Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

28

 №1 Fevral 2014

Biz yarlık içirik. Coca-Cola şüşəsi ilə birgə içki içən yaraşıqlı oğlan və qızın reklam 

şəklini içirik. “Həyatın ləzzəti” devizini və məşhur amerikan vərdişini içirik. 

***


Bizim istehlak üsulumuz mütləq olaraq ona gətirir ki, biz heç vaxt razı qalmırıq 

və  doymuruq,  çünki  istehlakçı  bizim  əsl  özümüz  deyil,  real  şəxsiyyətimiz  deyil. 

Burada  çatdırılmaq  istənilən  o  deyil  ki,  insanın  mədəni  inkişafı  ilə  əlaqədar  onun 

istehlak tələbatları arta bilməz, daha yaxşı qidalanmaq, ona estetik zövq verən əşyalara, 

kitablara və s. ehtiyacı ola bilməz. Əlbəttə bunların baş verməsi təbiidir. Ancaq bizim 

qarşısıalınmaz  istehlak  etmək  həvəsimiz  insanın  təbii  ehtiyacları  ilə  əlaqəni  itirib. 

Başlanğıcda kütləvi istehlak insanların bütün tələbatlarını ödəyəcək daha xoşbəxt həyat 

vəd edirdisə, istehlak məqsədə yəni xoşbəxtliyə çatmaq üçün vasitə idisə, indi istehlak 

özü məqsədə çevrilib. Bu bir növ bizi 

öz təsiri altına salan asılılıq kimidir. Hər 

bir  insan  çalışır  ki,  digərində  hansısa 

ehtiyac hissini oyatsın və onu yeni tip 

asılılığa salsın. 

Hazırki  insan  hədsiz  miqdarda 

əşya  almaq  tilsiminin  altındadır,  

xüsusən  də  yeni  əşya.  O  istehlakçı 

aclığını  hiss  edir.  Alıcılıq  və  istehlak 

aktı sağlam məntiqə zidd olan məcburi 

məqsədə  çevrilib,  ən  ali  məqsədə. 

Hər  kəs  bazarda  ən  son  peyda  olan 

hansısa  texniki  yeniliyi  almağı  xəyal 

edir və bu xəyalla müqayisədə istifadə 

olunacaq  əşyadan  alınacaq  əsl  həzz 

ikinci  plana  keçir.  Fromm  yazir  ki, 

“Əgər müasir insanın cənnət haqqında 

əsl təsəvvürlərini deməyə cəsarəti çatsaydı, təsvir olunacaq mənzərə yəqin ki, içərisi 

hər cür texniki yeniliklərlə dolu olan dünyanın ən böyük univermağı olardı. Həmin 

  Kisə üzərində reklam yazısı: “İndi al, sonra ödə”



29

adamsa içərisində bütün bunları almağa yetəcək qədər pul olan kisə ilə birgə.” Hazırki 

istehlak cəmiyyətinin keçən əsrdəkindən əsas fərqi odur ki, bugünkü insan keçən əsrin 

insanı  kimi  malik  olmaqdan  daha  əvvəlki  kimi  həzz  almır.  O  yeniliyi  xoşlayır,  hər 

şeyin yenisini. Və aldığı əşyanı da 

daha yenisi çıxan kimi dəyişməyə 

hazırdır.

Yadlaşmış  münasibət  təkcə 

əşyaların  istehlakına  və  istifadə-

sinə aid deyil, o daha genişdir və 

bizim  boş  vaxtımızın  istifadəsinə 

belə  təsir  edir.  Yadlaşmış  isteh-

lakçı  insan  idman  oyunlarını, 

filmləri,  qəzetləri,  jurnalları,  ki-

tabları,  təbiət  mənzərələrini  belə 

əşyalarla  olduğu  kimi  abstrakt 

və  yadlaşmış  formada  istehlak 

edir. O, heç nədə aktiv iştirak et-

mir,  nəyə  sahib  olmaq  və  ondan 

həzz  almaq  mümkündürsə,  onu 

mənimsəmək  istəyir.  Faktiki  ola-

raq  o,  öz  boş  vaxtının  belə  əsl 

sahibi deyil. Sistem özü onun boş 

vaxtını bölüşdürür, əşyaların istehlakında olduğu kimi. İnsanın zövqü manipulyasiya 

obyektidir . Onun eşitmək istədiyi, görmək istədiyi hər şeyi istehlak sənayesi müəyyən 

edir. Həzzin dəyəri bazardakı uğurundan asılıdır. Heç bir başqa insani ölçülər bunu 

müəyyən  etmir.  Sənin  üçün  nəyin  daha  zövqlü  ola  biləcəyini  bazar  müəyyən  edir. 

Normada insan kitab oxuyanda, peyzajla maraqlananda, dostları ilə ünsiyyətdə olanda 

və  s.  yaradıcı  proseslərdə  dəyişir. Yadlaşmış  formada  zövq  alan  insan  isə  dəyişmir, 

onun yalnız nə etdiyi barədə xatirələri qalır.

Fromm  yazır  ki,  “Fotoaparatlı  turist  dünyaya  yadlaşmış  münasibətin  parlaq 

Bar code art. Consumerism sucks.

Müəllif: Ben Heine



30

 №1 Fevral 2014

nümunəsidir.”  Daimi  şəkil  çəkmək  prosesində  o  özü  faktiki  heç  nə  görmür,  görən 

fotoaparatdır. Kamera onun əvəzinə görür, turistə qalan həzz isə xatirələri və çəkdiyi 

şəkillərdir. Hansılar ki, onun ala biləcəyi, ancaq almadığı həzləri əvəz edir. “Kodak”ın 

reklam devizində deyildiyi kimi, “Siz düyməni sıxırsız, qalanını biz edirik.”

KİV, pop-art, seks

Kütləvi  mədəniyyətin  ənənəvi  mədəniyyətə  münasibəti  dəbin  əşyalara 

münasibəti kimidir. Yəni necə ki, dəbin əsasında əşyaların köhnəlməsi durur, kütləvi 

mədəniyyətin də əsasında ənənəvi dəyərlərin köhnəlməsi durur. Kütləvi mədəniyyət 

başlanğıcda müvəqqəti istifadə üçün yaradılır. O işarələrin dəyişdiyi mühitdir. Onun 

imperativi  istehlakçı-insan  üçün  aktuallıq,  müasirlik,  funksional  yararlılıq  tələbidir. 

Kommunikasiya vasitələrinin inkişafı insan ünsiyyətindəki simvolik əsasın itirilməsinə 

səbəb  olur.  Əsl  canlı  mədəniyətin  yerinə  məzmunu  olmayan  mənasız  işarələrin 

rituallaşması gəlir. Hər bir “mədəni” insan üçün mütləq olan bu tip işarələr minimumu 

formalaşır. Bu minimumu Jan Bodriyar  “ən kiçik ümumi mədəniyyət” hesab edir. Və 

bu minimum kütləvi şüurda “mədəni vətəndaşın şəhadətnaməsi” rolunu oynayır. 

***


Pop-art ikili məna daşıyır – o, həm istehlak cəmiyyətinin məhsuludur, həm də 

onun mexanizminin ifadəsi. O, görünən reallığı təsvir edərkən sistemin işarələrindən 

kənara  çıxa  bilmir.  Pop-art  səmimi  ola  bilər,  həqiqi  ehtirasın,  coşqunun,  ilhamın 

nəticəsi ola bilər, ancaq bununla yanaşı o öz yaradıcısının belə dərk etmədiyi obyektiv 

statusundan xilas ola bilməz. O, başlanğıcdan kommersiya məqsədi daşıdığı üçün heç 

vaxt insana tam çatmır. Həmçinin insan özü də ona münasibətdə istehlakçı kimi çıxış 

etməyə məhkumdur. 

Kütləvi  informasiya  vasitələri    (KİV)  –  istehlak  cəmiyyətinin  totalitar 

xarakterini  əks  etdirir  və  onu  möhkəmləndirir.  Bu  totalitarizmin  məğzi  hadisələri 

homogenləşdirməsində,  bununla  da  istehlakçının  nəzərində  onu  eynihüquqlu 

etməsindədir.  KİV  dünyanın  canlı  məzmununu  ondan  təkcə  hadisələri  götürərək 

məhv edir. Bodriyara görə, reallığa bu cür münasibətilə KİV doğruluq yaxud yanlışlıq 

kateqoriyası  olmayan  “neoreallığı”  formalaşdırır.  Reklamların  da  yaranmasında 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə