Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

55

Ardı var...

Qeydlər:

1.    “Ruhsuz  dünyanın  ruhu”.    Kler  Brier  və  Pyer  Blanşenin  Mişel  Fuko  ilə 

söhbəti

2.   Daniel Bensaid “Tamaşa əmtəə fetişizminin ən yüksək mərhələsi kimi”, səh. 

31

3.   Mədəniyyətin formalaşmasına şərait yaradan amillərdən biri də elmi bilik 

səviyyəsidir (Müəl.qeydi). 

4.    Nümunə  olaraq  Afrikanın  bir  sıra  müsəlman  ölkələrindəki  qadın  sünnəti 

adətini göstərmək olar ki, bu da “ənənəvi inanclardan” doğan qadın cinsi 

orqanlarının zədələnməsi ilə nəticələnir (Müəl.qeydi).

5.  Kifayət qədər tez-tez marksizmə qarşı bir arqumentlə qarşılaşmaq olar ki, 

onun mahiyyətini bu cür ifadə etmək mümkündür: antik dövrdə İskəndəriyyəli 

Heron  adlı  möhtəşəm  alim  yaşayır  və  işləyirdi,  əsasən  onunla  məşhur  idi 

ki, öz ixtiraları və traktatları ilə sənaye çevrilişi üçün elmi-texnoloji baza 

hazırlamışdı  və  məlum  olduğu  kimi,  bu  çevriliş  Yeni  tarixdə  baş  vermişdi 

– təxminən min beş yüz il sonra. Bəzən bu arqument Leonardo da Vinçidən 

arqument kimi təqdim edilir, həmçinin o da texniki təfəkkürü ilə öz dövrünü 

qabaqlamışdı, lakin Heron burada dünyadakı ilk buxar maşınının ixtiraçısı 

kimi daha əlverişçi fiqur olur.

      Bu  arqumentlə  silahlanmış  marksizm  əleyhdarlarının  hədəfi  aydındır  – 

bu,  Marksın  “Fəlsəfənin  yoxsulluğu”  əsərindəki  məşhur  ifadədir:  “Əl 

dəyirmanı  sizə  süzerenin  rəhbər  olduğu  cəmiyyət,  buxar  dəyirmanı  – 

sənaye  kapitalistinin  olduğu  cəmiyyət  verir”.    Elə  görünürdü  ki,  tarixin 

marksistcəsində  dərk  edilməsi  üçün  iki  rəfedilməz  toqquşma  yaranır:  a) 

Heron nə üçün “texnologiyalar sahəsində bu qədər dahiyanədir”; b) istehsal 

gücləri nəzəriyyəsi antik buxar turbini haqqında nə deyə bilər.

      Bu  arqumentin  hədəfdən  kənarda  qalması,  fikrimcə,  aydındır.  Heronun 


56

 №1 Fevral 2014

ixtiralarının böyük hissəsinin yaradıcı taleyi növbəti köhnə marksist tezisi 

təsdiqləyir:  yeni  biliyin  və  ya  yeni  potensial  istehsal  vasitəsinin  istehsal 

gücünə çevrilməsi üçün: a) elə bir istehsal münasibətləri sistemi lazımdır 

ki, öz mövcudluğu üçün zəruri olan texnoloji yeniliklərdə bilavasitə maraqlı 

olsun (hər hansı bir inkişafdan bir kənara qoysaq); b) elə bir ictimai agent 

lazımdır ki, yeni istehsal gücünün tətbiq edilməsi üçün zəruri sinfi iradəyə və 

bu iradəni həyata keçirmək üçün bütün vasitələrə sahib olsun. Bu nümunə 

müəyyən dərəcədə kapitalizmin bərqərar olması ilə bərabər sarsılmaz insan 

haqları  və  azadlıqları  haqqında  konsepsiyanın  iddiaları  ilə  analojidir, 

halbuki onların qəbul edilməsi hələ roma hüququnda mövcud idi.

6.    “Quod  attinet  ad  jus  civile,  servi  pro  nullis  habentur;  non  tamen  et  jure 

naturali, quia quod ad jus naturale attinet, omnes homines aequales sunt” 

(D. 50.17.32)

7.    Cumaraswamy  D.P.  The  Universal  Declaration  of  Human  Rights  –  Is  it 

Universal? // International Commission of Jurists Review. 1997. №58-59. 

P. 118-123

8.    Bir çox “üçüncü dünya ölkələrinin” ABŞ və Qərbi Avropa ilə əlaqədar heç nəyi 

qəbul etməmələri bir çox hallarda bu regoanların daha az inkişaf etmiş ölkə 

və xalqlara qarşı ənənəvi siyasətinin nəticəsidir. Müəyyən dərəcədə Qərbin 

iqtisadi-siyasi sisteminin diskreditasiya etdiyi qədər heç kim insan haqları və 

azadlıqları diskreditasiya etməyib. Məsələ sadəcə beynəlxalq siyasətdə deyil. 

Məsələn, ABŞ-da indiyə qədər ölüm hökmü tam şəkildə ləğv olunmayıb (bu da 

1948-ci il Ümumi insan haqları Deklarasiyasına ziddir), bundan başqa, ABŞ 

indiyə qədər 1948-ci il Ümumi İnsan Haqları Deklarasiyasından doğan və 

qəbul edilmə üçün məcbur olan iqtisadi, sosial və mədəni haqlar haqqındakı 

Beynəlxalq Paktı ratifikasiya etməyib ki, bu da ABŞ üçün universal insan 

haqları və prioritetlərinin qeyri-bərabərliyini sübut edir.

9.    Джеймс Рейчелз “Вызов культурного релятивизма”.


57

İstifadə olunan mənbələr:

1.  Thomas Sukopp: Wider den radikalen Kulturrelativismus. Universalismus,   

     Kontextualismus 

      und Kompatibilismus // Aufklärung und Kritik. 2/2005

2.  James Rachels, The Elements of Moral Philosophy, 1999

3.  Corpus iuris civilis. Дигесты. т. 50

4.  Даниэль Бенсаид, Спектакль как высшая стадия товарного 

     фетишизма, 2012

5. Cumaraswamy D.P. The Universal Declaration of Human Rights – Is it  

    Universal? //  International Commission of Jurists Review. 1997

Ruscadan tərcümə: Ləman Orucova


58

 №1 Fevral 2014

“Marx Reloaded” filminin 

rejissoru Jason Barker ilə 

müsahibə

 

“Marx Reloaded” (“Marks Yenidən”) Slavoy 



Jijek, Antonio Neqri, Jak Ransyer və Peter Sloterdayk 

kimi  şəxslərin  düşüncələri  və  müsahibələrindən 

ibarət,  qlobal  maliyyə  böhranı  şəraitində    Karl 

Marksın  siyasi  və  iqtisadi  fəlsəfəsini  işıqlandıran 

sənədli filmdir. 

Filmin rejissoru Ceyson Barkerə bir neçə sual ünvanladıq

1



–        “Marx  Reloaded”  filosofa  və  əsərlərinə  yenidən  yaranan  diqqəti 

canlandırdığınız  filmdir. Filmi çəkməkdə məqsədiniz nədir?

          “Kommunizm  ideyası”nın  araşdırıldığı  bir  vaxtda  bu  film  ”kapitalizm 

böhranı”na  sadə  cavab  cəhdidir.  Mən  “kommunizm  nəzəriyyədə  əla  ideyadır,  lakin 

praktikada tətbiqi mümkün deyil” klişesi ətrafında müzakirələrin tərəfdarıyam. Digər 

məqsəd Marksın “yenidən canlanma prosesinin” tədqiqi idi. Filmin adı mənim üçün 

olduqca əhəmiyyətlidir. Bu çevrilmə haqqındadır və azacıq fərqli nüanslara baxmayaraq, 

Badyu, Neqri və Jijekin Marks haqqındakı düşüncələrini özündə açıq-aşkar əks etdirir. 

Markssız marksizm olarmı? Bu, Badyu və Jijekin proto-kommunizmidirmi? Zənnimcə, 

Marks marksist deyildi ya da marksist olmaq istəməzdi. Ransyer filmdə qeyd edib ki, 

Marks hər şeydən əvvəl öz partiyasının üzvü idi. İstənilən halda bu, adi totalitar əxlaq 

olmadan Marksı bir mütəfəkkir kimi yenidən qələmə verməyə və ya təsəvvür etməyə 



MƏDƏNİYYƏT


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə