MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə95/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   91   92   93   94   95   96   97   98   ...   228

 

182


Okean özündə asılı maddə halında və canlı formalarda məhlul halında 4·10

12

 ton karbon saxlayır. Quruda, 



canlı orqanizmlərdə, torpaqda və parçalanan üzvi maddələrdə karbonun miqdarı bundan təxminən 20 dəfə azdır. 

 

 

10.1. Okean və dəniz ekosistemləri 

Dünya okeanı Sakit, Hind, Atlantik və Şimal Buzlu okeanlarından ibarətdir.  



Sakit okean. Dənizlərlə birlikdə sahəsi 178,7 mln.km

2

  təşkil edir, orta dərinliyi – 3976 m, maksimum 



dərinliyi – 11022 m-dir (Mariann novu). Mineral resursları neft və qazdan ibarətdir. Dəniz sahəsi krab, suiti, 

yosunlar və mirvaridən təşkil olunmuşdur.  

Sakit okeanda sualtı aləmin çox müxtəlif nümunələri olan dünyada ən iri balıqlara (kit akulası), uçan 

balıqlara, dəniz şirlərinə, kalmarlara burada rast gəlinir.  

Tropik enliklərdə 2000-dən artıq, Uzaq Şərq dənizlərində isə 800-ə qədər balıq növü yaşayır. Dünyada əldə 

edilən balıq və dəniz məhsullarının 50%-indən çoxu bu regionların payına düşür. Sakit okean riflərində yüzlərlə 

mərcan növləri məskunlaşır.  

Turizmin inkişafı,  ətraf mühitin çirklənməsi Sakit okeanın təbii balansını  və ekosistemlərini təhlükə altına 

alır.  

Hind okeanı.  Ərazisi 76,17 mln. km

2

, orta dərinliyi 3711 m, maksimum dərinliyi 7729 m (Zanus novu) 



təşkil edir. Okeanın şimal hissəsinin iqlimi musson tiplidir. Tropik və subtropik enliklərin cənub hissəsində pas-

satlar, mülayim enlikdə böyük gücə malik olan tsiklonlar üstünlük təşkil edir. Suyun səthində temperaturu 20

0

C-

dən yuxarı, cənub hissədə isə 0



0

C-dən aşağıdır.  

Okean sularında heyvanat aləminin müxtəlif nümayəndələri yaşayır, bura mərcanlar, balıqlar (o cümlədən 

akula (ağ akulanın uzunluğu 11 m-ə çatır), kitlər (balinalar), tısbağalar, meduzalar daxildir. Hazırda yallı tim-

sahlar sıradan çıxmaq təhlükəsi altındadır. Balıqçılıq əsasən sahilyanı zonada inkişaf tapmışdır.  

Atlantik okeanı. Atlantik okeanının ərazisi 41,6mln. km

2

, orta dərinliyi 3597 m, ən dərin yeri 8742 m-dir 



(Puerto-Riko novu).  

Atlantik okeanı okeanlar arasında ən cavanı olub adı qədim yunanların itaət etdiyi Atlas allahının şərəfinə 

verilmişdir. Yerin qütblərinin soyuq suyu ilə ekvator rayonlarının isti suyunun qarışması okeanda güclü 

axınların əmələ gəlməsinə səbəb olur. Okeanın şimal hissəsində Şimal-Passat, Qolfstrim və Şimali-Atlantik isti 

axınları; Labrador və Kanar soyuq axınları. Cənub hissədə isti Cənub passat və Braziyev və soyuq Qərb 

küləkləri və Benqal axını.  

Ən yüksək qabarma (18 m) Fandi körfəzində və Men körfəzinin şimal hissəsində qeydə alınmışdır.  

Ekvator yaxınlığında su səthinin temperaturu 28

0

C olub, uzaq şimalda isə qışda bəzi yerdə su donur.  



Atlantik okeanın suları planktonla zəngin olub kitlər, suitiləri, dəniz quşları və min növlərlə balıqların yemi 

sayılır. Okeanın sularında balıqçılıq inkişaf etmişdir.  Əvvəllər geniş yayılan donqar və digər kit növləri yoxa 

çıxmaq təhlükəsi altındadır.  

Atlantik okeanı zonasından mühüm dəniz və hava yolları keçir.  



Buzlu  Şimal okeanı. Okeanın  ərazisi 14,75 mln. km

2

, orta dərinliyi 1220 m, maksimal dərinliyi 5527 m 



təşkil edir.  

Okeanlar arasında Buzlu Şimal okeanının  şelf sahəsi  ən çox olub dib hissəsi sahəsinin 50,3%-ni tutur. 

Akvatoriyanın 9/10 hissəsi qışda axınlarla üzən buzlaqlardan ibarətdir. Bu zaman ərazi üzərində uzun müddətli 

qütb gecələri müşahidə olunur.  

Norveç və onun qolları olan Şpisbergen və Nordkap isti axınları okeanın bəzi sahələrinin donmamış 

qalmasına imkan yaradır.  

Okeanın səthində qışda temperaturu 1

0

C-yə yaxın, yayda isə 0



0

...5


0

 olur. Okeanın akvatoriyasında çoxlu ada-

lar mövcuddur. Okeanın suları planktonla zəngindir. Buzlarda morjlar, suitilər, ağ ayılar yaşayır. Okeanın cənub 

hissəsində Rusiya sahillərində  Şimal dəniz yolu salınmışdır. Bu yolla yay dövründə buzlaqların köməyi 

vasitəsilə yük daşınır.           

  

10.2. Dünya okeanının əhəmiyyəti 

Bəşəriyyətın həyatında okeanın rolu çoxtərəflidir. Okean mühüm mühit yaradıcı funksiyası daşıyır. Yerin 

radiusu ilə müqayisədə okeanın su təbəqəsi nazik pərdə təşkil etsə  də Yerdə  həyatın mövcudluğunda okeanın 

əhəmiyyəti böyükdür. O, iqlimin və atmosferin qaz tərkibinin formalaşmasında, mineral maddələrin dövranının 

yerinə yetirilməsində mühüm rol oynayır. Okean və atmosfer arasında istilik mübadiləsi nəticəsində iqlimi və 

havanı təyin edir. 

Qeyri-bioloji resurslar (xammal və energetika). Hazırda Okeanın dərinliklərində yerləşən  müxtəlif mineral xammal 

ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehti-

yatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlət-

dən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 –dən artıq neft və qaz  yataqları aşkar edilmiş, onların 700-dən çoxunda 

istehsal başlanmışdır. Dəniz və okanların dibindən hər il 700 mln. ton neft çıxarılır, bu, dünyada istehsal edilən neftin 30%-i 



 

183


qədərdir. Dənizərin dibindən 300 mlrd. m

3

-dan artıq qaz çıxarılır. Xarici mütəxəssislərin məlumatına görə kontinental şelf-



də çıxarılacaq neftin ehtiyatı 80 milrd. ton, qazın həcmi isə 40-50 trln. m

3

 hesablanmışdır. Bu dünya neft ehtiyatının yarısı, 



qaz ehtiyatının isə 

3

2



-ni təşkil edir. Dünya okeanı hədsiz enerji mənbəyidir. Bu enerji qabarma və okean axınları, ləpənin 

dalğası və s. hesab olunur. Alimlərin məlumatına görə Okean dalğalarının enerjiyə çevrilmiş gücü 900 mlrd. kvt-a yaxınla-

şır. Qabarma enerjisinin dünya potensialı isə 1 trln. 200 mln. kvt təşkil edir. Gücü 240 min kVt olan ilk qabarma elektrik 

stansiyası Fransanın Atlantik okeanı sahilində Sen-Malo buxtasında Rans çayının mənsəbində işə salınmışdır. Dalğanın, 

dəniz axınının, suyun səthindəki və dərinliyindəki temperatur fərqindən enerji almaqda istifadə etmək üzrə bir çox layihələr 

hazırlanmışdır. 

Okeanın dibində və suyunda çoxlu miqdarda mineral xammal vardır. Dünya okeanında 1,4 ·10

16 


ton natri-

um, 1,8 · 10

15

 ton maqnezium, 5,6 · 10



14

 ton kalsium, 5,3·10

14

 ton kalium, 20 mlrd. tona qədər uran, 15 milrd. 



ton mis, 0,5 mlrd. ton gümüş, 8-10 mln. ton qızıl həll olunmuşdur. Dəniz suyundakı maqnezium, brom (brom 

ehtiyatının 99%-i okeanda yerləşir) istehsalı artıq mənimsənilmişdir. Dünya okeanında həll olan qızılın miqdarı 

hər adam başına 1 kq-dan artıq olması hesablanmışdır. 

Türkiyə, Çin, Avstraliya, Arktika, ABŞ-ın şelflərində daş kömür tədqiq edilmişdir. Dünyanın kükürd istehsalı-

nın 4%-i okeanın payına düşür. Okean şelflərində fosforitlərin ümumi ehtiyatı 30 mlrd. ton təşkil edir, onun yalnız 

10%-i bir neçə il fosfor gübrəsi istehsalı üçün kifayətdir. 

Şelfdə həmçinin ağır metalların mədənləri vardır, onlar nadir metallar əldə etmək üçün mənbə sayılır. Avstraliyanın 

dəniz mədənləri 90% rutil konsentratı (rutil və ilmenitin tərkibində titan vardır), dünyada çıxarılan sirkonun 60%-ni, mona-

sitanın (torium) 25%-ni verir. Braziliyada 1600 km uzanan sahil, Florida yarımadası (ABŞ), Hindistanın cənub sahilləri, 

Cənubi-Şərqi Asiyanın sualtı mədənləri qalay yataqlarının əsas regionlarıdır. Tərkibində qızıl olan qumların ehtiyatı Alyas-

kada öyrənilmişdir. Namibiyanın şelfində (Afrika)  su altından almaz çıxarılır. 

Okean dibinin səthində iri dəmir-marqans konkresiya yığınları – polimineral mədənləri aşkar edilmişdir, 

burada ayrı-ayrı elementlərin miqdarı onların qurudakı ehtiyatından dəfələrlə çoxdur. 

Dəniz suyunda praktiki olaraq Mendeleyev cədvəlində olan bütün elementlər mövcuddur. Yapon alimləri 

dəniz suyundan uran almaq üçün eksperimental qurğu yaratmışlar. Sikoku adasında yerləşən müəssisədə ildə 36 

min ton dəniz suyu süzgəcdən keçirilir, 1000 ton sudan 3 qram uran alınır. Yaxın illərdə okeandan ildə 1000 ton 

uran əldə etmək planlaşdırılır, bunun üçün 333 mlrd. ton dəniz suyu süzgəcdən keçirilməlidir. Urandan Yaponi-

yada durmadan artan atom elektrik stansiyalarında istifadə olunması planlaşdırılır. 

Qazaxstanda dənizdən şirin su alınır, Şevçenko şəhərində əhali və müəssisələr Xəzərin süzgəcdən keçirilən 

suyundan istifadə edirlər. Hazırda dünyada 1000-dən artıq təmizləyici (şirinləşdirici) qurğudan istifadə edilərək 

sutkada 3 mln. m

3

 su təmizlənir. XXI əsrin əvvəlində 500 mln. m



3

 dəniz suyunun şirinləşdirilməsi planlaşdırılır. 



  

 

Bioloji resurslardan istifadə.  Okeandan istifadənin  ən qədim növü balıqçılıq-balıq ovudur. Hər il dəniz 

vətəkələrindən gələn gəlir 60 milyard dollara yaxındır. Okeanda tutulan balıq çəkicə planetin quru hissəsindən 

əldə edilən qida məhsulunun yalnız 1%-ni təşkil edir. Lakin unutmaq olmaz ki, bəşəriyyətin istifadə etdiyi hey-

van mənşəli zülalın 

4

1

- i okeanın payına düşür. Bəzi ölkələrdə isə (məsələn, Yaponiya, Çin, Myanmı) heyvan 



mənşəli zülalın yarısı dənizdən əldə edilir. Bu ölkələrdə balıqdan çox istifadə olunur. Yaponiyada ildə adam ba-

şına 69 kq, Cənubi Koreyada – 51 kq, Filipində 34 kq balıq istifadə edilir. 

Son on illər ərzində balıq ovu çoxalmışdır. Belə ki, 1950-ci ildə dünyada 22 mln. ton təşkil edirdisə, 1989-

cu ildə bu rəqəm 100 mln. tona çatdırıldı. Balıq ovunun genişlənməsi adam başına istifadəsinin də artmasına sə-

bəb oldu, yəni 1950-ci ildə adam başına 9 kq-dan, 1989-cu ildə 19 kq-a çatdırıldı. İxtioloqların hesablamalarına 

görə balıq biokütləsinin illik artımı 100 mln. ton təşkil edir. Bu, bərpa olunan resurs sayılan balığın il ərzində 

maksimum mümkün olan ölçüsu, yəni balıqçılığın dayanıqlı həddidir. Əgər balıq ovu bu həddi keçərsə təhlükəli 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə