MəMMƏdov qəRİb xəLİlov mahmud


Øÿêil 6.5. Ãóðóäà ìàääÿëÿðèí áèîýåîêèìéÿâè äþâðàíû ñõåìè



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə54/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   50   51   52   53   54   55   56   57   ...   228

 

88

Øÿêil 6.5. Ãóðóäà ìàääÿëÿðèí áèîýåîêèìéÿâè äþâðàíû ñõåìè 



(Ð.Êîøàíîâà ýþðÿ, 1984) 

 

Lakin bütün biosfer miqyasında belə dövran mümkün deyildir. Burada biogeokimyəvi dövran fəaliyyət 



göstərib makro, mikroelementlərin və sadə qeyri-üzvi maddələrin (CO

2

, H



2

O) atmosfer, hidrosfer və litosferin 

maddələri ilə mübadiləsindən ibarətdir. Ayrı-ayrı maddələrin dövranını V.İ.Vernadski biogeokimyəvi tsikllər 

adlandırmışdır. Tsiklin mahiyyəti aşağıdakı kimidir: orqanizmlər tərəfindən udulan kimyəvi elementlər axırda 

onu tərk edərək abiotik mühitə gedir, sonra bir müddətdən sonra yenidən canlı orqanizmə düşür və s. Belə 

elementlər  biofil element adlanır. Bu tsikl və dövranlarla bütövlükdə biosferdə canlı orqanizmlərin mühüm 

funksiyaları təmin olunur. V.İ,Vernadski 5 belə funksiya ayırır: 

- Birinci – qaz funksiyası – Yer atmosferinin əsas qazları, biogen mənşəli azot və oksigen, həm də bütün 

yeraltı qazlar – ölmüş orqanizmlərin parçalanma məhsulu; 

- İkinci – konsentrasiya funksiyası – orqanizmlər bədənlərində (gövdələrində) çoxlu kimyəvi elementlər 

toplayır, onların arasında birinci yerdə karbon, metallar arasında – birinci kalsium hesab olunur. Silisiumun 

konsentratoru (toplayıcısı) diatom yosunları, yodunku – yosunlar (laminariya), fosforunku onurğalı heyvanların 

skeletləri; 

- Üçüncü oksidləşmə – reduksiya funksiyası – su hövzələrində yaşayan orqanizmlər oksigen rejimini 

nizamlayır və bir sıra metalların (V, Mn, Fe) və qeyri metalların (S) həll olmasına və çökməsinə şərait yaradır; 

- Dördüncü – biokimyəvi funksiya – canlı maddənin çoxalması, böyüməsi və ərazidə yerləşməsi; 

- Beşinci – insan fəaliyyətinin biogeokimyəvi funksiyası – Yer qabığının getdikcə artan maddələrini, o 

cümlədən insanın təsərrüfat və  məişət ehtiyacı üçün lazım olan daş kömür, neft, qaz və b. bu kimi 

konsentratorları əhatə edir.  

Biogeokimyəvi dövranda iki hissə ayırmaq lazımdır: 

1)  ehtiyat fondu – orqanizmlərdən asılı olmayaraq hərəkət edən böyük kütlə; 2) mübadilə fondu – bir 

qədər az, lakin aktiv olub orqanizmlər və onların bilavasitə  əhatəsində olan biogen maddənin birbaşa 

mübadiləsindən irəli gəlir. Biosferi bütövlükdə təhlil (təsvir) etsək, onda aşağıdakıları ayırmaq olar: 1) atmosfer 

və hidrosferdə (okean) ehtiyat fondu ilə qazşəkilli maddələrin dövranı və 2) yer qabığında (geoloji dövranda) 

ehtiyat fondu ilə çöküntü tsikli.  

Bununla  əlaqədar olaraq Yerdə yalnız bir prosesi – fotosintez nəticəsində üzvi maddələrin yaranmasını 

qeyd etmək lazımdır. Bu proses Günəş enerjisini sərf etmir, əksinə onu toplayır.  

 



 

89

6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri 

Atmosfer, hidrosfer və o cümlədən planetin biosferinə daxil olan qatlarında gedən proseslərdə maddələrin 

dəfələrlə (təkrarən) iştirakı elementlərin dövranı adlanır. Oksigen, karbon, azot, kükürd və fosforun dövranı xü-

susilə böyük əhəmiyyət kəsb edir.  

 

Oksigenin dövranı 

Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndi-

rir. Oksigenin dövranının  əsas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı  sərbəst oksigenin əmələ 

gəlməsi, bütün canlı orqanizmlərin  tənəffüsü üçün  oksigendən  istifadə edilməsi,  üzvi qalıqların və  

 

 

Øÿêèë 6.6. Áèîñôåð, ùèäðîñôåð âÿ ëèòîñôåð àðàñûíäà îêñèýåí, 

êàðáîí ãàçû, ñó áóõàðû ìöáàäèëÿñèíèí ñõåìè.  

(Ìÿììÿäîâ, Ñóðàâåýèíà, 2000) 

qeyri-üzvi maddələrin  (məs. yanacağın yandırılması) oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişik-

liklər, bunlar karbon qazı, su kimi oksidləşmiş birləşmələrin əmələ gəlməsinə və onların fotosintetik çevrilmələ-

rin yeni tsiklinə cəlb edilməsinə səbəb olur. Oksigenin dövranında canlı maddənin aktiv geokimyəvi fəaliyyəti  

aydın təzahür olunur, bu canlı maddənin tsikl prosesində aparıcı roludur. İl ərzində sintez olunan üzvi maddələ-

rin kütləsinə əsaslanaraq (15% tənəffüs prosesinə sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, pla-

netin yaşıl bitki örtüyünün illik oksigen məhsulunun miqdarı 300x10

9

 ton təşkil edir. Onun az miqdarı, yəni 



25%-dən bir qədər artığı quruda yerləşən bitki örtüyü tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən or-

qanizmləri tərəfindən ayrılır, sərbəst oksigen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll olunmuş və-

ziyyətdə mövcuddur. Dünya okeanı sularının həcmi cəmi 137x10

19

 litrə bərabərdir, 1 litr suda isə 2-dən 8 sm



oksigen həll olunur. Deməli, Dünya okeanı sularında 2,7-dən 10,9x10

12

 ton həll olunmuş oksigen vardır.  



Oksigen yanma prosesi və antropogen fəaliyyətin digər növləri üçün istifadə edilir. Bəşəriyyətin 1980-ci ilə 

qədər olan tarixində dünyada 84 mlrd. ton daş kömür, 30 mlrd. ton neft və 7,3 trln. m3 təbii qaz yanacağından 

istifadə olunmuşdur. Bu qədər yanacağın yandırılmasına 273 milyard ton oksigen sərf edilmişdir, bunun nəticə-

sində 322 milyard ton karbon qazı əmələ gəlmişdir. Göstərilən yanacağın 90%-ə qədəri son 40-60 ildə yandırıl-

mışdır. 

Bura insan, heyvan, bitkilərin tənəffüsünə, mikroorqanizmlərin oksidləşmə reaksiyalarına sərf olunan oksi-

geni əlavə etmək lazımdır.  

 

Karbonun dövranı 

Məlum olduğu kimi karbon biosferin ən mühüm kimyəvi elementlərindən biri sayılır. Bu aşağıdakılarla bağ-

lıdır: 


a) Həyatın demək olar ki, bütün formaları karbon birləşmələrindən ibarətdir. 

b) Biosferdə karbon birləşmələrinin oksidləşməsi və reduksiyası reaksiyaları yalnız karbonun deyil, həmçi-

nin oksigenin və bir çox digər elementlərin qlobal yayılmasına və balansına səbəb olur; 



ç) Karbon atomlarının zəncir və həlqə yaratma qabiliyyəti üzvi birləşmələrin müxtəlifliyini təmin edir

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə