MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə12/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

 
~ 37 ~ 
də  zahiri  qata  münasibətdə  özünü  doğruldur.  Əsərin  əsasında 
ruhun  mahiyyəti,  əzəli  baĢlanğıc  və  ona  dönüĢ  idealı  dayanır. 
Təsadüfi  deyil  ki,  məsnəvinin  qəhrəmanları  Ruh  padĢahının 
övladları  olan  Əql  və  EĢqdir.  Ruh  padĢah  Əqlin  alim,  fazil 
adamlar əhatəsində olmasını, bilikləri öyrənməsini, EĢqin isə əhli-
kefliyini,  cünuna  meylliliyini  görüb,  hakimiyyəti  Əqlə  vəsiyyət 
edir.  Hakimiyyətə  keçən  Əql  qardaĢının  bədnamlıq  gətirəcəyini 
düĢünüb, onu öldürmək istəyir. EĢq libasını dəyiĢərək qaçıb qonĢu 
ölkəyə gedir. EĢqin bu cür libas dəyiĢməsi və köçü ġeyx Qalibin 
əsərindəki  EĢqin  Qəlb  ölkəsinə  yola  düĢməsini  xatırladır.  EĢqin 
uzaqlaĢmasından  sonra  Əql  daha  da  zalımlaĢır,  xudbinləĢir.  EĢq 
getdiyi  ölkədə  Məhəbbətlə  evlənir.  Əql  eĢqi  insanlara  dərd 
verməkdə  günahlandırır,  EĢqsə  sevgini  yüksək  qiymətləndirir, 
müharibə  əleyhinə  çıxır.  Əqlin  təhdidləri  ilə  müharibə  baĢlayır, 
lakin qalibiyyət EĢqin olur.  
Əsərdə  Əqlin  oğlu  Dillə  EĢqin  qızı  Hüsn  arasında  yaĢanan 
eĢqi  əks  etdirən  xətt  Ruhun  parçalanmadan  qurtuluĢunu,  təkə 
dönüĢü  ifadə  edir.  Maraqlı  və  eyni  zamanda  əsərin  əks  etdirdiyi 
ideya  planına  görə  Dil  Hüsnü  görmədən  ona  aĢiq  olur.  Yenə  də 
həmin planda ―bağ‖da görüĢürlər və Hüsn Dilə ―gül‖ verir. Bütün 
bu ardıcıllıq və iĢarəvilik əsərin dünyəvi hakimiyyət və müharibə 
əleyhinə  yazılması  fikrini  təkzib  edir.  Məsnəvinin  sonunda  EĢq 
Dillə  Hüsnün  vüsalına  qərar  verir;  son  ġeyx  Qalibin  ―Hüsnü-
EĢq‖inə bənzəyir; ikilik, ruhi parçalanma yox olur və vüsal birlik, 
vahidlik yaradır – Hüsnlə Dil, Qəlb birləĢir.  
XX-XXI  əsrlərin  romantik,  modernist  və  postmodernist 
ədəbiyyatında  –  Hüseyn  Cavid,  Peyami  Səfa,  Nəcib  Fazil,  Bəx-
tiyar Vahabzadə, Ahmət Hamdi Tampınar, Orxan Pamuk, Kamal 
Abdulla və b. yaradıcılığında əqllə eĢqin qarĢılaĢdırılmasının yeni 
strukturları  ilə  rastlaĢırıq.  Müəllif  mövqeyi  və  ədəbi  cərəyan 
prinsiplərinə  uyğun  olaraq  insan  varlığının  mahiyyəti  bu  qarĢı-
laĢmanın  xüsusiyyəti  və  tərəflərin  qazandığı  yeni  çalarlarla 
təqdim  olunur;  Ağıl  bəzən  köməkçi,  bəzən  də  hopduğu  nəfislə 
dəhĢətli  bir  varlığa  çevrilir.  Yenilik  istiqamətində  bəzi  maraqlı 
nümunələrə nəzər salaq: 
H.Cavidin  sufizmdən  romantizm  mühitinə  gətirdiyi  Arif 
eĢqlə ağılın ortasında çaĢqın vəziyyətdədir. 
A.H.Tanpınarın  ―Hüzur‖  romanında  Mümtazla  Nuranın 
arasındakı  eĢq  modernist  planda  təqdim  olunur.  Maraqlıdır  ki, 
burada dünyəvi eĢq özünün mistik havasında ilahi eĢqin pozulmuĢ 
yaddaĢını saxlayır. Əslində, modernist plan burada ilahi eĢqi sanki 


 
~ 38 ~ 
kənarda  paralel  bir  məkan  kimi  saxlayır  və  oradan  düĢən  iĢıqlar 
ġərq və Qərb sintezindən mənəviyyatı yoğrulmuĢ qəhrəmanların, 
hərdən  gözünə  düĢərək,  yaddaĢlarında  oyanaraq  onları  çaĢdırır. 
Əvvəllər  eĢqi  bəzi  çapqınlıqlarda  yaĢayan  Mümtaz  Nuranla 
rastlaĢdıqdan sonra ikisi bir musiqiyə köklənir. Onların dinlədiyi 
gah  ġərq,  gah  da  Qərb  musiqisi  olsa  da,  ruhlarında  bir  qırılmıĢ-
lığın  musiqisi  səslənir.  EĢqin  ikili  mahiyyətini  əsər  boyu  qəhrə-
manların  görüĢləri,  dinlədikləri  ġərq-Qərb  musiqisi,  aradakı 
rəqibin  içində  olduqları  mühit  qədər  mahiyyəti  görünməyən 
amansızlığı  və  s.  kimi  təsvir  və  motivlərlə  canlandıran  yazıçı, 
qəhrəmanı Nuranı da ikilik daĢıyıcısı kimi təqdim edir: ―Həqiqət-
də  iki  Nuran  var  idi.  Biri  özündən  uzaqda  olandı  ki,  hər  atdığı 
addımda  maddi  varlığı  bir  az  daha  dəyiĢir,  arzunun,  həsrətin 
kimyasıyla  sanki  ruha  aid  bir  varlıq  olur  və  toxunduğu  hər  Ģeyə 
özündən bir yığın Ģeylər qata-qata, bütün uzaqlıqları, keçdiyi hər 
yeri  yaĢanan  həyatın  üstündə  bir  aləmə  çevirir  və  özünün 
əkslərindən  baĢqa  bir  Ģey  olmayan  bu  aləmin  ortasında  yenə  də 
özü olaraq qalırdı. 
... Bir də  yanında olan bir Nuran vardı. Bütün  bu xəyalları 
öz  maddi  varlığıyla  uĢaqca  bir  Ģeyə  çevirən,  uzaqdan  təlqin 
etdiklərini bir qələmdə silən gənc qadın.‖ (4, 37)Anarın ―BeĢmər-
təbəli  evin  altıncı  mərtəbəsi‖,  Orxan  Pamukun  ―Qara  kitab‖ 
romanlarının  da  mahiyyətində  ―Hüzur‖dakı  kimi  yaddaĢ  və  ger-
çək  həyat  müstəvisində  əqllə  eĢq  qarĢılaĢır;  Təhminə  və  Röya 
Nuran silsiləsindən olan qəhrəmanlar kimi görünürlər. 
Bəxtiyar Vahabzadənin ―Ġkinci səs‖ pyesində Arzu ilə Həyat 
arasında  qalan  qəhrəman,  əslində,  ruhdakı  əqllə  eĢq  parçalan-
masının konfliktindədir.  
ġərq  ədəbiyyat  ənənələrinə  müraciət  və  onların  yenidən 
iĢlənməsi ilə gündəmə gələn bir sıra qərb yazıçılarının da istifadə 
etdiyi əsas modelin mahiyyətində əqllə eĢq qarĢıdurması dayanır. 
Bu  baxımdan  Poelo  Koelonun  ġeyx  Qalibin  yoluyla  gedərək 
Mövlana  və  ġəms  Təbrizi  motivlərinin  yenidən  iĢlənməsi  ilə 
böyük oxucu kütləsi  cəlb etdiyi ―Kimyagər‖ romanında da üzlə-
Ģən əql və eĢqdir. 
Müasir  ədəbiyyatımızda  həyata,  kainata  ontoloji  yöndən 
nəzər salan Kamal Abdullanın ―Sirri-zəmanə‖ hekayəsi əql və eĢq 
modelində cəlbedici nümunələrdəndir.  
Nəticə  olaraq  deyə  bilərik  ki,  qədim  və  erkən  orta  əsrlər 
dövründən  ədəbiyyatımızın  kimyasında  olan,  Füzuli  yaradıcı-
lığında  mükəmməl  struktur  halına  gələrək  üzə  çıxan  əql  və  eĢq 


 
~ 39 ~ 
modeli Azərbaycan və Türkiyə ədəbiyyatında uğurlu bir yol keçə-
rək, onun doğma xüsusiyyəti olmaqla müasir dünya ədəbiyyatının 
da cəlbedici görüntülərindən birinə çevrilmiĢdir. 
 
Ədəbiyyat: 
 
1.
 
Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə. 4-cü cild. Bakı: Elm 
2.
 
Cənub ulduzları, Bakı, 1984  
3.
 
Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı, iki cilddə, ikinci 
cild. Bakı: Elm 1981 
4.
 
Hüzurdan bir parça –―Mümtazla Nuran‖. Ümit Meriç Yazanın 
―Ebediyyetin Huzurunda‖ kitabı. Ufuk kitapları, Ġstanbul 2000, 
səh. 36-54. 
ТАИРА МАМЕД 
 
ТРАДИЦИИ ФИЗУЛИ В ХУДОЖЕСТВЕННОЙ 
МОДЕЛИ  ЛЮБВИ И РАЗУМА 
 
Ключевые слова: Физули, модел, любовь и разум, 
 восточная литература. 
 
В  азербайджанской  поэзии  существует  несколько  ху-
дожественных моделей, ставших традицией, обеспечивших в 
свою  очередь  качественные  изменения  в  нашей  литературе. 
Этими моделями  являются возлюбленная пара, отцы и дети, 
разум и чувство и другие.  
Столкновение между Разумом и Чувством, т.е. Любо-
вью наблюдается в литературе  уже в эпоху раннего Средне-
вековья.  Однако  размежевание,  резкое  противостояние  меж-
ду этими двумя началами и наконец торжество любви обре-
тает  традиционный  характер  именно  с  поэзии  Физули.  Диа-
логи Меджнуна и Лейли с окружающими их людьми, «если б 
Разум  был  другом…»,  а  также  безумство  влюбленного,  а  в 
некоторых  случаях  желание  быть  разумнее,  описанное  по-
этом во многих других газелях является ярким примером та-
кого противостояния. 
 
После  Физули  самые  совершенные  примеры  указа-
нной  модели  проявились  в  османской  поэзии  в  творчестве 
Шейха Галиба. В азербайджанской поэзии XIX столетия Лю-
бовь  и  Разум  были  представлены  в  качестве  отдельных,  со-
вершенно самостоятельных образов. В частности такие поэты 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə