģəkildə bağlıdır. 
Bəhlul  Danəndə  lətifələrinin  qəhrəmanı  təsəvvüfdəki  bəh-
lulların  genetik  kodlarını  özündə  daĢıyan,  lakin  onun  ―kopya‖sı 
olmayan ümumiləĢdirilmiĢ müdrik sufi filosofu obrazıdır. Xalqın 
bədii  təfəkkürünün,  yaradıcılığının  məhsulu  olmaq  etibarilə, 
özündə xəlqiliyi, həyatiliyi də ehtiva edən, nəticədə xalq sufizmi 
ilə  həyati,  dünyəvi  düĢüncə  tərzini  birləĢdirən  mürəkkəb  bir 
obrazdır.  Bu  obraz  bir  sufi  aĢiqi  kimi  ilahi  eĢqdən  məst  olmuĢ, 
özünü bu böyük eĢqin içində əritmiĢ, unutmuĢdur. Eyni zamanda 
onun  dünyagörüĢündə  Allahın  müqəddəs  kəlamlarına  dərin  bir 
inam və iman vardır ki, adı ilə bağlı olan lətifələrin bir çoxunun 
məzmununda – mövzu və ideyasında bu, özünü açıq-aydın Ģəkil-
də göstərməkdədir. O təəssürat yaranır ki, belə lətifələr müəyyən 
dini ideyaların – Allah kəlamlarının bədii təsdiqinə həsr olunmuĢ 
əyani, canlı nümunələrdir. MüĢahidələrimizə görə, Azərbaycanda 
folklor  örnəyi  olaraq  toplanmıĢ  və  nəĢr  edilmiĢ  Bəhlul  Danəndə 
lətifələrinin  yarısından  çoxunda  islam-təsəvvüf  zehniyyəti  xalq 
gülüĢü vasitəsilə ifadə olunmuĢdur. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə