Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

34

 №1 Fevral 2014

əşyanı müzakirə etmək və mütəmadi olaraq ticarət mərkəzlərinə baş çəkmədikdə apatiya 

hissinin olmasıdır. Nəticədə isə bütün bu istəklərin yerinə yetməməsi psixi pozuntulara 

xüsusən  də  aqressiya,  autoaqressiya,  depressiya,  davamlı  yuxu  pozğunluqları  və 

nevrozlara  səbəb  olur.  Psixi  pozuntular  isə  damar  distoniyası,  arterial  hipertenziya,  

immunmüqavimətin zəifləməsi və mütəmadi baş ağrıları kimi somatik problemlərə yol 

açır. Bundan başqa maqnit rezonans tomoqrafiya (MRT) ilə aparılan təcrübələr zamanı 

müəyyən  olunmuşdur  ki,  oniomaniya  zamanı  beynin  məntiqi  təfəkkürə  cavabdeh 

hissələrinin  fəaliyyətində  əhəmiyyətli  dərəcədə  zəifləmə  müşahidə  olunur.  Odur  ki, 

özünüzü qoruyun.



Qeydlər:

1.    İqtisadiyyatda  keynsçilik  adlanan  bu  yol  ingilis  iqtisadçısı  Con  Meynar 

Keyns (ing. John Maynard Keynes 1883-1946) tərəfindən irəli sürülmüşdür. 

Keynsçilik böhrandan çıxış yolu kimi ortaya çıxsa da, əslində daha ciddi bir 

problemə – konsyumerizmə sürüklədi.

2.   Jan Bodriyar (fr. Jean Baudrillard 1929-2007) – fransız sosioloq, kulturoloq 

filosofu

İstifadə olunan mənbələr:

1.  Karl Marks. Kapital I cild

2.  Erix Fromm. Marksın İnsan Konsepsiyası

3.  Erich Fromm. The Sane Society (1955)

4.  Erich Fromm. To Have or to Be (1976)    

5.  Jean Baudrillard. The Consumer Society: Myths and Structures (1970)

6.  Егоров А. Ю. Нехимические зависимости. – СПб., 2007


35

Ziya Bayramov

                                        

      

Marksda “Yadlaşma” məfhumu

Yadlaşma 

məfhumu, 

fəlsəfədəki 

alman 

intibahından  sonra,  sosiologiya,  tarix,  teologiya, 



ədəbiyyat,  eləcə  də  fəlsəfədə,  insan  varlığının  tarix 

oxu  üzərindəki  durumunun  təsvirinin  ayrılmaz 

hissəsinə  çevrilib.  Antik  yunan  və  yaxın  paraleldəki 

sivilizasiyaların  çoxunda  daha  çox  insanın  dünyadan, 

dünyəvilikdən qopması, “Loqos”a, tanrılara, təbiətə qovuşması mənasında işlənən və 

normativ kimi təbliğ olunan bu məfhum, Hegel və davamçıları ilə birlikdə başqa kontekstə 

keçirilmiş və birinci mənasına bütünlüklə qarşı qoyulmuşdur. Bu yazıda, əsasən Hegel 

və Marksın yadlaşma haqdakı fikirlərinin xülasəsini verməyə çalışacağıq. 

***

Hegel, nəzərdə tutduğumuz anlamda, yadlaşmaya ilkin olaraq “Fenomenologi-



ya”da

1

 (“Ruhun Fenomenologiyası”) toxunur. Orada yadlaşma Ruhun (Geist) özünü-



açma prossesində məruz qaldığı bir dəyişiklik və bir parçalanmadır. Ruh ictimai şüurun 

və  fəaliyyətin  bütünüdür  və  tarixi  hərəkətin  mərkəzindəki  fiqurdur.  Ruhun  özünü-

açması da, birbaşa, ictimai şüur və fəaliyyətdə və həmin fəaliyyət nəticəsində ortaya 

çıxan  məhsullarda  özünü  əks  elətdirir. Yadlaşma,  yəni  Ruhun  parçalanması  əslində 

ayrılmaz bütün olan şüurun və fəaliyyətin, yəni mənəvi və maddi olanın bir-birindən 

ayrılması və bir-birlərinə qarşı durmaları formasında olur

2



Bunun bədii təsvirini Hegel elə orada, “Fenomenologiya”da verir. Hegelin hissi 



yəqinliklə başladığı tarixdə, subyektlər əvvəlcə təbiətlə müəyyən bir münasibətə girir 

və təbiəti öz düşüncələrinin obyekti halına gətirərək onda müəyyən dəyişikliklər aparır 



FƏLSƏFƏ


36

 №1 Fevral 2014

və özlərini həmin fəaliyyətin nəticəsində tanıya bilirlər. Bu dəyişiklik, subyektin özünü 

obyektdə  tanıma  cəhdidir  və  dolaylı  tanınmadır.  Çünki  subyekt  özünü,  necəliyini 

birbaşa  yox  hansısa  xarici  varlıq  –  obyekt  vasitəsilə  dərk  edir.  Bu,  ümumi  dərk 

prossesində birinci tarixi aktdır. Bu fəaliyyətdə maksimuma çatan subyekt daha sonra 

özü kimi olan başqa bir subyektdə tanınmağa, onun tərəfindən tanınmağa cəhd edir. 

Özü-kimi-olan  subyekt  tərəfindən  tanınmaq  istəyən  iki  subyektin  qarşılaşması  isə 

tanınmaq mübarizəsini və bu da nəticə olaraq bunlardan birinin o birini təhəkkümü 

altına almağı ilə sonlanır. Məşhur ağa-kölə dialektikası burdan başlayır. Öz bioloji-

heyvani instinktlərindən fədakarlıqda bulunan və mübarizədən qaçmayan ağa, heyvani 

instinktlərlə  öz  bioloji  varlığını  qorumağa  çalışan  isə  kölə  olur. Ağa  mübarizədəki 

mövqeyi ilə heyvandan fərqləndiyini, insan olduğunu dərk edir. Kölə isə ağanın onun 

üzərindəki iradəsini qəbul edir. Mübarizədən üstün çıxan ağanın tragediyası oradadır 

ki, o özü-kimi-olan tərəfindən tanınmaq cəhdini, özünə uduzan kölədə tapır, lakin kölə 

ekzistensial forma etibarilə artıq onun kimi deyil. Ağanın ağalığı kölənin onu ağa kimi 

qəbul etməsindədir. Lakin bu həm də o deməkdir ki, ağa mübarizədə qalib çıxsa da, 

onu  dəyişdirsə  də,  köləni  dəyişdirdiyi-obyekt  kimi  görmür,  ona  şüur  kimi  yanaşır; 

yəni  kölə  də  ağa  tərəfindən  tanınır.  Bu,  ikinci  tarixi  aktdır. Ağa  daha  sonra  təbiətlə 

birbaşa yox, təhəkkümü altına aldığı kölə vasitəsilə münasibət qurur. Burda kölə, daha 

dəqiq ifadə etsək, kölə əməyi ağanın şüurunun təbiətlə qurmaq istədiyi münasibətlə 

müəyyən  olunur.  Bələliklə  kölə  öz  əməyi  üzərindəki  sərəncamını  itirir  və    ağanın 

şüurunun  eksteriorizasiyası  (xariciləşdirilməsi,  dışsallaşdırması)  olmaq  etibarilə  öz 

əməyinə    yadlaşır.  Əməyinin  onun  varlığının  özünü-açma  forması  olduğuna  görə 

dolayı  yolla  öz  varlığına  da  yadlaşır. Ağa  isə  maddi  fəaliyyətdən  imtina  edərək,  öz 

şüurunu  başqasının  (kölənin,  yadın,  özgənin)  əməyində  reallaşdırmaqla  öz  əməyinə 

və yenə o da dolayı yolla öz varlığına yadlaşır. Bütünlükdə Ruhu formalaşdıran bu 

parçalanma həm də Ruhun özünə yadlaşmasıdır. Bu parçalanmanın aradan qaldırılması, 

yadlaşmanın aşılması isə ancaq maddi və mənəvi bölünmənin ləğvi ilə yəni ağa-kölə 

münasibətlərinin, subyektin bir başqa subyektdə özünü tanımaq cəhdindən əl çəkməsi 

ilə, özünü özündə tanımağa çalışması ilə mümkündür. Bu, şüurun və şüurun dərkinin 

xarici  olan  təsirlərdən  arınması  mütləq  özünüdərkə,  tam  azadlığa  gətirib  çıxaracaq. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə