Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

49

olduğunu anlaya bilərik. Başqa sözlə, təbiətin qanunları necə ki, biz azərbaycanlılar, 

avropalılar üçün, eləcə də hindular üçün keçərlidir. Burada bir fakt diqqətəlayiqdir ki, 

azərbaycanlılar üçün yağış çağırma mərasimi sadəcə antropoloqların verdiyi Amerika 

xalqlarının  mədəniyyəti  haqqında  məlumat  deyil.  Azərbaycanda  keçən  yüzilliyin 

əvvəllərinə  qədər  yazın  əvvəli  keçirilən  yağış  çağırma  praktikası  mövcud  olmuş  və 

hal- hazırda “Xıdır İlyas” mərasimi şəklində saxlanılmışdır.

Ənənənin mistik məzmunu itirilib və indiki zamanda ciddi qəbul edilmir, lakin 

rəqs qorunub saxlanılıb. Bu qəbildən şeylər rumınlarda, beloruslarda, ukraynalılarda 

və s. var. Bu məhz belə bir dəlilin təsdiqi deyilmi ki, bu və ya digər mədəniyyətin bu 

cür “unikallıq” nümunələri tarixdən gəlir və müstəsna olaraq bu və ya digər etnosun 

təbiətini  əks  etdirmir?  Düşünürəm  ki,  bu  belədir.  Bundan  əlavə,  bu,  həm  də  bəzi 

relyativistlərin,  bir  mədəniyyətin  normalarının  digərinə  şamil  edilə  bilməyəcəyini 

iddia edən “genetik yanılma” haqqındakı dəlillərinin təkzib edilməsi üçün də uyğundur 

(mədəniyyət norması kimi nəzərdən keçirilərək, məsələn, elmi biliklər də buraya aid 

edilə bilər). Əgər müəyyən bir mədəniyyətin normaları tarixi amillərlə şərtlənibsə, o 

zaman onlar bu mədəniyyət daşıyıcılarının “genetik təbiətinə” əsasən deyil, bu normaları 

şərtləndirmiş obyektiv reallığın aktuallığına əsasən zəruri olacaqlar

3

.  Obyektiv reallığın 



interpretasiyasındakı yanılmalar yanılma olaraq qalmayacaqlar, hətta ona bu və ya digər 

mədəniyyətin “unikallıq” statusu verildikdə belə.

Bundan  başqa,  universallıq  prinsiplərinə  qarşı  gələrək,  mədəniyyət  və  həyat 

tərzinin  müxtəlif  formalarını  bərabər  səviyyədə  nəzərdən  keçirərək,  relyativistlər 

özləri bütün mədəniyyətlərin “fövqündə” dayanan universalist prinsip bərqərar edirlər. 

Yəni, müxtəlif mədəniyyətlərin bütün etik dəyərlərinə şəksiz hörmət və onların sözsüz 

şəkildə  eyni  dərəcədə  dəyərə  malik  olmasının  qəbul  edilməsi  mütləq  və  universal 

prinsipə çevrilir.

Bu  halda  özlüyündə  digər  dəyərləri  təkzib  edən  mədəni  dəyərlərin  necə 

qiymətləndirilməsi  müəmmalı  olaraq  qalır.  Axı  mədəni  fərqlər  və  xüsusiyyətlər 

yalnız yağış rəqslərində və ya sakuranın çiçək açmasının bayram edilməsində deyil. 

Məsələn, Tanzaniyada zənci-albinosların ətinin müalicəvi olduğuna dair inanc geniş 

yayılıb  və  “albinos  ovu”nun  500  ildən  çox  tarixi  var.  Əgər  biz  əvvəlcədən  bütün 



50

 №1 Fevral 2014

mədəni xüsusiyyətləri bərabər dəyərli hesab ediriksə, bu cür halları hansı meyarların 

köməyi ilə nəzərdən keçirməliyik? Tanzaniyada cadugər-adamyeyənlərin “öz həqiqət 

rejiminin” olduğu qəbul edilməlidir? Tanzaniyadan şimalda Sudan yerləşir ki, burada 

qadınlara olan münasibət tanzaniyalı cadugərlərin albinoslara göstərdiyi münasibətdən 

az fərqlənir

4

.  Bu qəbildən hallara qarşı münasibət necə olmalıdır?



Görmək çətin deyil ki, mədəni fərqlərin qəbul edilmə və edilməzliyinin istənilən 

meyarlarını  yox  edən  mədəni  relyativizmin  bu  forması  şübhəli  dəyərlərə,  həmçinin 

ən absurd və qeyri-insani dəyərlərə birbaşa və dolayı şəkildə haqq qazandırılmasına 

xidmət edəcək. Bu cür dəyərlərin isə bu insanların “təbiətinin” nəticəsi olaraq qəbul 

edilməsi irqçi meyllərə öncülük edir.

“Daşqalaq etməklə öldürmə cəzası zamanı daşlar ilk zərbələrdən öldürməsin deyə çox böyük olmamalı, 

həmçinin o qədər kiçik olmamalıdır ki, onlara daş demək mümkün olmasın.” (İran islam cinayət məcəlləsi 

Səh.119)



51

Aydındır ki, universal kateqoriya kimi, məhz insan haqları bir tərəfdən mədəni 

fərqlərin  qorunması  və  hörmət  edilməsini  təmin  edən  meyar  olmalı  (insan  haqları 

və azadlıqları konsepsiyasından avtomatik olaraq mədəni orijinallıq, vicdan və fikir 

azadlığı və s. doğur), digər tərəfdən isə bu fərqlərin absurd dərəcəyə çatdırılmasına və 

insanın bir dəyər olaraq gözardı edilməsinə imkan verməməlidir.

***

İnsan  haqlarının  birmənalı  universal  dəyər  kimi  qəbul  edilməsinə  qarşı 



çıxaraq, relyativistlər öz mövqeləri lehinə belə arqumentlər gətirirlər ki, insan haqları 

konsepsiyası  dünyanın  avrosentrist  dünya  görüşünü  əks  etdirir.  Bu  cür  arqument 

yalnız İsaak Nyuton tərəfindən kəşf edilmiş cazibə qanununun Avropa mədəniyyətinin 

təzahürü olduğu iddiası qədər ədalətli ola bilər. Mövcud konsepsiyanın dəyəri qeyri-

avropa  sivilizasiyasının  mədəni  xüsusiyyətlərinin  inkar  edilməsi  deyil,  məsələn, 

insan iradəsinin azadlığının vurğulanmasıdır. Beləliklə, əgər mədəni xüsusiyyətlər bu 

mədəniyyət çərçivəsində yaşayanların iradəsinin nəticəsidirsə, o zaman “avrosentrist” 

insan haqları öz mədəni normalarına, adət və ənənələrinə riayət etmək üçün maneə 

deyil. Başqa sözlə, o, fərdlərdən ənənəvi mədəni təcrübədən imtina etməyi tələb etmir. 

Onlara sadəcə olaraq seçim imkanı verir: bu təcrübəyə tam şəkildə və ya qismən riayət 

etməyə davam etmək, ya da ümumiyyətlə onlardan imtina etmək. Təbii ki, seçim doğma 

mədəniyyət adətlərinin lehinə də ola bilər. Təcrübədə isə, universal insan haqları xeyrinə 

çıxış  edən  bir  sıra  ölkələrdə  problem  insan  haqlarının  “qərb  mənşəyi”  deyil,  siyasi 

sistemi təhdid edən iradə azadlığıdır. İran və ya Çin kapitalist sistemi (baxmayaraq ki, 

bəzən rəsmən bunu inkar edirlər), qərb texnologiyalarını və s. çox gözəl qəbul etdilər, 

lakin şəxsi azadlıq təsəvvürlərinə əsaslanan insan haqları çox pis qarşılanır, guya onların 

“öz həqiqət rejimləri” mövcuddur. Məsələn, iradə azadlığının (müasir mənasında) bu 

cür inkar edilməsi Avropada “qaranlıq Orta əsrlər” ərzində də mövcud idi. Beləliklə, 

müasir  insan  haqları  və  azadlıqları  konsepsiyasının  birbaşa  xristian  “sivilizasiya 

matrisi”ndən qaynaqlandığını demək (bəzi müsəlman hüquqşünaslarının dediyi kimi) 

düzgün deyil. Müasir zamandakı azadlıqlar yalnız 1789-cu il Böyük Fransız inqilabı 

daxil olmaqla, bir sıra inqilablar nəticəsində dağıdılmış “Köhnə Nizamın” dağıntıları 

üzərində mümkün oldu.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə