MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə15/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

 
~ 45 ~ 
yüksəliĢ mərhələsini yaĢayan bir sıra mistik təlimlər, o cümlədən, 
islam  mistisizmi  kimi  dəyərləndirilən  təsəvvüf  bu  həyati  prinsip 
üzərində  qurulmuĢdur.  ―Təsəvvüf  təliminə  görə,  böyük  iĢlərin 
təməlində  iztirab  durur.  Rahat,  maddi  təminata  əsaslanan  həyat 
insanı  doğru  yoldan  azdırır,  Allahdan  uzaqlaĢdırır  (5,  107). 
Pifaqorun  (e.ə.  IV  əsr)  düĢündürücü  funksiyalı  akusmatik  (sim-
volik)  deyimlərindən  biri  belə  səslənir:  ‖Zəhmət,  çətinliklər 
xeyirdir, həzz bütün mənalarda Ģərdir‖ (6, 189).  
―Zahiri  həyat  üçün  zəruri  konsepsiya  olan  duallıq,  əslində, 
yüksək  idraki  qatda  eyni  məqsədə  xidmət  edir.  Ġnsan  xeyir  və 
Ģərin  təsirinə  məruz  qaldıqda  müəyyən  təcrübə  qazanıb  Ģərə 
fraqmentar  yox,  geniĢ  prizmadan  baxaraq  onu  böyük  bir  planın 
tərkib hissəsi  kimi  görərsə, vəhdət  ideyasına  çata bilər‖ (7, 261). 
Burada söhbət həyatın tam, bütöv dərkindən – supramental dərk-
dən  gedir.  Dünyanı  dərkin  ilkin  çağlarında  da  məhz  əksliklərin 
bütövə,  ―xaosun  kosmosa  çevrilməsi‖  (8,  269)  ideyası  dururdu. 
―Mifoloji  personajın  təməlində  varlığı  bir  bütöv  olaraq  görən 
mifoloji təfəkkür dayanır‖ ( 8,.267).  ―Bu,  hər  Ģeyin  zahiri  qatı 
üçün  səciyyəvi  olan  ağ-qara  ziddiyyətindən  yaxa  qurtarıb 
ziddiyyətlərin  fövqünə  qalxmaq  deməkdir.  Ġnsan  ziddiyyətlərin 
fövqünə  qalxanda  ağ-qara  qarĢıdurması  ona  nəinki  mane  olmur, 
əksinə,  problemin  həlli  yolunda  köməkçi  vasitələrə,  bir  az  da 
dəqiq  desək,  bu  problemin  həlli  mexanizmini  hərəkətə  gətirən 
mühərrikə çevrilirlər‖ (9, 165). Deməli, mifoloji təfəkkür dünya-
nın bütöv kosmik canlı obrazını yaradır. ―Dünyanın bütöv obrazı‖ 
ifadəsini  fəlsəfi  terminologiyaya  çevirsək,  ―ümumvəhdət  fəlsə-
fəsi‖  kimi  səslənəcək.  Bu  isə  elmi  müstəvidə  universal  enerji 
konsepsiyası  olan  kvant  nəzəriyyəsidir.  ―Bütün  yaradılıĢın  enerji 
səviyyəsində  bir-birilə  bağlılığı,  bir-birinə  nüfuzu,  qarĢılıqlı 
keçidi,  həm  də  bütöv,  bölünməz  tamlığı  vahid  həyatın  daxili 
strukturudur.  Daxili  struktur  kvant  səviyyəsidir.  Bu  gün  kvant 
mexanikasında  bütün  kainat  bütöv  kvant  sistemi  kimi  öyrənilir‖ 
(7,  225).  ―Kvant  nəzəriyyəsi  sübuta  yetirdi  ki,  hər  hansı  bir  yer-
dəki  kiçicik  olsa  belə,  baĢ  verən  dəyiĢikliklər  kainatın  bir  baĢqa 
nöqtəsində  sonsuz  dərəcədə  böyük  dəyiĢikliklərə  gətirib  çıxara 
bilir.  Yəni  kainatda  hər  Ģey  bir-birinə  bağlıdır.  Əski  mifoloji 
düĢüncənin  də  təbiətində  birləĢdirici  ruh  var  və  o,  canlı  varlığın 
ən dəyiĢik Ģəkillərində ən ümumi olanı üzə çıxarmağa çalıĢır‖ (8, 
255). 
Vahidliyi dərk edən insan üçün Ģər sosial, psixoloji, mənəvi, 
fiziki-ekspressiv təsirini itirir, bir növ, gücsüzləĢir, neytrallaĢır (7, 


 
~ 46 ~ 
261). Yüksək idraka çatma, özünü dərketmə kontekstində xeyir və 
Ģər eyni dərəcədə lazımlı, biri o birisiz mövcud ola bilməyən, «bir 
ağanın iki fərqli qulu» kimi fəaliyyət göstərən, lakin son nəticədə 
vahid  məqsədə  qulluq  edən  «nökərlərdir».  Xeyir-Ģər  binarlığının 
fəlsəfi  mənalandırılması  onun  zahiri  aləmdə  bir-birinə  zidd, 
qarĢıdurma  mövqeyinin  dərki  yox,  dərin  idraki  qatda  bir-birini 
tamamlayan,  böyük  qələbəyə  aparan  iki  əks  qüvvənin  vəhdəti 
həqiqətinin  dərkidir.  Mifoloji  təfəkkürdə  bu  duallığın  məhz  son 
nəticəyə  xidmət  etməsi  üçün  uzun  və  mürəkkəb  mübarizə  yolu 
emosional – obrazlı Ģəkildə təzahür edir. Sonrakı dövrlərin bədii-
yazılı  nümunələrində,  o  cümlədən,  müasir  ədəbiyyatda  xeyir-Ģər 
problemi  aktuallığını  itirmir.  Bu  fakt  ona  dəlalət  edir  ki,  insan 
cəmiyyəti  bütün  dövrlərdə  özünün  ən  böyük  problemini  həll  edə 
bilməmiĢ,  indi  də  bu  fundamental  problem  Yer  planetinin 
«məskunudur».  
Analitik psixologiyanın görkəmli nümayəndəsi Karl Qustav 
Yunq  Ģəri  insan  təbiətinin  keyfiyyəti  kimi  dəyərləndirərək  onu 
xeyirin  tam  hüquqlu  rəqibi  adlandırır.  O,  belə  yazır:  ‖Müasir 
insanın  qədim  və  antik  dövr  insanlarına  nəzərən  daha  böyük  Ģər 
iĢlərə qabil olduğunu söyləmək düzgün deyil. O, sadəcə, Ģər iĢlərə 
meylliyi  ilə  onları  həyata  keçirməkdə  daha  effektli  vasitələrə 
sahibdir.  O,  Ģüurunun  hüdudlarını  daha  çox  geniĢləndirib  və 
diferensiasiya edibdir, onun mənəviyyatı isə hələ də sabit nöqtədə 
dayanaraq qalıb və bu, müasir dövrün ən böyük problemidir‖ (10, 
119). Xeyi – Ģər duallığı, hər Ģeydən əvvəl, insan mənəviyyatının 
problemidir. 
Ġnsan  varlığında  Ģər,  təbiətdə  mövcud  olan  Ģər  qüvvələr 
mifoloji simvolikanın baza elementlərinin denotatını təĢkil edir və 
―mifoloji simvolika arxaik sinkretizmin baĢlıca Ģərti olduğu kimi 
sonrakı  dövrlərin  ənənəvi  söz  sənətində  də  təsvir  sisteminin 
əsasını,  milli  ədəbiyyatın  özülünü  təĢkil  etmiĢdir‖  (8,  269). 
Yunqun qeyri-Ģüuri ilə bağladığı və arxetiplər adlandırdığı obraz-
lar  mifik  təfəkkürə  aid  olan  arxaik  simvolların  mənalandırılması 
iĢində  böyük  sıçrayıĢ  etdi.  O,  göstərdi  ki,  arxetiplər  sadəcə 
təfəkkürün sabitləĢmiĢ Ģablonları deyil, onlar instinkt kimi özünü 
impulslar  formasında  spontan  biruzə  verən  dinamik  hadisələrdir 
(11,  76).  Obyektiv  psixiki  reallıq  olan  qeyri-Ģüurinin  özünün 
üslubu,  obrazlar  və  simvollardan  ibarət  universal  dili  var  ki, 
bunlar  arxetiplər  dünyasını  yaradır.  Arxetiplər  həyatın  hissələri-
dir,  canlı  insanların  emosiyaları  ilə  qırılmaz  əlaqədə  olan 
obrazlarıdır (11, 96). Ġnsanların həyatı idrak səviyyələri və düĢün-


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə