MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə11/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

 
~ 34 ~ 
TAHĠRƏ MƏMMƏD 
AMEA Ədəbiyyat Ġnstitutu 
 
 
 
 
             Professor 
 
ƏQL VƏ EġQ MODELĠNDƏ FÜZULĠ ƏNƏNƏSĠ 
 
Açar sözlər: Füzuli, model, sevgi və anlayış, şərq  
ədəbiyyatı. 
 
Klassik  poeziyamızda  bir  neçə  əsas  bədii  model  var  ki, 
onların  ənənəviliyi  və  ənənənin  çevrilməsi  ədəbiyyatdakı 
keyfiyyət  dəyiĢmələrinə  əsaslı  surətdə  təsir  edir:  aĢiq-məĢuq, 
atalar - oğullar, əql - eĢq və s.  
Hələ  erkən  orta  əsrlərdən  əqllə  eĢqin  üz-üzə  gəlməsini 
müĢahidə edirik. Əqllə eĢqin qarĢılaĢmasında pilləlilik, dərəcəlilik 
özünü göstərir: ilk pillədə əqllə üz-üzə duran dünyəvi eĢqdir – bu 
tip  eĢq  ağla  uduzur;  ikinci  pillədə  isə  ağılla  ilahi,  həqiqi  eĢq 
qarĢılaĢır - bu mərhələdə isə qalibiyyət eĢqindir. 
Bir  çox  ənənələrin  tam  təkmil  variantını  verən  Nizami 
yaradıcılığında  iradə  azadlığı  üstünlük  təĢkil  etdiyindən,  eĢq 
məqsəd yox, vasitə olduğundan ağıl və eĢqin kəskin cəbhələĢməsi 
açıq müĢahidə olunmur. Lakin onların üzləĢməsi, eĢqin təntənəsi 
ilə  bitən  kəskin  döyüĢ  Füzuli  poeziyasında  açıq  görünərək 
ənənəyə  axın  verən  yeni  struktur  formalaĢdırır.  Məcnunun,  Ley-
linin ətrafdakılarla dialoqu, ―Əql yar olsaydı...‖, eləcə də bir çox 
baĢqa qəzəllərində aĢiqin ağıldan keçməsi və əqllə eĢqin bir yerdə 
olmasının  mümkünsüzlüyü  motivi,  həmin  modeldəki  qarĢılaĢ-
manın bariz nümunəsidir.  
Füzulidən  sonra  bu  strukturun  bir  qədər  açığa  vurmuĢ 
nümunəsi Osmanlı poeziyasında ġeyx Qalibin yaradıcılığında üzə 
çıxdı. Onun ġəms Təbrizidən ilhamlanaraq qələmə aldığı ―Hüsnü-
eĢq‖ (1782-ci ildə yazılmıĢdır)məsnəvisində Sevgililər qəbiləsinin 
övladları olan və bir gündə doğulan Hüsn (qız), EĢq (oğlan)Ədəb 
məktəbində  görüĢüb  bir-birinə  aĢiq  olurlar.  Lakin  elçilikdə  Ģərt 
qoyulur ki, EĢq Qəlb ölkəsinə gedib, oradan kimyanı gətirməlidir. 
Böyük  çətinliklərdən  keçib  Qəlb  ölkəsinə  çatan  EĢq,  Heyrət 
vasitəsilə Hüsnə qovuĢanda anlayır ki, əslində Hüsnlə EĢq birdir, 
təkdir,  onun  yolda  uyduğu  XoĢruba  kimiləri  çoxdur  və  onlar 
hamısı  tək  Hüsnə  tabedir.  Sınaqlardan  keçərək  gerçək  kimyanı 
anlama motivi ilə ġəms  Təbrizidən bir vaxtlar Mövlanaya, baĢqa 
bir Ģəkildə isə ġeyx Qalibə gələn bu motiv, ―Hüsnü-eĢq‖də Ruhun 


 
~ 35 ~ 
ikiləĢməsi  və  eĢqin  ağılla  münasibətdə  ayrıldığı  dərəcələri 
baxımından Füzuli strukturunda ifadəsini tapır. Tədqiqatçılar çox 
vaxt  kimya  motivini  nəzərə  almadan  Ruhun  ikiliyi  üzərində 
dayandıqlarından əsərdə yalnız Füzuli ənənəsini müĢahidə edirlər. 
Lakin  ―Hüsnü-eĢq‖in  verdiyi  yeni  struktur  bu  iki  cizgini  bir-
ləĢdirib görünən hala gətirməsidir.  
―Hüsnü-eĢq‖in  süjetində  yuxarıda  müəyyənləĢdirdiyimiz 
ardıcıllığa  əsasən  əvvəlcə  EĢq  məcazi  keyfiyyətdə  olduğu  vaxt 
Hüsnlə  məktəbdə  görüĢür,  ona  aĢiq  olur,  ağlauyğun  məsləhətlər 
alır  və  evlənmək  istəyir;  Onlar  Ədəb  məktəbində  ədəb,  Ģəriət 
normaları içindədirlər. Ancaq bu normalardan irəliyə doğru açılan 
yolları  göstərən  iĢarə  və  əlamətlər  də  var  -  görüĢdükləri  bağ, 
Cünun  adlı  müəllim  və  s.  Müəllimləri  Mollayi  Cünun  məsləhət 
görür  ki,  EĢq  evlilik  üçün  qəbilə  böyüklərindən  Hüsnü  istəsin. 
Əslində  müəllim  Ədəb  məktəbində  normaları  düzgün  yerinə 
yetirən  EĢqi  uğurlu  məzun  kimi  yeni  pilləyə  yola  salır.  Lakin 
sınaqlara çəkilməyə baĢladığı andan və sınaqlardan keçdikcə onda 
həqiqi  eĢq  güclənir;  ağlasığmaz,  ağıl  ölçülərindən  kənar,  Qəlblə 
bağlı  hallar  yaĢamalı  olur;  sonda  isə  EĢq  və  Hüsnün  gerçək 
kimyasını, onların bir cövhər olduğunu anlayır.  
XIX  əsr  Azərbaycan  ədəbiyyatında  əqllə  eĢq  ayrıca  obraz-
laĢdırıldı. Qumri, ġükuhi onların açıq-açığına münazirəsini yarat-
dı.  Qumri  və  ġükuhinin  yaradıcılığındakı  bu  münazirələr  öz 
strukturunda  həm  Füzuli,  həm  ġeyx  Qalib  izini  yaĢatmaqla 
bərabər, eyni zamanda modeli bir az da açığa vuraraq, mükəmməl 
və orijinal bir sənət nümunəsi kimi təzahür edir.  
Qumri  özünün  ―Kənzül-məsaib‖  əsərinin  dibaçəsində 
göstərir ki, bir vaxtlar həyatını iĢrətdə keçirdiyindən peĢman olub 
və indi o yoldan uzaqlaĢıb. KeçmiĢdən necə uzaqlaĢmasını Əqllə 
Təbin  münazirəsi  yolu  ilə  çatdırır.  Həyatını  bihudə  iĢlərə  -  eyĢ-
iĢrətə həsr etdiyi vaxt Ağıl onu düzgün yola dəvət edir: 
 
Bu sevdadan keç, ey qafil, dəxi ömri-cəvan keçdi
ġəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi. (3,312) 
Ağıl ona məsləhət görür ki: 
Sevda nədir baĢında, bu sevdadan əl götür! 
EĢqü-məcazü söhbəti-bicadan əl götür! 
Aldanma xubruylərin xəttü xalına, 
ÇeĢmü-xumarü nərgisi-Ģəhladən əl götür. (3,313) 
 


 
~ 36 ~ 
BaĢqa  bir  yerdə  Ağlın  könlə  belə  bir  müraciətinə  rast 
gəlirik: 
Ey könül, eĢqi-məcaz əhli səbükbar olmaz
Ayılıb nəĢeyi-meydən, dəxi hüĢyar olmaz. (3,314)  
 
 Göstərilən  nümunələrdə  poetik  dil  hər  nə  qədər  ilahi  eĢq 
vəsfinə  uyğun  olsa  da,  Ģairin  istifadə  etdiyi  ―eĢqü-məcazü‖ 
ifadəsindən görünür ki, Ağlın ilk dəf etmək istədiyi hələ dünyəvi 
eĢqdir.  ―Aldanma  xubruylərin  xəttü  xalına‖  misrasındakı  xubru 
yadımıza ―Hüsnü-eĢq‖dəki  XoĢrunu salır. EĢq də  XoĢruya uyan-
da,  qəfəs  kimi  qalanın  içində  çıxılmaza  düĢəndə  hələ  dünyəvi-
liyindən,  məcaziliyindən  tam  uzaqlaĢmamıĢdı.  Lakin  münazirə 
davam  etdikcə  yavaĢ-yavaĢ  EĢq  Ağla  qalib  gəlir  və  qəhrəmanı, 
onun təbini gözəl bir gülüstana aparır: 
 
Qabil deyil o kimsə ki, dövri-zəmanədə 
Tumari-eĢq məĢqi ona əzbər olmasa. 
Olmaz çəməndə Qumriyi-Ģuridə nəğməsaz, 
Mənzuri sərvqaməti-siminbər olmasa. 
 
Tutiyyi-nəfsi-natiqə oldu göhərfiĢan 
SərgəĢtə təbə verdi əcəb gülüstan niĢan. (3,318) 
 
Firudin  bəy  Köçərli  EĢqin  qələbəsini  son  anda  belə 
səciyyələndirir:  ―Burada  təbdən  murad  məhəbbəti-əzəli  və  eĢqi-
həqiqidir‖ (3,312) Son nəticə üçün bu, doğrudan da belədir. Lakin 
Ağlın  ilk  mübahisəyə  baĢlayıb  uzaqlaĢdırmaq  istədiyi  dünyəvi 
eĢqdir  ki,  buna  da  nail  olur.  Həqiqi  eĢqlə  üz-üzə  qalanda  ağıl 
gücsüzləĢir,  məcazi  eĢqlə  bir  meydanda  olanda  isə  Ağıl  daha 
güclü  idi.  ―Hüsnü-EĢq‖də  də  EĢq  Ədəb  məktəbində  olub, 
normalara əməl etdiyi, Ģəriətlə davrandığı zaman güclü olan ağıl 
idi.  Lakin  qəbilə  baĢçıları  onu  Qəlb  yoluna  salanda  artıq  o,  öz 
kimyasına – həqiqi eĢq mahiyyətinə doğru irəliləyirdi. 
Mirzə  Mehdi  ġükuhi  əql  və  eĢqi  əsas  qəhrəmana  çevirib 
əsərin  adına  da  gətirir  və  süjeti  birbaĢa  onların  mübarizəsi 
üzərində  qurur.  ―Münazireyi-Əqlü  EĢq‖  (2)  adlı  məsnəvi  zahiri 
məna  paralelində,  məcazi  xətdə  dünya  malı  üçün  qan  tökmənin, 
qardaĢ düĢməni olmanın əleyhinə çıxmağa həsr olunsa da, daxili 
məna  qatında  ruhdakı  ikiləĢməni  sonda  isə  eĢqin  hökmü  ilə  baĢ 
verən  birliyi  əks  etdirir.  ―DüĢmənçilik  və  müharibələr  əleyhinə 
yazılmıĢ bu əsərin ideyasını humanizm  təĢkil edir‖, (1,738) fikri 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə