Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

37

Hegel fəlsəfəsində azadlıq yadlaşma ilə dialektik ziddiyət təşkil edir və azadlıq tarixin 

məqsədidir

3



***

Hegeldən  sonra,  Marksa  qədərki  fəlsəfədə  əsas  xətt  isə  din  (xristianlığın) 

təftişçiliyidir.  Fəlsəfənin  çıxış  nöqtəsi  kimi  (məs:  Hegeldə  bu  saf  şüur  aktı  –  hissi 

yəqinlikdir)  ilahiyyat  əsas  rol  oynayırdı.  Bütün  metafizik,  siyasi,  hüquqi,  əxlaqi 

təsəvvürlər  dini  təsəvvürlər  formasına  gətirilib  çıxarılır,  bu  institutların  şüuru  dini 

şüur elan olunur, müəyyən siyasi, hüquqi, əxlaqi keyfiyyətlərə malik insan – nəticə 

etibarı  ilə  “ümumiyyətlə”  insan  –  dindar  insan  kimi  qələmə  verilirdi.    Bütün  bu 

(yadlaşdırıcı)  institutların  diniliyə  müncər  olunması,  sözsüz  ki,  yadlaşmanı  da  dini 

zəmində yadlaşmaya müncər edirdi.  Buna görə də, yadlaşmanın aşılması dinin, dini 



38

 №1 Fevral 2014

təsəvvürlərin və ümumilikdə ilahiyyatçı dünyagörüşlərinin aşılması ilə  eyniləşdirilirdi. 

Din, ümumilikdə bütün dini (mifolojik) təsəvvürlər insanın öz-fəaliyyətini, öz əməyinin 

məhsullarını  özündən  ayırması,  özününkü  saymaması  ucbatında  ortaya  çıxmışdır. 

Əslində “ilahi” olan insanidir

4

.  İlahi olan və ilahlar insanın məhsullarıdır və nəticə 



olaraq ilah əslində insandır. Yadlaşmanın aşılması da elə burdadır – insan fövqəltəbii 

yaradıcı ideyasından imtina etdikdə, özünü dərk edəcək və ilahiyyat antropologiyaya 

çevriləcək

5



Ümumi götürəndə bu tərz fəlsəfənin əslində Hegel sistemindən kənara çıxdığını 

söyləmək  mümkün  deyil.  Bu  fəlsəfə  başlanğıc  kateqoriyaları,  prosesin  forması  və 

sonluq olaraq Hegel sistemində onsuz da var olan xüsusi bir halın (hansı ki bunu sırf 

siyasət, sırf əxlaq və s. üçün də etmək olardı) tədqiqindən başqa bir şey deyil. Hegel 

sisteminin eləcə də oradakı əsas məfhum kimi yadlaşmanın başqa kontekstdə mütaliə 

olunması  və  sistemin  ilk  əsaslı  tənqidini  Marks  vermişdir.  Yadlaşma  Marksda  da 

azadlıq məsələsi kimi qoyulur. Və həqiqi-mütləq azadlığa, onda da, yadlaşmanın ləğvi 

ilə çatılır. Sadəcə olaraq burda təsvir olunan tarixin çıxış nöqtələri və bəzi elementləri 

Hegeldən fərqlidir. “Əgər onlar  fəlsəfəni, ilahiyyatı, substansiyanı “mənlik şüurunda” 

(Hegelin ibarəsidir – müəl.) əridib həll etmişlərsə, əgər onlar “insanı” heç vaxt köləsi 

olmadığı  bu  ibarələrin  hökmranlığından  azad  etmişlərsə,  “insan”ın  “azad  edilməsi” 

hələ  bir  addım  da  irəliləməmişdir.  Həqiqi  azadlığı  ancaq  həqiqi  dünyada  və  həqiqi 

vasitələrlə həyata keçirmək mümkündür. [...] Azadlıq fikir işi deyil, tarixi işdir və tarixi 

münasibətlər, [məhsuldarlığın artması] onunla nəticələnəcəkdir”

6



Marks  yadlaşmanın  istehsal  münasibətlərinin  inkişafı  nəticəsində  artan 



məhsuldarlığın  və  ortaya  çıxan  əmtəələrin  qeyri-bərabər  paylanması  səbəbindən 

yaranan  siniflərdən  hakim  olanın  digəri  üzərindəki  təhəkkümündən  yarandığını 

və  yadlaşmanın  aşılmasının  da  buna  səbəb  olan  faktorların  aradan  qaldırılması  ilə 

mümkün olacağını deyirdi. Məhsuldarlığın artması əmək bölgüsünün spesifikləşməsini 

və bu əmək bölgüsündə fərdlərin payına düşənin onları əsir alması – sinfi antaqonizmi 

yaradır. Yadlaşmanın  ləğvi  deməli  əmək  bölgüsünün  –  təbii  ki,  sinfi  antaqonizmin- 

ləğvi, insanın hansısa bir peşəyə ömür boyu təhkim olunmağının aradan qaldırılması 

ilə mümkündür ki, bu da ancaq kommunizmdə mümkün olacaqdır.  




39

***


Marks Hegeldən fərqli olaraq tarix təsvirinə insanla başlayır. “Bəşər tarixinin 

birinci müqəddəm şərti, əlbəttə, canlı insan fərdlərinin mövcud olmasıdır

7

.  Bu insanların 



tarix yaratmaq qabiliyyətinə sahib olmaq üçün onların yaşamağa imkanları olmalıdır. 

Yaşamaq üçün hər şeydən əvvəl yemək, içmək, məskən, paltar və s. lazımdır. Beləliklə 

birinci tarixi akt bu tələbatı ödəmək üçün lazım olan həyat vasitələrinin istehsalıdır. 

Həm də bu elə bir tarixi aktdır ki, insanların yaşaya bilməsi üçün hər gün, hər saat 

yerinə  yetirilməlidir

8

.  Ödənilmiş  ilk  tələbatın  özü,  ödəmə  fəaliyyəti  və  əldə  edilən 



ödəmə aləti yeni tələbatın əmələ gəlməsinə səbəb olur və bu yeni tələbatın ödənməsi, 

ikinci tarixi aktdır

9

.  Üçüncü tarixi akt odur ki, öz həyatlarını hər gün yenidən istehsal 



edən insanlar başqa insanları da istehsal etməyə başlayıb çoxalırlar. Başlanğıcda yeganə 

ictimai  münasibət  olan  bu  ailə,  sonralar  çoxalmış  tələbat  yeni  ictmai  münasibətlər 

törətdiyi, çoxalmış əhali isə yeni tələbat əmələ gətirdiyi zaman tabe edilmiş münasibət 

olur”


10

. İnsanın öz həyatını əmək vasitəsi ilə başqasının həyatını uşaq törətmək vasitəsi 

ilə istehsal etməsi özünü ikiyönlü münasibət kimi göstərir; təbii münasibət və ictimai 

münasibət kimi. Ona görə ictimai münasibət kimi ki, burda müxtəlif fərdlərin birgə 

işi,  birgə  fəaliyyəti  var.  Deməli,  müəyyən  istehsal  üsulu  həmişə  müəyyən  birgə 

fəaliyyət üsulu ilə əlaqədardır. “Bu birgə fəaliyyət üsulunun özü “məhsuldar qüvvədir”, 

insanların  əl  çatdırdığı  məhsuldar  qüvvələrin  məcmusu  ictimai  vəziyyətin  şərtidir 

və  deməli  “bəşəriyyət  tarixini”  həmişə”

11

  istehsal  münasibətləri  zəminində,  daha 



kompleks formada sənaye və mübadilə tarixi ilə əlaqədar tədqiq etmək lazımdır. Marks 

tarix quruculuğunun empirik yollarla araşdırıla biləcək aksiomlarını verdikdən sonra, 

münasibətin ünsiyyət (Verkehr) vasitəsilə mümkün olduğunu, bunun da öz növbəsində 

şüuru doğurduğunu qeyd edir. Şüur, xalis və mütləq başlanğıc deyil – ünsiyyət vasitəsilə 

ortaya çıxan ictimai məhsuldur. “Şüur ictimai məhsuldur və insanlar mövcud olduqca 

ictimai məhsul olaraq qal[ır]. Şüur əvvəlcə yalnız hiss ilə qavranılan ən yaxın mühitin 

və özünü tanımağa başlayan fərddən kənarda qalan digər fərdlər və obyektlərlə məhdud 

əlaqənin  dərk  edilməsidir”

12

.  Şüur  həm  də  insanın  əvvəlcə  tamamilə  yad,  əlçatmaz 



qüvvə kimi  baxdığı, ona heyvan kimi münasibət bəslədiyi təbiətin bütünlükcə dərk 

edilməsidir. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə