Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

46

 №1 Fevral 2014

    Press, 1969

4. The Essence of Christianity, Feuerbach, Ludwig http://www.marxists.org/ 

    reference/archive/feuerbach/works/essence/ – 07.12.2013

5.  Die deutsche Ideologie, Marx, Karl und Engels, Friedrich http://www. 

     mlwerke.de/me/me03/ – 08.12.2013

Faydalı ola biləcək mənbələr:

Alman İdeologiyası, Karl Marks və Fridrix Engels (türk: Alman İdeolojisi, ing:  

The German Ideology, alm: Die Deutsche Ideologie)

Ruhun Fenomenologiyası, Georq Vilhelm Fridrix Hegel (türk: Tinin  

Görüngübilimi, ing: Phenomenology of Spirit, alm: Phänomenologie des  

Geistes )

Introduction to reading of Hegel, Alexandre Kojève (türk: Hegel Felsefesine  

Giriş) 

Creative Activity and Alienation in Hegel and Marx, Sean Sayers – (https:// 

www.kent.ac.uk/secl/philosophy/articles/sayers/creativeactivity.pdf)


47

Karlo Lebt

Mədəni relyativizm və insan 

haqları 

1979-cu  ildə  Mişel  Fuko  “Libération”-a  mü-

sahibəsində  İran  inqilabına  münasibət  bildirərkən 

qeyd  edir  ki,  iranlılarda  “bizdə  olan  həqiqət  reji-

mi  deyil”

1

.  Fuko  üçün  bu  inqilab  postmodern  anti-



universalizmin təsdiqi idi və əlbəttə ki, bu inqilabın 

nəticələrini postmodernizm çərçivəsində tənqidi qiymətləndirmək mümkün deyil, zira 

müxtəlif mədəniyyətlərin “diskursları xaricində” hazırlanmış müqayisə meyarları (o 

islam inqilabının vektorunu bilavasitə İran xalqının mədəniyyətindən çıxarırdı) nəticə 

etibarilə postmodernizmin ilkin prinsipinə ziddir. Nəticədə, İran inqilabının xarakteri 

əksər solçular üçün aydın olanda Daniel Bensaid Fukonun mövqeyini belə şərh edirdi: 

“..mədəni relyativizm aksioloji relyativizm üçün bəhanə deyil”

2

.  



Bu  relyativizmin  əleyhdarları  ilə  tərəfdarları  arasındakı  bənzər  ziddiyyət 

(buraya həm postmodernistlər, həm islam ideoloqları, həm də müxtəlif ölkələrdən olan 

ənənəvi radikallar aid ola bilərlər) hal-hazırda qloballaşma prosesinin səbəb olduğu 

əsas problemlərdən biridir. Dünyada solların qloballaşmaya münasibətinin birmənalı 

olmadığını nəzərə alaraq, onun yaratdığı problemlərin, xüsusən də mədəni relyativizm 

və insan haqları məsələlərinin müzakirə olunması sollar üçün vacib məsələdir.

Mədəni relyativizmi müxtəlif cür şərh etmək olar. Sizə deyə bilərlər ki, mədəni 

relyativizmin sərhədi universalinin, məsələn, insan hüququnun başladığı yerdə bitir, 

yaxud əksinə israr edə bilərlər ki, insan hüquqları (məsələn, İnsan haqları üzrə Ümumi 

bəyannamədə  elan  edilmiş)  özlüyündə  bu  və  ya  digər  mədəniyyətin  məhsuludur  və 



ANTROPOLOGİYA


48

 №1 Fevral 2014

bütün bəşəriyyət üçün yox, ancaq müvafiq mədəniyyətin çərçivələri daxilində mütləq 

şəkildə nəzərdən keçirilə bilər, nəticə etibarilə, başqa mədəniyyətlər tərəfindən gözardı 

edilə bilər. Ona görə bu məsələni müzakirə edərkən müəyyən etnik yaxud dini qrupların 

əsas  insan  hüquqları  ilə  münaqişəyə  girməyən  ənənəvi  normaları,  adətləri,  əxlaq 

haqqında  təsəvvürləri  bizim  doğru  bildiyimiz  əxlaq  qaydalarına  uyğun  olmasa  belə 

diskriminasiya olunmamalıdır. Bu planda, mədəni relyativizmin müəyyən əhəmiyyətinin 

qəbul olunması həqiqi mənada xalqların bərabərliyi və mədəniyyətlər arası dialoq üçün 

lazım olan şərtlərdən biridir. Amma anlamaq lazımdır ki, bənzər şərtlər o çərçivələr 

daxilində  və  o  mədəni  yaxud  dini  sistemlər  üçün  keçərlidir  ki,  onlar  digər  mədəni 

yaxud dini normaların mövcudluğunu qəbul edir, insan haqları və azadlıqlarına hörmət 

edirlər. Başqa sözlə desək, problem bütün mədəni fərqliliklərdə deyil, insan varlığına 

aid  humanist  münasibətlərə  qarşı  bəzi  mədəniyyətlərə  xas  olan  təsəvvürlərdədir. 

Malayziyada bəzi qəbilələr arasında mövcud olan insan başı ovu yaxud bəzi Afrika 

ölkələrindəki qadın sünnəti adətləri hindulardakı Külək rəqsi yaxud zərdüştilərdəki oda 

sitayiş ilə eyni hal deyil. Bu sonuncu mədəni və dini xüsusiyyətlər bizə həmçinin qəribə 

və anlaşılmaz gələ bilər, ancaq qəbul olunan yaxud qəbul olunmayan mədəni fərqlilik 

dərəcəsi üçün meyar insan haqqında humanist təsəvvür, daha dəqiq isə buradan doğan 

insan haqları və azadlıqları konsepsiyasıdır.

Relyativistlərin əsas dəlillərindən biri odur ki, universal dəyərlər və həqiqətin 

obyektiv  meyarları  mövcud  deyil.  Beləliklə,  bu  və  ya  digər  birliyin,  etnosun  və  b. 

mədəni və əxlaqi fərqləri tənqid oluna bilməz. 

***

Güman  edək  ki,  elədir.  Çoxumuz  Amerikada  bəzi  hindu  qəbilələrində  yağış 



çağırma mərasimləri barədə eşitmişik yaxud oxumuşuq. Məsələn, pueblo hindularının 

“ilan rəqsi” adlanan adətləri var və burada zınqırovlu ilan şimşəyi simvolizə edir. Rəqsə 

bir az qalmış qəbilənin kahini xüsusi çubuqların köməyilə ilanın zəhərini çıxarır və 

sonra rəqs başlanır. Bizim bu mərasimə hörmətimiz və anlayışımız yağış rəqsinin ifası 

ilə obyektiv şərait olan hava şərtləri arasında həqiqi səbəb-nəticə əlaqəsi yaradırmı? 

Sual ritorikdir. Biz bənzər inanc və ritualların yaranma səbəblərini, onların formalaşdığı 

obyektiv  şərtləri  və  s.  analiz  edə,  mövcud  inancın  nə  dərəcədə  gerçəkliyə  uyğun 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə